Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə115/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   111   112   113   114   115   116   117   118   ...   138

345 

lanılarmıĢ. Əgər Ģairin Ģeirlərinin qədrini (sehirli üzüyü) Süley-

man kimi qiymətləndirən olsa, Ģair də əbədi yaĢayacaqdır. 

Ġskəndər  Daraya  cavab  məktubu  yazarkən  divlərin  dilini 

bilən və onların vasitəsilə müxtəlif çətinliklərə düĢən Süleyman 

peyğəmbəri xatırladır. 

Divlərlə oturub dursa Süleyman

Qalmaz barmağında üzüyü, inan! (Ġ-138). 

Ehtiras və tamah divi ilə dostluq etmə, yoxsa Süleyman kimi 

padĢahlıq üzüyünü itirmiĢ olarsan. 

ġərq  mifologiyasından  məlumdur  ki,  Süleyman  Bilqeysə 

aĢiq olmuĢdu və ona sonsuz dövlət və sərvət verməyə hazır idi. 

Bilqeys  də  Süleymandan  yalnız  üzüyünü  istəmiĢ  (Süleymanın 

üzüyü  –  “Mehri-Süleyman”  adı  ilə  məĢhurdur:  guya  o,  bütün 

aləmə  həmin  üzüyün  vasitəsi  və  gücü  ilə  hökm  edərmiĢ),  o  da 

üzüyü  vermiĢ,  Bilqeys  isə  onu  alıb  yanından  axan  arxın  içinə 

atmıĢdı. 

Ġskəndər  metaforik  Ģəkildə  özünü  divə,  Daranı  isə  üzüksüz 

qalan Süleymana bənzədir. 

ġair “ġərəfnamə” əsərini Atabəy Nüsrətəddinin adına yazdı-

ğını tərənnüm edəndə Süleyman  çibin qanadını hədiyyə gətirən 

(Bəzi  rəvayətlərdə  bu  hədiyyənin  çəyirtkə  budu  olduğu  qeyd 

olunur) qarıĢqanı xatırlayır. Eyni zamanda Ģair metaforik Ģəkildə 

Atabəy  Nüsrətəddini  Süleyman  peyğəmbərə,  özünü  isə  qarıĢ-

qaya, “ġərəfnamə”ni də çibin qanadına bənzətmiĢdir. 

QarıĢqa, Süleyman taxtıdır, deyə, 

Bir çibin qanadı verdi hədiyyə (Ġ-397). 

Süleyman, Bilqeys (qoĢa məc. an.) – ġair metaforik Ģəkildə 

Körpə  Arslan  Ģahı  (bax)  Süleyman  peyğəmbərə,  onun  qadınını 

isə Bilqeysə bənzətmiĢdir. 

Gülsün qoy Süleyman mülkündə bəxti, 

Gurlansın Bilqeysin uğurlu təxti (YG-38). 

NizamiĢünas  R.Əliyevin  fikrincə,  Körpə  Arslan  Ģahın  qadı-

nının  adı  Bilqeys  olmuĢdur.  Bizcə,  burada  söhbət  Süleyman 

peyğəmbərin qadını Bilqeysdən gedir. 




346 

Süleyman, Ġskəndər, CəmĢid (qrup məc. an.) – Atabəy Əbu 

Cəfər Məhəmməd Eldəgiz (bax) eyni vaxtda müxtəlif dövrlərdə 

yaĢayan və müxtəlif sahələrdə Ģöhrətlənən hökmdarla müqayisə 

olunur. 


Süleymanda üzük, səndəsə din var

Ġskəndərdə ayna, səndə ayin var. 

Sən görən sirləri görərmi məgər 



Camda Cəm, aynada böyük Ġskəndər? (Xġ-39). 

Dini əfsanəyə görə 124 min peyğəmbərdən biri olan Süleyman 

sehrli üzüyü, CəmĢidin sehrli camı və yunanlı Ġskəndərin isə sehrli 

aynası  varmıĢ.  Guya  bütün  dünyada  olan  hadisələr  bunlarda  gö-

rünərmiĢ. Nizami Məhəmməd Cahan Pəhləvanı mədh edərkən onu 

qüdrətdə Süleyman, CəmĢid və Ġskəndərdən üstün tutur. 



Süleyman,  Leyli  (qoĢa  məc.  an.)  –  Taysız  gözəl  (bax)  Ġs-

kəndəri Süleymana, özünü isə bir çox Məcnunu (bax) çöllərə sa-

lan Leyliyə (bax) bənzədir. 

ġah Süleyman kimi div salsa bəndə

Çox Məcnun çöllərə salmıĢam mən də (Ġ-368). 

Süleyman, Məhəmməd (müq. an.) – Süleyman və Məhəm-

məd  peyğəmbərlər  müqayisə  olunur,  üstünlük  Məhəmməd  pey-

ğəmbərə verilir. 

Süleymanın taxtı getdikcə bada, 

Məhəmməd əbədi qaldı dünyada (Ġ-414). 

Süleyman  mülkü  (məc.  top.)  –  Etibarsız  dünya,  vəfasız 

dünya  mənasında  iĢlədilir.  Guya  Süleyman  Əndəlus  düzlərində 

susuz  və  otsuz  bir  yerdə  tuncdan  uca  bir  qala  tikməyi  cin  və 

divlərə  əmr  etmiĢdir.  Süleymanın  zəngin  xəzinə  və  kitabları  bu 

qalada gizlədildi. Uzun illərdən sonra Musa ibn Nəsir qırx gecə - 

gündüz yol gəlib bu qalanı tapır. Hasar divarında bu Ģeiri görür: 

“Qüvvətinə  və  ömür  uzunluğuna  məğrur  olan  kiĢi,  biləsiz  ki, 

dünyada kimsə baqi qalmazmıĢ. Əgər mal, ləĢkər çoxluğu ilə və 

ya elm qüvvəti ilə dünyada kimsə əbədi qala idi, Süleyman ibn 

Davud  hərgiz  ölmiyə  idi.  Biləsiz  ki,  mən  Davud  oğlu  Sü-

leymanam, Bu qalanı yapdırdım ki, bura gəlib biləsiz ki, dünya 

mülkü  kimsəyə  qalmazmıĢ”.  “Mülki-Süleyman”,  “Dünya  Sü-




347 

leyman  mülküdür”  ifadələri  də  bununla  əlaqədardır  (M.Adilov. 

Niyə belə deyirik. Bakı, 1974). 

Eradan əvvəl X əsrə aid edilən bu qala eramızın 70-ci illərində 

romalılar tərəfindən dağıdılmıĢdır. Ərəb xəlifəsi Ömər 538-ci ildə 

Süleyman  məbədinin  xarabaları  olan  daĢlı  çöllükdə  nümayiĢka-

ranə namaz qıldı. VII əsrin axırlarında əməvi xəlifəsi Əbdülməlik 

Ömərin  namaz  qıldığı  yerdə  Qübbət  əl  –  səhra  deyilən  gümbəz 

(məscid)  tikdirdi.  Bu  gümbəz  sonrakı  VIII  əsrdə  onun  yanında 

tikilən  əl-Aqsa  məscidi  ilə  birlikdə  Kəbədən  sonra  islam  dininin 

ikinci müqəddəs ziyarətgahına çevrildi (Ġslam. Bakı, 1985). 

Nəfəsilə ötüĢsün qoy ömrünün hər günü

Bir yoxsula bağıĢla bu Süleyman mülkünü (SX-38). 

ġair “Süleyman mülkü” dedikdə real həyatı nəzərdə tutur. 



Süleymanın mülkünü sorma hər an hardadır? 

Mülkü öz yerindədir, de Süleyman hardadır? (SX-79). 



Süleyman,  Süleyman  (təkrar  ag.)  –  ġair  həm  ədalətli  Ģah 

olan Süleymanı, həm də peyğəmbər Süleymanı nəzərdə tutduğu 

üçün bu adı təkrar etmiĢdir. 

Daim ədalətindən nəĢə duydu Süleyman

Peyğəmbərlik tacına sanma uydu Süleyman (SX-39). 

AĢağıdakı  beytdə  isə  birinci  Süleyman  dedikdə  ədalətli, 

əzəmətli  Ģah  və  peyğəmbər  Süleyman,  ikincisi  isə  torpaq  altda 

yatan Süleyman mənasında iĢlənmiĢdir. 



Süleymanın mülkünü sorma hər an hardadır? 

Mülkü öz yerindədir, de, Süleyman hardadır? (SX-79). 



Süleyman taxtı (məc. ktem.) – Məcazi olaraq qüdrətli və ya 

mütləq hakimiyyət mənasında iĢlədilir. 

Mülkü var ki, “Süleyman taxtı məndə” deyirsən?... (SX-131). 

Süleyman  üzüyü  (məc.  ktem.)  –  Dini  əsatirə  görə,  Süley-

man peyğəmbərin üzüyünün qaĢında “Allah” sözü yazılmıĢdı və 

ona görə də Süleymana bütün cin və divlər, quĢlar və heyvanlar, 

müxtəlif  dilli  qəbilələr  tabe  idi.  Süleyman  üzüklü  –  mütləq 

hakimiyyətə malik olan qüdrətli Ģah deməkdir. 

O, Süleyman üzüklü, günəĢ taclı hökmdar, 

Məlik Fəxrəddin adı – dünyamıza iftixar (SX-41). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə