Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə114/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   110   111   112   113   114   115   116   117   ...   138

342 

   Torpağın ətirlidir Süleymanın mehindən (SX-35). 

Süleyman  (“Bibliya”da  –  Solomon)  peyğəmbərin  təbiətdə 

bütün  ünsürlərə  hakim  olmasına  iĢarə  olunur.  Beytin  mənası: 

Sənin (Məhəmməd peyğəmbərin) vətəninin torpağı sənin məza-

rının sayəsində Süleymanın küləklərindən daha ətirlidir. 

Məhəmməd peyğəmbər  ən qüdrətli Ģah hesab olunan Süley-

mana bənzədilir. 

Hamımız cansız bədən, gəl, gəl, can ol sən bizə

Hamımız qarıĢqayıq, Süleyman ol, sən bizə (SX-37). 

Məhəmməd  peyğəmbər  Süleyman  peyğəmbərlə  müqayisə 

olunur. 


Daim ədalətindən nəĢə duydu Süleyman

Peyğəmbərlik tacına sanma uydu Süleyman (SX-162). 

Dini təsəvvürlərə görə, Süleyman peyğəmbərlik topunu udma-

ğa qabil idi, lakin peyğəmbərlik tacı üçün Ģahlıqdan əl çəkə bilmədi. 

Ərzincan  hakimi  Bəhram  Ģah  Süleyman  peyğəmbərə  bən-

zədilir. 

Çarx Ģahlıq üzüyünü adına bəzər sənin, 

Külək Süleyman kimi hökmünlə əsər sənin (SX-43). 

AĢağıdakı beytdə də Bəhram Ģah Süleymanla müqayisə olu-

nur. 


Əzəldən xoĢbəxtdir ki, Davud atası olub, 

Süleyman Ģöhrətinə gəlib çatası olub (SX-41). 

Dini  əsatirə  görə,  Süleyman  peyğəmbərin  atası  Davud  pey-

ğəmbər  olmuĢdur.  Bəhram  Ģahın  da  atasının  adı  Davuddur.  Bu 

adların  uyğunluğundan  Ģairanə  istifadə  edərək  Nizami  Bəhram 

Ģahın hakimiyyətini Süleymanın qüdrətli hökmranlığına bərabər 

tutur.  Demək,  burada  Bəhramın  atası  Davud  –  Davud  peyğəm-

bərə, Bəhram Ģah isə Süleyman peyğəmbərə bənzədilmiĢdir. 

ġairə xoĢbəxtlik vəd edən səadət Süleymana bənzədilir. 

Üzüyə firuzə qaĢ salanda sən

Bizdən Süleymantək əta görərsən (Xġ-32). 

Atabəy Məhəmməd Süleyman peyğəmbərə bənzədilir. 

Süleymandır, bizim Ģaha baxsana, 

Gah balıq söz deyir, gah da Ay ona (Xġ-35). 




343 

Süleyman peyğəmbər bütün canlıların dilini bilirmiĢ. “Balıq” 

və  “Ay”  (mah  və  mahi)  isə  “bütün  dünya”  deməkdir.  Burada 

“Balıq”  dedikdə,  Yer  kürəsinin  altında  dayanan  Balıq  nəzərdə 

tutulur. Yəni Ģahımız Süleyman peyğəmbər kimi qüdrətlidir. 

Süleyman  peyğəmbər  Qızıl  Arslanın  (bax)  qapısına  gələn 

qarıĢqanın quluna bənzədilir. 

Qapısına gələn qarıĢqa, inan, 

Layiqdir qul olsun ona Süleyman (Xġ-43). 

Süleyman peyğəmbər çəyirtkə ayağını hədiyyə gətirən qarıĢ-

qaya öz bədənindən ağır yük gətirdiyi üçün üstünlük vermiĢdir. 

Beytin  mənası:  ġahın  qapısına  gələn  qarıĢqaya  Süleymanın  qul 

olmasına mübaliğəli iĢarədir. 

Qızıl  Arslan,  əmri  ilə  küləyi  hərəkətə  gətirən  və  əsdirdiyi 

küləklə xoĢ ətir yayan Süleyman peyğəmbərə bənzədilir. 

Əgər Ģiddətlənsə dəhĢətli tufan, 

Nə qorxu, var ikən belə Süleyman! (Xġ-44). 

ġair özünü qarıĢqaya, Qızıl Arslanı isə Süleyman peyğəmbərə 

bənzədir. Bununla da Ģair Süleyman peyğəmbərə özündən qat-qat 

böyük olan çəyirtkə budunu hədiyyə gətirməsini xatırlayır. 

Qucaqladı məni xoĢ təmannayla 

Süleyman oynadı mən qarıncayla (Xġ-369). 

VəhĢilər  arasında  olan  Məcnun  bütün  heyvan  və  quĢların 

dilini bilən, qüdrətli padĢah rəmzi olan Süleymana bənzədilir. 

Aslanı, maralı, tülkünü, qurdu 

Yığıb yol üstündə ordugah qurdu. 

Hamsı qulluğunda durmuĢdu sayıq, 

O da Ģah olmuĢdu Süleyman sayaq (LM-178). 

ġair  bütün  bəĢəri  taxta,  Məhəmməd  peyğəmbəri  isə  Süley-

mana bənzədir. 

Hər Ģeyin həyatı təkcə ondandır, 

Biz təxtik hamımız, o, Süleymandır (YG-24). 

Yəmən hakimi Nemanın taxtı Süleyman peyğəmbərin cəlallı 

taxtına bənzədilir. 

Süleyman cəlallı taxtından belə 

Əl çəkib yaĢadı pərilər kimi (YG-64). 




344 

Öz sərkərdələri tərəfindən arxadan vurulan və ölüm ayağında 

ayaqlar  altına  düĢən  Daranı  Ģair  qarıncaya  əsir  olan  Süleymana 

və bir arı tərəfindən yeyilən filə bənzədir. 

OlmuĢ qarıncaya Süleyman əsir, 

Tikanlı bir arı bir fili yeyir (Ġ-153). 



Süleyman (xat. ag.) – ġair dövrünün haqsızlıqlarından Ģika-

yətlənərək,  dini  əsatirdə  ədalətli  Ģah  rəmzi  olan  Süleyman  pey-

ğəmbəri xatırlayır. 

Çoxdan yoxa çıxıbdı ədalətli Süleyman

Haqsızlıqdan görünməz pəriyə dönüb insan (SX-81). 

Süleyman peyğəmbərin ədalətli, insanpərvərlik və pak zəma-

nəsi gedib, indi isə zülm, əsarət, qəddarlıq dövranı hökm sürür və 

buna görə də əsl adam, həqiqi insan pərilər kimi gözə görünmür. 

Süleyman peyğəmbərin  zənbil toxuyub-satmasına iĢarə olu-

nur. 


ġah xələti geyinən mömin hanı dünyada, 

Zənbil hörən görüblər Süleymanı dünyada (SX-139). 

Zərxara  qızıl  saplardan  toxunmuĢ  qumaĢdan  libas  geyinən 

sultanlar  zahidlik  etsələr,  Süleyman  kimi  məĢhur,  möhtəĢəm, 

adlı-sanlı  olarlar.  Çünki  Süleyman  peyğəmbər  bütün  dünyaya 

hakim  və  hamıdan  varlı  olduğuna  baxmayaraq,  öz  əlləri  ilə 

hördüyü zənbillərin hesabına yaĢayırdı. 

Nizami  öz  Ģairlik  qüdrətindən  və  əbədiliyindən  söz  açanda 

Süleymanla bağlı hadisələri xatırladır. 

Bu yolda cəhd elə, bu yolda səy et

Divlərin əlindən, gəl onu gizlət. 

Süleymandan özgə olmasın görən, 

Məni onda ara zaman – zaman sən (YG-32). 

Süleyman  peyğəmbərin  bir  üzüyü  var  imiĢ.  Onun  bütün 

qüdrəti, divlərə hökm verməsi, heyvan və quĢların dilini bilməsi 

də,  gücü  də  o  üzükdə  imiĢ.  Bir  dəfə  divlər  o  üzüyü  oğurlayır. 

Süleyman  peyğəmbər  öz  bacarıq  və  səyi  ilə  yenidən  o  üzüyə 

sahib  olur.  ġair  metaforik  Ģəkildə  öz  əsərlərini  Süleymanın 

üzüyünə,  onun  Ģairlik  qüdrətini  qiymətləndirə  bilməyənləri  isə 

divə  bənzədir.  Süleymanın  o  üzüyü  isə  hamıdan  gizli  sax-



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə