Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə111/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   107   108   109   110   111   112   113   114   ...   138

333 

təblərində  ərəb  və  fars  dilləri  tədris  olunur.  Sind  eyni  zamanda 

Hindistanla Xorasanın cənubundan axan bir çaydir. 

O gün daĢ atıldı Sinin tasına, 

Gəldi bu əjdaha Çin qapısına (Ġ-288). 

“Sinin tasına daĢ atılması” yəqin ki, elə Ġskəndərin Sind ça-

yını keçərək sürətlə bu ölkəyə gəlməsi və oradan da tez çıxması 

deməkdir. 

Vəzirin  Çin  xaqanına  verdiyi  bu  məsləhətlərdə(yuxarıdakı 

nümunədə) Ġskəndər eyni zamanda əjdahaya bənzədilmiĢdir. 



Sipənd (an.) – Ġskəndərin pəhləvanlarından birinin adı. 

Sipənd Xorasandan, Fum da Ġraqdan... (Ġ-324). 

Sirlər evi (an.) – ġairin Büzürgümüdə verdiyi ləqəb. 

Göyün xəznələri açıqdı ona, 



“Sirlər evi” desəm, haqdır, qoynuna (Xġ-56). 

“Sirlər  xəzinəsi”  (id.)  –  Nizami  Gəncəvinin  “Məxzənül-

əsrar”(bax) əsərinin Azərbaycan dilində adı. 

Söz incimi sanmıĢam hər incidən baha mən

“Sirlər xəzinəsi”ni tamamladım daha mən (SX-153). 

SiyavuĢ (xat. an.) – Ġskəndər və Dara ordusu üz-üzə gələrkən 

günahsız  insan  qanı  axıdılacağını  fikirləĢən  Ģair  SəyavuĢu(bax) 

xatırladır. 

Hər teĢtin üstündə yazılmıĢ çoxdan 



SiyavuĢ qanıtək bir çoxlu dastan (Ġ-122). 

Slavyan  qızı  (an.)  –  Slavyan  Ģahzadəsi  NəsrinnuĢun  (bax) 

ləqəbi. 


Səqlab ölkəsinin slavyan qızı (YG-191). 

Slavyan  Ģahı  (an.)  –  Rus  dövlətinin  Ģahı  mənasında  iĢlən-

miĢdir. Həmin Ģahın əsl adını əvəz edən ləqəbi, NəsrinnuĢun atası. 



Slavyan Ģahının rumi geyimli... (YG-74). 

Sokrat  (an.)  –  Eramızdan  əvvəl  470-399-cu illərdə  yaĢamıĢ 

Yunan  filosofu.  Onun  təlimi  qədim  Yunanıstanda  materializm-

dən idealizmə dönüĢ xəttini yaradır. Öz görüĢləri və təbliğatının 

ictimai  mahiyyəti  ilə  Sokrat  aristokratiyaya  yaxın  olmuĢdur. 

Dövlətin  qəbul  etdiyi  dini  inkar  etməkdə  müqəssir  bilinib,  bir 

kasa zəhər içməyə məcbur edilmiĢ və ölmüĢdür. “Ġqbalnamə”də 




334 

Sokratın  Ġskəndərə  qarĢı  cəsarətli  hərəkətlərini  və  ağlının  yük-

səkliyini  göstərir.  Yəqin  elə  bu  xüsusiyyətlərinə  görə  Ģair  onu 

Ġskəndərin müasiri etmiĢ və obrazını yaratmıĢdır. 

Bir də ki, xəbər ver, qoy gəlsin Sokrat

Tərkibdə, ixlatda o böyük ustad (Ġ-476). 

Tərkib  və  ixlat  sözləri  köhnə  elmi  istilahlardır.  Ġxlat  –  qədim 

nəzəriyyəyə görə orqanizmdə olan dörd ünsürdür: qan, səfra, qara 

öd  və  bəlğəm.  Tərkib  –  bu  ünsürlərin  birləĢmə  qayda  və  nisbət-

ləridir. Beytdə Sokrat bu əməliyyatın böyük bilicisi kimi göstərilir. 



Sovr (kos.) – Bax: Sövr və Sur. 

Ütarid və Cövza qonmuĢ bir yerə, 



Sovrda məskən etmiĢ Ay ilə Zöhrə (Ġ-64). 

Sövr (kos.) – Bax: Sur. 

Sövr Zöhrə ilə, Xərçəng Bürcislə 

Səadət yayırdı Təslis Təsdislə(Xġ-150). 



Sufi (an.) – “Hacı və sufi hekayəti”ndə obraz adı. 

DüĢündü ki: bir sufi gözütoxdur əzəldən, 

Onun dünya varına gözü yoxdur əzəldən (SX-121). 

Hekayədə Sufi həm də “Ģeyx” adlanır: 

Zər aĢiqi bu Ģeyxə girov qalan zər oldu (SX-121). 

ġeyx dedi ki: batıbdır, yoxsa çıxıb indi o? (SX-122). 

Suğdi quĢu (məc. zo.) – Suğd qədimdə Səmərqəndin yaxın-

lığında bir Ģəhər olmuĢ ki, orada yaxĢı musiqi aləti qayırarmıĢlar. 

Suğdi quĢu məcazi mənada simli musiqi alətini – rübabı bildirir. 

Nədənsə gecikib quĢların səsi, 

Çal, suğdi quĢunun gəlsin naləsi (Ġ-580). 

Beytin mənası: səhər quĢunun, xoruzun səsi gəlmir. Müğənni, 

sən suğdi quĢunu – rübabı çal, kədərli nəğmə yayılsın. 

Suha (kos.) – Göyün Ģimal tərəfində görünən kiçik bir ulduz 

adı. 


Suha ulduzu da görərdi uzaq

Bütün qonĢuları geri qoyaraq (LM-186). 



Sultan  (məc.  an.)  –  Ərəb  sözüdür  və  hökmdar,  padĢah  de-

məkdir. Lakin Ģair GünəĢi metaforik Ģəkildə Sultana bənzətmiĢdir. 



 


335 

Sultanla gözəldir fələyin çətri, 

Sultansız bu çətrin varmıdır qədri? (Xġ-31). 

Xosrov Pərviz metaforik Ģəkildə Sultan adlandırılır. 

Firidun təxtinə əyləĢdi Sultan (Xġ-127). 

Sultan,  Ayaz  (qoĢa  xat.  an.)  –  ġair  Leylinin  ər  evindəki 

vəziyyətini təsvir edəndə Sultan Mahmud Qəznəvi ilə onun qulu 

Ayazın dostluğunu xatıtlayır. 

Sultan ilə Ayaz müttəfiq olmuĢ, 

KeĢikçi məst idi, sərkərdə bihuĢ (LM-191). 

Burada  Leyli  metaforik  Ģəkildə  Ayaza  və  sərkərdəyə,  onun 

əri isə Sultan Mahmud və keĢikçiyə bənzədilmiĢdir. 



Sultan  Mahmud  (xat.  an.)  –  Bax:  Mahmud.  Bu  antropo-

nimik birləĢmədə Mahmud (Ərəbcə tərifli, təriflənmiĢ deməkdir) 

əsl ad, Sultan isə tituldur. 

Hindli ərlər vermədi canlarını sadağa, 

Saldı Sultan Mahmudun sağ canını yatağa (SX- 84). 

Sultan Mahmud Hindistanı fəth edəndən sonra hind kahin və 

yoqları  öz maqnetizmi ilə Mahmudu dəhĢətli  xəstəliyə mübtəla 

edirlər. Təbiblər çox dəva və dərmandan sonra aciz qalırlar. Bu 

zaman  Mahmuda  xəbər  çatır  ki,  onun  xəstəliyinin  səbəbi  kahin 

və  yoqların  dua  və  ibadətidir.  Mahmud  onları  məcbur  edir  ki, 

onun Ģəfa tapması üçün dua oxusunlar. O, bundan sonra sağalır. 

Bu  beytin  hərfi  mənası  zülmkar  Ģah  və  hakimləri  məzlum-

ların  ah-naləsi  ilə,  bəd  duası  və  qarğıĢı  ilə  qorxutmaq,  qəddar-

lıqdan, sitəmkarlıqdan saqındırmaqdır. 



Sultan Nüsrətəddin (an.) – Atabəy Nüsrətəddin (bax) Əbu-

bəkrə iĢarədir. Bu antroponimik birləĢmədə “sultan” titul, “Nüs-

rətəddin” isə onun fəxri adıdır. 

Sultan Nüsrətəddin ədalətindən 

Bu dünya xatırlar Ģərab içərkən (Ġ-396). 



Sur (kos.) – Ərəbcə Öküz və ya Buğa(Ona Buzov da deyilir) 

bürcünün adı. On iki bürcdən ikincisidir. 

Ay Surda, Cövzada Tir tutmuĢ qərar, 

Mərrix də Əsəd də oldu aĢikar (YG-56). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə