324
Səməntürk dedi ki: “Gecə nur səpən... (Xġ-130).
Səmərqənd (top.) – Orta Asiyanın ən qədim və məĢhur Ģə-
hərlərindən biridir. Əsası eramızdan əvvəl YI əsrdə(bəzi mə-
xəzlərdə IY əsrdə) qoyulmuĢdur. Onda Ģəhərin adı Maraqanda
idi. Səmərqənd müxtəlif dövrlərdə hakimiyyət sürmüĢ müxtəlif
sülalələrin paytaxtı olmuĢdur. XIY əsrin sonu, XY əsrin əv-
vəllərində Teymurləngin böyük imperiyasının paytaxtı idi. Sə-
mərqənd tarixi abidələrlə zəngindir.
Özbəkistan Respublikasının ZərəfĢan çayı vadisində yerləĢən
Səmərqənd Ģəhəri eyni vilayətin mərkəzidir. ”Səmərqənd” adı-
nın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Əfsanəyə
görə, Yəmən çarı ġəmar (Səmar) Ģəhəri zəbt edəndə onu öz adı
ilə adlandırıb. ”Səmərqənd”in özbək dilində “səliskənd” sözün-
dən yaranıb “böyük kənd” mənasında olması fikri də söylənilir.
Bəzi tədqiqatçıların fikrincə, Ģəhər ərəb Ģahzadələri Səmər və
Qəmərin adını daĢıyır. Belə fikir də irəli sürülür ki, ”Səmər-
qənd”in mənası “meyvə və məhsullar Ģəhəri”, “bərəkət-
li”, ”yağlı”, ”iri Ģəhər” deməkdir.
ġəbxunu Xarəzmdə, Səmərqənddədir (Xġ-38).
Nizami bu Ģəhərin Ġskəndər tərəfindən abadlaĢdırılması haq-
qında məlumat verir. Demək, Ģəhərin e.ə. YI əsrdən mövcud
olması fikri həqiqətə daha uyğundur.
Səmərqənd Ģəhrinə o verdi zivər,
Cəndi də tikdirmiĢ böyük Ġskəndər (Ġ-56).
Səmərqənd çubuqları (məc. fit.) – Taysız gözəlin(bax) bu
vaxta qədər heç kimin öpə bilmədiyi dodaqlarının Səmərqənd
çubuqları ilə bağlı olduğunu göstərir.
ÖpüĢün qapısı bununla belə,
BağlanmıĢ Səmərqənd çubuqlarıyla (Ġ-369).
Yəni dodaqlarım gözəl, öpüĢüm çox Ģirinsə də, lakin onların
qapıları Səmərqənd ağacı ilə bərk bağlanmıĢdır, oradan öpüĢ
içəri girə bilməz.
Səncab(top.) – Əfqanıstanın Ģimal-Ģərqində olan Herat Ģəhə-
rinin içindən axan çaydır. Həmçinin əski Türküstanda bir vilayət
325
adıdır. Dərisindən qiymətli xəz əldə edilən boz dələyə də səncab
deyilir.
“Səncab” ölkəsinin baĢında durum... (Ġ-228).
Burada söhbət Ġskəndərin arzularından gedir. Eyni zamanda
“Səncab” ölkə adı olduğu üçün dırnaqda yazılmamalı idi.
Səncər (an.) – “Qarı və Sultan Səncər dastanı”nda obraz adı.
O, məĢhur Səlcuq sultanı Məlik Ģahın oğludur. Sultan Səncər
1097-1157-ci illərdə ġərqi Ġranı idarə etmiĢ və 1118-ci ildən isə
Səlcuqilərin baĢ sultanı olmuĢdur.
Haqsızlığın odunda bir qarı yandı oda,
Səncərin ətəyindən yapıĢdı bir gün o da... (SX-85).
Səncər (xat. an.) – ġair Sultan Səncərin öz sikkəsini yalnız
qızıl pul üstünə vurdurmasını xatırladır. O, qüdrət və əzəmət
rəmzi kimi tarixdə tanınmıĢdır. ġair də məhz buna iĢarə edir.
Civə kimi getmədi kim ki, qızıla sarı,
GümüĢ oldu, əzmədi Səncərin toxmaqları (SX-50).
ġair Sultan Səncərin zülmünün nəticəsi olaraq zülmə düçar
olmasına da iĢarə edir.
Xorasanda Səncərin zülmü elə car oldu,
EĢitmədi bunları, bəlaya düçar oldu (SX-87).
“Qarı və Sultan Səncərin dastanı”nda Ģair onun hansı bəlaya
düçar olması haqqında bir fikir söyləmir. Lakin tarixi faktlar
Ģairin bu fikrinin doğru olduğunu təsdiq edir. Çünki doğrudan da,
Sultan Səncər eyĢ-iĢrətə aludə olduğundan ölkənin idarəsini öz
yaxın qohumlarına tapĢırmıĢdı. Ona vergi verən bir tayfaya
ədalətsizlik edib, onlardan alınan vergini artırdığı üçün, Sultan
Səncər həmin tayfa tərəfindən əsir alınır. Bunun nəticəsində
Ģahlıq əlindən çıxır. Əsirlikdən qaçdıqdan sonra isə ölkənin
qarət və talan edildiyini görərək bağrı çatlayıb ölür.
Səncər sarayı(məc. er.) – “Səncər sarayı” dedikdə, burada
ümumiyyətlə, Ģah sarayları nəzərdə tutulmuĢdur. Çünki qızıl-
quĢlar, adətən Ģah saraylarında saxlanılır.
Yerin – Səncər sarayı, peĢən – təklik olubdur,
Sinəsini sökdüyün daim kəklik olubdur (SX-151).
326
Səndəl rəngli günbəd (er.) – Qədim astroloji anlayıĢa əsa-
sən səndəl rəngli və pəncĢənbə gününü ifadə edən MüĢ-
təri(Yupiter) planetinin adı ilə əlaqədar olaraq belə adlandırıl-
mıĢdır. Burada altıncı iqlim padĢahının qızı yaĢayırdı.
O ki MüĢtəriyə həmahəng idi,
Bəzəyi, düzəyi səndəl rəng idi (YG-133).
Səndərus (fit.) – Ağacdan sızan sarı qatı maye. “Səndərus”
ərəb sözüdür və bəzi iynəyarpaqlı ağacların Ģirəsindən hazırlanır.
Ondan kamança kiriĢinə sürtmək üçün istifadə olunur.
Fəryada gəldikcə Ģeypur ilə kus,
Açılır qırmızı güldən Səndərus (Ġ-337).
Səngi-əzəm (top.) – Qibtdə (Qədim Misirdə) qaya adı.
“Səng” farsca “daĢ”, “əzəm” isə ərəbcə “ən böyük” deməkdir.
“Nəhəng daĢ qaya” mənasındadır.
Ölkədə bir guĢə Ģux laləzardı,
“Səngi-əzəm” adlı bir qaya vardı (Ġ-451).
Sərəndib (top.) – Seylonun keçmiĢ adı. Dini rəvayətə görə,
Adəm BehiĢtdən Sərəndibə düĢmüĢdür.
Həyat verdi həyatsız, növraqsız yer üzünə,
Sərəndibdə Ģahanə çadır qurdu özünə.
Günahkar üzüqara gəlib çatdı bu yurda,
Bədnamlıq ləkəsini yuyub atdı bu yurda (SX-71).
Biabırçılıqdan Sərəndibə qaçıb orada onun günahından sol-
muĢ ismət gülünü tövbə ilə suladı. Sərəndibə qaçarkən günahdan
qaralmıĢ üzünün qarasını orada yerə tökdü. Dini əsatirə görə,
hindli və seylonluların üzləri həmin səbəbdən qaradır.
“Sərəndib” adını hindcə Seylon adasının adı kimi izah edir-
lər. Amma bizə elə gəlir ki, bu addakı “sərən” və ya “saran” sar,
sarı adları ilə əlaqədar olub, qədim türk tayfaları olan sarların və
ya sarıların yaĢadığı yer mınasında iĢlənmiĢdir. “Dib” isə Azər-
baycan sözü olub, ucqar mənasında iĢlənmiĢdir. Demək, Sərən-
dib və ya Sarandib – sarların və ya saranların yaĢadığı ucqar yer
kimi baĢa düĢülə bilər.
Dostları ilə paylaş: |