342
Torpağın ətirlidir Süleymanın mehindən (SX-35).
Süleyman (“Bibliya”da – Solomon) peyğəmbərin təbiətdə
bütün ünsürlərə hakim olmasına iĢarə olunur. Beytin mənası:
Sənin (Məhəmməd peyğəmbərin) vətəninin torpağı sənin məza-
rının sayəsində Süleymanın küləklərindən daha ətirlidir.
Məhəmməd peyğəmbər ən qüdrətli Ģah hesab olunan Süley-
mana bənzədilir.
Hamımız cansız bədən, gəl, gəl, can ol sən bizə,
Hamımız qarıĢqayıq, Süleyman ol, sən bizə (SX-37).
Məhəmməd peyğəmbər Süleyman peyğəmbərlə müqayisə
olunur.
Daim ədalətindən nəĢə duydu Süleyman,
Peyğəmbərlik tacına sanma uydu Süleyman (SX-162).
Dini təsəvvürlərə görə, Süleyman peyğəmbərlik topunu udma-
ğa qabil idi, lakin peyğəmbərlik tacı üçün Ģahlıqdan əl çəkə bilmədi.
Ərzincan hakimi Bəhram Ģah Süleyman peyğəmbərə bən-
zədilir.
Çarx Ģahlıq üzüyünü adına bəzər sənin,
Külək Süleyman kimi hökmünlə əsər sənin (SX-43).
AĢağıdakı beytdə də Bəhram Ģah Süleymanla müqayisə olu-
nur.
Əzəldən xoĢbəxtdir ki, Davud atası olub,
Süleyman Ģöhrətinə gəlib çatası olub (SX-41).
Dini əsatirə görə, Süleyman peyğəmbərin atası Davud pey-
ğəmbər olmuĢdur. Bəhram Ģahın da atasının adı Davuddur. Bu
adların uyğunluğundan Ģairanə istifadə edərək Nizami Bəhram
Ģahın hakimiyyətini Süleymanın qüdrətli hökmranlığına bərabər
tutur. Demək, burada Bəhramın atası Davud – Davud peyğəm-
bərə, Bəhram Ģah isə Süleyman peyğəmbərə bənzədilmiĢdir.
ġairə xoĢbəxtlik vəd edən səadət Süleymana bənzədilir.
Üzüyə firuzə qaĢ salanda sən,
Bizdən Süleymantək əta görərsən (Xġ-32).
Atabəy Məhəmməd Süleyman peyğəmbərə bənzədilir.
Süleymandır, bizim Ģaha baxsana,
Gah balıq söz deyir, gah da Ay ona (Xġ-35).
343
Süleyman peyğəmbər bütün canlıların dilini bilirmiĢ. “Balıq”
və “Ay” (mah və mahi) isə “bütün dünya” deməkdir. Burada
“Balıq” dedikdə, Yer kürəsinin altında dayanan Balıq nəzərdə
tutulur. Yəni Ģahımız Süleyman peyğəmbər kimi qüdrətlidir.
Süleyman peyğəmbər Qızıl Arslanın (bax) qapısına gələn
qarıĢqanın quluna bənzədilir.
Qapısına gələn qarıĢqa, inan,
Layiqdir qul olsun ona Süleyman (Xġ-43).
Süleyman peyğəmbər çəyirtkə ayağını hədiyyə gətirən qarıĢ-
qaya öz bədənindən ağır yük gətirdiyi üçün üstünlük vermiĢdir.
Beytin mənası: ġahın qapısına gələn qarıĢqaya Süleymanın qul
olmasına mübaliğəli iĢarədir.
Qızıl Arslan, əmri ilə küləyi hərəkətə gətirən və əsdirdiyi
küləklə xoĢ ətir yayan Süleyman peyğəmbərə bənzədilir.
Əgər Ģiddətlənsə dəhĢətli tufan,
Nə qorxu, var ikən belə Süleyman! (Xġ-44).
ġair özünü qarıĢqaya, Qızıl Arslanı isə Süleyman peyğəmbərə
bənzədir. Bununla da Ģair Süleyman peyğəmbərə özündən qat-qat
böyük olan çəyirtkə budunu hədiyyə gətirməsini xatırlayır.
Qucaqladı məni xoĢ təmannayla
Süleyman oynadı mən qarıncayla (Xġ-369).
VəhĢilər arasında olan Məcnun bütün heyvan və quĢların
dilini bilən, qüdrətli padĢah rəmzi olan Süleymana bənzədilir.
Aslanı, maralı, tülkünü, qurdu
Yığıb yol üstündə ordugah qurdu.
Hamsı qulluğunda durmuĢdu sayıq,
O da Ģah olmuĢdu Süleyman sayaq (LM-178).
ġair bütün bəĢəri taxta, Məhəmməd peyğəmbəri isə Süley-
mana bənzədir.
Hər Ģeyin həyatı təkcə ondandır,
Biz təxtik hamımız, o, Süleymandır (YG-24).
Yəmən hakimi Nemanın taxtı Süleyman peyğəmbərin cəlallı
taxtına bənzədilir.
Süleyman cəlallı taxtından belə
Əl çəkib yaĢadı pərilər kimi (YG-64).
344
Öz sərkərdələri tərəfindən arxadan vurulan və ölüm ayağında
ayaqlar altına düĢən Daranı Ģair qarıncaya əsir olan Süleymana
və bir arı tərəfindən yeyilən filə bənzədir.
OlmuĢ qarıncaya Süleyman əsir,
Tikanlı bir arı bir fili yeyir (Ġ-153).
Süleyman (xat. ag.) – ġair dövrünün haqsızlıqlarından Ģika-
yətlənərək, dini əsatirdə ədalətli Ģah rəmzi olan Süleyman pey-
ğəmbəri xatırlayır.
Çoxdan yoxa çıxıbdı ədalətli Süleyman,
Haqsızlıqdan görünməz pəriyə dönüb insan (SX-81).
Süleyman peyğəmbərin ədalətli, insanpərvərlik və pak zəma-
nəsi gedib, indi isə zülm, əsarət, qəddarlıq dövranı hökm sürür və
buna görə də əsl adam, həqiqi insan pərilər kimi gözə görünmür.
Süleyman peyğəmbərin zənbil toxuyub-satmasına iĢarə olu-
nur.
ġah xələti geyinən mömin hanı dünyada,
Zənbil hörən görüblər Süleymanı dünyada (SX-139).
Zərxara qızıl saplardan toxunmuĢ qumaĢdan libas geyinən
sultanlar zahidlik etsələr, Süleyman kimi məĢhur, möhtəĢəm,
adlı-sanlı olarlar. Çünki Süleyman peyğəmbər bütün dünyaya
hakim və hamıdan varlı olduğuna baxmayaraq, öz əlləri ilə
hördüyü zənbillərin hesabına yaĢayırdı.
Nizami öz Ģairlik qüdrətindən və əbədiliyindən söz açanda
Süleymanla bağlı hadisələri xatırladır.
Bu yolda cəhd elə, bu yolda səy et,
Divlərin əlindən, gəl onu gizlət.
Süleymandan özgə olmasın görən,
Məni onda ara zaman – zaman sən (YG-32).
Süleyman peyğəmbərin bir üzüyü var imiĢ. Onun bütün
qüdrəti, divlərə hökm verməsi, heyvan və quĢların dilini bilməsi
də, gücü də o üzükdə imiĢ. Bir dəfə divlər o üzüyü oğurlayır.
Süleyman peyğəmbər öz bacarıq və səyi ilə yenidən o üzüyə
sahib olur. ġair metaforik Ģəkildə öz əsərlərini Süleymanın
üzüyünə, onun Ģairlik qüdrətini qiymətləndirə bilməyənləri isə
divə bənzədir. Süleymanın o üzüyü isə hamıdan gizli sax-
Dostları ilə paylaş: |