Axc mühacirlərinin fəaliyyətləri



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#106409
1   ...   7   8   9   10   11   12   13   14   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski


7 oktyabr 1942-ci ildə M.Ə.Rəsulzadə
Krım tatar mühaciri Krımalla birgə Alman
Ordusu rəhbərliyi, Xarici İşlər Nazirliyi,
Şərq Nazirliyi ilə yenə uzun danışıqlara
başladı. Bu danışıqlarda dəyişməyən şərt
Almaniya tərəfindən Azərbaycan
müstəqilliyinin tanınması idi. Lakin bir
müsbət nəticə hasil olmadığını görən
M.Ə.Rəsulzadə 1942-ci ilin sonlarında
Almaniyanı tərk etdi.
[6]
Beləliklə,
Rozenberqin istəyinə rəğmən milli
legionlarla iş aparmaq üçün "İrtibat
Heyətləri" formalaşıb fəaliyyətə başladı.
Bəzi "İrtibat Heyətləri" kimi Azərbaycan
heyəti də öz tərkibinə görə yeni idi, yəni
əski mühacirlərin yaratdığı təşkilat
deyildi. Üç nəfərdən təşkil olunan


Azərbaycan "İrtibat Heyəti"nə-Leninqrad
Hərbi Akademiyasının əski məzunu,
mayor Ə.Fətəlibəyli-Düdənginski,
"Prometey"ə müxalif "Qafqaz" qrupunun
fəallarından Fuad Əmircan və 1920-ci ildə
Azərbaycan Parlamenti tərəfindən
nisbətən sonra Paris Sülh Konfransına
göndərilən Abbas bəy Ataməlibəyov daxil
edilmişdi. Üçlükdə, Ə.Fətəlibəyli-
Düdənqinski Alman Ordusundakı
legionçuların, A.Atəməlibəyov SD
birliklərindəki legionçuların, F.Əmircan isə
Şərq Nazirliyindəki Azərbaycan idarələri:
radio, təbliğat, nəşriyyatda çalışan
azərbaycanlıların irəli sürdüyü
nümayəndə kimi təmsil olunurdu. Legion
mətbuatının yaradıcılarından olan Fuad


Əmircan da, A.Atəməlibəyov da hələ
müharibədən əvvəl M.Ə.Rəsulzadəyə
qarşı müxalifət mövqeyində
dayanırdılar.
[7]
Qeyd edək ki, almanların
başqa "İrtibat Heyətlərinə" daxil etdikləri
nümayəndələr də əsas milli mühacirət
təşkilatlarına müxalifət mövqeyində
dayananlar idi. Təbii ki, belə vəziyyət ilk
növbədə milli müstəqilliklərin
tanınmamasından sonra əsas mühacir
təşkilatlarının rəhbərliyinin Almaniyanı
tərk etməsi ilə izah oluna bilər. F.Əmircan
və A.Ataməlibəyovdan fərqli olaraq
Ə.Fətəlibətli-Düdənginskinin
M.Ə.Rəsulzadəyə xüsusi rəğbəti var idi. O,
1942-ci ildə cəbhədən Fon Mende


vasitəsilə M.Ə.Rəsulzadəyə göndərdiyi
məktubunda yazırdı:
Əziz yurdumuz
Azərbaycanınyorulmaz hürriyyət
mücahidi olan Sizi cəbhədəki bütün
əsgərlərimiz adına salamlaram. Biz
irəlidə də millətimizin
hürriyyəti...uğrunda döyüşəcəyiz.
Örnək cəhətlərdən biri də odur ki,
müharibənin sonuna qədər Ə.Fətəlibəyli-
Düdənginski get-gedə artan həvəs və
enerji ilə yurddaşlarımızın hüquqlarının
müdafiəsinə çalışmış, almanlarla iş
birliyinin elə də asan olmadığı şəraitdə bir
an da olsun müstəqillik ideyasından üz
döndərmişdir. Bu ideyanın legionçuların


şüurunda daha da möhkəmlənməsi üçün
onun təşəbbüsü ilə Berlində ümumi
Azərbaycan qurultayı çağırmaq qərara
alınmışdı. Qurultayın çağırılmasına Şərq
Nazirliyi və Vermaxtın təbliğat idarəsi
mane olmağa çalışırdı. Onlar tələb
edirdilər ki, bu qurultayda İngiltərə, ABŞ
Azərbaycanın düşmənləri elan edilsin.
Lakin bütün maneələrə baxmayaraq 300
nəfərin iştirak etdiyi bu qurultay 1943-cü
ilin 6–9 noyabrında Berlinin "Kaiserhof"
otelində öz işinə başladı. Ə.Fətəlibəyli-
Düdənginskinin məruzəsini və onun
ətrafındakı çıxışları dinlədikdən sonra
qurultay aşağıdakı yekun sənədi qəbul
etdi:


1. 1918-ci il 28 maydan 1920-ci il 27
aprelə qədər davam etmiş Milli
Azərbaycan hökuməti dövrü şanlı
tariximizin ən parlaq səhifəsini təşkil
edir.
2. Vətənimiz bolşevik istilasına
uğradıqdan sonra keçən bu 23 il
içərisində millətimizin istər vətən
daxilində, istərsə də yad ellərdə
apardığı şanlı və qanlı mübarizə
yalnız bu istiqlalın bərpası üçün
olmuşdur.
3. Qurultay bu ağır şərait daxilində
aparılan mübarizədə canlarını
vətənin azadlığı uğrunda fəda edən


şəhidlərin xatirəsini hörmət və
ehtiramla yad edir.
4. Dünyanı sarsıdan bu İkinci Cahan
müharibəsi nəticəsində milli
müqəddəratımızın həllinə və
istiqlalımızın bərpasına sarsılmaz
bir inamımız vardır. Bunun isə ilk
şərti əzəli və əbədi düşmənimizin
məhvindən ibarətdir. Bunun üçün də
milli mənafeyimiz bizi bu gün
bolşevizmə qarşı döyüş aparan və
tarix boyu Türk xalqlarının dostu
olan Almaniyaya bağlamışdı.
5. Qurultay əsrlər boyu olduğu kimi, bu
gün də Azərbaycan xalqı ilə Qafqaz
qonşuları və qardaş Şimali Qafqaz,


Türkistan, İdil-Ural və Krım xalqları
ilə eyni qayə və ideal birliyi
müşahidə edir və onlarla iş birliyini
zəruri sayır.
Müharibənin xarakteri dəyişdikcə "İrtibat
Heyət"lərinin tərkibi və legionların əhvali-
ruhiyyəsi də dəyişirdi. Stalinqrad
məğlubiyyətindən sonra almanlar geri
çəkilməyə başlamış, dəyişən bu
vəziyyətin müqabilində erməni və gürcü

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə