Aydın Əli-zadə



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix11.10.2017
ölçüsü0,72 Mb.
#4454
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
61 
«Tanrının oğlunu çarmıxa çəkmiĢdirlər; bu ayıb olsa da, biz bundan xəcalət 
çəkmirik.  Tanrının  oğlu  ölmüĢdür;  biz  buna  inanırıq,  çünki  bu 
cəfəngiyyatdır. O, dəfn olduqdan sonra dirilmiĢdir; buna Ģübhə etmək olmaz, 
çünki belə Ģey mümkün deyil»
131
.  
Tertullianusa  görə,  təmiz  imandan  fəlsəfəyə  və  ümumiyyətlə  
düĢüncəyə  doğru  edilən  hər  bir  addım  heresə,  xristian  təliminin  təhrifinə 
gətirir. DüĢüncəyə və biliyə qarĢı çıxıĢ edən Tertullianus, ağılı hissiyyatın bir 
növ davamı kimi qiymətləndirirdi. Onların təbiəti də eynidir. Mömin adama 
hissiyyatı Tanrı verir, və buna görə də o yalnıĢ bir Ģeydən xəbər verə bilməz. 
Məhz bu hissiyyatın vasitəsi ilə insan, Tanrı, dünya və ətraf mühit haqqında 
məlumat  alır.  Bu  səbəbdən  mömin  insan  öz  daxili  səsinə  diqqətlə  qulaq 
asmalıdır, ruhundan gələn instinktiv hislərə etibar etməlidir.
132
 
Tertullianusun biliyi  inkar etməsi və imana həddən artıq yer verməsi, 
sonda onun ortodoksal Xristianlıqdan çıxmasına səbəb olmuĢdur. Onu cəzb 
edən, heretik təlim hesab edilən montanizm oldu, cünki bu təlimin ardıcılları 
daxildən gələn səsə böyük əhəmiyyət verirdilər.  
Tertullianus  bir  neçə  xristian  ehkamlarının  yaradıcısı  da  sayıla  bilər. 
Məsələn,  o  hesab  edirdi  ki,  Kilsə  birbaĢa  Ġsanın  müqəddəs  həvariləri 
(apostolları)  tərəfindən  yaradıldığına  görə,  ən  yüksək  müqəddəs  qurumdur 
(avtoritetdir). Əsl  həqiqəti yalnız Kilsə vasitəsi  ilə əldə etmək mümkündür. 
Eyni  zamanda,  Kilsəyə  günah  anlayıĢını  Ģamil  etmək  olmaz.  Bu  fikir 
sonralar  katolik  kilsəsi  tərəfindən  bir  ehkam  qəbul  edilmiĢdir  və  onun 
baĢçıları - papazlar
133
, özlərini günahsız insanlar elan etmiĢdirlər. 
Bundan sonra ―günahsız‖ və ―müqəddəs‖ Kilsə Məclisləri, Müqəddəs 
Kitabların  və  ənənəsinin  yozulması  səlahiyyətində  olduğunu  iddia 
etmiĢdirlər. Lakin bu cür Kilsə yalnız dövlət tərəfindən tanınmıĢ rəsmi Kilsə 
ola  bilər. Qnostiklərin kilsələri həqiqət  daĢıyıcısı deyil, çünki Tertullianusa 
görə, onların bünövrəsi yoxdur. 
Lakin sonra Tertullianusun fikri Kilsəyə qarĢı dəyiĢmiĢdir və o, dində  
öz  mənfəətlərini  güdən  keĢiĢlərin  çox  olduğunu  görərək,  onların  əleyhinə  
                                                 
131
 De carne Christi (Ġsanın bədəni haqqında), 5. Ruscaya tərcüməsi burada  yerləĢir: 
http://www.tertullian.org/russian/de_carne_christ i_rus.htm 
132
 De  testimonio animae  (Ruhun  Ģəhadəti haqqında),  2. Ruscaya  tərcüməsi  burada 
yerləĢir:  
http://www.tertullian.org/russian/de_testimonio_animae_rus.htm 
133
 Papaz (yunanca ―pappas‖) – qərb (roma-katolik)  Kilsəsinin baĢçısıdır. 


 
62 
çıxıĢ  etməyə  baĢlamıĢdır.  Eyni  zamanda  o,  Kilsə  və  Kilsə  yığıncaqlarına 
qarĢı da ifadələr səsləndirirdi
134
.  
Xristianlığın  ən  əsas  ehkamı  olan  –  Ata,  Oğul  və  Müqəddəs  Ruh 
üçlüyünün  ifadəsinə də  ilk  dəfə Tertullianusun əsərində rast gəlmək  olar
135

Tertullianusun  fikrincə  Tanrı  vahiddir,  lakin  onun  daxilində  həmiĢə  Onun 
sözü  (Loqos)  və  mərhəməti  (Müqəddəs  Ruh)  olub.  Sonra,  dünyanı 
yaradarkən  Ata  Oğluna  (Loqosa)  sərbəst  mövcud  olma  hüqüqunu  verib. 
Daha  sonra,  yolundan  azmıĢ  bəĢəriyyəti  xilas  etmək  üçün,  Ata  Müqəddəs 
Ruhu  da  bir  Ģəxsiyyətə  çevirir.  Bu  ruh  onun  Oğlundan  çıxır.  Ata-Oğul-
Müqəddəs Ruh üçlüyünün hər bir üzvü digərinə tabedir və onların adını əks 
istiqamətdə çəkmək olmaz. 
Ümumiyyətlə  isə,  Tanrı,  Tertullianusa  görə,  yaradıcıdır  və  əbədi 
mərhəmət  sahibidir.  Onun  mahiyyəti  insan  üçün  açıla  bilməz.  Lakin 
yaradılan  dünyaya  diqqətlə  baxanda,  Onun  mövcud  olmasını  sübut  edən 
dəlillər  vardır.  Tanrı  ruhdur,  lakin  bu  ruh  maddiləĢmiĢ  ruhdur,  çünki  bir 
Ģeyin  maddi  çərçivəsi  yoxdursa,  o  yoxluqdur
136
.  Ruhu  da  olsa,  Tanrının 
(konkret cism olduğuna görə) gözləri, əlləri, əyaqları da vardır, lakin onların 
təbiəti insanınkından fərqlidir
137
. Bu fikri subuta yetirmək üçün, Tertullianus 
Bibliyanın hərfi mənalarına istinad edirdi. Ġnsan ruhu da maddiləĢmiĢdir, əks 
təqdirdə  o  ətraf  mühiti  duya  bilməz,  çünki  duymaq  üçün  düyülan  Ģeyin 
bənzəri olmalıdır. Lakin maddiləĢmiĢ olsa da ruh ölməzdir. 
Tertullianusun  ictimai  fikirlərində  dualizm  əlamətləri  vardır.  O 
cəmiyyəti bir-birinə zidd olan iki böyük hissəyə bölürdü. Biri dünya ilə bağlı 
olan  ―Ģeytanın  düĢərgəsidir‖,  digəri  isə  ―Tanrı  düĢərgəsidir‖.  Ġkincisini  o 
Kilsə,  Kilsə  yığıncağı  (ecclesia)  adlandırmıĢdır.  Hər  iki  ―düĢərgənin‖  öz 
tarixi, gələcəyi və dəyərlər sistemi vardır. 
Tertullianusa  görə  insanın  əxlaqi  təbiətinin  əsasını  təĢkil  edən 
xüsusiyyətlər  ikidir:  iradə  azadlığı  və  ilkin  günah.  Azadlığın  mövcud 
olmasının  dəlili  Ġlahi  qanundur.  Qanun  yalnız  seçim  hüququna  malik  olan 
varlığa verilə bilər. Lakin insan iradəsi, Ġlahi iradədən fərqli olaraq, təbiətinə 
görə  yalnız  mütləq  xeyrə  can  atmır.  O  həmiĢə  xeyirlə  Ģər  arasında  seçim 
                                                 
134
  De  baptismo  (Xaç  suyuna  salınma  haqqında),  17.  Ruscaya  tərcüməsi  burada 
yerləĢir: http://www.reformed.ru/articles/baptism/article_16-05.html 
135
 Adversus Praxean, 2.  
http://apologia.narod.ru/earlyfat/fath/tertullian/contra_praksey1.htm 
136
 De anima,  6.  Ġngiliscəyə tərcüməsi burada yerləĢir:    
http://www.tertullian.org/anf/anf03/anf03-22.ht m#P2560_840932 
137
 Adversus Marcionem II, 6.  Ġngiliscəyə tərcüməsi burada yerləĢir: 
http://www.tertullian.org/articles/evans_marc/evans_marc_06book2_eng.htm 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə