Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə117/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   113   114   115   116   117   118   119   120   ...   138

351 

dar  olmuĢ  atabəylərin  üçüncüsüdür.  ġəmsəddin  Atabəy  Eldə-

gizin ikinci oğlu, Cahan Pəhləvan Məhəmmədin kiçik qardaĢıdır. 

O,  1186-cı  ildən  1191-ci  ilə  qədər  Azərbaycanda  hakimiyyətdə 

olmuĢdur. Nizami “Xosrov və ġirin” poemasını ittihaf etdiyi üç 

hökmdarın  biri  Qızıl  Arslandır.  Onun  Nizami  ilə  görüĢməsi 

nizamiĢünaslıqda  təsdiq  edilmiĢ  faktdır.  Bu  antroponimik  bir-

ləĢmədə  birinci  komponent  titul  (fars  sözüdür  və  hökmdar  de-

məkdir), ikincisi isə əsl addır və aslan sözündən yaranmıĢdır. 

ġah Arslan torpaqda, qəbirdə ikən, 

Necə söz söyləyim, Ģeir yazım mən? (Ġ-416). 



ġah bürcü (məc. kos.) – Xosrovun taxta çıxdığı qala (yaxud 

Ģah sarayı) metaforik Ģəkildə bürcə bənzədilir. 

Ay yüksələn zaman Balıq bürcündən, 

Pərviz ġah bürcündə salmıĢdı məskən (Xġ-150). 

Yəni  Ay  səmada  on  iki  bürcdən  sonuncusu  olan  Balıq  bür-

cündən keçdiyi kimi Xosrov da ġah bürcündə taxta çıxdı. 



ġah harutları (məc. mif.) – ġahın qulluqçuları metaforik Ģə-

kildə əfsanəvi mələklər olan Harut və Maruta (bax) bənzədilir. 

Yolunda çaparam hər səhər erkən

ġah harutlarına zəng çalıram mən (Xġ-40). 

Onlara zəng çalmaq – onların yuxusunu qaçırmaq, ayıq sax-

lamaq deməkdir. 

ġahənĢah (an.) – Ġran hökmdarlarının titulu olub, farsca Ģah-

lar  Ģahı,  hökmdarlar  hökmdarı  deməkdir.  Burada  ĢahənĢah  de-

dikdə Xosrov Pərviz nəzərdə tutulur. 

ġahənĢah gördü ki, bəxti yatmıĢdır, 

Xalq üz döndərmiĢdir, onu atmıĢdır (Xġ-115). 



ġahənĢah (məc. an.) – Atabəy Məhəmməd metaforik Ģəkildə 

ĢahənĢah adlandırılır. 



ġahənĢah adına yazdım bir əsər. 

O, Ģahlar Ģahıdır, Ģərdən uzaqdır (Xġ-36). 

AĢağıdakı beytdə isə Məhəmməd peyğəmbər ĢahənĢaha bən-

zədilir. 

Cəbrail keçərək yeddi fələyi, 

ġahənĢaha bir at verdi, yel təki (Xġ-357). 



352 

ġahlar Ģahı Xosrov (an.) – Bax: Xosrov Pərviz və ġahənĢah. 

ġahlar Ģahı Xosrov dedi: “Necəsən? 

HəmiĢə xürrəm ol, qəlbin olsun Ģən (Xġ-99). 

ġahların  ġərəfnaməsi”  (id.)  –  Firdovsinin  “ġahnamə”si 

nəzərdə tutulur. 

ġahanə Ģərabla dolmuĢ badəsi, 

AdlanmıĢ “ġahların ġərəfnaməsi” (Ġ-42). 

ġahnamə” (məc. id.) – Ə.Firdovsinin məĢhur əsərinin adı-

dır.  Lakin  Ģair  “ġahnamə” dedikdə  Ġskəndər haqqında  yazacağı 

“ġərəfnamə”ni nəzərdə tutmuĢdur. 

Yaratmaq fikriylə yeni “ġahnamə”, 

Açdım hər Ģivədən böyük həngamə (Ġ-45). 

ġahrud (top.) – Böyük çaylar və nəhrlər farsca Ģahrud – yəni 

çayların  Ģahı  adlanır.  Ġraqdakı  bir  çayın  adıdır.  Rəvayətə  görə, 

Xosrov Pərviz bu çayın  sahilində bir Ģəhər saldırmıĢdir ki, son-

ralar ġahrud adı ilə məĢhur olmuĢdur. 

On telli sazını çalardı Barbəd, 

ġahrudda aramgah – xoĢ istirahət (Xġ-48). 

ġahrud (top.) – Bahar çağı Xosrovla ġirinin Bərdə ətrafına 

gəzməyə  çıxdıqlari  zaman  sahilinə  getdikləri  çayın  adı.  ġair 

ġahrud dedikə  ya Kür  çayını,  ya da Kürün Bərdəyə  yaxın  olan 

ən böyük qolu Tərtər çayını nəzərdə tutmuĢdur. 

SərxoĢ üz tutdular ġəhruda sarı. 

Bağladılar çayın yanında atı (Xġ-124). 



ġahzadə (an.) – Farsca “Ģah oğlu” deməkdir. ġah oğlanları-

na verilən tituldur və burada Xosrov Pərviz nəzərdə tutulmuĢdur. 



ġahzadə xəlvətdə ona yanaĢdı, 

Hindi qılınc kimi dilini açdı (Xġ-56). 



ġahzadə  (an.)  –  ġirvanĢah  Axsitanın  oğlu  Mənuçöhrə  iĢa-

rədir.  Nizami  Gəncəvi  “Leyli  və  Məcnun”  əsərini  yazanda  və 

oğlunu  həmin  Ģahzadəyə  tapĢıranda,  onun  11-12,  Məhəmməd 

Nizaminin isə 14 yaĢı var idi (4-142). 

Məclisi, büsatı, sevdası yeni, 

PadĢah Mənuçöhrün bəlkə də eyni... 



ġahzadə, güldükcə Ģərəfin, Ģanın... (LM-58). 


353 

ġahzadə (an.) – Burada Bəhram Gur nəzərdə tutulur. 

Dedilər: -ġahzadə gərək Ġrana 

Vida edib getsin Ərəbistana (YG-57). 

ġahzadə (an.) – Slavyan qızının söylədiyi nağılda obraz adı. 

Qala gözəlinin tilsimlərini sındıran və onunla evlənən gənc. 

Vardı bir qəhrəman, igid Ģahzadə

Nəsilli, əsilli, gözəl azada (YG-197). 



ġahzadə  (an.)  –  “Ġskəndər  və  Çoban  dastanı”nda  Çobanın 

danıĢdığı hekayədə obraz adı. 



ġahzadə ölümlə pəncə-pəncəyə 

Görəndə gözəli: - Sağalmaz, -deyə... (Ġ-441). 



ġahzadə qadın (an.) – Bərdə hökmdarı Məhinbanuya (bax) 

iĢarədir. 



ġahzadə qadındır orda hökmüran (Xġ-69). 

ġam  (top.)  –  Vaxtilə  Suriya  və  Fələstinin  tutduğu  əraziyə 

ərəblərin verdiyi ad olmuĢdur. Sonralar ġam adı Ģəhər adı kimi 

qalmıĢ  və  nəhayət,  həmin  Ģəhər  DəməĢq  adlandırılmıĢdır.  Ha-

zırda  Suriya  Ərəb  Respublikasının  paytaxtıdır.  Dünyanın  ən 

qədim  Ģəhərlərindən  biri  hesab  olunur.  Onun  adına  e.ə.  XVI 

əsrdə  təsadüf  olunur.  Əməvilərin  paytaxtı  olmuĢdur.  Sonralar 

müxtəlif  illərdə  müxtəlif  hökmdarların  paytaxtı  və  ya  əyalət 

Ģəhəri  olaraq  inkiĢaf  etmiĢdir.  Hazırda  Yaxın  ġərqin  ən  gözəl 

Ģəhərlərindən biridir. 

     Deyirlər ġam tərəfdə bir qoca kiĢi vardı (SX-90). 



ġam  (məc.  ap.)  –  ġair  Sokratı  (bax)  xəlvətdə  yanan  Ģama 

bənzədir. 

ġaha günəĢ kimi oldu aĢikar, 

Sokrat bir Ģamdır ki, xəlvətdə yanar (Ġ-476). 



ġapur (an.) – “Xosrov və ġirin” poemasında mahir bir rəs-

sam  kimi  təsvir  olunan  ġapur  tarixi  Ģəxsiyyətdir.  O,  Sasani 

hökmdarı I Yəzdəgirdin oğlu, V Bəhramın (421-438), yəni Bəh-

ram Gurun qardaĢı olmuĢdur. ġapur 4 il Ermənistanda hökmdar 

olmuĢ,  atası  öləndən  sonra,  vətənə  gəlmiĢ  və  hakimiyyəti  ələ 

almaq  istəmiĢdir,  lakin  öldürülmüĢdür.  Bundan  sonra  isə  Bəh-

ram Gur Münzirin (bax) verdiyi qoĢunla  taxt-taca sahib olmuĢ-



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə