106
bu dünyaya günahkar gəlirlər. Yalnız Xristianlığı qəbul edəndən və xaç
suyuna salınma mərasimindən çıxandan sonra bu günah silinir.
«De Trinitate» (Üçlük haqqında) kitabı Avqustinusun daha bir
tanınmıĢ əsərlərindən biridir
221
. Bu əsərdə o, ilahiyyata aid fikirlərini
açıqlamıĢdır. Bundan baĢqa Avqustinus «De libero arbitrio» (Azad iradə
haqqında), «De magistro»
222
(Müəllim haqqında), «Contra academicos»
223
(Akademiklərə qarĢı), «De immortalitate aniniae» (Ruhun ölməzliyi
haqqında) və baĢqa əsərlərin müəllifi olmuĢdur
224
.
Avqustinusun fəlsəfəsində Tanrı hər bir ideyanın, düĢüncənin
mərkəzindədir. Ona görə də, onun fəlsəfəsi teosentrikdir. Tanrının hər
Ģeydən əvvəl olması fikri Avqustinus ruhun bədən, iradənin düĢüncə
üzərində yüksəlməsi fikrinə gətirmiĢdi. Bu yüksəlmə həm metafirik, həm
qnoseoloji, həm də etik xarakter daĢıyır.
Avqustinusun fəlsəfəsində Tanrı ən yüksək varlıqdır (summa
essentia). Yalnız Onun varlığı onun öz təbiətindən irəli gəlir. Dünyada
mövcud olan baĢqa Ģeylər isə Onun tərəfindən yaradılıb və Onun iradəsinə
tabedir. Eyni zamanda, Tanrı, hər bir varlığın mövcud olmasının səbəbidir.
O, dünyanı yaradıb mühafizə edir. Onun yaratmaq qabiliyyəti bununla
kifayətlənmir. O hər an yaradılıĢı davam edir (creatio continua).
225
Plato fəlsəfəsindən fərqli olaraq, Avqustinus Tanrını bir Ģəxsiyyət
kimi qəbul edirdi. Antik dünyada yayılmıĢ taleyin hər Ģeyə qadir olması
inancına gəldikdə, Avqustinus onu inkar etmədən tamamilə Tanrının
iradəsinə tabe edir
226
. Tanrının iradəsi isə onun mahiyyətinə aiddir
227
.
Hər Ģeyin Tanrının iradəsindən asılı olması fikri Avqustinusu bir
tərəfdən fatalizmə, digər tərəfdən isə, gerçəkliyin irrasional yozulmasına
221
«Üçlük haqqında» əsərin ingilis dilinə tərcüməsi burada yerləĢir:
http://www.ccel.org/fathers2/NPNF1-03/TOC.ht m
222
Блаженный Августин. Творения. Т. 1: Об истинной религии. СПб.; Киев:
Алетейа; УЦИММ-Пресс, 1998. С. 264-312.
http://antology.rchgi.spb.ru/Sanctus_Aurelius_Augustinus/teacher.html
223
Блаженный Августин. Творения. Т. 1: Об истинной религии. СПб.; Киев:
Алетейа; УЦИММ-Пресс, 1998. С. 5-85.
http://antology.rchgi.spb.ru/Sanctus_Aurelius_Augustinus/academ.htm
224
Avqustinusun əsərlərinin siyahısı bu ünvanlarda yerləĢdirilmiĢdir:
Ġngilis dilində: http://www.ccel.org/fathers2/
Rus dilində: http://aleteia.narod.ru/august/august.htm#2
225
De civitate Dei XII , 25. http://www.newadvent.org/fathers/120112.htm
226
De civitate Dei IV , 33. http://www.newadvent.org/fathers/120104.htm
227
Confessiones XI, 10.
107
gətirmiĢdi. Ətraf mühit insan əqli ilə dərk edilməyən möcüzələrlə doludur.
Bu möcüzələrin arxasında isə, Tanrı durur.
Ümumiyyətlə Avqustinus əqlə yox, iradəyə üstünlük verirdi. Onun
fikrincə, hər bir Ģeyin mahiyyəti onun aktivliyindədir, passivliyində deyil.
Deməli insan mahiyyətini passiv olan əql deyil, aktiv olan iradə təĢkil edir.
Buna görə də ruhun mahiyyətini azad iradə təĢkil edir. Bu fikri Avqustinus
Tanrıya da aid edirdi və onun mahiyyətində iradənin üstünlüyünü qeyd
edirdi. Beləliklə, onun fəlsəfəsi rasionallıqdan uzaqlaĢaraq, voluntarizmə
228
daha yaxındır.
Avqustinusa görə, hər bir Ģeyi Tanrı yaratmıĢdır. Məxluq cismə malik
ola bilər, olmaya da bilər. Məlakələr və insanın ruhu olduğu kimi
yaradılmıĢdı. Onlar mənəvi aləmə aiddir. Bütün baĢqa Ģeylər isə materiya ilə
bağlıdır. Materiyanın əsasını təĢkil edən dörd ünsür - yer, su, hava və od -
olduğu kimi, Tanrı tərəfindən yaradılmıĢdır, neoplatonizmdə olduğu kimi,
emanasiyanın nəticəsi deyil. Neoplatonizmdə dünya Vahidin (Tanrının)
emanasiyasıdırsa, Avqustinus fəlsəfəsində o, Tanrı iradəsinin məhsuludur.
Avqustinusda Tanrı ilə dünyanın dualizmi ideyası, neoplatonizmin
monizmini (yəni Tanrı ilə dünyanın eyniliyi ideyasını) əvəz etmiĢdi. Eyni
zamanda Tanrıda Platonun ideyaları cəmlənir və Onda gerçək dünyanın ideal
nümunəsi gizlənib. Beləliklə həm Platoda, həm də Avqustinusda iki dünya
var. Biri Tanrıda olan ideal dünyadır. Digəri isə, ideyaların Tanrının iradəsi
ilə materiyada əks olunan, yaradılan maddi dünyadır.
Yaradılan dünyada inkiĢaf proseslərini Avqustinus bu dünyada
mövcud olan potensial səbəblərlə izah edirdi. Yəni insanların, heyvanların,
bitkilərin böyüməsi və tədricən inkiĢaf etməsi, Onları yaradan Tanrı
tərəfindən əvvəlcə nəzərdə tutmuĢdu və onlarda bu inkiĢafın səbəbləri Onun
tərəfindən yaradılmıĢdı. Burada Avqustinus stoiklərin təlimindən istifadə
etmiĢdir, lakin səbəblərin yaradılıĢını Tanrı ilə bağlayırdı.
Tanrı üç hipostasisdən (sifətdən) ibarətdir. Onlar bir-birindən
ayrılmazdır. Bunun necə baĢ verdiyini insan düĢüncəsi ilə dərk etmək olmaz.
Üç insan bir insan ola bilməz, lakin Tanrının üç sifəti bir Ģəxsiyyətdir.
229
Avqustinusun fəlsəfəsində Tanrı yalnız xeyri yaradır. ġər ona məxsus
deyil. Hələ mani dinində olan dövrlərdə Ģərin təbiəti problemi Avqustinusu
düĢündürürdü. Lakin onu manilikdəki kimi, ayrıca bir baĢlanğıc, substansiya
228
Voluntarizm (latınca ―voluntas‖ - iradə) – iradəni varlığın ən yüksək prinsipi elan
fəlsəfi təlim.
229
De Trinitate 15, 43.
http://www.ccel.org/fathers2/NPNF1-03/npnf1-03-21.ht m#P1897_946543
Dostları ilə paylaş: |