63
qarĢısında qalır. Deməli insan müsbət keyfiyyətlərinə təbiətinə görə deyil,
seçimi nəticəsində nail olur. Beləliklə , Ģər Tanrıdan gəlmir, o yalnız insanın
mənfi seçiminin məhsuludur. ġər dünyaya ilk insan olan Adəm tərəfindən
gətirilmiĢdir. O, ilk dəfə günaha bataraq, Tanrının qadağan etdiyi ağacın
meyvəsini yemiĢdir. Bu addımla o xeyri deyil, Ģərin seçmiĢdir.
Arnobius
Arnobius (260-327) da, Tertullianus kimi, ġimali Afrikalı idi. Əvvəlcə
Xristianlığa qarĢı çıxıĢlar etsə də, sonra bu dini qəbul etmiĢdir. «Adversus
gentes»
138
(Bütpərəstlərə qarĢı kitab) adlı kitab yazmıĢdı.
Arnobiusun yaĢadığı dövrdə, Romada xristian dininə münasibət
dəyiĢmiĢdi. Bu din artıq Roma cəmiyyətinin müxtəlif təbəqələri arasında
yayılmıĢdı və bütpərəstlər bu amil ilə hesablaĢmaq məcburiyyətində
qalmıĢdılar. Onlar artıq Xristianlığı Selsum
139
kimi Ģiddətli tənqid atəĢinə
məruz qoymurdular, bu dinin müvəffəqiyyətlə yayılmasının səbəblərini
araĢdırırdılar və gələcək perspektivlər haqqında düĢünürdülər.
Onlar tez-tez bütpərəstliyin tənəzzülündən və onun cəmiyyətdə olan
mənəvi boĢluğu doldurmaq iqtidarında olmadığından da düĢünürdülər.
Arnobiusun əsəri də təxminən bu problemləri əhatə edir. O hesab
edirdi ki, antik dünyanı tənəzzülə insan təfəkkürünə həddən artıq yer verməsi
amili gətirib. Halbuki, onun imkanları məhduddur.
Məsələn Platonun ardıcılları hesab edirdilər ki, həqiqətin, xeyrin,
gözəlliyin nə olması anlayıĢları, insanın anadan olduğu andan onda vardır.
Yəni bu keyfiyyətlər ona təbiət tərəfindən verilir. Lakin bu fikri Arnobius
qəbul etmirdi. Onun fikrincə, əgər insan baĢqa insanlarla, yaxud ətraf
mühitlə təmasda olmasa, onda bu keyfiyyətlər ola bilməz. Deməli onlar
insan fəaliyyətinin və həyatının nəticəsində əmələ gəlir və Ġlahi həqiqətlər
ona təbiət tərəfindən verilmir.
138
Latınca mətni və ingilis dilinə tərcüməsi burada yerləĢir:
http://www.forumromanum.org/literature/arnobiusx.ht ml
139
Selsum - II əsr roma filosofudur, xristianlara qarĢı rəddiyələr yazmıĢdı. Onun
Xristianlığa qarĢı fikirlərini Origenus «Selsuma qarĢı» risaləsində açıqlamıĢdır. Bax:
Origenus. Contra Celsum. Rus dilinə tərcümə olunmuĢ tam mətni burada
yerləĢdirilmiĢdir: Против Цельса: Апология христианства. Сочинение Оригена
Учителя Александрийского. "Экуменический центр ап. Павла", 1996. OCR:
Одесская богословская семинария. http://www.abovo.net.ru/book/84146
64
Lakin ətraf mühitin təsiri də insana xeyri
Ģərdən, gözəlliyin eybəcərlikdən, həqi-qəti
nadanlıqdan ayırmaq imkanı vermir. Fəlsəfənin
vasitəsi ilə bu anlayıĢlara aydınlıq gətirmək
olmur. Fəlsəfə yalnız ziddiyyətləri çoxaldır,
səmərəsiz mübahisələrə gətirib çıxa-rır
140
.
Beləliklə həqiqət nəyinsə rəhbərliyi al-tında
açıla bilər. Bu rəhbər isə iman, və kon-kret
olaraq, xristian imanıdır. Ġmanda utan-malı heç
bir Ģey yoxdur. Hətta Xristianlığı
rədd edən və öz düĢüncələrinə etibar edən filosoflar imana əl atırlar, çünki
təbiətdə düĢüncə vasitəsi ilə həll edilməyən çoxlu Ģeylər vardır. Onlar,
məsələn, xəstələnəndə həkimə müraciət edirlər və onun dediklərinə inanıb
müalicə olunurlar. Filosofların, eyni zamanda, inandığı avtoritetləri də
vardır. Bəziləri Platoya, baĢqaları isə Aristotelə, Pifaqorusa və baĢqalarına
inanırlar. Deməli, imansız həyat ola bilməz.
Ġmanın isə obyektləri fərqlidir: kimsə filosoflara, kimsə müxtəlif dini
təlimlərə inanır. Lakin Xristianlığın bir sıra üstün cəhətləri vardır. Bu din
sadə, baĢa düĢüləndir, təbiidir. Müqəddəs Kitablar hamı üçün açıqdır və
orada filosofların ziddiyyətli mübahisələri yoxdur. Xristianlar tək olan
Tanrıya ibadət etməyə çağırır, bütpərəstlər isə insanlar tərəfindən
düzəldilmiĢ bütlərə.
Eyni zamanda demək lazımdır ki, Arnobiusun əsərində bir çox xristian
ideyalarına rast gəlmək olmur. Məsələn, o, Bibliyadan sitatlar gətirmir,
trinitarizm (Üçlük) haqqında heç nə demir. Bunlardan əlavə, bu əsərdə
platoçuluq ideyalarına da rast gəlmək olar. Tanrının varlığını və birliyini
qəbul edən Arnobius, Onun bu dünyada necə təzahür olmasını izah edə
bilmir və, platosayağı olaraq, Onunla dünya arasında vasitə rolunu oynayan
varlıqlardan danıĢır. Ġsa bu varlıqlardan biridir.
Arnobius təqib olunan Xristianlığın sonuncu apologeti olmuĢdur.
Ondan sonra Xristianlıq Romanın dövlət dininə çevrilmiĢdir.
Laktantius
Sonuncu latın apologetlərindən biri Laktantius (240-320) olmuĢdur
141
.
O Arnobiusun tələbəsi olub və Xristianlığın Romada rəsmi dövlət dininə
çevrilməsi dövründə yaĢamıĢdır. Bu səbəbdən, onun yeddi kitabdan ibarət
140
Adversus gentes II, 18;29;56.
141
Əsərləri latın və ingilis dillərində burada yerləĢdirilmiĢdir:
http://www.forumromanum.org/literature/lactantiusx.html
65
«Divinae institutiones»
142
(Ġlahi qanunlar haqqında) əsəri imperator
Konstantinusa
həsr
edilmiĢdir.
Gələcəkdə
Xristianlığın
geniĢ
perspektivlərinin olduğunu duyan Laktantiusun kitabı optimist ruhunda
yazılmıĢdır.
Bu əsərdə Laktantius, ondan öncəki apologetlər kimi, antik
müdrikliyin xristian imanı ilə uyğunlaĢdırılması yolu ilə getmiĢdir. Hətta o
iddia edirdi ki, ondan öncəki apologetlər Xristianlığı aydın və tam baĢa
düĢülən tərzdə təqdim edə bilməmiĢdirlər
143
. Bu iĢin sona çatdırılma Ģərəfi
isə Laktantiusa qismət olmuĢdur.
Onun fikrincə antik filosoflar bütpərəst dini təlimlərə heç bir
əhəmiyyət vermirdilər, çünki o dinlər mövhumatlarla dolu idilər. Öz
növbəsində bütpərəst kahinlər də fəlsəfədən istifadə etməmiĢdirlər. Buna
görə də sonda, onların heç biri nailiyyət əldə etməmiĢ və iflasa uğramıĢdılar.
Əslində isə hər bir müdriklikdə iman, hər bir imanda isə müdriklik olmalıdır.
Fəlsəfə nə qədər dərin olsa belə, heç vaxt insani və Ġlahi məsələləri həll edə
bilməz. Filosofların nəzəriyyələri çox vaxt onların düĢüncəsinin məhsuludur,
obyektivliyi əks etdirmir. Lakin Laktantius düĢüncənin imkanlarını yüksək
qiymətləndirirdi. Onun fikrincə, bu düĢüncə Ġlahi həqiqətlərə qulluq edəndə
öz vəzifəsini yerinə yetirmiĢ olur. Həqiqət isə xristian dinindədir.
Laktantius bir çox dini məsələlərə əqli nöqteyi nəzərdən aydınlıq
gətirmək istəyirdi. Məsələn, onun fikrincə, Tanrının birliyi, hər Ģeyin bir
səbəbdən doğması zərurəti ilə izah edilir. Çünki əgər tanrılar çox olsaydı,
onda onların arasında müəyyən münasibətlər qurulmalı idi. Onlar ya bir-
birinə bərabər, ya da tabe olmalı idilər. Bərabər olduqları halda onlardan heç
biri digərindən yüksək olmazdı, deməli sözün əsl mənasında Tanrı olmazdı.
Bir-birinə tabe olduqları halda isə, onlardan yalnız biri Tanrı olardı,
baĢqalarının yalnız adları Tanrı olardı, mahiyyətləri yox. Eyni zamanda,
tanrılar çox olsaydı dünyanın mərkəzləĢdirilmiĢ halda idarə etmək olmazdı,
dünyada ümimi nizam pozulardı.
144
Dünyanı Tanrı heçnədən yaradıb. Laktantiusa görə, əgər materiya
Tanrı ilə bərabər əzəldən mövcud olsaydı, onda, bundan öncə deyilən,
Tanrının birliyi prinsipi pozulardı və iki ilkin substansiya olardı. Nəticədə
yenə də nizam pozulardı. Hər Ģeyi yaradan materiya da ola bilməz, çünki bu
142
Ġngilis dilinə tərcümədə burada yerləĢdirilmiĢdir:
http://www.newadvent.org/fathers/0701.htm
143
Divinae institutiones V, 1. Ġngiliscə tərcuməsi burada yerləĢir:
http://www.newadvent.org/fathers/07015.htm
144
Divinae institutiones I, 3. Ġngiliscə tərcuməsi burada yerləĢir:
http://www.newadvent.org/fathers/07011.htm
Dostları ilə paylaş: |