119
Estetik teoditesiyasında Boetsius insana Ģər kimi görsənən bir Ģeyin,
əslində özünə məxsus Ģəkildə xeyrə və gözəlliyə qulluq etdiyini iddia edirdi.
ġərin mövcud olmasına görə Tanrını günahkar bilən insan, öz düĢüncəsinin
məhdudluğundan kənara çıxa bilmir.
Etik
teodiseyasında Boetsius əxlaqsızlığın, qüsurun mütləq
cəzalanacağına Ģübhə etmirdi. Əslində əxlaqsız olmaq, artıq cəzadır, çünki
mənəvi əxlaqsızlıq insanın ən böyük sərvətinə – onun ruhuna xələl gətirir.
Xeyirli və Ģər insanlar xoĢbəxtliyə çatmaq istəyindədirlər. Lakin
xoĢbəxtliyə yalnız xeyirli insanlar çata bilərlər, çünki xeyir əməllərin
edilməsi Xeyirə qovuĢmaq deməkdir. Xeyrə qovuĢmaq isə xoĢbəxtlikdir.
Bununla da Tanrının ədaləti təmin olur.
«Consolatio Philosophiae» kitabının beĢinci hissəsində taleyin insan
iradəsi ilə hansı Ģəkildə uyğunlaĢması məsələsinə baxılır. Burada Boetsius
Tanrı (Providentia) və tale (fatum) arasında fərqlər qoyur. Qəzavü-qədər
əbədiliyə, tale isə zamana aid edilir. Əbədilik üçün ―öncə‖ və ―sonra‖
anlayıĢları yoxdur. O həmiĢə indiki zamanda olur. Buna görə də Tanrı, hər
bir Ģeyə ümumi nəzər yetirir. Zaman isə həmiĢə keçmiĢdən gələcəyə hərəkət
edir. O indiki zamanda yalnız bir an olur. Buna görə, zaman mürəkkəb bir
Ģey olduğu halda, əbədilik sadə və bölünməzdir.
Ġlahi qəzavü-qədər Tanrı iradəsini əks etdirən bir mərkəzdir. Tale isə,
hər bir Ģeyin daxili qanunu olaraq, onun hərəkətini, Tanrı qanununa uyğun
olaraq, zamanda və məkanda təmin edir. Buna görə taledən asılılıq, zaman
və məkandan asılılıq deməkdir. Ġnsan mərkəzdən nə qədər uzaqlaĢarsa, o
qədər də o, onu arxasınca aparan çərxi-fələyin hərəkətini duyur. Əksinə,
insan nə qədər çox Tanrıya yaxınlaĢırsa, o qədər sabit və azad olur. Deməli
tale insan azadlığı üçün maneə deyil, çünki onun təsiri altından əbədiliyə
yönəlməklə çıxmaq olar.
Daha sonra Boetsius insan azadlığı və Ġlahi biliyin bir-biri ilə hansı
münasibətdə olduğu haqqında söhbət açır. Məsələ bundadır ki, əgər Tanrı
əvvəlcədən hər Ģeyi bilirsə, onda bu bilik insan azadlığının heçə enməsi
problemini ortaya çıxarır. Bu cür suallara cavab verən xanım Fəlsəfə deyir
ki, heç bir bilik azadlığa zidd ola bilməz. KeçmiĢdə baĢ verən hadisələrin
bilinməsi, artıq baĢ verən hadisələrə təsir edə bilməz. Ġndiki zaman haqqında
bilik də azadlığa mane olmur. Yəni, məsələn, atlını müĢahidə etmək, onu
idarə etmək deyil. Gələcək haqqında bilik isə, yalnız Tanrıya məxsusdur. O
hadisələri indiki zamandakı kimi görür, çünki əbədilikdə keçmiĢ və gələcək
anlayıĢları yoxdur. Deməli Tanrının əvvəlcədən hər Ģeyi bilməsi sadəcə
olaraq müĢahidənin nəticəsidir, ona görə də bu bilik insan azadlığının
məhdudlaĢdırıması demək deyil. Ġlahi qəzavü-qədərin olması insanın azad
120
hərəkət etməsi üçün maneə deyil. Ġnsan gələcəyini seçir, Tanrı üçün isə
gələcək yoxdur.
«Consolatio Philosophiae» kitabının ən maraqlı cəhətlərindən biri, bu
əsərdə bir dəfə də olsun Bibliyaya, xristian klassiklərinə, Ġsanın kəlamlarına
istinad edilməməsidir. Digər tərəfdən isə, bu əsərdə stoitsizmin və
platoçuluğun güclü təsiri hiss olunur. Buna görə də «Consolatio
Philosophiae» əsərinin həqiqətən xristian olan Boetsiusa məxsus olması
Ģübhələr doğururdu və bu günə qədər bu məsələ mübahisəlidir. Digər
tərəfdən belə fikirlər də vardır ki, həyatının sonunda Boetsius xristian
dinindən imtina etmiĢdir və bütpərəst fəlsəfəsində təsəlli taparaq «Consolatio
Philosophiae» əsərini yazmıĢdır. Bütün bu Ģübhələrə baxmayaraq katolik
kilsə Boetsiusu ölümündən sonra müqəddəs Ģəxsiyyət elan etmiĢdir.
Flavius Kassiodorus
Flavius Maqnus Aurelius Kassiodorus (Flavius Magnus Aurelius
Cassiodorus) (477-570) Boetsiusla birlikdə Ostqot kralı Teodorikusun
sarayında nazir vəzifəsində çalıĢırdı. Öz zəmanəsinin ən istedadlı siyasi
xadimlərindən biri olmuĢdur. Boetsiusdan fərqli olaraq, Flavius daha
ehtiyatlı siyasətçi olmuĢdu. O təqiblərdən yaxa qurtara bilmiĢ və
Teodorikusun varislərinin çarlığı zamanı da nüfuzunu qoruyub saxlaya
bilmiĢdir.
540-cı ildə bizanslıların hucumlarından sonra Flavius Ġtaliyanın cənubundakı
malikanəsində «Vivarium» adlanan monasterion
246
təsis etmiĢdir. Burada
əlyazmaları yığaraq, Qərbdə ən zəngin kitab-xananın əsasını qoymuĢ-dur.
Flaviusun ən tanınmıĢ əsərindən biri «Institutiones divinarumet
saecularium litterarum»
247
(Ġlahiyyat və dünyəvi elmlərdə nəsihətlər) adlanır.
Bu kitabı gələcəkdə
246
Monasterion (rusca ―монастырь‖) - dünyanı tərk etmiĢ rahiblərin yaĢadığı yerdir.
Monasterionlarda yaĢayan rahiblər ibadətlə məĢğul olurlar, ümumi nizamnamə və
qaydalara riayət edirlər.
247
Əsərin latınca mətni burada yerləĢir:
http://www.fh-augsburg.de/~harsch/Chronologia/Lspost06/Cassiodorus/cas_
in00.html
121
«Vivarium». Orta əsrlər
əlyazmasından səhifə
rahiblər və savadlı xristianlar öz
elmi fəaliyyətlərinin nizamna-
məsi kimi qəbul etmiĢdilər. Ki-
tabın birinci hissəsi rahiblərin yol
verilən zehni əməklə məĢğul
olmalarına aid olan nəsihətlərə
həsr olunmuĢdur. Burada tərcü-
mə, köçürmə, Ģərh vermə iĢinə
böyük
əhəmiyyət verilmiĢdir.
KeçmiĢ irsin qorunub saxlan-
masının vacibliyi fikri vurğu-
lanır.
Ümumiyyətlə
Flavius
Kassiodorus qədim əlyazmala-rın
köçürülmə iĢini savablı bir iĢ
adlandırmıĢdır
və
bu
iĢi
monasterion
həyatının tərkib
hissəsinə çevirmiĢdir. Gələcəkdə
bu iĢlə orta əsrlərdə yaĢayan ra-
hiblər məĢğul olmuĢdular. Flavius
əlyazmalarının köçürül-məsinin
vacibliyini bir dini prinsip kimi
elan etməsəydi, bəl-kə də, qədim
irsin bir çox nü-munələri məhv
olub bizim
zəmanəmizə qədər çatmazdı. Eyni zamanda Flavius, dünyavi elmlərə və
fəlsəfəyə də böyük əhəmiyyət verirdi. O hesab edirdi ki, bu elmlərin
öyrənilməsi Bibliyanın daha da yaxĢı anlaĢılmasına köməklik edir. Bubarədə
o, kitabın ikinci hissəsində yazırdı.
248
«Institutiones divinarumet saecularium litterarum» kitabından baĢqa,
Flavius Kassiodorus tarix, fəlsəfə, ədəbiyyat kimi elmlərə aid bir sıra əsərlər
müəllifi olmuĢdu, Bibliyaya Ģərhlər yazmıĢdı.
Flavius Kassiodorus fəlsəfəsi əsərlərindən biri «De anima» (Ruh haqqında)
adlanır. Bu kitabın əsas ideyaları Avqustinusun və Klavdianusun bu sahədə
yazılmıĢ əsərlərinin məzmununu təkrarlayır. Əsərin əsas məqsədi ruhun
cisim olmadığını və onun ölməzliyini sübuta yetirməkdən ibarət olmuĢdur.
248
James J. O'Donnell. Cassiodorus. Copyright and published 1979 (University of
California Press) "Postprint", 1995, Chapter 6.
http://ccat.sas.upenn.edu/jod/texts/cassbook/chap6.html
Dostları ilə paylaş: |