59
köçmüĢdür. 207 ildən sonra o, rəsmi xristian kilsəsi tərəfindən rədd edilən və
montanizm
122
adlanan bir heretik təriqətin ardıcılı olmuĢdur. Buna
baxmayaraq, Tertullianus xristian ehkamlarının tənqidlərdən müdafiə
olunmasında çox böyük rol oynamıĢdır. Hətta montanizmin ardıcılı olandan
sonra da, «onun əsərlərində ordtodoksal xristian ilahiyyatının ruhu var
idi»
123
.
Tertullianusun əsərlərini Ģərti olaraq 3 hissəyə bölmək olar:
- Xristianlığı müdafiə edən, «Apologeticus»
124
(Apologetik risalə)
kimi əsərlər;
- Heretiklərə qarĢı yönəlmiĢ, «De Praescriptione haereticorum»
125
(Heretiklərin təkzib edilməsi) «Adversus Praxean»
126
(Prakseyə qarĢı) kimi
əsərlər;
- Əxlaq haqqında olan «De Cultu Feminarum»
127
(Qadınların
geyimləri haqqında), «Ad Uxorem»
128
(Arvadıma məktub) kimi əsərlər.
122
Montanizm – II əsrdə Frigiyada yaranmıĢ heretik xristian təriqətidir. Bu təriqəti,
keçmiĢdə Kibela adlı tanrının kahini olan Montan yaratmıĢdı. O və onun ardıcılları
Kiçik Asiyanın Pepuza Ģəhərində fəaliyyət göstərirdilər. Onların inanclarına görə,
Ġsanın gəliĢi Tanrının vəhyinin tamamlanması demək deyil. Ġlahi vəhy Müqəddəs
Ruhun vasitəsi ilə müxtəlif adamlara açıla bilər və açılır. Montan deyirdi ki, xristian
Kilsəsinə bu cür adamlar baĢçılıq etməlidirlər. O, mövcud olan Kilsəni inkar edirdi,
yeni peyğəmbərlərin gəliĢinin mümkünlüyü haqqında danıĢırdı və özünün də
peyğəmbər olması iddiasında idi. Tertullian da bu təriqətə daxil olub, onun daxilində
―tertulliançılar‖ adlanan qrupu yaratmıĢdı. Onlar ġimali Afrikada uzun müddət
fəaliyyət göstərirdilər.
123
Иоанн Мейендорф. Введение в светоотеческое богословие. Вильнюс -
Москва, ―Весть‖, 1992, Часть 1, гл. 4. http://www.klikovo.ru/db/book/msg/884
124
Latıncadan ingiliscəyə tərcüməsi burada yerləĢir:
http://tertullian.org/articles/mayor_apologeticum/mayor_ apologeticum_07translation
.htm
125
Квинт Септимий Флоренс Тертуллиан. Избранные сочинения. Под
редакцией А.А. Столярова. М., 1994. Издательская группа "Прогресс". Стр.
106-129. http://apologia.narod.ru/earlyfat /fath/tertullian/tertullian.htm
126
Tertullianus. Adversus Praxean. Corpus Christianoram. Series Latina II / Ed. E.
Kroymann, E. Evans. Brepols, 1954. P. 1159-1205.
http://www.tertullian.org/articles/evans_praxeas_eng.htm
Rusca: Тертуллиан. Против Праксея // «Альфа и Омега». № 1 (27) – № 2 (28),
2001 г. http://khazarzar.skeptik.net/books/tertull/praxean.htm
127
Latıncadan ingilis dilinə tərcüməsi burada yerləĢir:
http://antology.rchgi.spb.ru/Tertullianus/appl.htm
128
Latıncadan ingilis dilinə tərcüməsi burada yerləĢir:
http://www.tertullian.org/anf/anf04/anf04-12.ht m#P706_ 173914
60
Tertulianusun yunan-roma fəlsəfəsinə mənfi münasibət bəsləyirdi.
Onun fikrincə fəlsəfə ümumiyyətlə Xristianlığa ziddir. Lakin onu nəzərə
almaq lazımdır ki, o dövrdə Xristianlığa bir çox antik təlimlərin elementləri
daxil olunmuĢdur və onun tərəfindən həzm edilmiĢdi. Xüsusilə bu
stoitsizmin etik təliminə aiddir. Tertullianus kimi apologetlər, artıq bu
elementləri Xristianlığın ayrılmaz hissəsi hesab edirdilər. Məhz buna görə
Tertullianus Senekaya ―bizim Seneka‖ demiĢdir. Sonra isə Senekanın güya
xristian olduğu, onun apostol Pavlusla məktublaĢdığı haqqında əfsanələr
uydurulmuĢdır.
Tertullianusa görə bütpərəstlərin fəlsəfəsi çox mürəkkəb, incəsənətləri
həddən artıq zərif, özləri və dinləri isə əxlaqsızdır. Bunlardan fərqli olaraq,
Xristianlıq insan təbiəti və cəmiyyətinin bütün tələblərinə uyğun kə lir.
Bütpərəstlərin fəlsəfəsindən fərqli olaraq, Xris-
tianlıq çox sadədir, sərbəst baĢa düĢüləndir. Ən
əsası isə bu dində həqiqətin hazır vəziyyətdə
olmasıdır. Onu yoxlamaq və ya tədqiq etmək
lazım deyil. Bu həqiqəti yalnız anlamaq lazımdır.
Bu müddəaları özü üçün rəhbər tutaraq
Tertullianus, hətta elmin, biliyin, tədqiqatların
əleyhinə çıxıĢ edirdi. Məsələn o deyirdi: «Ġsa-dan
sonra bizim biliyə marağımız yoxdur, Ġn-cildən
sonra isə tədqiqatlara ehtiyacımız yox-dur»
129
;
«Ġmanın qaydalarının əleyhinə heç nəyi bilməmək
– hər Ģeyi bilmək deməkdir»
130
. Tertullianusa
görə düĢüncədən yalnız dini eh-
kamların təsdiq edilməsi üçün istifadə edilə bilər.Lakin o bunu da
məhdudlaĢdırırdı. Bir çox xristian mütəfəkkirlərindən fərqli olaraq o,
təvilləri, alleqoriyaları rədd edirdi və Müqəddəs Kitabın yalnız hərfi
mənalarına üstünlük verirdi. Onun fikrincə Müqəddəs Kitabda, bəzi
rəvayətlər və ya ifadələr yalnız insan düĢüncəsi nöqteyi-nəzərindən
məntiqsiz və cəfəngiyyat kimi görsənə bilər. Əslində isə onlar bizim düĢüncə
qabiliyyətimizdən daha yüksək məqamlara toxunur. Yəni insan bu Ġlahi
sözləri dərk etmə qabiliyyətində deyil və onları olduğu kimi, düĢünmədən,
imanla qəbul etməlidir. Bu fikri təsdiq etmək üçün Tertullianus deyirdi:
129
De Praescriptione haereticorum, 7. Ruscaya tərcüməsi burada yerləĢir:
http://apologia.narod.ru/earlyfat/fath /tertullian/contra_er.htm
130
De Praescriptione haereticorum, 14. Ruscaya tərcüməsi burada yerləĢir:
http://apologia.narod.ru/earlyfat/fath/tertullian /contra_er.htm
Dostları ilə paylaş: |