Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Bu daşındır deyərək Kəbəni diksəm başına



Yüklə 2,55 Mb.
səhifə56/67
tarix30.12.2023
ölçüsü2,55 Mb.
#165082
1   ...   52   53   54   55   56   57   58   59   ...   67
A Mədətoğlu-Turkculər

Bu daşındır deyərək Kəbəni diksəm başına,
Ruhumun vəhyini duysam da keçirsəm daşına,
Sənə Göy qübbəsi alsam da rida namıylə,
Qanayan ləhdinə çəksəm də bütün əcramiylə,
Mor bulutlarla açıq türbənə çatsam da tavan,
Yeddi qəndilli Süreyyanı uzatsam oradan,
Sən bu abidənin altında bürünmüş qanına,
Uzanırkən gecə mehtabı gətirsəm yanına,
Türbədarın kimi ta fəcrə qədər bəklətsəm,
Gündüzün ficr ilə avazəni ləbriz etsəm,
Tüllənən məğribi, axşamları sarsam yarana,
Yenə bir şey yapabildim deyəməm xatirinə.
... Ey şəhid oğlu Şəhid! İstəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər!

XX əsrin əvvəllərindən başlayaraq Xristian dünyasının birgə səyi nəticəsində Osmanlı Türk torpaqları bir-bir əldən çıxmaqda idi. Kipr Türkiyədən qoparılmış, Bolqarıstan, Serbistan istila edilmiş, Balkan müharibəsi başlamışdı. Bütün bunlar azmış kimi, Türkiyə I Dünya müharibəsinə cəlb edilmiş, vətən səmalarında qara buludlar dolanmaqda, vətən əldən getməkdə, xalqda bir ruh düşkünlüyü yaranmaqdaydı. Belə bir dövrdə Türk milləti Mustafa Kamal Paşa (Atatürk – A.M.) öndərliyində İstiqlal savaşına başlamış, İstiqlal savaşı bütün şiddəti ilə davam etməkdə idi. Belə bir dönəmdə Bursa Yunanlar tərəfindən işğal edilir. Mehmet Akif bu müsibətə “Bülbül” şeiri ilə matəm saxlayır:




Təsəllidən nəsibim yox, xəzan ağlar baharımda,
Bu gün bir xanimansız sərsəriyəm öz diyarımda.
... Səlahəddin Əyyubilərin, Fatehlərin yurdu
Nə zillətdir ki, nakəs inləsin beynində Osmanın
Əzan sussun, fəzalardan silinsin yadı Mövlanın.
Mənim haqqım, sus ey bülbül, sənin haqqın deyil matəm.

Belə ağır bir dövrdə Mehmet Akif Türk-İslam sintezli şeirlərilə, çıxışları ilə, Türkiyə Böyük Millət Məclisindəki fəaliyyəti ilə Türk İstiqlal Savaşına katqıda bulunmuş, milləti Mustafa Kamal Paşanın ətrafında birləşdirməyə çağırmış, etdiyi böyük xidmətləri ilə ölümsüzləşmişdi.


Tarixdə elə şəxsiyyətlər və elə hadisələr olub ki, onlar tarixin istiqamətini dəyişmiş, böyük dalğalar yaratmışlar. Böyük Mustafa Kamal Atatürk də belə şəxsiyyətlərdən biri, “Çanakkala savaşı” belə hadisələrdəndi.
Artıq milli mücadilə Atatürkün öndərliyində Türk Millətinin qələbəsi ilə nəticələnmiş, hərəkatın birbaşa iştirakçısı və tərənnümçüsü Mehmet Akif Ərsoy da əvəzsiz 10 bəndlik “İstiqlal Marşı”nı yazaraq Şanlı Türk Millətinə ərməğan etmişdi.
1920-ci ildə yeni yaranan Türkiyə Cümhuriyyətinin himni üçün müsabiqəyə təqdim olunan 724 əsər içərisindən Mehmet Akif Ərsoyun əvəzsiz, dahiyanə şəkildə qələmə aldığı “İstiqlal Marşı” seçilərək bəyənilmiş, Türkiyə Böyük Millət Məclisində 4 dəfə oxunaraq qəbul edilmişdi. “Haqqıdır, haqqa tapan, millətimin İstiqlal” deyən şair göstərmişdi ki:



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə