48
tarixi haqqında çox qiymətli məlumatlar verir. Bu məlumatlar bir çox
hallarda müasir zamanda antik fəlsəfə tarixinə aid olan yeganə informasiya
mənbəyidir.
Hippolitus öz əsərində Plato fəlsəfəsinin bir çox müddəaları ilə
razılaĢır, lakin onun kosmoqoniyasını, ruhların köçməsi inancını, Tanrı
ilə materiyanın əzəldən mövcud olması ideyasını
rədd edir
91
. Hippolitusun qənaətinə görə, P lato
fəlsəfəsi Xristianlığa daha yaxındır. Aristotelin
fəlsəfəsində isə Xristianlığa yaxın olan müddə-alar
Plato fəlsəfəsi ilə müqayisədə bir qədər azdır.
Bütpərəst filosofları Hippolitus üç hissəyə
bölür:
1. Fizioloqlar (naturfilosoflar). Bu kate-
qoriyaya Sokratdan əvvəl yaĢamıĢ filosoflar aid
edilir.
2. Etoloqlar (əxlaqçılar). Plato və Sokrat-la
təmsil olunurlar.
3. Dialektiklər (məntiqçilər). Bu kateqo-
riyaya Aristotel və stoiklər daxildirlər.
Hippolitusun fikrincə skepsisizm və epi-
kurçuluq fəlsəfəsi Xristianlığa zidd olan təlim-
lərdir və onları yuxarıda göstərilən heç bir kate-
qoriyaya aid etməmiĢdir.
Beləliklə, filosofların klassifikasiyasını ve-
rəndən sonra, Hippolitus yazırdı ki, qnostik tə-
limlərdə bir az fəlsəfə varsa da, o qədim filosof-
Hippolitus
lardan alınıb, və sonra mövhumatlarla qarıĢdırılıb. Bunu sübut etmək üçün,
«Philosophumena kata pason haireseon elenchus» kitabının dördüncü
hissəsində Hippolitus, onun zamanında yayılmıĢ mövhumatlar haqqında
məlumat verir və magiya
92
, astrologiya
93
, nekromantiya
94
kimi yalançı
91
Hippolytus. Philosophumena kata pason haireseon elenchus (Bütün hereslərin
təkzib edilməsi) IV, 3. Bu kitab latın dilində «Refutatio omnium haeresium» adlanır.
Ġngiliscə:
http://www.ccel.org/fathers2/ANF-05/anf05-10.htm# P1395_ 390918
92
Magiya (yunanca ―mageia‖) – insanın təbiət proseslərinə müdaxilə etməyin
mümkünlüyü inancından irəli gələn sehrbazlıq, cadugərlıq, ovsunçuluq əməllərinə
və bunlarla bağlı ayinlərə deyilir. Magiya ilə məĢğul olanlar onu ―ağ‖ və ―qaraya‖
bölürlər. Ağ magiya tərəfdarları onun Ġlahi qüvvələr tərəfindən dəstəklənməsi və
49
elmləri rədd edərək, qnostik təlimlərinin onlarla bənzər cəhətlərini
vurğulayır. Nəticədə o yazır ki, qnostiklər öz ideyalarını bu mövhumatlardan
alıblar.
Kitabının onuncu hissəsində isə Hippolitus ―bütün hereslərə‖ qarĢı öz
dünyagörüĢünü izah edir. Ġsanın təbiətinin (xristologiyanın) izah edilməsinə
çox yer verir və burada o, subordionalizm (yəni Loqosun ataya tabe olması)
prinsipinə üstünlük verir.
Hippolitusun dünyagörüĢü sinkretik olmuĢdur. Onun kosmoloji
95
baxıĢlarında stoisizm fəlsəfəsinin elementləri müĢahidə edilir. Onun fikrincə,
dünya heç nədən Tanrı tərəfindən yaradılıbsa da, o bir bədənə bənzəyir.
Əvvəlcə 4 substansiya yaradılmıĢdır: yer, su, hava və od. Onlar əbədidir və
məhvedilməzdir. Sonra isə onlardan dünyada hər bir Ģey yaranmıĢdır. O
Ģeylər məhvə və ölümə məruz qalır. Substansiya nöqteyi-nəzərindən ən sadə
məxluqlar – oddan yaranan mələklərdir. Ġnsan ruhu od və havadan ibarətdir,
bədəni isə torpaq və sudan
96
. Hippolitus bu cür eklektik fikirləri, III əsrdə
xristian ideoloqlarının bütpərəst fəlsəfəsinin müddəalarından istifadə
etməsinin göstəricisidir.
Ġsgəndəriyyə ilahiyyat məktəbi
xeyrə yönəlməsini iddia edirlər. Qara magiya isə Ģeytanlar tərəfindən dəstəklənir və
onunla məĢğul olan adamlar Ģər iĢlər törədirlər. Monoteist dinlərində (o cümlədən
Xristianlıqda) həm ―ağ‖, ―həm də ―qara‖ magiya ilə məĢğul olmaq qadağandır və bu
iĢlə məĢğul olanlar böyük günahkar hesab olunurlar.
93
Astrologiya (yunanca ―astron‖ - ulduz, ―loqos‖ isə - söz, anlayıĢ, təlim deməkdir)
– Kosmik cisimlərin (ulduzların, planetlərin) düzülüĢünə görə insan taleyi haqqında
qabaqcadan xəbər əldə etmənin mümkünlüyünü iddia edən və bu sahəni tədqiq edən
elm. Monoteist dinlərində (o cümlədən Xristianlıqda) bu elm fala baxmanın bir növü
kimi qiymətləndirilir. Bu dinlərdə astrologiya ilə məĢğul olmaq qadağandır və bu
iĢlə məĢğul olanlar böyük günahkar hesab olunurlar. Müasir pozitiv dünyagörüĢündə
isə astrologiya elm sayılmır, mövhumatla bərabər tutulur.
94
Nekromantiya (yunanca nekros – ―ölü‖ deməkdir) – ölüm halına daxil olma,bu
haldan çıxma, ölülərlə ünsiyyət bağlama praktikasıdır. Bu termini bütpərəstlərin
tanrılarına qurban kəsilmiĢ heyvanların içalatı ilə fala baxmaq mənasında da
iĢlədirlər
94
Hippolytus. Philosophumena kata pason haireseon elenchus X, 32. Ġngiliscə:
http://www.ccel.org/fathers2/ANF-05/anf05-14.htm# P2309_ 744389
95
Kosmologiya – qədim yunanların dünyanın quruluĢu haqqında təsəvvürləri.
96
Hippolytus. Philosophumena kata pason haireseon elenchus X, 32.
50
Xristianlığın formalaĢmasında apologetlər çox əhəiyyətli fəaliyyət
göstərmiĢdirlər. Lakin o dövrdə Xristianlıq hələ sistemləĢmiĢ bir təlim halına
gəlməmiĢdi. Bütpərəst fəlsəfi doktrinalarda mübarizə aparmaq üçün isə
fundamental, sistemləĢmiĢ və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi.
Ona görə də, bir neçə xristian mütəfəkkiri bu çətin iĢlə məĢğul olmuĢdur. Bu
iĢdə ən böyük nailiyyətləri Ġsgəndəriyyədə II əsrdə təsis edilən ilahiyyat
məktəbinin nümayəndələri əldə etmiĢdirlər. Bu məktəb Xristianlığın əsasları
ilə tanıĢ olmaq və onu qəbul etmək istəyənlər üçün açılmıĢdır. Eyni zamanda
bu məktəb ən savadlı təbəqələrin xristian təliminə marağı oyatmaq istəyirdi.
Lakin bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də
burada fəlsəfi fəndlərə də böyük əhəmiyyət verilirdi. Dini ehkamlarla antik
mədəni və fəlsəfi irsin bir-birinə yaxınlaĢması, uyğunlaĢması siyasəti
aparılırdı. Burada çalıĢan alimlər bu yaxınlaĢmaya nail olmayaraq
Xristianlığın yayılmasının mümkün olmamasını anlayırdılar və bu
istiqamətdə məqsədyönlü iĢ aparırdılar.
179-cu ildən Ġsgəndəriyyə məktəbinə Panten baĢçılıq etməyə
baĢlamıĢdı. O keçmiĢdə stoik olmuĢdu. O fəlsəfəyə daha da çox önəm
verirdi. Lakin Pantenin əsərləri bizim zəmanəmizə çatmamıĢdı. Buna
baxmayaraq, Ġsgəndəriyyə ilahiyyat məktəbinin digər məĢhur nümayəndələri
- Klemensin və Origenusun dünyagörüĢləri bu gün yaxĢı məlumdur.
İsgəndəriyyəli Klemens (Clemens Alexandrinus)
Ġsgəndəriyyə ilahiyyat məktəbinin ən görkəmli nümayəndələrindən biri
Klemens (150-215) olmuĢdur. OnunXristianlığı qəbul etdiyi tarix məlum
deyil. Lakin məlumdur ki, o Pantenin tələbəsi, sonra isə onun köməkçisi
olmuĢdur. Sonra o presviter vəzifəsinə təyin edilmiĢ, və 190-cı ildə
Ġsgəndəriyyə məktəbinə baĢçılıq etməyə baĢlamıĢdır. III əsrin əvvəllərində
imperator Septimius Severusun çarlığı dövründə xristianlar dini etiqadlarına
görə təqib edildiyi zaman, Klemens Ġsgəndəriyyəni tərk etmiĢdir.
Klemens zamanəsinin ən savadlı adamlarından biri olmuĢdur. Onun
tərəfindən üç hissədən ibarət xristian ensiklopediyasına bənzər bir əsər
yazılmıĢdır. Birinci hissə «Protrepticus» (Ellinlərə nəsihət vermə), ikinci –
«Paedagogus» (Pedaqoq), üçüncü – «Stromata» (Rəngli xalçalər) adlanır.
Bu əsərlərdən məlum olur ki, Klemens təkcə apologetika ilə
məhdudlaĢmırdı. O eyni zamanda missioner idi. Xristianlığı yaymaq üçün
isə o, bu dini yunan və roma xalqlarının düĢüncə tərzlərinə və elmi ənənəsinə
uyğunlaĢdırmalı idi. Nəticədə, Klemens, kompromislərə gedərək Xristianlığı
―fəlsəfələĢdirməli‖, fəlsəfəni isə ―xristianlaĢdırmalı‖ idi. Bu məqsədə nail
olmaq üçün, Klemens bir tərəfdən fəlsəfənin fəzilətindən danıĢaraq, biliyin
Dostları ilə paylaş: |