Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
89 
qərara görə Ġsada olan  iki təbiətin bir-biri  ilə münasibəti 2 cüt mənfi sözlə 
ifadə edilir:  
1. ―BirləĢmədən, çevrilmədən, dəyiĢməz olaraq‖ (monofizitlərə qarĢı). 
2. ―Bölünmədən, ayrılmadan‖ (nestorianlara qarĢı)
189

Beləliklə  ortodoksal  kilsənin  ardıcılları  inanırlar  ki,  Ġsa  həm  Tanrı, 
həm  də  insan  kimi  kamildir.  Onun  günahları  yoxdur.  O,  əvvəlcə  Ata 
tərəfindən  doğulmuĢdur,  sonra  isə  insanları  xilas  etmək  üçün  ikinci  dəfə 
Məryəm  tərəfindən  doğulmuĢdur.  Ġlahi  və  insani  təbiətlər  isə,  onda 
―birləĢmədən, çevrilmədən, bölünmədən, ayrılmadan‖ vəhdət təĢkil edir. 
Lakin Kalkedon məclisinin qərarı heç də hamını qane etməmiĢdir. Bir 
çox  ġərq  kilsəsi  onu  inkar  etmiĢdi  və  monofizit  düĢüncəsinə  üstünlük 
vermiĢdi. Teodosius adlı bir monofizit rahib, Kalkedondan qayıdaraq, Kilsə 
Məclisinin  qərarlarına  etiraz  edərək,  Fələstində  üsyan  qaldırmıĢdı. 
Üsyançılar Qüdsü ələ alıb qarətlərə məruz qoymuĢdular. Üsyan yatırılandan 
sonra  Teodosius  Sinaya  qaçmıĢ  və  orada  da  üsyan  qaldırılmıĢdı.  Sabitliyin 
pozulmasından  ehtiyat  edən  papaz  I  Leo  monofizitlərlə  barıĢıq  axtarmaq 
məcburiyyətində qalmıĢdı. Lakin buna baxmayaraq yepiskopların əksəriyyəti 
monofizitlərin  əleyhinə  çıxıĢlar  edirdilər.  Daha  sonra  isə,  monofizitlik, 
Bizansa  qarĢı  baĢ  qaldıran  müxtəlif  separatçı  qrupların  və  millətlərin 
ideologiyasına  çevrilmiĢdi.  Buna  görə  də,  519-cu  ildə,  imperator  I 
Yustianianos  bütün  monofizit  keĢiĢləri  vəzifələrindən  azad  edərək  onlara 
qarĢı  təqiblərə  baĢladı.  Təqiblərdən  xilas  olmaq  üçün  monofizitlərin  çoxu 
Misirə qaçdılar. Bu  günə  qədər qıpti (Misirdə), erməni, həbəĢ (Efiopiyada) 
kilsələri  monofizit  əqidəsində  qalıblar.  Daha  sonra,  monofizitlər  bir-neçə 
təriqətlərə bölünmüĢdürlər. Məsələn antioxiya patriarxı Severusun ardıcılları 
hesab  edirdilər  ki,  Ġsanın  bir  təbiəti  vardır,  lakin  onun  daxilində  insani  və 
Ġlahi  keyfiyyətlər vardır. Öz dirçəlməsinə qədər Ġsanın bədəni  insan bədəni 
idi, yəni o yeyirdi, içirdi və s. 
Severusun  ardıcıllarından  fərqli  olaraq,  Halikarnas
190
  yepiskopu 
Yulianus  (Julianus)  ardıcılları
191
  hesab  edirdilər  ki,  Ġsanın  bədəni  insan 
bədəni deyil. Onun yeyib-içməsi kimi  insani keyfiyyətləri təbiətindən deyil, 
özünün istəyindən irəli gəlirdi. 
 
                                                 
189
  Михаил  Поснов.  История  христианской  церкви  (до  разделения  Церквей  - 
1054 г.).  Первое,  сокращенное  издание:  София, 1937.  Второе  в  изд-ве  "Жизнь  с 
Богом", полное: Брюссель,  1964.  Репринт:  Брюссель,  ЖсБ, 1988.   
http://www.krotov.info/history/00/posnov/12_posn.html#_Toc536360510 
190
 Yunanca Halikarnassos. Müasir Turkiyənin Bodrum  Ģəhəri. 
191
 Onları  avtortodoketlər təriqəti adlandırırlar. 


 
90 
 
Origençilərə qarĢı mübarizə 
 
Monofizitlərə  qarĢı  aparılan  mübarizə  ilə  bərabər,  Kilsə,  eyni 
zamanda, Origenusun ardıcılları ilə də mübarizə aparırdılar. 
Origençilər deyirdilər ki, insanlar, Ģeytanlar, mələklər və ümumiyyətli 
hamı  Tanrı  tərəfindən  son  nəticədə  xilas  olunacaqlar.  Bundan  baĢqa,  onlar 
hesab edirdilər ki, hər bir insanın ruhu əvvəlcə yaradılmıĢdır və yalnız sonra  
Tanrı  onları  bədənlərə  yerləĢdirir.  Deməli  ruhlar  insanların  həyata 
gəlməsindən  öncə  yaradılmıĢdır.  Origençilərin  əsas  ideoloqlarından  biri 
Bizanslı Leontius
192
 olmuĢdur. 
Origençilərin fikirləri 553-cü ildə imperator Yustinianos (Iustinianos) 
tərəfindən  yığılan  V  Ümumdünya  Kilsə  Məclisi  tərəfindən  pislənmiĢdi. 
Bundan sonra origençilərə qarĢı Ģiddətli təqiblər baĢlamıĢdı. 
Bundan  baĢqa,  bu  məclisdə  Mopsuetsli  Teodorusun  Loqosun  Ġsada 
yalnız mənəvi Ģəkildə olması fikri də rədd edilmiĢdi. 
 
 
Monofelitlərə qarĢı  mübarizə 
 
Kalkedon Kilsə Məclisindən sonra  monofizitlərlə, Ġsada  ikili təbiətin 
olmasını  qəbul  edən  Bizans  kilsəsinin  nümayəndələri  arasında  bir  neçə 
onilliklər  ərzində  gərgin  mübarizə  getmiĢdi.  VII  əsrin  əvvəlində  Bizansla 
(ġərqi  Roma  ilə)  Ġranın  müharibəsi  baĢlanmıĢdı.  Bu  müharibədə  qələbəyə 
nail  olmaq  üçün,  imperator  Heraklios  (Herakleios)  Ermənistanda  iranlılara 
qarĢı ikinci cəbhə açmaq niyyətində idi. Lakin ermənilər, monofizit kilsəsinə 
mənsub  olduqlarına  görə,  Bizans  imperiyasından  çəkinirdilər  və  Ġrana 
üstünlük verirdilər. Bizansda isə monofizitlər təqiblərə məruz qalmıĢdılar. 
Ermənilərlə münasibətlərin  yaxĢılaĢdırılması və  orada iranlılara qarĢı 
cəbhənin açılması, Herakliosun əsas siyasi məqsədlərindən biri olmuĢdu. Bu 
iĢdə, ona əsli suriyalı olan patriarx Sergius kömək etmiĢdi. O, monofizitlərlə 
rəsmi Bizans kilsəsinin arasında  ixtilafa səbəb olan, Ġsanın təbiəti haqqında 
problemin  həll  edilməsi  üçün,  barıĢdırıcı  fikir  ortalığa  çıxarmıĢdı.  Sergius 
deyirdi ki, Ġsanın iki təbiəti olmuĢdur, lakin iradəsi (enerjisi) bir idi. Bununla  
                                                 
192
  Onun  haqqında  geniĢ  məlumat  üçün  bax:  Византийские  Отцы  V-VIII  вв.:  Из 
чтений  в  Православном  богословском  институте  в  Париже.  -  Париж,  1933.  260 
с.  (2-е  издание  (репринт)  -  Париж:  УМСА-Press,  1990;  3-е  издание  (репринт)  - 
М.: Паломник,  1992).   
http://lib.eparhia-saratov.ru/books/20f/florovsky/byzant1/26.html 


 
91 
razılaĢan ermənilər Herakliosus müttəfiqləri oldular və bundan sonra o, Ġrana 
sarsıdıcı hərbi zərbələr endirməyə müvəffəq oldu. 
―Ġki  təbiət,  bir  iradə‖  prinsipini  Roma  papazı  Honorius  da 
dəstəkləmiĢdir,  lakin  sonra  kilsə  xadimləri  onu  bu  addım  atdığına  görə 
pisləmiĢdilər. Ġyerusalim (Qüds) patriarxı Sofroniy isə, bu prinsipi qətiyyətlə 
rədd  etmiĢdir.  O  Ġsada  iki  iradənin  olduğunu  iddia  edirdi  (Ġlahi  və  insani). 
Onunla  birlikdə  bu  fikri  məĢhur  ilahiyyatçı  Tövbə  edən  Maksimus  da 
dəstəkləmiĢdi.  Onların  fikrincə  hər  bir  iradə  öz  mahiyyətinə  görə  hərəkət 
edir və bu hərəkətə görə də təbiətlərin müxtəlifliyinin dərk olunması imkanı 
əldə edilir. Əgər iradə birdirsə, onda təbiətlərin arasında fərq olmur. 
637-ci  ildə  Qüds  müsəlmanlar  tərəfindən  fəth  edilir  və  Ģəhərin 
patriarxı  Sofronius  (Sophronius)  bir  müddət  onlarla  əməkdaĢlıq  etdiyinə 
görə, əvəzinədə xəlifə Ömər Ģəhərin  bütün  xristian müqəddəs yerlərini ona 
tabe  etdirmiĢdi.  Sofroniusun  ölümündən  sonra,  imperator  Heraklios  638-ci 
ildə xristian imanının necə olması haqqında əmrini açıqlayır. Bu əmrə görə, 
Ġsanın  yalnız  bir  iradəsi  olmalı  idi.  Bu  cür  inanca  monofelit  inancı  deyilir. 
Həmin  ildə  patriarx  Sergius  da  ölmüĢdür  və  ondan  sonra  Konstantinopolis 
patriarxı  Pirr  olmuĢdur.  O  monofelit  idi  və  imperatorun  əmrini  638-ci  ildə 
Kilsə Məclislərinin birində təsdiqlətdirmiĢdi. 
Heraklios  641-ci  ildə  vəfat  edəndən  sonra  onu  II  Konstant  əvəz 
etmiĢdi.  O  ümumiyyətlə  Ġsada  neçə  iradə  olduğu  haqqında  hər  bir  söhbəti 
qadağan  etmiĢdi.  Romada  isə  papaz  Honoriusun  ölümündən  sonra 
Herakliosun  monofelit  əqidəsini  dəstəkləyən  əmri  rədd  etdilər.  Papaz  I 
Martinus, Lateranda
193
 Kilsə Məclisi yığaraq monofelit əqidəsini pisləmiĢdi. 
Lakin  imperator  əmrini  icra  etməməsinə  görə  Martinusu  məhkəməyə 
çəkmiĢdilər və sürgünə yollamıĢdılar. 
ġərqdə  isə  monofelitlərə  qarĢı  ən  fəal  çıxıĢ  edən  Tövbə  edən 
Maksimus  (Maximus)  (580-662)  olmuĢdu.  O  da  təqiblərə  məruz  qalmıĢdı. 
Onun fikrincə Ġsada insan iradəsi var idi. O hərəkət edərək seçim qarĢısında  
qalanda isə o, Ġlahi iradəyə tabe olurdu. 
Nəhayət  bu  mübahisələrə  son  qoymaq  üçün  imperator  Konstantinus 
(Constantinus) Konstantinopo-lisdə VI Ümumdünya Kilsə Məclisi  yığmıĢdı 
və bu məclisdə monofelit əqidəsi heres elan edilmiĢdi. 
 
 
Ġkonaların əleyhdarlarına qarĢı mübarizə 
 
                                                 
193
 Roma  papazlarının  Romadakı  sarayıdır. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə