56
dünyalar bir-birinin təkrarı deyillər
110
. Origenusun dünyaların çoxluğu
ideyası stoisizm fəlsəfəsində də vardır.
Origenus Tanrının qüdrətini də bir qədər məhdudlaĢdırırdı. Məsələn o
deyirdi ki, Tanrı ziddiyyətli, nizamsız, ədalətsiz Ģeylərin yaradıcısı ola
bilməz. Bunlar onun kamilliyi ilə bir araya sığmır.
Onun ruhlar haqqında fikirləri də maraqlıdır. Dünyalar yaranıb, məhv
olurlar. Ruhlar isə ölməzdir. Onlar maddi dünyadan öncə yaradılıb, sonra isə
onlar üçün dünyalar yaradılıb. Bu ruhların arasında Ġsanın da ruhu var idi.
Yaradılandan sonra, ruhlar Tanrının yanında olublar və bu yaxınlıqdan həzz
alırdılar. Maraqlısı budur ki, Origenusa görə, ruhlar azad iradəyə malik
idilər. Bundan istifadə edərək, onlar Tanrıdan ayrılmaq istədilər. Bunu bilən
Tanrı, ruhları cəzalandıraraq, maddi dünya yaratdı və onları bədənlərə saldı.
Bu andan da dünyaların və ruhların dövran etməsi baĢlamıĢdı
111
. Deməli
maddi dünyalar, ruhi dünyanın əlavəsidir. Ora düĢmüĢ ruhlar islah olunurlar
və yenidən öz normal halına qayıdırlar. Dünyalarda ruhlar istirablar keçirir.
Bu istirablar, onların Tanrıdan razı qalmamalarına görə verilən cəzadır.
Lakin sonda mərhəmətli olan Tanrı onları xilas edəcək. Bütün ruhlar, o
cümlədən Ġblisin ruhu da, bağıĢlanacaq və Tanrının hüzuruna qayıdacaq.
Xilas olma isə Ġsanın (Loqosun) vasitəsi ilə baĢ verəcək.
Origenusun bir çox fikirləri xristian kilsəsi tərəfindən rədd edilmiĢdir.
Onun dünyaların çoxluğu, ruhların maddi dünyadan əvvəl yaradılması,
Ġblisin xilas olması ideyaları rəsmi Xristianlıq tərəfindən qəbul edilməsə də,
onun fəlsəfi irsi Nissalı Qreqorios, Eriugena kimi böyük xristian
mütəfəkkirləri üçün bir örnək olmuĢdur. Onun dini fəlsəfəsi və metodları
xristian əqidəsinin formalaĢmasında müəyyən rol oynamıĢdır.
Latın apologetikası
Roma imperiyasının qərbində də xristian mütəfəkkirləri fəaliyyət
göstərmiĢdirlər. Onlar öz əsərlərini latın dilində yazırdılar.
Minusius Feliks (Minucius Feliks)
Latın apologetlərindən olan Minusius Feliks II əsrin sonu - III əsrin
əvvəllərində yaĢamıĢdır. O, ya Ġtaliyada, ya da Afrikada anadan olmuĢdur,
sonra isə Romada yaĢamıĢdır. Onun yalnız bir əsəri – «Octavius» (Oktavius)
110
Origenus. De principiis,III,4-5.Ġngilis dilinə tərcüməsi burada yerləĢir:
http://www.newadvent.org/fathers//04123.htm
111
Origenus. De principiis, III, 4.
57
dialoqu bizim zəmanəmizə çatmıĢdır. Üslub nöqteyi-nəzərindən bu əsər
Sisseronun
dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və
Xristianlıqdan gedir. Bu əsər, II əsrdə Xristianlıqla bütpərəstliyin arasında
gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox əhəmiyyətlidir.
Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusiy
Feliksin iĢtirakı ilə gedir.
Sesilius, insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas
gətirərək, xristianları qınayır. O deyir ki, xristianların əksəriyyəti savadsız
adamlar olduğu halda, onlar ən ali kateqoriyalar olan Tanrıdan, taledən,
dünyanın yaranmasından söhbət açırlar və bunlarla bağlı problemləri həll
etmək iddiasındadırlar. Halbuki, bunu ən savadlı adamlar belə edə
bilməyiblər. Burada Sesilius skeptik mövqedən çıxıĢ edir.
112
Daha sonra Sesilius deyir ki, dinin seçimi insanın özündən asılıdır.
Çünki, dini kateqoriyalar son olaraq əsaslı dərk edilib sübuta yetirilə bilməz.
Bu səbəbdən Xristianlığın baĢqa dinlərlə müqayisədə heç bir üstünlüyü
yoxdur. Roma dini ən qədim zamanlardan mövcuddur. Ona romalılıların
əjdadları sitayiĢ ediblər. Bu dinlə Roma qüdrətli bir imperiyaya çevrilib. Bu
dindən çıxmaq öz millətinə, keçmiĢinə xəyanət etməkdir
113
(Okt 6-8).
Nəhayət Sesilius Xristianlığa qarĢı bir sıra dəlillərlə çıxıĢ edir. O
xristianların dini ayinlərinin icra tərzini insanlıqdan uzaq və əxlaqa zidd elan
edir, onları mövhumatçılıqda ittiham edir. Sonra Sesilius qiyaməti və onunla
bağlı hadisələri əsassız adlandırır, ölülərin dirilməsi ideyasını rədd edir.
Xristianların əksəriyyətinin kasıblıq və zəlil vəziyyətdə yaĢadıqlarını
vurğulayan Sesilius, Tanrının dirilərə deyil, ölülərə (yəni onların qiyamətdə
dirilməsi nəzərdə tutulur) kömək etməsinə görə təəccüb edir
114
.
Sesiliusdan sonra, Oktavius xristianlara qarĢı edilən ittihamlara cavab
verir. O, ilk növbədə, hər bir insana müdrikliyin açıq olmasından danıĢır.
Yəni, həqiqət təkcə filosoflara deyil, hər bir adama açıla bilər. Ġnsan
tərəfindən dünyanın dərk edilməsinin vacibliyini inkar etməyən Oktavius,
onun Ģüurunu yalnız bununla məhdudlaĢdırmanın əleyhinə çıxıĢ edir. Çünki,
dünyada Ġlahinin rolu vardır.
112
Minucius Feliks. Octavius, V.
Ġngiliscə: The Octavius of Minucius Felix.
http://www.ccel.org/fathers2/ANF-04/anf04-34.htm# P5547_ 816788
Rusca: Марк Минуций Феликс. Октавий // Ранние Отцы Цер кви. Антология.
Брюссель: "Жизнь с Богом", 1998. с. 545-590.
http://www.krotov.info/acts/02/03/octavius.html
113
Minucius Feliks. Octavius, VI-VIII.
114
Minucius Feliks. Octavius, IX - XIII.
58
Bizim ətrafımızda olan ahəng, gözəllik, yaradanın varlığına iĢarə edir.
Nizamda olan bu dünya heç də xaotik təsadüfdən yarana bilməzdi.
BəĢəriyyətin ən ağıllı insanları, məsələn, Fales, Pifaqoras, Demokritos
(Democritos), Plato və baĢqaları, Tanrının varlığını təsdiq edirdilər
115
.
Sonra Oktavius roma tanrıları ilə bağlı rəvayətləri tənqid edərək deyir
ki, onların yaĢadığı həyat heç də tanrılara layiq deyil, onlar özlərini insanlar
kimi aparırlar, insanlar kimi müxtəlif qüsurlara malikdirlər
116
. Məsələn O
deyir: əgər tanrılar haçansa doğulurlarsa, onda niyə onlar indi doğulmurlar?
Məgər Yupiter qocalıb, Yunona isə daha doğa bilmir?
117
. Oktaviusa görə, o
tanrıların bəziləri nə vaxtsa adi insanlar olublar. Sonra, onlar öləndən sonra,
onları ilahələĢdiriblər
118
.
Sonra Oktavius xristian əxlaqının təmizliyi və aliliyini, xristianların
fağırlıq (kasıblıq) idealını müdafiə edərək, əksinə, bütpərəstlərin əxlaqsız və
mənəviyyatsız həyat sürmələri, haqqında söhbət açır.
Bütpərəstliyi tənqid edən Oktavius, eyni zamanda, Xristianlığın
romalılar tərəfindən yüksək qiymətləndirilən sağlam düĢüncəyə zidd
olmamasından danıĢır, və bu mövzuda qədim filosofların irsi ilə müqayisələr
aparır
119
.
Kvintus Septimus Florens Tertullianus
120
Kvintus (Quintus) Septimus Tertullianus (155-220) ən tanınmıĢ latın
apologetlərindən biri olub. O ġimali Afrikada, bütpərəst ailəsində anadan
olmuĢdur. Xristianlığı qəbul edəndən sonra, Tertulian, təxminən 193-cü ildə,
Kartaca
121
Ģəhərində presviter vəzifəsini tutmuĢdur, sonra isə Romaya
115
Minucius Feliks. Octavius, XIX.
116
Minucius Feliks. Octavius, XXII.
117
Minucius Feliks. Octavius, XXIII.
118
Minucius Feliks. Octavius, XXIII.
119
Minucius Feliks. Octavius, XXXIV.
120
Tertullianın əsərlərinin latınca orjinal mətnləri və onların ingilis, fransız, rus,
alman, və baĢqa dillərə tərcümıləri burada yerləĢdirilmiĢdir:
http://www.forumromanum.org/literature/tertullianusx.html
121
Kartaca [latınca ―Carthago‖, sami dilində ―Karthehadaschath (KartadaĢt)‖, rusca
―Карфаген‖] – tərcümədə ―Yeni ġəhər‖ deməkdir. ġimali Afrikada Aralıq dənizinin
sahillərində yerləĢən məĢhur qədim Ģəhər. Müasir Tunisin ərazisində yerləĢir. E.ə.
VII-III əsrlərdə Kartaca xeyli güclənib, Aralıq dənizi hövzəsində Roma
imperiyasının əsas rəqibinə çevrilmiĢdir. Roma ilə müharibələr nəticəsində
məğlubiyyətə uğramıĢ və dağıdılmıĢdı. III əsrdən sonra onun ərazisi Roma
imperiyasının Afrika adlı vilayətinə daxil edilmiĢdir.
Dostları ilə paylaş: |