100
Bu məntiqlə , dünyada hər Ģey Tanrının təzahürüdür. Deməli, hər bir
varlıq Tanrı təzahürüdür (teofaniyasıdır). Bununla belə, mahiyyət etibarı ilə
Tanrı məxluqdan ayrıdır, ona qarıĢmır.
«De coelesti hierarchia» risaləsində, Vahiddən çoxluğa enmə
Proklusun fəlsəfəsində olduğu kimi, üçlüklər (triadalar) Ģəklində pilləvari
baĢ verir. Yuxarı pillədə kerublar
207
, serafimlər
208
və taxtlarlar (kürsülər)
yerləĢir. Bu birinci triadadır. Sonrakı pillədə ikinci triada yerləĢir. Bu
hökmranlıqlar, güclər və hakimiyyətlərdir. Daha sonra baĢlanğıclar,
arxangellər
209
və məlaikələr triadası yerləĢir
210
. Bu triadaların üzvlərində
Ġlahi nurun hissəcikləri vardır. Lakin Ġlahinin özündə bu nur əksilməmiĢdir.
Burada «Göy hiyerarxiyası» tamamlanır. Yerdə isə, onun davamı kilsə
hiyerarxiyasıdır. Onun da strukturu göy hiyerarxiyasına bənzərdir və onun
vasitəsi ilə Ġlahi nur yerə enir. Burada birinci triada – yepiskoplar, keĢiĢlər,
diakonlardan
211
ibarətdir. Onlardan sonra rahiblər, xristian icmasının üzvləri
və Xristianlığı qəbul etmək istəyənlər triadası gəlir. Kilsə hiyerarxiyasından
sonra qalan dünya yerləĢir. Orada da Ģüurlu məxluqlar, Ģüursuz heyvanlar və
cansız əĢyalar triadası vardır.
Beləliklə «Korpus Areopagitikumun» müəllifi üçün bütün kainat
hiyerarxiya Ģəklində Tanrı tərəfindən yaradılıb, təĢkil olunmuĢdur. Bu
hiyerarxiyada hər bir varlıq, onun kamilliyinə görə, müxtəlif səviyyələrdə
yerləĢir. Hər aĢağı pillədə duran varlıqlar yuxarıda duranlara tabe olurlar.
Ümumiyyətlə isə, bu hiyerarxiyaların məqsədi – kilsənin əhəmiyyətinin
göstərilməsindən ibarət idi. Qalib gələn xristian kilsəsi iddia edirdi ki, onun
xaricində heç kəs xilas ola bilməz. Buna görə də «Korpus Areopagitikumun»
207
Kerubim – (yəhudi sözüdür, çoxluq mənasında iĢlənilir) – Tanrının dərgahında
müəyyən yerləri qoruyan mələklər. Məsələn Əhdi-Ətiqdə onlar Həyat Ağacının
qoruyucularıdırlar (YaradılıĢ 3: 24).
208
Serafimlər (yəhudi sözüdür) – ―odlu‖, ―iĢıq saçan‖ mələklər (YeĢaya 6: 1-6).
Onların vəzifəsi daim Tanrı müqəddəsliyinə təriflər oxumaq və Onun yerdəki
buyuruqlarını yerinə yetirməkdən ibarətdir.
209
Arxanqel – baĢ mələkdir. Xristian keĢiĢlərinin əsərlərində deyilir ki, Bibliyada
səkkiz baĢ mələk vardır. (Никифор. Библейская энциклопедия, М.: 1891, c. 62-
63).
210
Arximandrit Nikifora görə, triadaları təĢkil edən: kerublar, serafimlər, taxtlarlar
(kürsülər), baĢlanğıclar, arxangellər, məlakələr, hökmranlıqlar, güclər və
hakimiyyətlər - məlakələrin rütbələridir. (Никифор. Библейская энциклопедия,
М.: 1891, c. 62-63).
211
Diakonos - yunan sözüdür. Xristianlığın ilk əsrlərində dini icmanın təsərüfat
iĢləri ilə məĢğul olan Ģəxslər bu adı daĢıyırdılar. Sonrakı dövrlərdə kiçik keĢiĢ
rütbəsidir.
101
kilsə xadimləri tərəfindən rəğbətlə qarĢılanmıĢdır və müəllifə ―hiyerarxiya
doktoru‖ adı verilmiĢdir.
VI FƏSĠL
QƏRBDƏ KĠLSƏ ATALARI
IV-V əsrlərdə kilsə ataları
102
Roma imperiyasının qərbində kilsə ataları yunandilli Ģərqdə istifadə
edilən ekzegetika metodlarından istifadə edirdilər. Onlar yunan fəlsəfəsi və
ilahiyyat terminlərini latın dilinə tərcümə edib, iki mədəniyyətin arasında bir
körpü rolunu oynamıĢdırlar.
Patristika dövrünün
Qərb mütəfəkkirlərindən
biri, Puatye Ģəhərinin ye-
piskopu Piktaviyalı Hila-
rius (Hilarius Pictavien-sis)
(315-366) olmuĢdur. O,
Sisseron, Seneka kimi antik
filosofların əsərləri ilə tanıĢ
olmuĢdu. Digər tərəfdən,
xristian mütəfək-killəri olan
Origenus, Ġs-gəndəriyyəli
Atanasios, Kiprian
(Cyprianus) kimi
ilahiyyatçıların fikirlərini
də öyrənmiĢ və onlardan bəzilərinin kitablarını yunan dilindən latın dilinə
tərcümə etmiĢdir.
Hilariusun əsas məqsədi, xristian təliminin sistemləĢdirilməsindən
ibarət idi. Bu yolda o, öz səylərini Ġlahi Üçlüyün birliyini fəlsəfi üsullarla
əsaslandırılmasına yönəltmiĢdir. Ata-Tanrı ilə Oğul-Tanrının, ―doğulmayan‖
ilə ―doğulanın‖ mahiyyətcə bir olmasını (konsubstansionallığı) xüsusilə
vurğulayırdı. Bununla Hilarius arinanlıqla mübarizə aparırdı.
ġərqdə bu iĢi Atanasios və onun tərəfdarları həyata keçirirdilər. Onlar
öz dəlillərini əsaslandırmaq üçün neoplatonizm idealarından istifadə
edirdilər. Onlardan fərqli olaraq Hilarius, Qərbdə daha çox yayılmıĢ stoisizm
ideyalarından istifadə edirdi. Lakin o stoiklərin ideyalarını xristian ehkamları
nöqteyi-nəzərindən qəbul edib, onları sintez halına gətirmiĢdi. Nəticədə o, 12
kitabdan ibarət «De Trinitate» (Üçlük haqqında) əsərini yazmıĢdır.
Hilarius imanla düĢüncənin bir-biri ilə ziddiyyət təĢkil etmədiyi
qərarına gəlmiĢdir. Onlar ahəngdədirlər. Dini ehkamlar elmi nöqteyi-
nəzərdən tədqiq edilə bilər. Sonra bu cür fikirləri Avqustinus daha da inkiĢaf
etdirmiĢdir.
Hilariusun fikrincə, həm iman, həm də düĢüncə Ġlahidəndir. Ġnsan
düĢüncəsi Tanrının obrazıdır. Tanrının mənəvi axtarıĢları da düĢüncə vasitəsi
Dostları ilə paylaş: |