Мцшащидя Шурасы щаггында ясаснамя



Yüklə 198,08 Kb.

tarix24.02.2018
ölçüsü198,08 Kb.


 

 

 



 

 

 



 

 

   Ləğvetmə prosesində olan bankların 



    Kreditorlar Komitəsi haqqında 

ƏSASNAMƏ 

 

 

 

 

 

 

 

 

 

 

 

(QSC “Bank Standard” KB ilə bağlı 1 saylı Bakı-İqtisadi İnzibati Məhkəməsinin 

29.12.2016-cı il tarixli Qərardadı, “Kredobank” ASC ilə bağlı 1 saylı Bakı-İqtisadi İnzibati 

Məhkəməsinin 03.03.2017-ci il tarixli Qərardadı, “Atrabank” ASC ilə bağlı 07.03.2017-ci il tarixli 

Qərardadı və “Gəncəbank” ASC ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 09.02.2017-ci il 

tarixli Qərardadı ilə təsdiq edilmişdir)

 

 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  



MÜNDƏRİCAT 

 

Fəsil I. Ümumi məsələlər  

Maddə 1.

 

Ümumi müddəalar 

Maddə 2.

 

Komitənin məqsədi və səlahiyyətləri 

Maddə 3.

 

Komitənin tərkibi və təşkili 

 

Fəsil II. Komitə iclasları 

Maddə 4.


 

Komitə iclasının məqsədi və çağırılması qaydası 

Maddə 5.


 

İclasın keçirilməsi təşəbbüsü 

Maddə 6.


 

İclasa dəvət olunanların siyahısı 

Maddə 7.


 

İclasın gündəliyi 

Maddə 8.


 

İclaslarda iştirakın təmin edilməsi 

Maddə 9.


 

İclas iştirakçılarının qeydiyyatı və yetərsay 

Maddə 10.

 

Komitə iclasının mümkünlüyü və iştirak etməmənin nəticələri 

Maddə 11.

 

Etirazlar və onların həlli 

Maddə 12.

 

İclasın açılması və məsələlərin səsverməyə çıxarılması 

Maddə 13.

 

Komitə iclasında çıxışlar 

Maddə 14.

 

Səsvermə 

Maddə 15.

 

Komitə qərarının rəsmiləşdirilməsi 

Maddə 16.

 

İclaslarda çəkiliş və ya səsyazma 

Maddə 17.

 

İclas protokollarının saxlanması və sonrakı istifadəsi 

 

Fəsil III. Komitə üzvü, Sədr və Katib 

Maddə 18.

 

Komitə üzvünə dair tələblər 

Maddə 19.

 

Komitə üzvünün hüquq və vəzifələri 

Maddə 20.

 

Komitə üzvünün məsuliyyəti 

Maddə 21.

 

Sədr 

Maddə 22.

 

Katib 



 

Fəsil IV. Digər müddəalar 

Maddə 23.

 

Protokol barədə ümumi müddəalar 

Maddə 24.

 

Protokolun hissələri 

Maddə 25.

 

Protokola dair digər müddəalar 

Maddə 26.

 

Məsrəflər 

Maddə 27.

 

Yekun müddəalar 

 



 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  



Fəsil I 

Ümumi məsələlər 

 

1.

 

Ümumi müddəalar 

1.1.


 

Hazırkı  Əsasnamənin  məqsədləri  üçün  aşağıdakı  əsas  anlayışlardan  istifadə 

edilir: 

1.1.1.


 

Ləğvedici – Əmanətlərin Sığortalanması Fondu; 

1.1.2.


 

Bank – ləğv prosesində olan Bank; 

1.1.3.


 

Komitə - Bankın Kreditorlar Komitəsi; 

1.1.4.


 

Katib – Komitənin iclaslarında katiblik edən fiziki şəxs; 

1.1.5.


 

Sədr – Komitənin iclasına sədrlik edən fiziki şəxs. 

1.2.


 

Hazırkı  Əsasnamə  “Banklar  haqqında”  Azərbaycan  Respublikası  Qanununun, 

digər  qanunvericilik  aktlarının,  habelə  Ləğvedicinin  və  Bankın  müflis  elan 

edilməsi,  barəsində  ləğv  prosesinə  başlanması  və  ləğvedicinin  təyin  edilməsi 

haqqında məhkəmə qərarının tələblərini nəzərə alaraq qəbul edilmişdır. 

1.3.


 

Hazırkı  Əsasnamə  Komitənin  statusunu  və  səlahiyyətlərini,  tərkibi  və  təşkili, 

iclaslarının  məqsədi,  çağırılması  qaydasını  və  keçirilməsi  qaydalarını,  Komitə 

üzvü  olan  kreditorlara  dair  tələbləri,  onlara  dair  hüquq  və  vəzifələri,  eləcə  də 

məsuliyyətləri,  Sədrin  səlahiyyətləri  və  Katibin  səlahiyyətləri,  habelə  digər 

təşkilati məsələlər ilə bağlı münasibətləri tənzimləyir. 

1.4.

 

Komitə  Bankın  kreditorları  qarşısında  hesabatlıdır  və  öz  fəaliyyətində  hazırkı 



Əsasnaməni, qanunvericiliyi və müvafiq məhkəmə qərarlarını rəhbər tutur. 

 

2.

 

Komitənin məqsədi və səlahiyyətləri 

2.1.


 

Komitə Bankın səmərəli ləğvinin təşkili məqsədi ilə təşkil edilir. 

2.2.

 

Komitənin səlahiyyətlərinə aşağıdakı məsələlər aiddir: 



2.2.1.

 

Bankın  maliyyə  auditini  aparmış  kənar  auditorun  rəyi  ilə  tanış  olmaq  və 



kreditorlara açıqlamaq; 

2.2.2.


 

Bankın  ləğvi  prosesi  üzrə  verilmiş  hüquqi  rəylə  tanış  olmaq  və 

kreditorlara açıqlamaq; 



 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  

2.2.3.

 

Bankın ləğvi prosesində hazırlanan hesabatların müzakirəsi və onlara rəy 



verilməsi; 

2.2.4.


 

Bankın  Ləğv  planına  münasibət  bildirilməsi  və  ləğv  planında  nəzərdə 

tutulan  tədbirlərin  həyata  keçirilməsinin  gedişatı  barədə  kreditorlara 

açıqlamanın verilməsi; 

2.2.5.

 

Komitənin  fəaliyyətini  təmin  etmək  üçün  hazırkı  Əsasnaməyə  zidd 



olmayan qərarların verilməsi; 

2.2.6.


 

Bankın  ləğvinin  səmərəli  təşkil  edilməsi  üçün  ləğvediciyə  təkliflər 

vermək. 

2.3.


 

Komitə  qanunvericiliklə  ona  verilmiş  səlahiyyət  həddində  müstəqildir  və 

səlahiyyət müddəti ərzində onun fəaliyyətinə hər hansı dövlət orqanı, yerli özünü 

idarəetmə orqanı, fiziki və hüquqi şəxslər, habelə qanunvericiliyə uyğun olaraq 

yaradılmış  digər  qurumlar  tərəfindən  qeyri-qanuni  müdaxilələrin  edilməsi 

yolverilməzdir. 



 

3.

 

Komitənin tərkibi və təşkili 

3.1.


 

Komitə Bankın kreditorlarından (onların nümayəndələrindən) və ya kreditorların 

maraqlarını  müdafiə  edən  şəxslərdən  məhkəmənin  müəyyən  etdiyi  qaydada 

seçilmiş şəxslərdən (Komitə üzvlərindən) ibarətdir. 

3.2.

 

Komitə ən azı 15 (on beş) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.  



3.3.

 

Kreditorların hüquqlarını müdafiə edən və ya özü Bankın kreditoru olan hüquqi 



şəxs  və  ya  qanunvericiliyə  uyğun  olaraq  yaradılmış  digər  qurum  Komitə  üzvü 

seçildikdə Komitə iclaslarında həmin şəxsi onun səlahiyyətli nümayəndəsi təmsil 

edir. 

3.4.


 

Aşağıdakı şəxslərdən biri Komitənin qərarı ilə Katib təyin edilir: 

3.4.1.

 

Ləğvedicinin təqdim etdiyi şəxs; 



3.4.2.

 

Komitənin fiziki şəxs olan üzvü; 



3.4.3.

 

Komitənin üzvü olan hüquqi şəxsin və ya qanunvericiliyə uyğun olaraq 



yaradılmış digər qurumun təqdim etdiyi şəxs. 


 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  

3.5.

 

Komitə üzvləri bu Əsasnamənin 18-ci bəndi ilə müəyyən edilmiş tələblərə cavab 



verməlidirlər. 

3.6.


 

Komitə  öz  işini  hazırkı  Əsasnamə  və  Komitə  tərəfindən  qəbul  edilmiş  qərarlar 

əsasında təşkil edir.  

3.7.


 

Komitə  öz  iş  planını  təsdiq  edir,  gördüyü  işlər  barədə  hesabat  hazırlayır  və 

Ləğvedici qarşısında və ya Komitə üzvü olmayan kreditorlar qarşısında hesabat 

verərkən həmin iş planında və hesabatda qeyd edilmiş işlərin yerinə yetirilməsi 

həcminə istinad edir. 

 

Fəsil II 



Komitə iclasları 

 

4.



 

Komitə iclasının məqsədi və çağırılması qaydası 

4.1.


 

Komitə  iclasları  Komitənin  işini  təşkil  etmək,  kreditorların  maraqlarını  təmsil 

etmək və müraciətlərini əlaqələndirmək, bu Əsasnamənin 2.2-ci bəndində qeyd 

edilmiş səlahiyyətləri həyata keçirmək üçün çağırılır. 

4.2.

 

Komitə iclasları zərurət yarandıqda, lakin ən azı 3 (üç) ayda 1 (bir) dəfədən az 



olmamaq  şərti  ilə  keçirilir.  Növbəti  iclasın  ehtimal  olunan  yeri  və  vaxtı 

Komitənin cari iclasında gündəlikdə duran sonuncu təşkilati sual kimi  müəyyən 

edilir. 

 

5.



 

İclasın keçirilməsi təşəbbüsü 

5.1.


 

Komitə iclasının çağırılması təşəbbüsünü aşağıdakı şəxslər irəli sürə bilərlər: 

5.1.1.

 

Sədr  (əgər  yeni  iclasda  sədrlik  edən  müəyyən  edilməyibsə,  sonuncu 



iclasda sədrlik edən və ya növbəti Komitə iclasına sədrlik etmə səlahiyyəti 

olan şəxs); 

5.1.2.

 

Komitə üzvlərinin üçdə ikisi (2/3-si); 



5.1.3.

 

Ləğvedici - Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru; 



5.1.4.

 

Ləğvedicinin səlahiyyətli nümayəndəsi; 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  

5.2.

 

Komitənin  müzakirəsinə  verilən  hər  bir  məsələ  üzrə  məsələni  təşəbbüs  irəli 



sürmüş şəxs tərəfindən dəqiq və qısa qərar layihəsi, hesabat və arayışlar, başqa 

materiallar  əlavə  olunaraq,  rəsmi  məktub  təqdim  edilir.  Həmin  məktub  və 

sənədlər elektron biçimdə də təqdim edilə bilər. Bu halda əsli kağız daşıyıcılarda 

tərtib  edilmiş  sənədlərin  skan  edilmiş  “.pdf”  biçimli  versiyası  məktuba  əlavə 

edilməlidir. 

5.3.


 

Sədrdən başqa, digər şəxslər öz təşəbbüsünü Sədrə ünvanlamalıdırlar. 

5.4.

 

Bu  Əsasnamənin  5.3-cü  bəndində qeyd  edilmiş  təşəbbüs daxil  olduqda,  habelə 



bu Əsasnamənin 5.7-ci bəndinə əsasən vəzifələrin icrası şəxsən Sədr tərəfindən 

qəbul  edildikdə,  Sədr  yalnız  formal  icraat  qaydalarını  həyata  keçirərək  iclası 

çağırır.  Bu  halda  Sədr  Komitə  iclasının  çağırılmasını  təxirə  sala  və  ya 

ümumiyyətlə iclası çağırmaya bilməz. 

5.5.

 

Komitə iclasının çağırılması üçün: 



5.5.1.

 

Sədr bu Əsasnamənin 5.3-cü bəndinə uyğun olaraq təşəbbüs aldıqdan və 



ya  özü  tərəfindən  təşəbbüs  irəli  sürüldükdən  1  (bir)  iş  günü  ərzində  bu 

Əsasnamənin 5.2-ci bəndinə uyğun aldığı məlumatlara əsaslanaraq həmin 

Əsasnamənin 7-ci bəndənə müvafiq olaraq gündəliyi müəyyən edir; 

5.5.2.


 

Sədr gündəliyi müəyyən etməklə, eyni zamanda Komitə iclasına Komitə 

üzvlərindən başqa dəvət olunan şəxslərin siyahısını müəyyən edir; 

5.5.3.


 

sonra  Sədr  gündəlik  və  dəvət  olunanlar  barədə  Katibə  məlumat  verir  və 

Katib  bu  Əsasnamənin  6-cı  bəndinə  uyğun  olaraq  dəvət  olunanların 

siyahısını hazırlayır və həmin siyahını (poçt ünvanları, e-poçt ünvanları və 

əlaqə  üçün  telefon  nömrələri  göstərilməklə),  habelə  məruzəçinin  adını 

Sədrə təqdim edir; 

5.5.4.

 

Sədr  Komitə  iclasının  gününə  ən  azı  3  (üç)  gün  qalmış  bütün  iclas 



iştirakçılarına iclasın gündəliyini və dəvət olunanların siyahısını göndərir 

və ya təqdim edir. Bu cür məlumatlandırma elektron qaydada və ya kağız 

daşıyıcıda olan sənədlərin təqdim edilməsi yolu ilə həyata keçirilir.  

5.6.


 

Komitə  iclasında  bütün  Komitə  üzvləri  iştirak  edirlərsə  onlar  bu  Əsasnamənin 

19.1.3.1  bəndinə  əsaslanaraq  yekdilliklə  qərar  qəbul  edib,  həmin  Əsasnamənin 



 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  

5.5-ci bəndinə riayət edilmədikdə belə  Komitə iclasını mümkün (qanuni) hesab 

edə bilərlər. 

5.7.

 

Bu  Əsasnamənin  5.1.2-ci  bəndinin  tələbləri  qaydasında  təşəbbüs  irəli  sürmüş 



Komitə  üzvləri  ya  hazırkı  maddə  ilə  Sədrə  həvalə  edilmiş  vəzifələri  bilavasitə 

özləri icra edir, ya da Sədr ilə razılaşdırır ki, Sədr özü həmin vəzifələri icra etsin. 

Bu halda Sədr imkan daxilində vəzifələrin icrasını öz üzərinə qəbul etməlidir. Bu 

maddənin məqsədləri üçün imkanın olub olmamasını Sədr öz mülahizəsinə görə 

müəyyən edir. 

 

6.



 

İclasa dəvət olunanların siyahısı 

6.1.


 

Komitə iclasına dəvət olunan şəxslərin siyahısı Sədr tərəfindən tərtib olunmalı, 

qaldırılan məsələ ilə əlaqədar məruzəçinin adı gündəlikdə göstərilməlidir. 

6.2.


 

Katib  tərəfindən  iclasa  dəvət  olunan  şəxslərin  siyahısı  tərtib  olunmalı, 

qaldırılan məsələ ilə əlaqədar məruzəçinin adı gündəlikdə göstərilməlidir. 

6.3.


 

İstənilən iclasa həmin iclasın gündəliyinə uyğun olaraq Komitənin öz qərarı ilə 

müəyyən  etdiyi,  habelə  Sədrin  fikrincə  mövqeyi  öyrənilməli,  lakin  iclasın 

daimi iştirakçısı olmayan (kənar) şəxslər dəvət olunurlar. 



 

7.

 

İclasın gündəliyi 

7.1.


 

Komitə  iclasının  gündəliyi  onun  çağırılması  təşəbbüsünü  irəli  sürmüş  şəxslər 

müəyyən edirlər.  

7.2.


 

Komitə  iclası  onun  üzvlərinin  üçdə  ikisi  tərəfindən  çağırıldıqda,  həmin 

iclasının gündəliyini, müzakirə edilən məsələyə aid materiallar və iclasa dəvət 

olunanların  siyahısı  ilə  birlikdə  müvafiq  iclası  çağırmış  şəxslər  öz  aralarında 

müzakirə edib, razılaşdırırlar. 

7.3.


 

Komitə iclasının gündəliyini Sədr aşağıdakılara uyğun olaraq müəyyən edir:  

7.3.1.

 

İclasın  keçirilməsi  təşəbbüsünü  özü  irəli  sürdükdə  və  ya  plan  üzrə 



növbəti iclas keçirildikdə - öz təşəbbüsünə; 

7.3.2.


 

iclasın  keçirilməsi  təşəbbüsü  başqa  şəxs  tərəfindən  irəli  sürüldükdə  - 

Komitə iclasının təşəbbüsünü irəli sürmüş şəxsin məktubuna . 



 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  

7.4.

 

Təqdim edilməsi gecikdirilən materiallar barədə məlumatlar  Sədrin icazəsi ilə 



iclasın gündəliyinə əlavə olunur və onların təqdim edilməsi qaydası göstərilir. 

Həmin  qaydanın  pozulması  məlumatın  təqdim  edilməməsi  kimi 

qiymətləndirilir  və  iclas  zamanı  çıxışlarda  və  qəbul  edilmiş  qərarda  belə 

məlumatlara istinad edilməməlidir. 



 

8.

 

İclaslarda iştirakın təmin edilməsi 

8.1.


 

Komitə iclasının yeri, vaxtı və gündəliyi barədə məlumatlar  Komitə üzvlərinə 

və dəvət olunan şəxslərə göndərilən (təqdim edilən) bildirişlərdə və ya KİV-də 

dərc edilən məlumatlarda əks etdirilir.  

8.2.

 

Əlavə  olaraq  Komitə  iclasının  təşəbbüskarı  Katibin  köməyi  ilə  iclasın  yeri, 



vaxtı və gündəliyi barədə iclas iştirakçılarını telefon vasitəsi ilə və ya internet 

üzərindən məlumatlandırır. 



 

9.

 

İclas iştirakçılarının qeydiyyatı və yetərsay 

9.1.


 

Komitə  iclası  başlandıqda  iclasın  iştirakçıları  müvafiq  kargüzarlıq  sənədinə 

onun  adı,  atasının  adı  və  soyadı  qeyd  olunan  sətrini  imzalamaqla  və  ya 

elektron-qeydiyyat vasitələrinin köməyi ilə öz iştirakını rəsmiləşdirməlidirlər.  

9.2.

 

Öz  iştirakını  rəsmiləşdirməyən  şəxslər  iclasda  çıxış  etmək  hüququnu  itirirlər. 



Bu qaydanın pozulması ilə verilmiş və hesablanmış səslər etibarsızdır.  

9.3.


 

İclaslarda  etibarsız  səslərin  sayı  səsvermə  zamanı  verilmiş  və  hesablanmış 

ümumi  səslərin  yarısından  çoxunu  təşkil  etdikdə,  habelə  etibarsız  səsləri 

çıxmaqla  qalan  səslərin  sayı  yetərsay  təşkil  etmədikdə  qəbul  edilmiş  qərar 

etibarsızdır. 

 

10.

 

Komitə iclasının mümkünlüyü və iştirak etməmənin nəticələri 

10.1.


 

İclasın  başlanmasına  10  (on)  dəqiqə  qalmış  Katib  iclas  iştirakçılarının 

qeydiyyatını aparır  və qeydiyyatdan keçməyən şəxslərə həmin Qaydaların 3.10 

bəndinin məzmununu bildirir. 

10.2.

 

Komitə iclasına rəhbərlik Sədr tərəfindən həyata keçirilir.  




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  

10.3.

 

Komitə  iclasının  başlanğıcında  Sədr  Katibə  söz  verir  və  Katib  aşağıdakılar 



barədə  Sədrə  məlumat  verir  və  onun  tərəfindən  aşağıdakı  məsələlər  iclasda 

iştirak edən şəxslərlə razılaşdırılır: 

10.3.1.

 

yetərsayın olub olmaması barədə; 



10.3.2.

 

iclasa  dəvət  olunub,  gəlməyənlər  barədə  məlumat  və  həmin  şəxslərin 



iclas barədə məlumatlandırılması barədə; 

10.3.3.


 

iclas materiallarına əlavə olunanlar barədə. 

10.4.

 

Komitə  üzvlərinin  2/3  (üçdə  iki)  hissəsi  Komitənin  iclasında  iştirak  etdikdə 



Komitə  iclası  səlahiyyətlidir.  Komitə  üzvləri  Komitə  iclasında  şəxsən  və  ya 

etibarnaməli nümayəndəsi vasitəsi ilə iştirak etməlidirlər. 

10.5.

 

Sədr  icazə  verdikdə  Komitə  iclasında  şəxslərin  iştirakı  telekommunikasiya 



vasitəsi ilə də təmin edilir. 

10.6.


 

Bu  Əsasnamənin  10.3-cü  bəndi  icra  olunduqdan  sonra  Sədr  iclasda  iştirak 

edənlərin  rəyini  öyrənərək  iclasın  mümkünlüyü  və  əlavə  materialların  iclas 

sənədlərinə əlavə olunması barədə qərar qəbul edir. 

10.7.

 

Əgər iclasın mümkünsüzlüyü barədə qərar qəbul olunarsa, onda növbəti iclasın 



vaxtı  müəyyən  olunmalı  və  həmin  Əsasnamənin  5.5-ci  bəndi  təkrarən  tətbiq 

edilməlidir.  

10.8.

 

Üzrlü səbəblər istisna olmaqla, hər hansı bir Komitə üzvü ardıcıl olaraq 3 (üç) 



Komitə  iclasında  iştirak  etmədikdə  Komitə  bu  üzv  barəsində  intizam  tədbiri 

görülməsi  məsələsini  müzakirə  etməli  və  onun  tənbeh  edilməsi  barədə  Sədrə 

təkliflər verilməsinə dair qərar qəbul etməlidir. 

 

11.



 

Etirazlar və onların həlli 

11.1.


 

İclasın  mümkünlüyü  barədə  qərar  qəbul  edildikdə  Sədr  iclas  iştirakçılarından 

özünə qarşı etirazın olub- olmamasını soruşur.  

11.2.


 

İclasın  mümkünlüyü  barədə  qərar  qəbul  edildikdə,  əgər  Komitə  iclasına 

Komitə üzvlərindən biri katiblik etmirsə, Sədr iclas iştirakçılarından Katibə bu 

Əsasnamənin  19.4-cü  bəndinə  istinadən  etirazın  olub-  olmamasını  soruşur  və 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  10 

verilən  cavablardan asılı  olaraq  Katibin  başqa şəxslə  əvəz  edilib  -edilməməsi 

məsələsini Sədr öz aktı ilə həll edir. 

11.3.

 

Sədr özü- özünə etiraz etdikdə o, iclasda iştirak edən digər Komitə üzvlərinin 



qərarı ilə başqa Komitə üzvlərindən biri ilə əvəz edilir. 

11.4.


 

Sədrə  qarşı  (özü  özünə  etiraz  halından  başqa)  etirazlar  olduqda,  onun  etiraz 

məsələsi Komitə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə həll edilir. 

 

12.



 

İclasın açılması və məsələlərin səsverməyə çıxarılması 

12.1.


 

Komitə iclasının mümkünlüyü və etirazlarla bağlı məsələlər həll edildikdə Sədr 

Komitə iclasını açıq elan edir. 

12.2.


 

Komitə  iclasının  əvvəlində  gündəlik  səsə  qoyularaq  qəbul  edilir  və  sonra 

Komitə iclasında yalnız gündəlikdə göstərilən məsələlər müzakirə edilir.  

12.3.


 

Komitə  iclasında  Sədr  gündəlikdə  duran  məsələləri  ardıcıllıqla  müzakirəyə 

çıxarmalıdır,  lakin  hər  hansı  məsələnin  təxirəsalınmazlığı  tələb  edərsə  Sədr 

tərəfindən bu ardıcıllıq dəyişdirilir. 

 

13.

 

Komitə iclasında çıxışlar 

13.1.


 

Komitə  iclasında  çıxış  üçün  ilk  söz  müzakirəyə  çıxarılmış  məsələ  üzrə 

məruzəçiyə verilməlidir. Məruzə bitdikdə iclas iştirakçıları çıxış üçün söz alırlar. 

13.2.


 

Sədr  hər  bir  məsələ  müzakirəyə  çıxarılanda  iclas  iştirakçılarına  çıxış  etmək 

imkanı yaradır. 

13.3.


 

Komitə  iclasının  bütün  iştirakçılarının  Komitə  iclasında  müzakirə  edilən 

məsələ üzrə çıxış etmək hüququ vardır. 

13.4.


 

Komitə  iclasında  çıxış  etmək  arzusunda  olanlar  öz  arzularını  əl  qaldırmaqla 

bildirməlidirlər. 

13.5.


 

Çıxışlar yekunlaşdıqda Sədr qərar layihəsini səsə qoymazdan əvvəl daha kimin 

çıxış etmək istədiyini soruşmalıdır.  

13.6.


 

Hər hansı Komitə üzvü müzakirə edilən məsələ üzrə kommersiya sirrinin, bank 

sirrinin və ya qanunla qorunan digər məlumatların gizliliyini saxlamaq məqsədi 

ilə  gizli  çıxış  etmək  arzusunda  olduğunu  bildirdikdə  Katib  istisna  olmaqla, 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  11 

Komitə  üzvlərindən  başqa  bütün  Komitə  iclası  iştirakçıları  iclasın  aparıldığı 

otağı  tərk  etməli,  iclas  açıq  havada  və  ya  geniş  zalda  aparıldıqda  isə  gizli 

məsələni  müzakirə  edən  şəxslər  digər  iclas  iştirakçıları  üçün  eşidilməyən 

məsafəyə çəkilməlidirlər. 

13.7.

 

Komitə  iclasının  iştirakçıları  çıxış  etmək  arzusunda  olmadıqda  və  səsvermə 



üçün yetərsay itirilmədikdə, Sədr səsvermə mərhələsinə keçid alır. 

13.8.


 

Səsvermə üçün yetərsay aşağıdakı hallarda itirilə bilər: 

13.8.1.

 

səsvermə  səlahiyyəti  olan  iclas  iştirakçısının  (iştirakçıları)  hər  hansı 



səbəbdən iclası tərk etməsi (etmələri) nəticəsində; 

13.8.2.


 

bu  Əsasnamənin  14.6-cı  bəndinin  tələbləri  qaydasında  səsvermə 

səlahiyyəti olan iclas iştirakçısı səsvermədən kənarlaşdırıldıqda. 

13.9.


 

Əgər səsvermə səlahiyyəti olan iclas iştirakçısının maraqları ucbatından onun 

səsvermədən  kənarlaşdırılması  nəticəsində  yetərsay  itirilərsə  həmin  məsələ 

üzrə qərarın qəbul edilməsi yetərsayın təmin edilməsinə qədər təxirə salınır. 



 

14.

 

Səsvermə 

14.1.


 

Hər  bir  məsələnin  müzakirəsinin  sonunda  Sədr  qərar  layihəsini  səsə 

qoymalıdır. 

14.2.


 

Komitə  üzvlərinin  tələbi  ilə  səsvermə  gizli  keçirilə  bilər.  Bu  halda  gizli 

səsvermə üsulu Komitə iclasının ayrıca qərarı ilə müəyyən olunmalıdır. 

14.3.


 

Komitə  iclasında  hər  bir  Komitə  üzvü  bir  səs  hüququna  malikdir.  Hər  hansı 

Komitə üzvü öz səsini digər Komitə üzvünə verə bilməz . 

14.4.


 

Bu  Əsasnamənin  14.5-ci  bəndində  qeyd  edilənlərdən  başqa  Komitə  qərarları 

iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. 

14.5.


 

Aşağıdakı  məsələlər  üzrə  Komitə  qərarları  Direktorların  2/3  (üçdə  iki)  səs 

çoxluğu ilə qəbul edilir: 

14.5.1.


 

Komitənin  büdcəsinin  (xərclərinin  bölüşdürülməsinin)  təsdiq  edilməsi 

barədə; 

14.5.2.


 

kənar auditorların seçilməsi barədə; 

14.5.3.

 

Ləğvedicinin əmri ilə mühüm elan edilmiş məsələ barədə; 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  12 

14.5.4.

 

Komitənin  fəaliyyətini  tənzimləyən  hüquqi  aktların  qəbul/təsdiq 



edilməsi barədə. 

14.6.


 

Səsvermə səlahiyyətində olan hər hansı  Komitə üzvü müzakirə edilən məsələ 

üzrə  onun  maraqlarına  toxunan  məsələ  barədə  məlumat  verdikdə  və  ya  belə 

maraqlar 

aşkar  olunduqda,  həmin  Komitə  üzvünün  səsvermədən 

kənarlaşdırılması  məsələsi  müzakirə  olunur  və  həmin  iştirakçının  maraqları 

təsdiq  edilərsə  Sədr  həmin  şəxsin  səsvermədən  kənarlaşdırıldığını  və  onun 

səsinin bu məsələ üzrə yetərsayın müəyyən edilməsi üçün nəzərə alınmadığını 

elan edir. 

14.7.


 

Səsvermə  zamanı  Komitə  üzvünün  bitərəf  qalmasına  yol  verilmir.  Əgər  hər 

hansı  Komitə üzvü bitərəf kimi səs versə, hesab olunur ki, o, qərar layihəsinin 

lehinədir. 

14.8.

 

Səsvermə zamanı Sədr sonuncu səs verir.  



14.9.

 

Səslər bərabər olduqda Sədrin səsi həlledici sayılır. 



14.10.

 

Komitə  üzvü  qəbul  edilmiş  qərarla  razılaşmadıqda,  yazılı  qaydada  bu 



Əsasnamənin  19.1.3.4  bəndində  nəzərdə  tutulmuş  hüquqdan  istifadə  edərək  öz 

xüsusi  rəyini  hazırlayıb  Sədrə  təqdim  edir.  Eynilə,  Sədr  də  öz  xüsusi  rəyini 

hazırlayıb bütün kreditorlara göndərə bilər. 

14.11.


 

Komitə üzvünün hər hansı bir qərarın qəbul edilməsində lehinə və ya əleyhinə 

səs  verməsinə  məcbur  edilməsi  (hər  hansı  bir  formada  təzyiq  göstərilməsi) 

yolverilməzdir. Belə təzyiq halı aşkar edilərsə, həmin Komitə üzvünün müvafiq 

iclas üzrə verdiyi səs etibarsız sayılır. 

 

15.



 

Komitə qərarının rəsmiləşdirilməsi 

15.1.


 

Hər hansı qərar layihəsi qəbul edildikdə, o protokola qeyd olunur. 

15.2.

 

Komitə iclasının protokolu Komitə iclasında iştirak edən bütün üzvlər və (əgər 



katib kimi Komitə üzvü iştirak etmirsə) Katib tərəfindən imzalanır. 

15.3.


 

Sədr  protokolun  düzgün  aparılmasına  görə  məsul  olan  şəxsdir.  Lakin  Sədrlə 

Katib arasında protokolun mətni üzrə fikir ayrılığı yarandıqda, bu barədə Komitə 

iclasının iştirakçılarının fikri öyrənilməlidir.  




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  13 

15.4.

 

Sədrlə  Katib  arasında  protokola  dair  fikir  ayrılığı  həll  edilməzsə  Katib 



protokolu  imzalamaqdan  imtina  etməli  və  öz  xüsusi  rəyini  protokola  əlavə 

etməlidir. 

15.5.

 

Hər  hansı  Komitə  üzvünün  tələbi  ilə  protokolda  digər  zəruri  məlumatlar  da 



göstərilməlidir.  

15.6.


 

Komitə  qərarlarının  icrası  Sədrin  müraciəti  əsasında  Ləğvedici  tərəfindən 

təmin edilir. Hər bir halda Komitə qərarlarının vaxtlı-vaxtında icra edilməsi üçün 

Sədr həmin qərarı  əks  etdirən sənədi  (protokolun və  ya  qərarın  surətini,  yaxud 

müvafiq sənəddən çıxarışı) səlahiyyətli şəxslərə təqdim edilməsini təmin edir. 

15.7.


 

Formal iclasın keçirilməsindən asılı olmayaraq yetərli sayda Komitə üzvlərinin 

imzaladığı Komitə qərarı layihəsi Komitə iclasında qəbul edilmiş sayılır. 

15.8.


 

Komitə  üzvlərinin  müraciəti  əsasında  və  ya  işlərin  aparılmasının 

asanlaşdırılması  üçün  Komitə  iclasında  qəbul  edilmiş  hər  hansı  qərar  ayrıca 

sənəd kimi rəsmiləşdirilir.  

 

16.

 

İclaslarda çəkiliş və ya səsyazma 

16.1.


 

Sədrin icazəsi və ya göstərişi ilə iclas zamanı iclasın gedişatını qeydə alınması 

üçün səsyazmadan və ya çəkilişdən istifadə edilir. Belə icazə iclasın əvvəlində 

(səsyazmaya/çəkilişə başlamazdan əvvəl) istənilməlidir. 

16.2.

 

Səsyazma/çəkiliş  aparıldıqda,  bu  barədə  iclas  protokoluna  aşağıdakı 



məlumatları əks etdirən qeyd yazılır: 

16.2.1.


 

Səsyazma/çəkiliş üçün istifadə edilən avadanlığın modeli, buraxılış ili; 

16.2.2.

 

tətbiq edilən səsyazma/çəkiliş rejimi; 



16.2.3.

 

səsyazmanın/çəkilişin  saxlanması  üsulu  (yaddaş  kartı,  disk,  internet 



resurs və s.). 

 

17.



 

İclas protokollarının saxlanması və sonrakı istifadəsi 

17.1.


 

İclas protokolları qəbul edilmə tarixi üzrə cildlənir və arxivə verilir. 

17.2.

 

İclasların protokolları Bankın ləğvi barədə qərar qəbul edilənə qədər Bankda 



saxlanılır,  sonra  isə  “Banklar  haqqında”  Qanuna  və  arxiv  haqqında 


 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  14 

qanunvericiliyə  uyğun  olaraq  müvafiq  dövlət  arxivinə  təhvil  verilir  və  ya 

məhv edilir. 

17.3.

 

İclas  protokolunun  surətini  tələb  etmək  səlahiyyətində  olan  şəxs  tərəfindən 



tələb  edildikdə  bu  tələb  arxivə  daxil  olduqdan  1  (bir)  iş  günü  müddətində 

protokolun surəti həmin şəxsə təqdim edilir. 

17.4.

 

Müxtəlif  dövlət  orqanlarına  və  digər  şəxslərə  təqdim  edilməsi  üçün  iclas 



protokolunda qeyd edilən hər bir qərar üzrə ayrıca çıxarış hazırlanır və ümumi 

qaydada imzalanır. 

17.5.

 

Protokolların digər formada istifadəsi Bankın Reqlamenti ilə müəyyən edilir. 



 

 

Fəsil III 



Komitə üzvü, Sədr və Katib 

 

18.



 

Komitə üzvünə dair tələblər 

18.1.


 

Fiziki şəxslər, hüquqi şəxslər və qanunvericiliyə uyğun olaraq yaradılmış digər 

qurumlar Komitə üzvü seçilə bilər. 

18.2.


 

Aşağıdakı  şəxslər  Komitə  üzvü  seçilə  bilməzlər  və  bu  qadağaların  müəyyən 

edilməsi bu Əsasnamənin 19.4.3-cü bəndində nəzərdə tutulmuş nəticələrə səbəb 

olur: 


18.2.1.

 

əvvəllər  eyni  tipli  qurumda  yol  verdiyi  sui-istifadə  halına  görə  həmin 



qurumdan xaric edilmiş şəxslər; 

18.2.2.


 

iqtisadi sahədə qanun pozuntusuna yol verdiyinə görə barəsində inzibati 

araşdırma aparılan və ya cinayət təqibi həyata keçirilən şəxslər; 

18.2.3.


 

 Əmanətlərin Sığortalanması Fondunun tabeçiliyində olan şəxslər. 

 

19.

 

Komitə üzvünün hüquq və vəzifələri 

19.1.


 

Komitə üzvü aşağıdakı hüquqlara malikdirlər: 

19.1.1.

 

Məlumat toplama ilə bağlı: 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  15 

19.1.1.1.

 

Kreditorların  maraqlarına  toxunan  məlumatı  Bankdan  sorğu 



etmək; 

19.1.1.2.

 

öz  təhkim  sahəsinə  aid  məsələlərlə  əlaqədar  ləğvedicidən 



bankın qiymətləndirilməsinin nəticələrini tələb etmək; 

19.1.1.3.

 

öz  vəzifələrinin  icrası  ilə  bağlı  təkbaşına  və  ya  digər 



kreditorlarla birgə istənilən şəxsə müraciətlər etmək, şəxslərlə 

əlaqə saxlamaq; 

19.1.1.4.

 

Ləğvedici tərəfindən hazırlanan hesabatlarla və ləğv planı ilə 



tanış olmaq və fikirlərini bildirmək. 

19.1.2.


 

Komitə iclaslarının çağırılması ilə bağlı: 

19.1.2.1.

 

bu Əsasnamənin 5.7-ci bəndinin tələbləri qaydasında Komitə 



iclaslarını çağırmaq; 

19.1.2.2.

 

bu  Əsasnamənin  12.3-cü  bəndinə  əsaslanaraq  istənilən 



məsələnin  Komitə  iclasının  gündəliyinə  salınmasını  tələb 

etmək; 


19.1.3.

 

Komitə iclaslarının keçirilməsi ilə bağlı: 



19.1.3.1.

 

bu  Əsasnamənin  5.6-cı  bəndində  nəzərdə  tutulmuş  qaydada 



formal  qaydalara  riayət  olunmadan  Komitə  iclasının 

keçirilməsi barədə razılıq vermək; 

19.1.3.2.

 

Komitə  iclaslarında  müzakirə  olunan  məsələ  üzrə  çıxışlar 



etmək; 

19.1.3.3.

 

Qanunla qorunan məlumatların açıqlanması riski yarandıqda 



və  ya  hər  hansı  təhlükədən  yayınmaq  məqsədi  ilə 

səsvermənin gizli keçirilməsini tələb etmək; 

19.1.3.4.

 

Komitə  qərarı  ilə  razılaşmadıqda,  bu  Əsasnamənin  14.10-cu 



bəndinə  müvafiq  yazılı  rəy  bildirmək  və  (və  ya)  hər  hansı 

məsələnin protokolda dəqiq yazılmasını tələb etmək; 

19.1.4.

 

digər məsələlər ilə bağlı: 



19.1.4.1.

 

öz  arzusu  ilə  Komitə  üzvlüyündən  azad  edilməsini  xahiş 



etmək; 


 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  16 

19.1.4.2.

 

qanunvericiliklə və ya hazırkı Əsasnamə ilə nəzərdə tutulmuş 



digər hüquqları həyata keçirmək. 

19.2.


 

Komitə üzvünün vəzifələrinə aiddir: 

19.2.1.

 

əxlaqi (etik) davranışla bağlı: 



19.2.1.1.

 

öz  vəzifələrinə  məsuliyyətlə  yanaşmaq,  həmçinin  onlara 



məlum  olan  gizli  (məxfi  və  ya  konfidensial)  məlumatları 

yaymamaq; 

19.2.1.2.

 

Ləğvedicinin,  Bankın  və  ya  digər  kreditorların  maraqları 



ziddinə qərəzli hərəkətlər etməmək

19.2.1.3.

 

Komitə  iclasında  yalnız  öz  şəxsi  mühakiməsinə  və  daxili 



inamına əsaslanaraq səs vermək və qərar qəbul etmək; 

19.2.1.4.

 

Ləğv prosesi çərçivəsində Bankın qiymətləndirilməsinə cəlb 



edilmiş  auditorların  işinə  müdaxilə  etməmək  və  onların 

müstəqil olmasını təmin etmək; 

19.2.2.

 

məlumat toplama və təhlillə bağlı: 



19.2.2.1.

 

Bank  barəsində  təqdim  edilmiş  hesabatları  və  digər 



məlumatları mütəmadi olaraq müstəqil şəkildə təhlil etmək; 

19.2.2.2.

 

öz  vəzifələrini  lazımi  qaydada  icra  etmək  üçün  zəruri  olan 



vaxt  ayırmaq,  təhkim  sahəsində  baş  verən  hadisələr  və 

mövcud  olan  meyllər  haqqında  hər  zaman  mümkün  qədər 

məlumata malik olmaq; 

19.2.3.


 

Komitə iclaslarında iştirakla bağlı: 

19.2.3.1.

 

Komitə  iclasında  şəxsən  və  ya  etibarnamə  verdiyi 



nümayəndəsi vasitəsi ilə iştirak etmək, həmçinin etibarnamə 

verdiyi nümayəndəni səsvermə barədə təlimatlandırmaq; 

19.2.3.2.

 

Komitə  iclasında  səsverməyə  çıxarılmış  qərar  layihəsinin 



lehinə və ya əleyhinə səs vermək, səsvermə zamanı  bitərəf 

qalmamaq; 

19.2.3.3.

 

Səsvermə  qaydasını  və  səslərin  sayılması  qaydalarını 



pozmamaq; 


 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  17 

19.2.4.

 

qanunvericiliklə  və  hazırkı  Əsasnamə  ilə  üzərinə  düşən  digər 



vəzifələri yerinə yetirmək. 

19.3.


 

Komitə  üzvünün  səlahiyyətlərinə  vaxtından  əvvəl  xitam  verilməsi  yalnız 

aşağıdakı əsaslar olduqda və yalnız Komitə qərarı ilə mümkündür: 

19.3.1.


 

Komitə üzvünün ərizəsinə əsasən; 

19.3.2.

 

Audit Komitəsinin rəyinə əsasən; 



19.3.3.

 

onun  barəsində  Ləğvedici  tərəfindən  və  ya  Bank  tərəfindən  həyata 



keçirilən intizam icraatının nəticələrinə əsasən. 

19.4.


 

Komitə  üzvünün  vaxtından  əvvəl  tutduğu  vəzifədən  kənarlaşdırılması  və 

vəzifədən azad edilməsi üçün aşağıda göstərilən hallar əsas ola bilər: 

19.4.1.


 

Komitə üzvü tərəfindən qanunvericiliyin tələblərinin təqsirli olaraq və 

kobud şəkildə pozulması; 

19.4.2.


 

hazırkı Əsasnamənin tələblərinin təqsirli olaraq təkrarən pozulması; 

19.4.3.

 

Komitə üzvü üçün müəyyən edilmiş tələblərə cavab verməyən şəxslər 



sırasına  aid  olmasının  müəyyən  edilməsi  və  ya  Komitə  üzvü  üçün 

müəyyən edilən qadağaların pozulması halının aşkar edilməsi. 

19.5.

 

Hər  hansı  şəxsin  Komitə  üzvü  olduğuna  görə  ona  Ləğvedici  və  ya  Bank 



tərəfindən belə iştiraka görə hər hansı haqq, məvacib və ya digər şəkildə pul 

vəsaiti ödənilmir. 

19.6.

 

Komitə  üzvü  olan  şəxslərin  nümayəndələrinə  onları  təhkim  etmiş  şəxslər 



tərəfindən  hər  hansı  haqq  ödənilməsi  həmin  Komitə  üzvü  ilə  nümayəndə 

arasında razılaşma ilə tənzimlənir. 

 

20.

 

Komitə üzvünün məsuliyyəti 

20.1.


 

Komitə  üzvü  öz  təqsirli  hərəkətləri  (hərəkətsizliyi)  nəticəsində  Banka  və  ya 

Ləğvediciyə,  o  cümlədən  kreditorlara  vurduqları  zərərə  görə  məsuliyyət 

daşıyırlar.  

20.2.

 

Sədr  və  üzvlərinin  məsuliyyət  məsələsi  həll  edilərkən,  bütün  diqqətəlayiq 



məqamlar  araşdırılmalı  və vurulmuş  zərərdə hər bir  üzvün təqsirlik dərəcəsi 

müəyyən edilməlidir.  




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  18 



 

21.

 

Sədr 

21.1.


 

Sədr  Komitənin  qərarı  ilə  Komitə  üzvləri  sırasından  seçilir.  Sədr 

seçilmədikdə,  həmçinin  əvvəl  seçilmiş  Komitə  sədrinin  səlahiyyət  müddəti 

bitdikdə  və  yenisi  seçilmədikdə,  Komitə  iclasına  Ləğvedicinin  nümayəndəsi 

sədrlik edir. 

21.2.


 

Sədr  yerində  olmadıqda  Komitə  iclaslarına  maliyyə  məsələləri  üzrə  Komitə 

üzvü sədrlik edir, o da yerində olmadıqda Komitə iclasının əvvəlində Komitə 

üzvləri öz aralarından iclasa sədrlik edəni nisbi səs çoxluğu ilə seçirlər. Belə 

seçki keçirilən zaman Komitə iclasına onun ən yaşlı üzvə, belə üzvlərin sayı 

birdən artıq olduqda hüquq və ya iqtisadiyyat sahəsində ən çox təcrübəsi olan 

rəhbərlik edir. 

21.3.


 

Sədrin səlahiyyətləri (vəzifələri və eyni zamanda hüquqları) aşağıdakılardır: 

21.3.1.

 

Komitə iclaslarının çağırılması ilə bağlı: 



21.3.1.1.

 

bu  Əsasnamənin  5.4-cü  bəndinə  uyğun  olaraq  təşəbbüslərə 



baxıb həmin Əsasnamənin 5.5.1-ci bəndini tətbiq etmək; 

21.3.1.2.

 

bu  Əsasnamənin  5.4-cü  bəndinə  müvafiq  olaraq  Komitə 



iclasının  çağırılması  zamanı  təşəbbüs  qaydasına  riayət 

etmək; 


21.3.1.3.

 

Komitə iclasına dəvət olunanların siyahısını müəyyən etmək 



və  həmin  Əsasnamənin  5.5.3-cü  bəndinə  uyğun  məlumatı 

Katibə vermək; 

21.3.1.4.

 

bu  Əsasnamənin  5.5.4-cü  bəndinə  uyğun  olaraq  Komitə 



iclası iştirakçılarına məlumat vermək; 

21.3.1.5.

 

bu  Əsasnamənin  5.7-ci  bəndinə  uyğun  olaraq  razılaşdırma 



aparmaq; 

21.3.1.6.

 

iclasın  mümkünlüyü,  əlavə  materialların  qəbul  edilməsi  və 



Komitə iclasında iştirak etməyənlər barəsində tədbirlərə dair 

məsələləri həll etmək; 

21.3.2.

 

Komitə iclaslarının keçirilməsi ilə bağlı: 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  19 

21.3.2.1.

 

Katib barəsində etiraz məsələsini həll etmək



21.3.2.2.

 

Komitə iclaslarına sədrlik etmək; 



21.3.3.

 

digər məsələlər ilə bağlı: 



21.3.3.1.

 

bu Əsasnamənin 19-cu bəndində nəzərdə tutulmuş hüquq və 



vəzifələri həyata keçirmək; 

21.3.3.2.

 

Komitə qərarlarının icrası məqsədi ilə əmrlər və sərəncamlar 



vermək; 

21.3.3.3.

 

Komitə  üzvlərinin  iş  yüklərini  nəzərə  almaqla  Komitənin 



fəaliyyəti ilə bağlı onlar arasında iş bölgüsü aparmaq; 

21.3.3.4.

 

maliyyə  hesabatlarını  Bankın  bütün  kreditorlarına,  habelə 



Ləğvediciyə təqdim etmək; 

21.3.3.5.

 

öz qərarları ilə üzərinə götürdüyü digər səlahiyyətləri həyata 



keçirmək. 

 

22.

 

Katib 

22.1.


 

Sədr Ləğvedici tərəfindən təqdim edilən şəxsin Katib seçilməsi barədə məsələ 

qaldıra və ya Komitə üzvlərindən birinin Katib seçilməsini təklif edə bilər.  

22.2.


 

Katib Komitə iclasında sadə səs çoxluğu ilə seçilir. 

22.3.

 

Katib: 



22.3.1.

 

Komitə iclasları üçün sənədləri və digər materialları hazırlayır, onların 



surətlərini  çıxarır  və  Komitə  iclasına  dəvət  olunanlara  göndərilməsi 

üçün hazırlayır; 

22.3.2.

 

Komitə  iclasına  dəvət  olunanların  iclasda  iştirak  etmələri  üçün 



tədbirlər görür; 

22.3.3.


 

Komitə  iclasının  stenoqramını  və  (və  ya  birbaşa)  protokolunu  tərtib 

edir və protokolu Sədrin imzasından sonra imzalayır; 

22.3.4.


 

Komitə  iclasının  protokolunun  mətni  ilə  razı  olmadıqda  protokolu 

imzalamaqdan imtina edir; 



 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  20 

22.3.5.

 

Komitə  iclasının  protokolunu  və  stenoqramını  arxivləşdirir,  onun 



surətlərini  iclas  iştirakçılarına  göndərir,  onların  rəyləri  daxil  olduqda 

həmin rəyləri protokola/stenoqrama əlavə edir; 

22.3.6.

 

Sədrin göstərişinə uyğun olaraq Komitənin materiallarından çıxarışlar 



hazırlayır və səlahiyyətli şəxslərə təqdim edir; 

22.3.7.


 

Komitənin qərarları ilə müəyyən edilmiş digər vəzifələri icra edir. 

22.4.

 

Aşağıdakı  hallarda  Komitə  üzvləri  tərəfindən  Katibə  etiraz  edilməli  və  ya 



Katib özü özünə etiraz etməlidir: 

22.4.1.


 

Komitə iclasında müzakirə edilən məsələ Katibin şəxsi maraqlarına və 

ya onun qohumlarının maraqlarına toxunursa; 

22.4.2.


 

Komitə iclasına müzakirələr zamanı Katibin bilmədiyi və ya yetərincə 

(Katib  vəzifələrinin  icrasına  yetərli  olmayan  dərəcədə)  bilmədiyi 

dildən istifadə edildikdə; 

22.4.3.

 

Katib  təyin  edilmiş  şəxs  hər  hansı  səbəbdən  bu  iclasda  iştirak  edə 



bilmədikdə. 

 

Fəsil IV 



Digər müddəalar 

 

23.



 

Protokol barədə ümumi müddəalar 

23.1.


 

Komitə iclasının protokolları həmin iclasın gedişatını və qəbul edilən qərarları 

rəsmiləşdirmək üçün mütləq qaydada tərtib edilir. 

23.2.


 

İclas protokolu Katib tərəfindən tərtib edilir.  İclasın  gedişatı  Katib tərəfindən 

qısa  yazı  üsulu  (stenoqrafiya)  ilə  və  ya  xüsusi  texniki  vasitələrdən  istifadə 

edilməklə  qeyd  oluna  bilər.  Belə  olduqda  nəticə  etibarı  ilə  hazırlanan 

stenoqrafiya  yazıları  (stenoqram)  və  ya  xüsusi  texniki  vasitələrdən  istifadə 

zamanı  maqnit  və  sair  daşıyıcılarda  əks  olunan  məlumatlar  əsasında  iclas 

protokolunun yekun variantı hazırlanır.  



 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  21 

23.3.

 

Protokolun  yekun  variantının  redaktə  və  çap  edilməsini  Katib  bilavasitə 



müzakirə  olunan  məsələni  gündəmə  gətirən  struktur  bölməsinin  və  ya 

kreditorun yardımı ilə həyata keçirə bilər.  

23.4.

 

Hazırlanmış  stenoqram  və  ya  xüsusi  texniki  vasitələrdən  istifadə  zamanı 



maqnit və sair protokolun əslinə əlavə olunur. 

23.5.


 

Protokol  bir  qayda  olaraq  kompyüter  vasitəsi  ilə  hazırlanır.  Protokolda 

doldurulmamış  sətirlər  və  səhifələr  pozulmalı,  ona  əlavələr,  pozmalar  və 

düzəlişlər xüsusi qeyd olunmalıdır. 

23.6.

 

Protokol giriş, təsvir və nəticə hissələrindən ibarət tərtib edilir. 



 

24.

 

Protokolun hissələri 

24.1.


 

Protokolun təsvir hissəsində edilən çıxışlar və sual-cavab birinci şəxs adından 

yazılır. Burada protokola əlavə olunmuş məruzə mətninə istinad edilə bilər. 

24.2.


 

Protokolun  nəticə  hissəsində  səs  vermənin  nəticələri  (səs  nisbəti),  habelə 

iclasda  qəbul  olunan  qərarlar,  müşavirədə  isə  edilən  təkliflər  ardıcıllıqla  əks 

etdirilir.  İclasda bir  neçə  məsələ  müzakirə  edildikdə  hər  məsələ  üzrə protokol 

ayrıca təsviri və nəticə hissələrdən ibarət tərtib olunur və beləliklə protokolda 

bir neçə təsviri və nəticə hissələrin olmasına yol verilir. 

24.3.

 

Komitəyə təqdim olunmuş sənədlər (və ya onların surətləri) və əşyalar, habelə 



ayrıca sənəd şəklində qəbul olunan qərar, əmr, sərəncam (və ya onun surəti) və 

digər  bu  tipli  əşyalar  müvafiq  daşıyıcılarda  iclas  protokoluna  əlavə  olunur. 

Elektron  daşıyıcılarda  əlavə  olunan  sənədlərin  daşıyıcıları  (disketlər,  disklər, 

kartlar və s.) və Komitəyə təqdim olunan əşyalar (predmetlər) zərfə qoyulur, bu 

mümkün  olmadıqda  isə  digər  formada  qablaşdırılır  və  qabın  üzərinə  zərf 

yapışdırılır.  

24.4.

 

Protokola  olunan  əlavələrin  müvafiq  zərfləri  Sədr  və  Katib  tərəfindən 



imzalanır.  Protokola  əlavə  olunan  sənədlərin  adları,  kağız  daşıyıcılarda  olan 

sənədlərin  səhifə  sayı,  digər  əlavələrin  isə  təsviri  müvafiq  iclas  protokolunda 

əks  olunmalıdır.  Qablaşdırılan  əşyaların  zərflərində  əşyaların  adları  və  digər 

zəruri məlumatlar göstərilir. 




 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  22 

24.5.

 

Əgər Komitə iclası 1 (bir) gündən artıq sürərsə protokolda iclasın başlama və 



yekunlaşma tarixləri qeyd edilir. 

 

25.



 

Protokola dair digər müddəalar 

25.1.


 

Komitə iclasının müvafiq protokolu həmin iclas qurtardıqdan ən geci 7 (yeddi) 

təqvim günü müddətində tam mətndə tərtib edilib imzalanır. 

25.2.


 

Əgər protokolun mətninə dair fikir ayrılığı yaranarsa protokola qeydlər verilir, 

bu  qeydlər  Katib  tərəfindən  (əgər  qeydlər  elektron  qaydada  daxil  olubsa,  çap 

edildikdən sonra) protokola əlavə edilir.  

25.3.

 

Sədrin  icazəsi  ilə  texniki  vasitələrdən  istifadə  olunmaqla  audio  və  başqa 



yazılar,  foto,  video,  kino  və  digər  çəkilişlər  aparılarsa,  Katib  yazı  və/və  ya 

çəkiliş başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki 

vasitələrdən  istifadə  olunması  protokolda  qeyd  olunur,  yazı  və  ya  çəkiliş  isə 

möhürlənir və müvafiq protokolun əlavəsi kimi saxlanılır.  

25.4.

 

Protokola  əlavə  olunmuş  yazılar  və/və  ya  çəkilişlər  gələcəkdə  hər  hansı  iclas 



zamanı  dinlənildikdə  və  ya  baxıldıqda,  bu  barədə  qeyd  axırıncı  iclas 

protokolunda  göstərilməlidir.  Bu  cür  yazı  və  çəkilişlər  digər  hallarda 

dinlənildikdə və ya baxıldıqda bu barədə akt tərtib edilməli və müvafiq yazının 

və  ya  çəkilişin  aparılmış  olduğu  iclas  protokoluna  əlavə  olunmalıdır. 

Protokolla  müvafiq  səsyazma  və  ya  çəkiliş  arasında  ziddiyyət  yarandıqda 

protokola  qeydlər  əlavə  edilir.  Həmin  qeydlər  protokola  əlavə  şəklində 

rəsmiləşdirilməlidir. 

 

26.



 

Məsrəflər 

26.1.


 

Komitənin  bütün  məsrəfləri  və  həmin  məsrəflərin  Komitə  üzvləri  arasında 

bölüşdürülməsi Komitənin büdcəsində əks etdirilir. 

26.2.


 

Komitənin  istənilən  üzvü  hər  hansı  xərclərin  həmin  üzv  tərəfindən 

ödənilməsinə dair qərar verə bilər və: 

26.2.1.


 

belə qərar hüquqi şəxs və ya qanunvericiliyə uyğun olaraq yaradılmış 

digər qurum tərəfindən həmin qurumun nizamnaməsinə və digər daxili 



 

“Kreditorlar Komitəsi haqqında” Əsasnamə   

Cəmi 23 səhifədən  23 

sənədlərinə  uyğun  qaydada  qəbul  edilməli  və  Komitəyə  təqdim 

edilməlidir; 

26.2.2.

 

belə qərar fiziki şəxs tərəfindən verildikdə həmin şəxs Komitəyə yazılı 



ərizəsini təqdim etməlidir. 

26.3.


 

Ləğvedici  Komitənin  istənilən  xərcini  öz  üzərinə  götürdükdə  həmin  xərclər 

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 82.1.3-cü maddəsi 

ilə nəzərdə tutulmuş tələblərə aid edilir. 

26.4.

 

Ləğvedici hər hansı şəxsin Komitə üzvü olduğuna və ya hər hansı kreditorun 



Komitənin fəaliyyətində iştirak etdiyinə görə həmin şəxsə haqq ödənilməsini 

öz üzərinə götürə bilməz. 

 

27.

 

Yekun müddəalar 

27.1.


 

Hazırkı Əsasnamə məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir. 

27.2.

 

Hazırkı  Əsasnaməyə  əlavə  və  dəyişikliklər  edilməsi  və  ya  hazırkı 



Əsasnamənin  ləğv  olunması  yalnız  Ləğvedicinin  razılığı  ilə  həyata  keçirilə 

bilər. 


27.3.

 

Komitənin  fəaliyyətini  tənzimləyən  digər  hüquqi  sənədlər  hazırkı 



Əsasnaməyə zidd olmamalıdır. 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə