Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 
56 
dünyalar  bir-birinin  təkrarı  deyillər
110
.  Origenusun  dünyaların  çoxluğu 
ideyası stoisizm fəlsəfəsində də vardır.  
Origenus Tanrının qüdrətini də bir qədər məhdudlaĢdırırdı. Məsələn o 
deyirdi  ki,  Tanrı  ziddiyyətli,  nizamsız,  ədalətsiz  Ģeylərin  yaradıcısı  ola  
bilməz. Bunlar onun kamilliyi ilə bir araya sığmır. 
Onun ruhlar haqqında fikirləri də maraqlıdır. Dünyalar yaranıb, məhv 
olurlar. Ruhlar isə ölməzdir. Onlar maddi dünyadan öncə yaradılıb, sonra isə 
onlar  üçün  dünyalar  yaradılıb.  Bu  ruhların  arasında  Ġsanın  da  ruhu  var  idi. 
Yaradılandan sonra, ruhlar Tanrının yanında olublar və bu yaxınlıqdan həzz 
alırdılar.  Maraqlısı  budur  ki,  Origenusa  görə,  ruhlar  azad  iradəyə  malik 
idilər. Bundan istifadə edərək, onlar Tanrıdan ayrılmaq istədilər. Bunu bilən 
Tanrı, ruhları cəzalandıraraq, maddi dünya yaratdı və onları bədənlərə saldı. 
Bu  andan  da  dünyaların  və  ruhların  dövran  etməsi  baĢlamıĢdı
111
.  Deməli 
maddi dünyalar, ruhi dünyanın əlavəsidir. Ora düĢmüĢ ruhlar islah olunurlar 
və yenidən öz normal  halına qayıdırlar. Dünyalarda ruhlar istirablar keçirir. 
Bu  istirablar,  onların  Tanrıdan  razı  qalmamalarına  görə  verilən  cəzadır. 
Lakin  sonda  mərhəmətli  olan  Tanrı  onları  xilas  edəcək.  Bütün  ruhlar,  o 
cümlədən  Ġblisin  ruhu  da,  bağıĢlanacaq  və  Tanrının  hüzuruna  qayıdacaq. 
Xilas olma isə Ġsanın (Loqosun) vasitəsi ilə baĢ verəcək. 
Origenusun bir çox fikirləri xristian kilsəsi tərəfindən rədd edilmiĢdir. 
Onun  dünyaların  çoxluğu,  ruhların  maddi  dünyadan  əvvəl  yaradılması, 
Ġblisin xilas olması  ideyaları rəsmi Xristianlıq tərəfindən qəbul edilməsə də, 
onun  fəlsəfi  irsi  Nissalı  Qreqorios,  Eriugena  kimi  böyük  xristian 
mütəfəkkirləri  üçün  bir  örnək  olmuĢdur.  Onun  dini  fəlsəfəsi  və  metodları 
xristian əqidəsinin formalaĢmasında müəyyən rol oynamıĢdır. 
 
Latın apologetikası 
 
Roma  imperiyasının  qərbində  də  xristian  mütəfəkkirləri  fəaliyyət 
göstərmiĢdirlər. Onlar öz əsərlərini latın dilində yazırdılar. 
 
Minusius Feliks (Minucius Feliks) 
Latın  apologetlərindən  olan  Minusius  Feliks  II  əsrin  sonu  -  III  əsrin 
əvvəllərində  yaĢamıĢdır.  O,  ya  Ġtaliyada,  ya  da  Afrikada  anadan  olmuĢdur, 
sonra isə Romada yaĢamıĢdır. Onun yalnız bir əsəri – «Octavius» (Oktavius) 
                                                 
110
  Origenus.  De  principiis,III,4-5.Ġngilis  dilinə  tərcüməsi  burada  yerləĢir: 
http://www.newadvent.org/fathers//04123.htm 
111
 Origenus. De principiis,  III,  4.  


 
57 
dialoqu  bizim  zəmanəmizə  çatmıĢdır.  Üslub  nöqteyi-nəzərindən  bu  əsər 
Sisseronun 
dialoqlarına  bənzəyir.  Burada  söhbət  bütpərəstlik  və 
Xristianlıqdan  gedir.  Bu  əsər,  II  əsrdə  Xristianlıqla  bütpərəstliyin  arasında 
gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox əhəmiyyətlidir. 
Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusiy 
Feliksin iĢtirakı ilə gedir. 
Sesilius,  insan idrakının həqiqəti əks etdirməyə qadir olmadığını əsas 
gətirərək,  xristianları  qınayır.  O  deyir  ki,  xristianların  əksəriyyəti  savadsız 
adamlar  olduğu  halda,  onlar  ən  ali  kateqoriyalar  olan  Tanrıdan,  taledən, 
dünyanın  yaranmasından  söhbət  açırlar  və  bunlarla  bağlı  problemləri  həll 
etmək  iddiasındadırlar.  Halbuki,  bunu  ən  savadlı  adamlar  belə  edə 
bilməyiblər. Burada Sesilius skeptik mövqedən çıxıĢ edir.
 112
 
Daha  sonra  Sesilius  deyir  ki,  dinin  seçimi  insanın  özündən  asılıdır. 
Çünki, dini kateqoriyalar son olaraq əsaslı dərk edilib sübuta yetirilə bilməz. 
Bu  səbəbdən  Xristianlığın  baĢqa  dinlərlə  müqayisədə  heç  bir  üstünlüyü 
yoxdur.  Roma  dini  ən  qədim  zamanlardan  mövcuddur.  Ona  romalılıların 
əjdadları sitayiĢ ediblər. Bu dinlə Roma qüdrətli bir imperiyaya çevrilib. Bu 
dindən çıxmaq öz millətinə, keçmiĢinə xəyanət etməkdir
113
 (Okt 6-8). 
Nəhayət  Sesilius  Xristianlığa  qarĢı  bir  sıra  dəlillərlə  çıxıĢ  edir.  O 
xristianların dini ayinlərinin icra tərzini insanlıqdan uzaq və əxlaqa zidd elan 
edir, onları mövhumatçılıqda ittiham edir. Sonra Sesilius qiyaməti və onunla  
bağlı  hadisələri  əsassız  adlandırır,  ölülərin  dirilməsi  ideyasını  rədd  edir. 
Xristianların  əksəriyyətinin  kasıblıq  və  zəlil  vəziyyətdə  yaĢadıqlarını 
vurğulayan Sesilius, Tanrının dirilərə deyil, ölülərə (yəni  onların qiyamətdə 
dirilməsi nəzərdə tutulur) kömək etməsinə görə təəccüb edir
114

Sesiliusdan sonra, Oktavius xristianlara qarĢı edilən  ittihamlara cavab 
verir.  O,  ilk  növbədə,  hər  bir  insana  müdrikliyin  açıq  olmasından  danıĢır. 
Yəni,  həqiqət  təkcə  filosoflara  deyil,  hər  bir  adama  açıla  bilər.  Ġnsan 
tərəfindən  dünyanın  dərk  edilməsinin  vacibliyini  inkar  etməyən  Oktavius, 
onun Ģüurunu yalnız bununla məhdudlaĢdırmanın əleyhinə çıxıĢ edir. Çünki, 
dünyada Ġlahinin rolu vardır. 
                                                 
112
 Minucius Feliks. Octavius, V.   
Ġngiliscə: The Octavius of Minucius Felix.   
http://www.ccel.org/fathers2/ANF-04/anf04-34.htm# P5547_ 816788 
Rusca:  Марк  Минуций  Феликс.  Октавий  //  Ранние  Отцы  Цер кви.  Антология. 
Брюссель: "Жизнь с Богом", 1998.  с. 545-590.   
http://www.krotov.info/acts/02/03/octavius.html 
113
 Minucius Feliks. Octavius, VI-VIII.   
114
 Minucius Feliks. Octavius, IX  - XIII.   


 
58 
Bizim ətrafımızda olan ahəng, gözəllik, yaradanın varlığına iĢarə edir. 
Nizamda  olan  bu  dünya  heç  də  xaotik  təsadüfdən  yarana  bilməzdi. 
BəĢəriyyətin  ən  ağıllı  insanları,  məsələn,  Fales,  Pifaqoras,  Demokritos 
(Democritos), Plato və baĢqaları, Tanrının varlığını təsdiq edirdilər
115

Sonra Oktavius roma tanrıları ilə bağlı rəvayətləri tənqid edərək deyir 
ki, onların yaĢadığı həyat heç də tanrılara layiq deyil, onlar özlərini insanlar 
kimi  aparırlar,  insanlar  kimi  müxtəlif  qüsurlara  malikdirlər
116
.  Məsələn  O 
deyir: əgər tanrılar haçansa doğulurlarsa, onda niyə onlar indi doğulmurlar? 
Məgər Yupiter qocalıb, Yunona  isə daha doğa bilmir?
117
. Oktaviusa görə, o 
tanrıların bəziləri nə vaxtsa adi insanlar olublar. Sonra, onlar öləndən sonra, 
onları ilahələĢdiriblər
118

Sonra  Oktavius  xristian  əxlaqının  təmizliyi  və  aliliyini,  xristianların 
fağırlıq (kasıblıq) idealını müdafiə edərək, əksinə, bütpərəstlərin əxlaqsız və 
mənəviyyatsız həyat sürmələri, haqqında söhbət açır. 
Bütpərəstliyi  tənqid  edən  Oktavius,  eyni  zamanda,  Xristianlığın 
romalılar  tərəfindən  yüksək  qiymətləndirilən  sağlam  düĢüncəyə  zidd 
olmamasından danıĢır, və bu mövzuda qədim filosofların irsi ilə müqayisələr 
aparır
119

   
 
 
Kvintus  Septimus Florens Tertullianus
 120
 
Kvintus  (Quintus)  Septimus  Tertullianus  (155-220)  ən  tanınmıĢ  latın 
apologetlərindən  biri  olub.  O  ġimali  Afrikada,  bütpərəst  ailəsində  anadan 
olmuĢdur. Xristianlığı qəbul edəndən sonra, Tertulian, təxminən 193-cü ildə, 
Kartaca
121
  Ģəhərində  presviter  vəzifəsini  tutmuĢdur,  sonra  isə  Romaya 
                                                 
115
 Minucius Feliks. Octavius, XIX.   
116
 Minucius Feliks. Octavius, XXII.   
117
 Minucius Feliks. Octavius, XXIII.   
118
 Minucius Feliks. Octavius, XXIII.   
119
 Minucius Feliks. Octavius, XXXIV.   
120
  Tertullianın  əsərlərinin  latınca  orjinal  mətnləri  və  onların  ingilis,  fransız,  rus, 
alman, və baĢqa dillərə tərcümıləri  burada yerləĢdirilmiĢdir:   
http://www.forumromanum.org/literature/tertullianusx.html 
121
 Kartaca [latınca ―Carthago‖, sami dilində  ―Karthehadaschath (KartadaĢt)‖, rusca 
―Карфаген‖]  –  tərcümədə  ―Yeni  ġəhər‖  deməkdir.  ġimali  Afrikada  Aralıq  dənizinin 
sahillərində  yerləĢən  məĢhur  qədim  Ģəhər.  Müasir  Tunisin  ərazisində  yerləĢir.  E.ə. 
VII-III  əsrlərdə  Kartaca  xeyli  güclənib,  Aralıq  dənizi  hövzəsində  Roma 
imperiyasının  əsas  rəqibinə  çevrilmiĢdir.  Roma  ilə  müharibələr  nəticəsində 
məğlubiyyətə  uğramıĢ  və  dağıdılmıĢdı.  III  əsrdən  sonra  onun  ərazisi  Roma 
imperiyasının  Afrika  adlı vilayətinə daxil  edilmiĢdir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə