Avtomobil texnikasi



Yüklə 6,38 Kb.
Pdf görüntüsü
səhifə27/56
tarix22.05.2018
ölçüsü6,38 Kb.
#45398
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

 
76 
Dizel  yanacağının  tərikbində  kükürdün  miqdarının  artması  onun  yeyilməyə  qarşı  olan 
keyfiyyətinin pisləşməsinə, daha doğrusu, yanma zamanı əmələ gələn kükürdlü birləşmələrin təsiri 
nəticəsində  mühərrikin  silindrində  yeyilmənin  artmasına  səbəb  olur.  Bundan  başqa,  dizel  yana-
cağında  kükürdün  miqdarı  nə  qədər  çox  olarsa,  yanma  zamanı  qurum  və  lak  da  daha  çox  əmələ 
gələr.  Ona  görə  də  mövcud  standartlara  görə  dizel  yanacağının  tərkibində  kükürdün  miqdarının 
0,2%-dən çox olması məqsədəuyğun hesab olunmur. 
Dizel  yanacağının  tərkibində  qətranın miqdarının artması  da  yanacağın  qurum  əmələ gətirmə 
meylliliyinin artması ilə nəticələnir. Odur ki, dizel yanacaqlarının keyfiyyətinə olan tələbatlardan 
biri də onların tərkibində qətranın faktiki miqdarının 30÷60
ml
mq
100
-dən çox olmamasıdır. 
Setan  ədədi  (S.Ə.)  dizel  yanacağının  özüalışma  keyfiyyətini  xarakterizə  edir  və  S.Ə. 
böyüdükcə özüalışma temperaturu azalır.  
Yanacağın setan ədədi, sıxma dərəcəsi dəyişdirilə bilən xüsusi birsilindrli İT9-3 və yaxud İT9-
3M  markalı  dizel  mühərriki  qurğusunda,  həmin  yanacağın  etalon  qarışığın  özüalışma  xassəsi  ilə 
müqayisə  etməklə  təyin  edilir.  Etalon  qarışıq  asan  özüalışan  setandan  (C
16
H
34
)  və  çətin  alışan 
aromatik karbohidrogenlər sırasının nümayəndəsi olan 
 -metilnaftalindən (C
11
H
10
) hazırlanır. 
 - 
metilnaftalinin S.Ə. sıfır, setanınkı isə 100 qəbul olunmuşdur. Etalon qarışığın tərkibindəki setanın 
%-lə  miqdarı  qarışığın  S.Ə.  kimi  qəbul  edilir.  Etalon  qarışığın  tərkibindəki  birləşmələri  müxtəlif 
nisbətlərdə  götürməklə istənilən S.Ə.-li etalon qarışıq hazırlamaq olar. Sınaq qurğusunda  (İT9-3 
və yaxud İT9-3M) yoxlanılan dizel yanacağı özüalışma xassəsinə görə götürülmüş etalon qarışıqla 
eyni  səviyyədə  olduqda,  dizel  yanacağının  S.Ə.  qarışığın  tərkibindəki  setanın  %-lə  miqdarına 
bərabər hesab edilir. 
Yanacağın  S.Ə.  əsasən  onun  kimyəvi  tərkibindən  asılıdır.  Yanacağın  tərkibindəki  alkanlar 
sırası  karbohidrogenlərinin  setan  ədədi  yüksək  olduğundan  özüalışma  temperaturu  aşağıdır. 
Aromatik birləşmələr isə çətin alışır, yəni onların setan ədədi azdır. Müasir dizel mühərriklərində 
istifadə edilən dizel yanacağının S.Ə. 40÷60 vahid olur. 
Dizel  yanacağının  donma  temperaturu  şərti  göstərici  olub,  sadəcə  olaraq  onun  iqlim 
şəraitindən asılı olaraq istifadə olunması imkanını göstərir. 
Cədvəl  9.2-də  müasir  dizel  mühərriklərində  işlədilən  dizel  yanacaqlarının  müxtəlif  növləri 
göstərilmişdir. Bu yanacaqların işarələrindəki hərflər aşağıdakıları göstərir: 
DA  –  arktika  dizel  yanacağı.  Donma  və  qatılaşma  temperaturu  çox  aşağı  olduğundan  bu 
yanacaq arktika şəraitində ətraf mühitin temperatu -50°C -yə qədər olduqda işlədilir; 
DZ  –  qış  dizel  yanacağı.  Ətraf  mühitin  temperaturu  -30°C-yə  qədər  olduqda  bu  yanacaqdan 
istifadə edilir; 
DY – yay dizel yanacağı, ətraf mühitin temperatu 0°C -dən yuxarı olduqda işlədilir; 
DX – xüsusiləşdirilmiş dizel yanacağı. 
 
9.4. Qaz yanacaqları. 
 
Nəqliyyat mühərriklərində yanacaq kimi təbii qazlardan, o cümlədən neft və bərk yanacaqların 
emalından  alınan  süni  qazlardan  da  istifadə  olunur.  Ümumiyyətlə,  qaz  yanacaqların  əsas 
üstünlükləri  ondan  ibarətdir  ki,  onlar  maye  yanacaqlara  nisbətən  hava  ilə  yaxşı  qarışır  və  oktan 
ədədi böyük olduğu üçün daha yüksək detonasiyaya davamlılıq xassəsinə malikdir. 
Qaz  yanacaqları  xüsusi  balonlarda  sıxılmış  və  yaxud  mayeləşmiş  şəkildə  saxlanılır.  Sıxılmış 
qaz balonlarında təzyiq təxminən 20 MPa-a, mayeləşmiş qaz balonlarındakı təzyiq isə 1.6 MPa-a 
qədər olur. Yanacaq bu balonlardan mühərrikə buxarlandırıcı, reduktor və qarışdırıcıdan keçərək 
verilir.  Deməli,  balonda  hansı  halda  olmasından  asılı  olmayaraq  mühərrikin  silindrinə  qaz-hava 
qarışığı daxil olur. 
Cədvəl  9.3-də  qaz  halında,  cədvəl  9.4-də  isə  mayeləşmiş  halda  olan  qaz  yanacaqlarının  bəzi 
xassələri göstərilmişdir

 


 
77 
Cədvəl 9.3 
Göstəricilər  
Metan 
(CH
4

Etan 
(C
2
H
6

Etilen 
(C
2
H
4

Hidrogen 
(H
2

Dəm qazı 
(CO) 
1. Qaynama  temperaturu [°C
161.6 
88.6 
103.7 
252.8 
191.5 
2. Kritik  temperatur [°C
82.1 
32.3 
9.4 
239.3 
138.8 
3. Sıxlıq 




3
m
kq
 
0,715 

1,25 
0,0895 
1,25 
4. Aşağı yanma istiliyi 




3
m
kC
 
35720 
63270 
59460 
9380 
12040 
5. Oktan ədədi (motor üsulu ilə) 
104 
102 
76 
70 
100 
Cədvəl 9.4 
Göstəricilər  
Propan 
(C
3
H
8

Butan  
(C
4
H
10

Propen 
(C
3
H
6

Buten  
(C
4
H
8

İzobutan  
(HC
4
H
10

1. Qaynama  temperaturu [°C
42 
0.5 
47.8 
6.3 
11.7 
2. Kritik  temperatur [°C
96.8 
152 
91.6 
146.4 
135 
3. Sıxlıq 




3
m
kq
  
582 
579 
514 
595 
557 
4. Aşağı yanma istiliyi 




3
m
kC
 
45700 
45530 
45600 
45270 
45530 
5. Oktan ədədi (motor üsulu ilə) 
100 
90 
85 
81.7 
91.6 
 
9.5. Yanacaqların elementar tərkibi və tətbiq xüsusiyyətləri. 
 
Yanacağın  elementar  tərkibi  onu  təşkil  edən  ayrı-ayrı  elementlərin  mol  miqdarı  deməkdir. 
Yanacağın istiliktörətmə qabiliyyəti hesablanan zaman bu verilənlərdən istifadə olunur. Müxtəlif 
yanacaqların orta elementar tərkibi cədvəl 9.5-də, benzin yanacaqlarının aşağı yanma istilikləri və 
oktan ədədləri cədvəl 9.6-da, dizel yanacaqlarının aşağı yanma istilikləri və setan ədədləri cədvəl 
9.7-də, bəzi qaz yanacaqlarının tərkibi isə cədvəl 9.8-də göstərimişdir. 
Cədvəl 9.5 
S.S. 
Yanacağın markası 
Karbon (C)  


1

mol
 
Hidrogen (H)  


1

mol
 
Oksigen (O)  


1

mol
 
Molekul kütləsi 




kmol
kq
 
1  A-76 
0.855 
0.145 

115 
2  A-93 
0.85 
0.15 

110 
3  A-95, "Aral Super" 
0.845 
0.155 

105 
4  A-98, "Super Plus" 
0.84 
0.16 

87 
5  "Premium", "İP Plus 100" 
0.828 
0.172 

86 
6  "Aral Ultimate" 
0.825 
0.175 

85 
7  MNQ 
0.824 
0.176 

50 
8  STQ 
0.75 
0.25 

16 
9  Etanol E85 
0.522 
0.13 
0.348 
46 
10  Metanol   
0.375 
0.125 
0.5 
32 
11  Dizel 
0.87 
0.126 
0.004 
190 
12  Sintetik Dizel 
0.861 
0.138 
0.001 
167 
13  Biodizel  
0.852 
0.147 
0.001 
160 
  
 
 
 


Yüklə 6,38 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə