Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə113/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   109   110   111   112   113   114   115   116   ...   138

339 

Süleymandan özgə olmasın gərək, 

Məni onda ara zaman-zaman sən (YG-32). 

Yəni: Hər Ģey Süleymanın buna vuracağı möhürdən asılıdır. 

Əgər Süleyman əsəri bəyənsə, deməli, poema uğurlu alınıb, yox, 

əgər rədd etsə, deməli, əsər zəifdir. ġair üzərində heç bir arının  

qonmadığı  muma  iĢarə  etməklə  göstərmək  istəyir  ki,  poemaya 

hələ  heç  kimin  əli  dəyməyib,  onu  ilk  dəfə  Süleyman  oxuya-

caqdır (YG-8). 

“Yeddi gözəl” əsərinin ithaf olunduğu hökmdarın Süleyman 

Ģah  və  ya  Körpə  Arslanın  olması  haqqında  vaxtilə  həm  sovet, 

həm  də  xarici  ĢərqĢünaslar  müxtəlif  fikirlər  söyləmiĢlər...  Gör-

kəmli nizamiĢünas Rüstəm Əliyev faktlarla göstərir ki, Ģair əsəri 

Süleyman Ģahın sifariĢi ilə yazmıĢdır (YG – 5-16). 

Biz isə bu problemə onomastik nöqteyi-nəzərdən yanaĢmağı 

daha üstün tuturuq. Bizcə, bu problemin həllinə “Xəmsə”nin öz 

onomastik üslubu ilə yanaĢmaq daha düzgün olar. Çünki hər bir 

sənətkar  özünə  məxsus  üslub  xüsusiyyətləri  ilə  bir-birindən 

fərqlənir.  Nizami  də  bütün  ġərq  və  ümumiyyətlə  dünya  ədə-

biyyatında  öz  dəsti-xətti,  üslubu  ilə  fərqlənən  dahi  sənətkardır. 

Onun  onomastik  üslub  xüsusiyyətləri  də  xüsusən  diqqəti  cəlb 

edir.  Obrazın  təqdim  üsulları,  adların  mənalandırılması  üsulu, 

zəngin məcazi, xatırlama adlardan istifadə üsulu, ümumi adların 

xüsusiyə  və  əksinə  bənzətmə  üsulları  “Xəmsə”nin  onomastik 

üslubunu səciyyələndirir. 

ġair  hər  hansı  bir  Ģəxsi  (istər  obraz,  istərsə  də  müasiri  olan 

hökmdarlar  olsun,  onun  üçün  fərqi  yoxdur)  ilk  dəfə  təqdim 

edərkən  onun  haqqında  həmin  Ģəxsi  səciyyələndirən  geniĢ  mə-

lumatlar verir, onun özü, ata-babası, nəsli, övladı, dini fəxri ad-

larını xatırlayır, onu ġərq ədəbiyyatında rəmzi məna daĢıyan ən 

qüdrətli ad sahibləri ilə müqayisə edir və s. 

ġair  “Sirlər  xəzinəsi”  əsərinin  ithaf  etdiyi  Davud  oğlu  Məlik 

Fəxrəddin Bəhram Ģahın atası, özü, dini fəxri adı haqqında tam və 

dəqiq  məlumat  verir  və  onu  digər  qüdrətli  hökmdarlara  bənzət-

məklə yanaĢı, Süleyman üzüklü, Süleyman Ģöhrətli Ģah adlandırır. 




340 

“Xosrov  və  ġirin”  poemasının  ithaf  olunduğu  Atabəy  Əbu 

Cəfər  Məhəmməd  Eldəgizin  özü,  atası,  oğlu,  dini  fəxri  adı 

(ġəmsəddin),  ləqəbi  (Məhəmməd  Cahan  Pəhləvan)  və  s.  haq-

qında  ətraflı  məlumat  vermiĢdir.  ġair  onun  haqqında  da  “Sü-

leymanda üzük vardır, səndə din” deyir. Əsərdə onun qardaĢı və 

Ģairin  Ģəxsən  görüĢdüyü  Qızıl  Arslan  haqqında  da  həm  kitabın 

əvvəlində, həm də sonunda kifayət qədər məlumat vardır. 

“Leyli  və  Məcnun”  əsərinin  ithaf  olunduğu  Axsitanın  atası 

(Məlik  Mənuçöhr),  fəxri  adı  (Əbülmüzəffər),  oğlu  haqqında  da 

məlumat verilmiĢdir. 

“ġərəfnamə”  əsərinin  həm  əvvəlində,  həm  də  sonunda 

Nüsrətəddin  Əbubəkr  padĢah  haqqında  da  ətraflı  danıĢılmıĢdır. 

“Ġqbalnamə”  əsərinin  əvvəlində  Nüsrətəddin  Əbubəkr,  sonunda 

isə Məlik  Ġzzəddin  mədh edilmiĢdir. “Ġqbalnamə”  əsərində olan 

bu ikili xüsusiyyət xüsusilə diqqəti cəlb edir. 

“Yeddi gözəl” poemasında “Kitabı yazmağımın səbəbi”ndən 

sonra  Ģair  əsəri  ithaf  etdiyi  Marağa  hakimi  Əlaəddin  Körpə 

Arslan Ģah və onun oğlanları (Əhməd və Məhəmməd) haqqında 

dəqiq  məlumatlar  verir.  Kitabın  “ġaha  səna  və  kitabın  xətmi” 

hissəsində  onun  adı  çəkilməsə  də,  hadisələrin  təsviri,  Marağa 

yaxınlığında  tikilən  Ruyindiz  qalasının  və  digər  xüsusi  adların 

çəkilməsi “ġahın” Körpə Arslan olmasına Ģübhə oyatmayır. 

“Kitabı  yazmağımın  səbəbi”ndə  isə  adı  çəkilən  Süleyman, 

Mülki  –  Süleyman  (Süleyman  mülki,  Süleyman  sarayı)  kimi 

adlar  isə,  bizə  elə  gəlir  ki,  qüdrətli  hökmdar  rəmzi  olan  Süley-

man peyğəmbərlə əlaqədardır. Klassik ədəbiyyatda olduğu kimi, 

Nizami  də  bu  addan  bənzətmə  və  xatırlama  ad  kimi  geniĢ  isti-

fadə  etmiĢdir.  “Xəmsə”də  elə  bir  hökmdar  yoxdur  ki,  Süley-

mana  bənzədilməsin.  ġair  “Əlaəddin  Körpə  Arslan  Ģaha  səna” 

hissəsində  də  Körpə  Arslanı  Süleyman  peyğəmbərə  bənzədir, 

“Gülsün qoy Süleyman mülkündə bəxti” deyir.  Demək, kitabın 

əvvəlində Ģair  “Süleyman mülkü” dedikdə, Körpə Arslan Ģahın 

mülkünü nəzərdə tutmuĢdur. Körpə Arslan Ģah metaforik Ģəkildə 

Süleymana, onun sarayı isə Mülki-Süleymana bənzədilmiĢdir. 



341 

Süleyman  (an.)  –  “Süleyman  və  qoca  əkinçi”  hekayəsində 

obraz adı. 



Süleyman söylədi ki: “Tamahlanma, ay qoca, 

Nemətini, ruzini gəl eyləmə zay, qoca (SX-82). 

Bu  addan  “Kəniz  satan  padĢahın  hekayəsi”ndə  (“Yeddi 

gözəl”) də obraz adı kimi istifadə olunmuĢdur. 

Elə ki, Cəbrayıl gəldi yanına, 

Süleyman dərdini söylədi ona (YG-169). 

Süleyman (məc. ag.) – Davud (Bax: Davud – ag.) peyğəm-

bərin  oğludur.  Atasının  ölümündən  sonra  e.ə.  1016-cı  ildə  səl-

tənət  taxtına  çıxmıĢdı.  Rəvayətə  görə,  onda  elə  bir  fitri  istedad 

varmıĢ ki, bütün quĢların, balıqların, heyvanların dilini bilərmiĢ. 

Ġstədiyi vaxt onları səsləyib hüzuruna gətirərmiĢ. Guya yel (kü-

lək) də Süleymanın ixtiyarında imiĢ. Səyahət edərkən taxtını və 

ordusunu  yelə  bağlayıb  gedərmiĢ.  Süleymanın  möhürü  (üzüyü) 

varmıĢ ki, o, bu üzüyün vasitəsilə bütün aləmə hökm edərmiĢ. 

Beytülmüqəddəs  (bax)  –  Qüds  (Yerusəlim)  Ģəhəri  onun 

zamanında rövnəq tapmıĢdı. Süleyman Qüdsü paytaxta çevirmiĢ, 

orada  bir  sıra  istehkamlar,  gözəl  saraylar  tikdirmiĢdi.  Qırmızı 

dəniz  vasitəsilə  ticarət  edən  tacirlərin  gətirdikləri  cavahirat,  ti-

kinti  avadanlığı  və s. ilə öz paytaxtında böyük quruculuq  iĢləri 

apararaq  Ġsrail  dövlətinin  maddi  –  mədəni  inkiĢafında  mühüm 

rol oynamıĢdı. Ona bu iĢdə Asəf adlı müdrik vəziri də yaxından 

kömək  etmiĢdi.  Süleyman  öz  zamanında  ədalətli  bir  hökmdar 

kimi  Ģöhrət  qazanmıĢdı.  Səba  Ģəhərinin  hakimi  Bilqeys  (bax) 

onun bu Ģöhrətini eĢidərək Qüdsə səyahət etmiĢ, belə bir insanla 

evlənmək qərarına gəlmiĢdi. 

Süleyman eyni  zamanda “Əğani” adlı lirik Ģeirlər və əxlaqi 

fikirlər təlqin edən hikmətli sözlər kitabının müəllifidir. O, ġərq 

ədəbiyyatında ədalətli hökmdar kimi tərənnüm olunmuĢdur. 

Elə  buna  görə  də  Nizami  bu  addan  məcazi  və  xatırlama  ad 

kimi geniĢ istifadə etmiĢdir. 



Süeyman (məc. ag.) – Məhəmməd peyğəmbərin məzarından 

əsən  külək  Süleyman  peyğəmbərin  hərəkətə  gətirdiyi  və  ətrafa 

ətir saçan küləyinə bənzədilir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə