Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 
53 
nəticələrə gətirəcək. Öz növbəsində biliyə arxalanmayan iman, üstündə bina 
tikilməmiĢ bir bünövrəyə bənzəyir
104
 (Str. VIII, 3). Ona görə də, imanla bilik 
bir vəhdət təĢkil edir.  
Sonda,  imanla  biliyin  münasibətləri  problemini  yekunlaĢdıran 
Klemens, xristian  qnostisizminin əslində  intellektual (əqlə) don geydirilmiĢ 
bir  iman  olduğu  qənaətinə  gəlir.  Bununla  o,  qnostiklərlə,  onları  Ģiddətli 
tənqid atəĢinə tutmuĢ xristian xadimləri arasında orta və barıĢdırıcı mövqedə 
durmuĢdur.  Ümumiyyətlə  bilik  və  imanın  bir-biri  ilə  ahəngdə  olması 
ideyasını  ilk  dəfə  Klemens  irəli  sürmüĢdü.  Gələcəkdə  isə  bu  fikri 
Avqustinus, Anselm, Tomas (Foma) və baĢqa mütəfəkkirlər təkrarlamıĢdırlar 
və inkiĢaf etdirmiĢdirlər. 
Klemensə  görə  Ġlahi  vəhyi  daha  da  aydın  baĢa  düĢmək  üçün 
Müqəddəs Kitabı yozmaq lazımdır. Yozmada alleqoriyalardan və təvillərdən 
də istifadə etmək olar, lakin burada ifrata varmaq olmaz.  
Tanrı  haqqında  düĢüncədə  Klemens  apofatik  (mənfi)  ilahiyyatın 
tərəfdarı idi. Onun fikrincə insan anlayıĢlarını Ona aid etmək  olmaz, çünki 
Tanrını  sözlə  ifadə  etmək  mümkün  deyildir.  Lakin  demək  olmaz  ki,  o 
katafatik ilahiyyatı tam olaraq inkar edirdi, çünki Tanrının birliyi, ədaləti və 
baĢqa  xüsusiyyətləri  dillə  ifadə  edilə  bilər.  Amma  onu  yaddan  çıxarmaq 
olmaz  ki,  bu  sözlər  onun  əsl  mahiyyətini  açmır  və  buna  görə  də  katafatik 
düĢüncədə  ifrata  varma,  insanı  antropomorfizmə  və  panteizmə  gətirə  bilər. 
Beləliklə, Tanrı  haqqında  düĢüncədə apofatik yolu tutmaqdır. Yəni Tanrını 
heç bir sözlə və anlayıĢla dərk etmək olmaz, o hər Ģeydən ucadır. Hər hansı 
bir  Ģeydən  düĢünən  insan  bilməlidir  ki,  onu  Tanrıya  aid  etmək  olmaz. 
Beləliklə hər bir anlayıĢı inkar edərək Tanrı haqqında onu demək olar ki, O, 
zaman, məkan kimi düĢünülən Ģeylər anlayıĢlarına sığa bilməz. 
 
İsgəndəriyyəli Origenus 
                                                 
104
 Clemens  Alexandrinus.  Stromata  VIII,  2.  Ġngilis  dilinə  tərcüməsi  burada  yerləĢir: 
http://www.ccel.org/fathers2/ANF-02/anf02-71.htm# P9832_ 2772350 


 
54 
Origenus  (185-254)  Misirdə  xristian  ailəsində 
anadan  olmuĢdur.  Yetkinlik  yaĢına  çatandan 
sonra 
Origenus, 
neoplatonizm 
məktəbinin 
banisi  Ammonius  Sakkasın  tələbəsi  olmuĢ-
dur
105
.  Sonra  Origenus,  Klemensin  baĢçılıq 
etdiyi  Ġsgəndəriyyə  ilahiyyat  məktəbində  təh-
silini  davam  etdirmiĢdi.  O  bir  çoxlu  kitab 
müəllifi  olmuĢdur.  Origenusun  ən  tanınmıĢ 
kitabları:  «De  principiis»  (BaĢlanğıclar  haq-
qında),  «Contra  Celsum»  (Selsin  əleyhinə) 
kitablarıdır. 
Origenus  ilk  dəfə  xristian  təliminin  və 
dünyagörüĢünün sistemləĢdirilməsi  iĢinə  baĢ- 
 
lamıĢdır. Bu məqsədlə o, xristian ehkamlarının rasionallaĢdırılması məqsədi 
ilə,  dini  mətnləri  və  müddəaları  yunan  fəlsəfəsinin  terminləri  ilə  ifadə 
etməyə  baĢlamıĢdı.  Bunun  üçün  Origenus,  xristian  ehkamlarını  sərbəst 
yozmalara  məruz  qoymuĢdur.  Nəticədə,  o  hesab  edirdi  ki,  düzgün  baĢa 
düĢülən Bibliya sağlam fəlsəfəyə mane olmur, düzgün tətbiq edilmiĢ fəlsəfə 
isə Bibliyaya ziyan vurmur
106

Origenusun fikrincə Bibliyada bütün fəlsəfi suallara cavablar tapmaq 
mümkündür. Lakin Müqəddəs Kitabı düzgün baĢa düĢmək üçün onu yozmaq 
lazımdır,  çünki  orada  hallanan  sözlər  və  cümlələr  Ģeylərin  yalnız  zahiri 
xüsusiyyətlərindən  xəbər  verir,  halbuki,  onların  əsl  mahiyyəti  batindədir. 
Yozmalardan,  alleqoriyalardan,  təvillərdən  həddən  çox  istifadə  edən 
Origenus,  bəzi  hallarda  ifrata  varırdı.  Bu  səbəbdən  xristian  kilsə  xadimləri 
onu pisləmiĢdilər. 
Origenus Tanrı ilə, Loqosla, ruhla bağlı problemlərə nəzər yetirirdi. O 
hesab  edirdi  ki,  Tanrı  eyni  zamanda  həm  monada
107
,  həm  də  henadadır
108

Hər bir varlığın, düĢüncənin səbəbi olan Tanrı, varlığın düĢüncə və mahiyyət 
anlayıĢlarına sığa bilməz, onlardan ucadır. Bu səbəbdən O dərkolunmazdır. 
Burada Origenus yeni platoçuların fikirlərinə çox yaxınlaĢırdı. 
Lakin,  Tanrının  bəzi  xüsusiyyətlərindən  məxluqa  doğru  analogiyalar 
apararaq və Tanrı anlayıĢına zidd olan  bütün Ģeyləri  inkar edərək, fikir  irəli 
sürmək olar. Belə ki,  bənzərsiz, sadə və bölünməz olan Tanrının cismi ola 
                                                 
105
 MəĢhur neoplatonçu filosof Plotinus da Ammonius Sakkasın tələbəsi olmuĢdur. 
106
  Origenus.  Contra  Celsum  VI.  Ġngilis  dilinə  tərcüməsi  burada  yerləĢir: 
http://www.newadvent.org/fathers/04166.htm 
107
 Yəni  yeganə və tək olan varlıq. 
108
 Henada (yunanca ―henas‖) - bənzəri olmayan Vahiddir. 


 
55 
bilməz, çünki cism olan hər bir Ģey mürəkkəbdir və bölünməyə məruz qalır. 
Maddə  olan  hər  bir  Ģey  dəyiĢir.  DəyiĢmə  isə  bəzi  xüsusiyyətlərin  zəifləyib 
ortadan çıxmasına və onların əvəzinə baĢqa xüsusiyyətlərin əmələ gəlməsinə  
səbəb  olur.  Bu  isə  bəzi  xüsusiyyətlərin    kamil  olmaması,  onların  natamam 
olması  ilə nəticələnir. Bütün  bunlar Tanrıya aid edilə bilməz. Deməli Tanrı 
bir  monada  olaraq  mütləq  kamillikdirsə,  o  maddə  və  ya  cism  ola  bilməz. 
Buna  görə  də  Origenus,  Tanrının,  özünü  düĢünən  bir  pak  düĢüncə  olması 
qənaətinə gəlir
109
. Bu fikrin mənĢəyi neoplatonizmdən gələrək Xristianlıqda 
platoçu ideyaların güclənməsinə gətirib çıxarmıĢdır. 
Origenusun  Loqos  haqqında  baxıĢları  da  xüsusi  maraq  doğurur.  O, 
Tanrını dünya çərçivəsindən çıxardaraq, fani aləmdən sonsuz uzaqlaĢdırırdı. 
Yəni  Tanrı  dünyaya  transendent  bir  varlıq  kimi  düĢünülürdü.  Lakin  O, 
maddi  dünyanı  qayğısız  qoymamıĢdır  və  bura  öz  Oğlunu  yollamıĢdır.  Bu 
Oğul – Loqosdur (Xristosdur).  
Loqos  Tanrıdan  doğulan  həyatdır,  varlıqdır,  təfəkkürdür.  Onun 
doğulmasının baĢlanğıcı yoxdur, o Ata kimi əbədidir, zamandan kənardadır. 
Lakin  Loqosun  dərəcəsi  Atadan  daha  kiçikdir,  çünki  o,  Onun  nəticəsi, 
enerjisi, surətidir. Bütün bu ideyalara neoplatonizmdə də rast gəlmək olar. 
Origenusun  kosmoqonik  görüĢləri  kreasionizmə  əsaslanır.  Dünya 
Tanrı  tərəfindən  heç  nədən  yaradılıb.  O  yaradandırsa,  onun  yaradıcılığı 
əbədidir.  Əgər  Tanrı  haçansa  heç  nə  yaratmasaydı,  onda  O,  Yaradan 
olmazdı.  Əgər  haçansa  məxluq  olmasaydı,  onda  Tanrı  qüdrətinin  tətbiq 
obyekti  olmazdı  və  Onun  Yaradıcı  keyfiyyəti  reallaĢmazdı.  Dünya  Tanrı 
kimi  əbədi  olmasa  da,  Onun  zaman  nöqteyi-nəzərindən  əvvəli  və  axırı 
yoxdur. 
Lakin  bu  halda  Origenusun  kosmoqoniyası  Xristianlığın  dünyanın 
Tanrı tərəfindən yaradılması və məhv edilməsi ideyası ilə uyğunlaĢmırdı. Bu 
ziddiyyəti həll etmək üçün Origenus əbədi yaradılıĢ və  dünyaların çoxluğu 
fikrini  ortalığa  atdı.  Yəni  bizim  dünyanı  Tanrı  həqiqətən  müəyyən  zaman 
yaradıb, məhv edəcək. Lakin Onun yaradıcılığı yalnız bununla bitmir. Dünya 
bizim  dünyamızdan  da  öncə  olub,  onun  məhvindən  sonra  yenə  də 
yaradılacaq.  Dünyalar  çoxdur,  onlar  biri-birini  əvəz  edərək  mövcuddurlar. 
Origenusun fikrincə, eyni zamanda iki dünya mövcud ola bilməz və müxtəlif 
                                                 
109
  Origenus.  De  principiis,  prolog  9.  Ġngilis  dilinə  tərcüməsi  burada  yerləĢir: 
http://www.newadvent.org/fathers//04120.htm 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə