Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

 
98 
Areopagitikum»da  yalnız  V-VI  əsrlərə  aid  olan,  və  ondan  qabaq  mövcud 
olmayan bəzi kilsə ayinləri haqqında məlumatlar vardır. Daha sonra, Avropa 
tədqiqatçılarının  araĢdırmalarına  görə,  «Korpus  Areopaqitikumda»  bəzi 
ideyalar  (məsələn  Ģərin  təbiəti  haqqında)  neoplatoçu  filosof  Proklusun 
fikirləri  ilə  ust-ustə  düĢür
202
.  Daha  sonra  alimlər  risalələrin  əsl  müəllifinin 
kim olduğu haqqında müxtəlif fikirlər irəli sürmüĢdürlər. Buna baxmayaraq, 
bu məsələ bu günə qədər həll olunmayıb.  
Lakin,  xristoloji  mübahisələr  gedən  dövrdə,  bu  kitabların  saxta 
olmasına heç kim fikir verməmiĢdir. Çünki, müxtəlif kilsə xadimləri məĢhur 
həvari  Petrusun  tələbəsi  olan  Dionisius  Areopagitaya  istinad  edərək,  öz 
fikirlərini sübuta yetirməyə çalıĢırdılar. O dövrdə kilsə xadimləri tərəfindən 
«Korpus Areopagitikuma» Ģərhlər və təfsirlər yazılmıĢdır.  
«Korpus  Areopagitikum»da  əks  olunan  ideal  əsasən  neoplatonizm 
əsasında  qurulmuĢdur  və  mistik  xarakter  daĢıyır.  Orada  xristian 
dünyagörüĢünün,  neoplatonizm  ideyaları  nöqteyi-nəzərindən  təqdim 
edilməsi cəhdi, çox qabarıq Ģəkildə özünü göstərmiĢdir. Bu yolda bilinməyən 
müəllif  o  qədər  ardıcıl  idi  ki,  bəzən  hətta  yeni  platoçu  ideyalar  xristian 
ideyalarını üstələyirdi. 
Bilinməyən  müəllifin  əsas  ideyalarından  biri  Tanrının  dərk  edilməsi 
yollarıdır.  Burada  müəllif  neoplatoçuların  fikirlərini  təkrar  edərək  mənfi 
(apofatik) və müsbət (katafatik) ilahiyyat kateqoriyalarından çıxıĢ edir. 
Müsbət  ilahiyyatın  əsasını  bu  dünyanın  əĢyaları  ilə  Tanrı  arasında 
analoqiyalar  təĢkil  edir.  Bu  yolda  insan,  ən  sadə  anlayıĢlar  haqqında  
düĢünərək,  daha  da  yüksək  anlayıĢları  anlayır.  Sonra  isə  ĠĢıq,  Həyat, 
Məhəbbət,  Gözəllik  kimi  ideal  anlayıĢlar  və  adlar  meydana  gəlir.  Bu 
anlayıĢlarla Tanrı arasında analogiyalar apararaq, ideal keyfiyyətlərin yalnız 
Tanrıya  məxsus  olması  nəticəsinə  gəlmək  olar.  Beləliklə  bütün  ideal  adlar 
Tanrıya aid edilir. Tanrının ən ali sifəti (atributu) isə, onun Vahid olmasıdır 
(neoplatonizmdə olduğu kimi). 
Lakin  Tanrını  yalnız  müsbət  ilahiyyat  kateqoriyaları  ilə  dərk  etmək 
olmaz.  Məsələ  bundandır  ki,  insana  və  digər  varlıqlara  məxsus  olan  bəzi 
xüsusiyyətləri,  hətta  ideallaĢdıraraq,  Tanrıya  aid  etmək  olmaz.  Məsələn, 
sərxoĢluq  və  qəzəb  kimi  xüsusiyyətləri
203
.  Bundan  baĢqa,  hətta 
                                                 
202
  Александр  (Голицын),  иеромонах.  Мистика  Дионисия  Ар еопагита  и 
предшествующая  ей  восточная  христианская  традиция.  //  София:  Рукописный 
журнал  Общества  ревнителей  русской  философии  Выпуск  6,  2003  г. 
http://virlib.eunnet.net/sofia/06-2003/text/0600.html 
203
 De mystica theologia 3.  
http://www.krotov.info/acts/05/antolog /page18.htm#01 


 
99 
ideallaĢdırılmıĢ maddi keyfiyyətlər Tanrıda,  insan düĢüncəsi tərəfindən dərk 
edilməyən  tərzdə  əks  olunur  və  onları  ifadə  etmək  mümkün  deyil.  Məsələ 
bundadır  ki,  Tanrı  fövqəltəbii  bir  varlıqdır.  Buna  görə  bilinməyən  müəllif, 
müxtəlif anlayıĢların Ona aid edilməsi zamanı ―fövqəl…‖ sözünü əlavə edir 
(fövqəl  həyat,  fövqəl  gözəllik,  fövqəl  xeyr  və  s.).  Bu  cür  yanaĢmada  isə, 
anlayıĢlar artıq insan üçün inkar səviyyəsinə yüksəlir
204

Bu  həddə  çatan  müsbət  ilahiyyat  mənfi  ilahiyyata  keçir  və  artıq  bu 
səviyyələrdə  insan  düĢüncəsi  iĢləmir.  Bu  barədə  bilinməyən  müəllif  «De 
mystica theologia» risaləsində yazırdı. 
Mənfi ilahiyyatda Tanrı haqqında ifadə edilən hər bir xüsusiyyət inkar 
edilir.  Çünki,  O,  hər  Ģeydən  ucadır  və  heç  bir  Ģeyə  bənzəmir.  «Korpus 
Areopagitikumun»  müəllifinə  görə,  Tanrının  dərk  edilməməsi,  Onun  dərk 
edilməsinin  yüksək  səviyyəsidir.  Tanrının  insana  tərəf  ―enməsi‖,  Onun 
özündən çıxması halı olduğu kimi, insan da ona tərəf ―yüksələndə‖ özündən 
çıxıb,  ―ekstaz‖
205
 halına daxil  olmalıdır. Bu halda o  öz  maddi bədəninin və 
hissiyatlarının xaricinə çıxmalıdır.  
Tanrının 
dünya 
ilə 
münasibəti 
məsələsində 
«Korpus 
Areopagitikumun»  müəllifi  həm  kreatsionizm,  həm  də  emanasionizm 
ideyalarından  istifadə  edir.  Yəni,  bir  tərəfdən,  «De  divinis  nominibus» 
risaləsində  hər  Ģeyin  Tanrı  tərəfindən  yaradılması  haqqında  danıĢır.  Digər 
tərəfdən  isə,  «De  coelesti  hierarchia»  və  «De  ecclesiastica  hierarchia» 
risalələrində, neoplatoçular kimi, Tanrıdan bir neçə pilləli strukturun axması 
ideyasına üstünlük verir. 
Dünyanın  yaradılıĢı  -  Ġlahi  xeyir  və  məhəbbətindən  uzaqlaĢmadır. 
Məhəbbət  Ġlahidən  məxluqa  yönələn  bir  anlayıĢdır.  O  hər  Ģeyi  hərəkətə 
gətirir, sonra isə məxluqatı yenidən Tanrıya qaytarır. Bu hissiyyata yiyələnən 
insan  Tanrını  dərk  edə  bilər.  Bu  səviyyəyə  çatan  insan  ən  yüksək  mənəvi 
səviyyələrə yüksəlmiĢ olur (theosis). Kosmos  isə Ġlahi  xeyir  və məhəbbətin 
dövranıdır. 
Bu risalələrdə transendent Tanrı immanent
206
 olur. Müəllifin fikrincə, 
O, hər Ģeyin əvvəli və axırıdır,  hər Ģeyin baĢlanğıcıdır, çünki, səbəbidir və 
hər Ģeyin axırıdır; çünki hər Ģeyin ən ali məqsədidir. 
                                                 
204
 De divinis nominibus II, 3. 
205
 Ekstaz (yunanca ―extasis‖) - özündən çıxma halına çatan sevincin,  coĢqunluğun, 
heyranlığın ifrat  dərəcəsi. 
206
 Ġmmanentlik (lat. immanens –  bir Ģeyə xass olan) –  bir Ģeyin daxilində olma.  Dini 
fəlsəfədə Tanrının yaratdığı dünyanın daxilində  olması  mənasında iĢlənilir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə