61
«Tanrının oğlunu çarmıxa çəkmiĢdirlər; bu ayıb olsa da, biz bundan xəcalət
çəkmirik. Tanrının oğlu ölmüĢdür; biz buna inanırıq, çünki bu
cəfəngiyyatdır. O, dəfn olduqdan sonra dirilmiĢdir; buna Ģübhə etmək olmaz,
çünki belə Ģey mümkün deyil»
131
.
Tertullianusa görə, təmiz imandan fəlsəfəyə və ümumiyyətlə
düĢüncəyə doğru edilən hər bir addım heresə, xristian təliminin təhrifinə
gətirir. DüĢüncəyə və biliyə qarĢı çıxıĢ edən Tertullianus, ağılı hissiyyatın bir
növ davamı kimi qiymətləndirirdi. Onların təbiəti də eynidir. Mömin adama
hissiyyatı Tanrı verir, və buna görə də o yalnıĢ bir Ģeydən xəbər verə bilməz.
Məhz bu hissiyyatın vasitəsi ilə insan, Tanrı, dünya və ətraf mühit haqqında
məlumat alır. Bu səbəbdən mömin insan öz daxili səsinə diqqətlə qulaq
asmalıdır, ruhundan gələn instinktiv hislərə etibar etməlidir.
132
Tertullianusun biliyi inkar etməsi və imana həddən artıq yer verməsi,
sonda onun ortodoksal Xristianlıqdan çıxmasına səbəb olmuĢdur. Onu cəzb
edən, heretik təlim hesab edilən montanizm oldu, cünki bu təlimin ardıcılları
daxildən gələn səsə böyük əhəmiyyət verirdilər.
Tertullianus bir neçə xristian ehkamlarının yaradıcısı da sayıla bilər.
Məsələn, o hesab edirdi ki, Kilsə birbaĢa Ġsanın müqəddəs həvariləri
(apostolları) tərəfindən yaradıldığına görə, ən yüksək müqəddəs qurumdur
(avtoritetdir). Əsl həqiqəti yalnız Kilsə vasitəsi ilə əldə etmək mümkündür.
Eyni zamanda, Kilsəyə günah anlayıĢını Ģamil etmək olmaz. Bu fikir
sonralar katolik kilsəsi tərəfindən bir ehkam qəbul edilmiĢdir və onun
baĢçıları - papazlar
133
, özlərini günahsız insanlar elan etmiĢdirlər.
Bundan sonra ―günahsız‖ və ―müqəddəs‖ Kilsə Məclisləri, Müqəddəs
Kitabların və ənənəsinin yozulması səlahiyyətində olduğunu iddia
etmiĢdirlər. Lakin bu cür Kilsə yalnız dövlət tərəfindən tanınmıĢ rəsmi Kilsə
ola bilər. Qnostiklərin kilsələri həqiqət daĢıyıcısı deyil, çünki Tertullianusa
görə, onların bünövrəsi yoxdur.
Lakin sonra Tertullianusun fikri Kilsəyə qarĢı dəyiĢmiĢdir və o, dində
öz mənfəətlərini güdən keĢiĢlərin çox olduğunu görərək, onların əleyhinə
131
De carne Christi (Ġsanın bədəni haqqında), 5. Ruscaya tərcüməsi burada yerləĢir:
http://www.tertullian.org/russian/de_carne_christ i_rus.htm
132
De testimonio animae (Ruhun Ģəhadəti haqqında), 2. Ruscaya tərcüməsi burada
yerləĢir:
http://www.tertullian.org/russian/de_testimonio_animae_rus.htm
133
Papaz (yunanca ―pappas‖) – qərb (roma-katolik) Kilsəsinin baĢçısıdır.
62
çıxıĢ etməyə baĢlamıĢdır. Eyni zamanda o, Kilsə və Kilsə yığıncaqlarına
qarĢı da ifadələr səsləndirirdi
134
.
Xristianlığın ən əsas ehkamı olan – Ata, Oğul və Müqəddəs Ruh
üçlüyünün ifadəsinə də ilk dəfə Tertullianusun əsərində rast gəlmək olar
135
.
Tertullianusun fikrincə Tanrı vahiddir, lakin onun daxilində həmiĢə Onun
sözü (Loqos) və mərhəməti (Müqəddəs Ruh) olub. Sonra, dünyanı
yaradarkən Ata Oğluna (Loqosa) sərbəst mövcud olma hüqüqunu verib.
Daha sonra, yolundan azmıĢ bəĢəriyyəti xilas etmək üçün, Ata Müqəddəs
Ruhu da bir Ģəxsiyyətə çevirir. Bu ruh onun Oğlundan çıxır. Ata-Oğul-
Müqəddəs Ruh üçlüyünün hər bir üzvü digərinə tabedir və onların adını əks
istiqamətdə çəkmək olmaz.
Ümumiyyətlə isə, Tanrı, Tertullianusa görə, yaradıcıdır və əbədi
mərhəmət sahibidir. Onun mahiyyəti insan üçün açıla bilməz. Lakin
yaradılan dünyaya diqqətlə baxanda, Onun mövcud olmasını sübut edən
dəlillər vardır. Tanrı ruhdur, lakin bu ruh maddiləĢmiĢ ruhdur, çünki bir
Ģeyin maddi çərçivəsi yoxdursa, o yoxluqdur
136
. Ruhu da olsa, Tanrının
(konkret cism olduğuna görə) gözləri, əlləri, əyaqları da vardır, lakin onların
təbiəti insanınkından fərqlidir
137
. Bu fikri subuta yetirmək üçün, Tertullianus
Bibliyanın hərfi mənalarına istinad edirdi. Ġnsan ruhu da maddiləĢmiĢdir, əks
təqdirdə o ətraf mühiti duya bilməz, çünki duymaq üçün düyülan Ģeyin
bənzəri olmalıdır. Lakin maddiləĢmiĢ olsa da ruh ölməzdir.
Tertullianusun ictimai fikirlərində dualizm əlamətləri vardır. O
cəmiyyəti bir-birinə zidd olan iki böyük hissəyə bölürdü. Biri dünya ilə bağlı
olan ―Ģeytanın düĢərgəsidir‖, digəri isə ―Tanrı düĢərgəsidir‖. Ġkincisini o
Kilsə, Kilsə yığıncağı (ecclesia) adlandırmıĢdır. Hər iki ―düĢərgənin‖ öz
tarixi, gələcəyi və dəyərlər sistemi vardır.
Tertullianusa görə insanın əxlaqi təbiətinin əsasını təĢkil edən
xüsusiyyətlər ikidir: iradə azadlığı və ilkin günah. Azadlığın mövcud
olmasının dəlili Ġlahi qanundur. Qanun yalnız seçim hüququna malik olan
varlığa verilə bilər. Lakin insan iradəsi, Ġlahi iradədən fərqli olaraq, təbiətinə
görə yalnız mütləq xeyrə can atmır. O həmiĢə xeyirlə Ģər arasında seçim
134
De baptismo (Xaç suyuna salınma haqqında), 17. Ruscaya tərcüməsi burada
yerləĢir: http://www.reformed.ru/articles/baptism/article_16-05.html
135
Adversus Praxean, 2.
http://apologia.narod.ru/earlyfat/fath/tertullian/contra_praksey1.htm
136
De anima, 6. Ġngiliscəyə tərcüməsi burada yerləĢir:
http://www.tertullian.org/anf/anf03/anf03-22.ht m#P2560_840932
137
Adversus Marcionem II, 6. Ġngiliscəyə tərcüməsi burada yerləĢir:
http://www.tertullian.org/articles/evans_marc/evans_marc_06book2_eng.htm
Dostları ilə paylaş: |