42
əbədi olaraq Ata ilə vəhdət təĢkil edirdi, sonra isə Ondan ayrıldı. Ayrılandan
sonra, Atanın mahiyyətində və tamlığında heç bir əksiklik və yaxud baĢqa
dəyiĢiklik baĢ verməmiĢdir. Bu proses, Yustinusun fikrincə, insan tərəfindən
deyilən sözə, cümləyə bənzərdir
75
. Loqosun Atadan doğulması iĢığın bir
məĢəldən digərinə ötürülməsi kimidir. Yustinusun fikirləri bir çox hallarda
VI əsrdə formalaĢan ortodoksal xristian inancı ilə üst-üstə düĢürdü. Lakin
onun dövründə hələ heç bir rəsmi xristian ilahiyyatı yox idi.
Beləliklə Yustinus, yunan fəlsəfəsinin bəzi müddəalarının Xristianlıq
tərəfindən mənimsənilməsi və həzm edilməsi ənənəsinə qədəm qoyan ilk
mütəfəkkirlərdən biri olmuĢdur. Sonra bu ənənə Klemens, Origenus,
Laktantius və Boetsius tərəfindən davam etdirilmiĢdir.
Yustinusdan fərqli olaraq, Xristianlığın baĢqa bir məĢhur apologeti Tatian
76
(125-175) kəskin surətdə yunan ənənəsi, mədəniyyəti və fəlsəfəsinə qarĢı
çıxıĢ edirdi. O yazırdı: «Siz (bütpərəstlər) müdrikliyi hissələrə
parçalamısınız və özünüzü əsl müdriklikdən məhrum etmisiniz. Siz Tanrını
tanımırsınız. Bir-birinizlə mübahisə edərək özünüzü təkzib edirsiniz»
77
.
Yunanların və Romalıların müdrikliyini rədd edərək Tatian onlara qarĢı
―barbarların müdrikliyini‖ ortalığa qoyur
78
. Onun fikrincə ―barbarların
müdrikliyi‖ öz sadəliyi, beynəlmiləlliyi, birliyi və əxlaqı ilə fərqlənir. Yunan
və Roma filosoflarının təlimləri ilə həyat tərzləri və əməlləri arasında bir çox
hallarda fərqlər var idi. Məsələn, Diogen acgözlülüyün ucbatından ölmüĢ,
Aristip isə əxlaqsız həyat sürürmüĢ
79
.
Ümumiyyətlə, Tatianın fikrincə, yunanlar hər bir müsbət Ģeyi baĢqa
xalqlardan götürüb, sonra onları mənimsəyiblər, özlərinki hesab ediblər.
Onlar əlifbanı finikiyalılardan, tarixi - misirlilərdən, münəccimliyi -
babilistanlılardan götürüblər. Fəlsəfəni isə yunanlar yəhudilərdən alıblar,
75
Justinus. Dialogus cum Tryphono Judaeo (Yəhudi Trifonla dialoq), 61.
Ġngiliscə: Philosopher and Martyr, with Trypho, a Jew
http://www.ccel.org/fathers2/ANF-01/anf01-48.htm# P4044_ 787343
Rusca: Диалог с Трифоном иудеем
http://www.krotov.info/acts/ 02/02/ius_trif.html
76
Tatian təxminən 120 ildə Mesapotamiyada dünyaya gəlmiĢdi, Yustinusun tələbəsi
olmuĢdu.
77
Tatian. Adversus graecos (Yunanlara ünvanlanmıĢ söz), 25.
Ġngiliscə: Address of Tatian to the Greeks.
http://www.ccel.org/fathers2/ANF-02/anf02-37.htm# P1114_ 299739
78
Romalılar və yunanlar hər bir yadelliyə ―barbar‖ deyirdilər (yunanca – barbaros).
Burada söhbət onlara yad olan yəhudi-xristian ənənsindən gedir.
79
Tatian. Adversus graecos, 7.
43
sonra isə ona əlavələr ediblər. Lakin bu əlavələr əslində səhvlərdir,
yanılmalardır. Nəticədə isə yunanların əlində fəlsəfə öz əsl mahiyyətini
itirib
80
.
Tatianın dünyagörüĢü, ümumiyyətlə, Yustinusun dünyagörüĢü kimi
idi. O da, Tanrının birliyini, Loqosun (Ġsanın) Atadan doğulmasını qəbul
edirdi. Trititanizm (Tanrının üç sifətdən ibarət olması) haqqında Tatian heç
bir Ģey deməmiĢdi, çünki bu ideya onun zamanında hələ aktual məsələyə
çevrilməmiĢdi.
Qeyd etmək lazımdır ki, antik mədəniyyəti rədd edən Tatian, bəzi
hallarda ortodoksal Xristianlığa da zidd fikirlər səsləndirirdi. Məsələn, o
hesab edirdi ki, insan ruhu bədənə bağlı olduğuna
görə təbiətcə bu dünyanın məhsuludur. Ona görə də
ruh bədənlə bir yerdə məhv olur. Hətta Tatian ruhu
―zülmət‖ adlandırırdı
81
. Burada qnostiklərin təsiri
hiss edilir. Eyni za-manda, onun fikrincə, ruhdan
baĢqa insanın mə-nəviyyatı da vardır. Bu
mənəviyyat insan təbiə-tinə daxil deyil, bir baĢa
Ġlahinin lütfüdür.
Daha sonra Tatian qiyamət günü və dir-çəlmə
ideyalarını qəbul edərək, onları orto-dok-sal
Xristianlıqdan fərqli tərzdə yozurdu. O, he-sab
edirdi ki, Tanrı hər Ģeyi məhv edəndən sonra
yenidən dünyalar yaradacaq və həyat yenidən
davam edəcək. Sonra o dünyalar da məhv olub yeni
dünyalar yaranacaq, və bu proses sonsuzlu-ğa
qədər davam edəcək.
Tatian
Bu cür fikirlərə görə Tatian rəsmi kilsə tərəfindən pislənmiĢdir və onu
heretiklərin sırasına daxil etmiĢdirlər. Buna baxmayaraq, Tatianın
apologetikada müstəsna rolu olub. Onun bir çox fikirləri gələcəkdə xristian
filosofları tərəfindən qəbul edilib, inkiĢaf etdirilmiĢdir. Məsələn, Tatian
düĢünürdü ki, təbiət və insan təbiəti əslində Ģərdir və Tanrının lütfü olmasa,
adamları ölümə aparır. Bu ideya sonralar Avqustinusun fəlsəfəsində mühüm
yer tutacaq.
Daha bir tanınmıĢ yunandilli apologet Afinoqor (Athenagoras)
Xristianlığı qəbul etməmiĢdən öncə bir Afina filsofu olmuĢdur. O II əsrdə
yaĢamıĢdır. O dövrdə Cənubi Qalliya və Afrika xristianları təqib olunurdu.
80
Tatian. Adversus graecos, 7.
81
Tatian. Adversus graecos, 13.
44
Xristianları ateizmdə, dövlət dinindən imtina etməsində, sui-qəsdlərin
hazırlanmasında, kannibalizmdə və baĢqa cinayətlərdə ittiham edirdilər.
Bu səbəbdən Afinoqor imperator Markus Aureliusa «Legatio pro
christianis» (Xristianlar üçün xahiĢ etmə) apologiyasını yazmıĢdı. Bu əsərdə
o, platoçuların və stoiklərin ideyalarından istifadə edərək, xristianlara bəraət
qazandırmaq istəyirdi və onlar tərəfindən heç bir cinayətin iĢlənilməməsini
sübuta yetirdi.
Ġlk növbədə Afinaqor xristianların güya ateist olduğu ittihamlarını
təkzib edirdi. O, imperatora çox sadə dildə izah edirdi ki, xristianların yalnız
bir olan Tanrıya iman etməsi heç də ateizm demək deyil. Daha sonra
Afinaqor, yunan fəlsəfəsi tarixi ilə müqayisələr apararaq Platonun,
Aristotelin və digər mütəfəkkirlərin də monoteist olduğu haqqında fikir irəli
sürmüĢdür. Məhz buna görə Xristianlıqla bəzi yunan filosoflarının ideyaları
arasında uyğunluq və bənzərlik vardır. Deməli onların mənbəyi birdir və
monoteizmdən əmələ gəlmiĢdir. Bu isə o deməkdir ki, monoteizm daha da
tərəqqipərvər bir əqidədir. Nəhayət Afinaqor, dahi yunanların monoteist
ruhlu fikirlərinin hörmətlə qarĢıladığı halda, nəyə görə xristianlar həmən
fikirlərə sadiq qalmalarına görə təqiblərə məruz qalmalı və ateizmdə
ittihamlandırılmalıdırlar suallarını verir.
Lakin bu sua lları verərkən, Afinaqor, özündən öncəki apologetlərdən
fərqli olaraq, yunanların qədim yəhudi peyğəmbərlərinin fikirlərinin
alınması haqqında heç bir Ģey demir, realist mövqeyindən çıxıĢ edir.
Afinaqora görə Tanrının varlığı və birliyi fikri təbiət haqqında düĢüncələrdən
də irəli gələ bilər. Dünya bir gəmidir, onu idarə edən isə sükançıdır.
DüĢüncəli insan həmən o sükançının varlığını baĢa düĢməlidir. Lakin
insanların əksəriyyəti gəmini sükançı ilə səhv salırlar və Tanrının yaratdığı
məxluqata ibadət edirlər. Bəzi bütpərəstlərin sükançının var olduğunu
anlaması Yaradıcı və məxluqatın arasında olan təbii rəğbətin olduğuna görə
baĢ verir. Onu Afinaqor ―bədii alov‖ adlandırır
82
.
Afinaqor imanı düĢüncə ilə zənginləĢdirilməsinin zəruriliyini anlayan
və bu istiqamətdə bir çox addımlar atan mütəfəkkirlərdən biri olmuĢdur.
Onun fikirləri təxminən 150 ildən sonra qəbul ediləcək rəsmi xristian
doktrinası ilə əksər hallarda üst-üstə düĢürdü və kilsə tərəfindən qəbul
edilmiĢdi.
82
Athenagoras. Legatio pro christianis, 7.
Ġngiliscə: By Athenagoras the Athenian: Philosopher and Christian.
http://www.ccel.org/fathers2/ANF-02/anf02-46.htm# P2139_ 587041
Dostları ilə paylaş: |