Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə107/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   103   104   105   106   107   108   109   110   ...   138

321 

ġərqdə  “Xatun  Sin”  və  Monqolustandakı  “Bolqasin”  də  bu  sıra-

dandır” (“Azərbaycan”, № 10, 1989. səh.124). 

Demək,  birinci  nümunədə  “Sakasen”dəki  “sen”  II  Ģəxsin 

təkinin  xəbər  Ģəkilçisi,  ikinci  nümunədə  isə  Ģəhər,  türbə  məna-

sını verən söz kimi izah olunmuĢdur. Bizcə, ikinci nümunə daha 

inandırıcıdır. 

Səmərqənddən tutmuĢ Seqseynə qədər 

Qulları durmuĢdu belində kəmər (Xġ-367). 

Burada söhbət Qızıl Arslandan gedir. 



“Səbz  dər  səbz”  (id.)  –  Orta  əsr  ġərq  musiqi  havalarından 

biri. 


“Səbz dər səbz” nəğməsi baĢlasa əgər, 

SaralmıĢ bağlarda açardı güllər (Xġ-168). 



Səd (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir. 

Səd cilovlamıĢdı Əxbiyanı, bax (LM-185). 

Səddə (xron.) – Novruz(bax) bayramına əlli gün qalmıĢ iran-

lıların bayram etdiyi gündür; guya od bu gün tapılmıĢdır. AtəĢ-

pərəstlik  dininin  banisi  ZərdüĢtün  iradəsi  ilə  keçirilən  bu  bay-

ramda od yaxıb Ģənlik edərlər. 

Muğlarda belə bir azar da vardı, 

Hər ilin baĢında bir qız alardı. 

Novruz ilə Səddə bayramlarında 

Ayinlər yenidən olurdu bərpa (Ġ-172). 

Xristianlıq  dininə  görə,  “Dirilmə”(Ġsa  peyğəmbərin  dirilmə 

günü  nəzərdə  tutulur)  günündə  keçirilən  bəzi  ayinlər  atəĢpə-

rəstlərin bu ayinindən götürülmüĢdür. 

Sədeyr  (məc.  mif.)  –  “Xəmsə”nin  ayrı-ayrı  kitablarında 

Sedir, Sidrə(bax), Sədrə kimi yazılan Sədeyr(sədd – son xətt və 

deyr  –  ibadətxana  sözlərindən  düzəlmiĢdir)  göyün  yeddinci  qa-

tında  təsvir  olunan  əfsanəvi  bir  sarayın  adıdır.  Ərəbcə  ona 

Sidrətülmüntəha(Sidrət-əl-Müntəha  və  ya  Sidrətül-Müntəha)  da 

deyirlər. Uca, yüksək mənasında iĢlənir. 

ġairlər Xəvərnəq, Sədeyr hüsnünə 

Qəzəllər yazdılar hey dönə-dönə (YG-62). 

 



322 

Göylərə ucalan Sədeyrin yanı 

Abad bir kənd idi, süd-yağ meydanı (YG-63). 

Nizami Xəvərnəq sarayını metaforik Ģəkildə Sədeyr sarayına 

bənzətmiĢdir. 

Səhənd dağı (top.) – Cənubi Azərbaycanda(Ġranda) vulkanik 

dağ massivi. Zirvələri daim qarla örtülüdür (ASE.YIII). 

Gəzərkən o çıxıb Səhənd dağını 

Üzər oxla qurdun əl-ayağını (YG-35). 



Səhər  xəlifəsi  (ap.  an.)  –  GünəĢ  planeti  metaforik  Ģəkildə 

səhər xəlifəsinə bənzədilmiĢdir. 



Səhər xəlifəsi – günəĢ doğaraq, 

Nurilə zülməti qovaraq iraq (Xġ-31). 



Səhər  quĢu  (məc.  zo.)  –  GünəĢ  planeti  metaforik  Ģəkildə 

səhər quĢuna bənzədilmiĢdir. 



Səhər quĢu yuxudan səhərtək bəndə düĢdü (SX-64). 

Səqlab  (et.)  –  Ərəblərin  slavyanlara,  eyni  zamanda  ruslara 

verdikləri  addır.  Səqlablı-slavyan  (rus)  deməkdir.  Onlar  Danub 

(indiki  Don)  çayı  sahilində  yaĢamıĢlar.  Bu  tayfanın  gözəlləri 

nümunə kimi göstərilmiĢdir. 



Səqlablı atını çapmıĢdır Çinə (Ġ-224). 

Səqlab banusu (məc. an.) – Bax: Səqlab. ġirin özünü Səqlab 

banusuna və gözəl çiçəyə bənzədir. 



Səqlab banusiyəm – bir gözəl çiçək 

QalmıĢam ĢüĢədə indi gülabtək (Xġ-391). 



“Səqlab” gümüĢü (növ.) – Səqlab ölkəsində istehsal olunan 

gümüĢ. 


“Səncab” ölkəsinin baĢında durum, 

Səqlab” gümüĢünə sikkəmi vurum(Ġ-228). 

“Səqlab  gümüĢü”  həqiqi  mənada  növ,  məcazi  mənada  isə 

Səqlab ölkəsi deməkdir. Ġskəndərin dilindən deyilmiĢ bu nümu-

nədə hər iki məna öz əksini tapmıĢdır. 

Səqlab ölkəsi (top.) – Slavyanların(rusların) yaĢadıqları ölkə. 

Səqlab ölkəsinin slavyan qızı (YG-191). 



323 

Səlam(an.) – “Leyli və Məcnun” poemasında obraz adı. Bağ-

daddan  Məcnunun(bax)  görüĢünə  gələn  gəncin  əsl  adı.  ”Səlam” 

ərəb sözüdür və sülh, əsayiĢ; salamatlıq kimi mənaları vardır. 

Dünya söyləyirdi adına Səlam

Bəxt isə vermiĢdi o gəncə səlam (LM-225). 

Səlcuq (məc. an.) – Səlcuqilər sülaləsinin banisi. X əsrin əv-

vəlləri  –  XI  əsrin  əvvəllərində  təxminən  105-107  il  yaĢamıĢdır. 

Dukaqın oğludur. Bir müddət oğuz türklərinin hökmdarına (yab-

ğu) xidmət  etmiĢ, sonralar arada  yaranan ziddiyyətə görə Cənd 

(Sırdəryanın  aĢağı axarındakı) çöllərinə getmiĢdir. X əsrin son-

larında islamı qəbul etmiĢ və “kafir” türklərə qarĢı vuruĢmuĢdur. 

Onun  varisləri  Səlcuqilər  dövlətini  yaratmıĢlar  (ASE.YIII).  Bu 

dövlətin (XI – XIY əsrlər) banisi Toğrul bəy olmuĢdur. O, 1033-

1036-cı  illərdə  Orta  Asiyanın  mərkəzi  və  Qərb  hissəsini,  Ġranı, 

Ġraqı və Azərbaycanı iĢğal etdi və qüdrətli dövlət yaratdı. 

ġair  “Səlcuq”  sözünü  səcdə  edənlərin  pənahı,  pərəstiĢgahı 

mənasında iĢlətmiĢdir. 

Səcdə edənlərin Səlcuqisən sən, 

Bir də son vücudun mirası sənsən (LM-278). 



Səlim  (an.)  –  Məcnunun  dayısı  Səlim  Amirinin  əsl  adı. 

Ərəbcə sağlam; eyibsiz, nöqsansız, doğru, dürüst deməkdir. 

Dedi ki, ”Ey adı qəlbimtək Səlim

Hər sözü, söhbəti, salamı həlim... (LM-206). 



Səlim Amiri (an.) – “Leyli və Məcnun” poemasında obraz adı. 

Bu  antroponimik  birləĢmədə  birinci  komponent  əsl  ad,  ikinci 

komponent isə onun mənsub olduğu qəbilənin adıdır (etnonimdir). 

Ona deyirdilər Səlim Amiri

Samiri kimiydi ağlı, tədbiri (LM-205). 

Səmak (kos.) – Ulduz adı. Bax: Simak. 

Yolda göstərirdi Səmak cədvəli 

Ona gah Ramehi, gah da Əzəli (YG-27). 

Söhbət merac zamanı Məhəmməd peyğəmbərdən gedir. 



Səməntürk(an.) – “Xosrov və ġirin” əsərində obraz adı. Sə-

mən  (farsca  yasəmən  ağacı  və  gülü)  və  türk  sözlərindən  yaran-

mıĢdır. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə