339
Süleymandan özgə olmasın gərək,
Məni onda ara zaman-zaman sən (YG-32).
Yəni: Hər Ģey Süleymanın buna vuracağı möhürdən asılıdır.
Əgər Süleyman əsəri bəyənsə, deməli, poema uğurlu alınıb, yox,
əgər rədd etsə, deməli, əsər zəifdir. ġair üzərində heç bir arının
qonmadığı muma iĢarə etməklə göstərmək istəyir ki, poemaya
hələ heç kimin əli dəyməyib, onu ilk dəfə Süleyman oxuya-
caqdır (YG-8).
“Yeddi gözəl” əsərinin ithaf olunduğu hökmdarın Süleyman
Ģah və ya Körpə Arslanın olması haqqında vaxtilə həm sovet,
həm də xarici ĢərqĢünaslar müxtəlif fikirlər söyləmiĢlər... Gör-
kəmli nizamiĢünas Rüstəm Əliyev faktlarla göstərir ki, Ģair əsəri
Süleyman Ģahın sifariĢi ilə yazmıĢdır (YG – 5-16).
Biz isə bu problemə onomastik nöqteyi-nəzərdən yanaĢmağı
daha üstün tuturuq. Bizcə, bu problemin həllinə “Xəmsə”nin öz
onomastik üslubu ilə yanaĢmaq daha düzgün olar. Çünki hər bir
sənətkar özünə məxsus üslub xüsusiyyətləri ilə bir-birindən
fərqlənir. Nizami də bütün ġərq və ümumiyyətlə dünya ədə-
biyyatında öz dəsti-xətti, üslubu ilə fərqlənən dahi sənətkardır.
Onun onomastik üslub xüsusiyyətləri də xüsusən diqqəti cəlb
edir. Obrazın təqdim üsulları, adların mənalandırılması üsulu,
zəngin məcazi, xatırlama adlardan istifadə üsulu, ümumi adların
xüsusiyə və əksinə bənzətmə üsulları “Xəmsə”nin onomastik
üslubunu səciyyələndirir.
ġair hər hansı bir Ģəxsi (istər obraz, istərsə də müasiri olan
hökmdarlar olsun, onun üçün fərqi yoxdur) ilk dəfə təqdim
edərkən onun haqqında həmin Ģəxsi səciyyələndirən geniĢ mə-
lumatlar verir, onun özü, ata-babası, nəsli, övladı, dini fəxri ad-
larını xatırlayır, onu ġərq ədəbiyyatında rəmzi məna daĢıyan ən
qüdrətli ad sahibləri ilə müqayisə edir və s.
ġair “Sirlər xəzinəsi” əsərinin ithaf etdiyi Davud oğlu Məlik
Fəxrəddin Bəhram Ģahın atası, özü, dini fəxri adı haqqında tam və
dəqiq məlumat verir və onu digər qüdrətli hökmdarlara bənzət-
məklə yanaĢı, Süleyman üzüklü, Süleyman Ģöhrətli Ģah adlandırır.
340
“Xosrov və ġirin” poemasının ithaf olunduğu Atabəy Əbu
Cəfər Məhəmməd Eldəgizin özü, atası, oğlu, dini fəxri adı
(ġəmsəddin), ləqəbi (Məhəmməd Cahan Pəhləvan) və s. haq-
qında ətraflı məlumat vermiĢdir. ġair onun haqqında da “Sü-
leymanda üzük vardır, səndə din” deyir. Əsərdə onun qardaĢı və
Ģairin Ģəxsən görüĢdüyü Qızıl Arslan haqqında da həm kitabın
əvvəlində, həm də sonunda kifayət qədər məlumat vardır.
“Leyli və Məcnun” əsərinin ithaf olunduğu Axsitanın atası
(Məlik Mənuçöhr), fəxri adı (Əbülmüzəffər), oğlu haqqında da
məlumat verilmiĢdir.
“ġərəfnamə” əsərinin həm əvvəlində, həm də sonunda
Nüsrətəddin Əbubəkr padĢah haqqında da ətraflı danıĢılmıĢdır.
“Ġqbalnamə” əsərinin əvvəlində Nüsrətəddin Əbubəkr, sonunda
isə Məlik Ġzzəddin mədh edilmiĢdir. “Ġqbalnamə” əsərində olan
bu ikili xüsusiyyət xüsusilə diqqəti cəlb edir.
“Yeddi gözəl” poemasında “Kitabı yazmağımın səbəbi”ndən
sonra Ģair əsəri ithaf etdiyi Marağa hakimi Əlaəddin Körpə
Arslan Ģah və onun oğlanları (Əhməd və Məhəmməd) haqqında
dəqiq məlumatlar verir. Kitabın “ġaha səna və kitabın xətmi”
hissəsində onun adı çəkilməsə də, hadisələrin təsviri, Marağa
yaxınlığında tikilən Ruyindiz qalasının və digər xüsusi adların
çəkilməsi “ġahın” Körpə Arslan olmasına Ģübhə oyatmayır.
“Kitabı yazmağımın səbəbi”ndə isə adı çəkilən Süleyman,
Mülki – Süleyman (Süleyman mülki, Süleyman sarayı) kimi
adlar isə, bizə elə gəlir ki, qüdrətli hökmdar rəmzi olan Süley-
man peyğəmbərlə əlaqədardır. Klassik ədəbiyyatda olduğu kimi,
Nizami də bu addan bənzətmə və xatırlama ad kimi geniĢ isti-
fadə etmiĢdir. “Xəmsə”də elə bir hökmdar yoxdur ki, Süley-
mana bənzədilməsin. ġair “Əlaəddin Körpə Arslan Ģaha səna”
hissəsində də Körpə Arslanı Süleyman peyğəmbərə bənzədir,
“Gülsün qoy Süleyman mülkündə bəxti” deyir. Demək, kitabın
əvvəlində Ģair “Süleyman mülkü” dedikdə, Körpə Arslan Ģahın
mülkünü nəzərdə tutmuĢdur. Körpə Arslan Ģah metaforik Ģəkildə
Süleymana, onun sarayı isə Mülki-Süleymana bənzədilmiĢdir.
341
Süleyman (an.) – “Süleyman və qoca əkinçi” hekayəsində
obraz adı.
Süleyman söylədi ki: “Tamahlanma, ay qoca,
Nemətini, ruzini gəl eyləmə zay, qoca (SX-82).
Bu addan “Kəniz satan padĢahın hekayəsi”ndə (“Yeddi
gözəl”) də obraz adı kimi istifadə olunmuĢdur.
Elə ki, Cəbrayıl gəldi yanına,
Süleyman dərdini söylədi ona (YG-169).
Süleyman (məc. ag.) – Davud (Bax: Davud – ag.) peyğəm-
bərin oğludur. Atasının ölümündən sonra e.ə. 1016-cı ildə səl-
tənət taxtına çıxmıĢdı. Rəvayətə görə, onda elə bir fitri istedad
varmıĢ ki, bütün quĢların, balıqların, heyvanların dilini bilərmiĢ.
Ġstədiyi vaxt onları səsləyib hüzuruna gətirərmiĢ. Guya yel (kü-
lək) də Süleymanın ixtiyarında imiĢ. Səyahət edərkən taxtını və
ordusunu yelə bağlayıb gedərmiĢ. Süleymanın möhürü (üzüyü)
varmıĢ ki, o, bu üzüyün vasitəsilə bütün aləmə hökm edərmiĢ.
Beytülmüqəddəs (bax) – Qüds (Yerusəlim) Ģəhəri onun
zamanında rövnəq tapmıĢdı. Süleyman Qüdsü paytaxta çevirmiĢ,
orada bir sıra istehkamlar, gözəl saraylar tikdirmiĢdi. Qırmızı
dəniz vasitəsilə ticarət edən tacirlərin gətirdikləri cavahirat, ti-
kinti avadanlığı və s. ilə öz paytaxtında böyük quruculuq iĢləri
apararaq Ġsrail dövlətinin maddi – mədəni inkiĢafında mühüm
rol oynamıĢdı. Ona bu iĢdə Asəf adlı müdrik vəziri də yaxından
kömək etmiĢdi. Süleyman öz zamanında ədalətli bir hökmdar
kimi Ģöhrət qazanmıĢdı. Səba Ģəhərinin hakimi Bilqeys (bax)
onun bu Ģöhrətini eĢidərək Qüdsə səyahət etmiĢ, belə bir insanla
evlənmək qərarına gəlmiĢdi.
Süleyman eyni zamanda “Əğani” adlı lirik Ģeirlər və əxlaqi
fikirlər təlqin edən hikmətli sözlər kitabının müəllifidir. O, ġərq
ədəbiyyatında ədalətli hökmdar kimi tərənnüm olunmuĢdur.
Elə buna görə də Nizami bu addan məcazi və xatırlama ad
kimi geniĢ istifadə etmiĢdir.
Süeyman (məc. ag.) – Məhəmməd peyğəmbərin məzarından
əsən külək Süleyman peyğəmbərin hərəkətə gətirdiyi və ətrafa
ətir saçan küləyinə bənzədilir.
Dostları ilə paylaş: |