Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə110/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   106   107   108   109   110   111   112   113   ...   138

330 

hak  (bax)  çıxmıĢdı.  Dara(bax)  isə  öz  vəzir  və  sərkərdələri  tərə-

findən ölümcül yaralanmıĢ və ölmüĢdü. 

Ġbrət kitabına baxanlar bilər, 



SəyavuĢ bunlardan çəkmiĢdir nələr. 

CəmĢid cəlalını xar etdi onlar, 

Daraya dünyanı dar etdi onlar (YG-277). 

Səyyaf  (kos.)  –  Zənəbüləsəd(ġirin  quyruğu) Əsəd bürcünün 

dal tərəfində yerləĢən qılınc Ģəklində bir ulduzdur. 



Səyyaf duman rəngli qılıncla durmuĢ, 

Qılıncı Aslanın boynunu vurmuĢ (LM-186). 



Səyyarə  (kos.)  –  Ərəbcə  həmiĢə  bir  yerdə  durmayıb  GünəĢ 

ətrafında dövr edən, ondan iĢıq və istilik alan göy cismi; planet adı. 



Səyyarə ədəblə əl bağlayaraq

Üfüqün fərĢinə döyürdü ayaq (LM-183). 



S.F.D.  ili  (xron.)  –  Ərəblərin  say  sistemində  (əbcəd  hesabı) 

üç nöqtəli S hərfi – 500, F hərfi – 80, L hərfi isə 4-ə bərabərdir. 

Nizami “SFD” hərfləri ilə “Leyli və Məcnun” poemasının yazıl-

dığı tarixi göstərmiĢdir ki, bu da hicri 584-cü ilə, miladi 1188-ci 

ilə təsadüf edir. Bax: “Leyli və Məcnun”. 

S.F.D. ili idi, rəcəbin sonu

Çox gözəl Ģəkildə bəzədim onu (LM-51). 



Siddiq (an.) –  Birinci islam  xəlifəsi  Əbubəkrin  ləqəbidir və 

ərəbcə sədaqətli deməkdir. 



Siddiq sədaqətə olmuĢdur rəhbər (LM-35). 

Sidrə  (məc.  mif.)  –  Həqiqi  mənada  “Ərəbistan  gilası” 

deməkdir.  Bu  ağacın  yarpaqlarından  hazirlanan  və  yuyunmaq 

zamanı iĢlənən maddəyə də Sidrə deyilir. Dini əsatirə görə, Sid-

rə mifofitonim kimi təsvir olunmuĢdur. 



Sidrə qəsrin önündə baĢ əyib kölgə salar

ƏrĢ-taxtını qurmağa cəlalına alçalar (SX-36). 

Dini  təsəvvürə  görə,  göyün  yeddinci  qatında  –  Sidrətül-

Müntəhada(bax)  bitən  Sidrə  ağacı  sənin  (Məhəmməd  peyğəm-

bərin)  köynəyinin  haĢiyəsinə  bənzəyir.  Sidrətül-Müntəhaya  bə-

zən əfsanəvi yer də deyirlər ki, ondan o yana guya nə mələklər, 




331 

nə də peyğəmbərlər gedə bilməmiĢlər. Allahın  Sidrə ağacından 

hazırlanmıĢ taxtı da guya Sidrətül-Müntəhada yerləĢir. 

ġeir səni sidrənin kölgəsinə göndərər (SX-50). 

Yəni Ģeir Ģairi göyün ən yüksək mərtəbəsinə göndərər. Bura-

da eyni zamanda qüdrətli Ģairlər göylərə ucalan Məhəmməd pey-

ğəmbərə bənzədilir. 

Rəfrəfdən Tubaya vurdu ələmi

Ordan da Sidrəyə qoydu qədəmi (Xġ-358). 

Burada  söhbət  Məhəmməd  peyğəmbərin  meraca  getmə-

sindən  gedir  və  “Sidrə”  məkan  mənasında  iĢlənmiĢdir.  Demək, 

Sidrə  -  ən  yüksək  məkan,  bu  məkanda  bitən  ağac,  Allahın  Sid-

rədən hazırlanmıĢ taxtı, bu taxtın yerləĢdiyi yer və s. mənalarda 

iĢlənir. AĢağıdakı beytdə isə “Sidrə” dedikdə, Sidrə qoxulu Ərə-

bistan torpağı nəzərdə tutulur. 

Sidrədən ərĢin lap səqfinə qədər 

Ġsmətdən bir kilim döĢədi dilbər (Ġ-26). 



“Sifri-əzəm” (id.) – “Tövrat”ın beĢ cildindən böyüyü. Sifr – 

kitab deməkdir. 

Allah tərəfindən gəlmiĢ mükəmməl 

“Sifri-əzəm”dən baĢqa üç gözəl 

Nəsihətnamə də keçirdi ələ (Ġ-507). 

Üç  nəsihətnamə  dedikdə  Ģair  Ərəstunun,  Əflatunun  və 

Sokratın  yazdıqları “Nəsihətnamə”lərini  nəzərdə  tutur.  Ġskəndər 

“Sifri-əzəm”dən  və  bu  nəsihətlər  kitabından  öz  iĢlərində  rəh-

bərlik göstərən əsərlər kimi istifadə edirmiĢ. 

Simak  (kos.)  –  Bir-birinə  yaxın  olan  iki  iĢıqlı  ulduz  (Ümu-

miyyətlə,  iĢıqlı  ulduz  deməkdir).  Simak  ikidir.  Onlardan  biri 

Simaki-Ramih, o birisi isə Simaki-Əzəldir(Sünbülə bürcünün ən 

parlaq ulduzu, Spika) . 



Simak ulduzları cərgəylə köçür

Ramehdən Əzələ karvanla keçir (LM-186). 



Simnar  (an.)  –  Sam  oğlu  Simnarın  (bax)  əsl  adıdır.  Bu  ad 

“sim”(farsca gümüĢ) və “nar” (ərəbcə od, atəĢ) sözlərindən dü-

zəlmiĢdir. ġair obrazın adı ilə bu obrazın fəaliyyəti, onun tikdiyi 

Xəvərnəq sarayının rəngini də uyğunlaĢdırmıĢdir. 




332 

Zirəkdir, od kimi iti əllidir... 

qızıl barmaqlı usta, nəhayət, 

Tikdi daĢla kəcdən gümüĢ imarət... 



Simnar naxıĢlıydı, könül açardı (YG-58-59). 

Simnar  həqiqətdə  qədim  Babil  allahı  Simnamarın  adı  ilə 

bağlıdır. 

Simurq  (məc.  mif.)  –  Bax:  Simürğ.  ġair  özünü  Simurqa 

bənzədir. 



Simurqəm, tənhalıq olubdur peĢəm (Xġ-40). 

Simurqtək çəkilim xəlvət bucağa, 

ġeirimdən nəĢələr verim qulağa (Ġ-40). 

Simurq  –  QuĢların  əfsanəvi  Ģahı  hesab  olunur.  Onu  indiyə 

qədər heç kim görməmiĢ, guya Yer kürəsinin ən uzaq bucağında 

yerləĢən Qaf dağlarının baĢında yaĢayır. 

Ġskəndər Daraya yazdığı məktubda özünü Simurqa bənzədir. 

Nədir bu xoĢ xəyal, bu xam tərpəniĢ? 

Simurqu toruna kim sala bilmiĢ? (Ġ-139). 

Simürğ  (məc.  mif.)  –  ġair  Rus  Ģahzadəsinə  tilsimləri  aç-

mağın yolunu öyrədən qocanı Simurqa bənzədir. Bax: Simurq. 

Simürğ eĢqilə sevinci daĢdı, 

Qanadlı quĢ kimi dağları aĢdı (YG-200). 



Simürğ  quĢu  (məc.  mif.)  –  Qara  geyənlərin  Ģahı(bax)  Si-

murqa bənzədilir. 

Günlərin birində o qaçdı bizdən, 

Simürğ quĢu kimi yox oldu gözdən (YG-136). 

Zənnimizcə, bu adın “Simurq” kimi yazılıĢı daha düzgündür. 



Sin (on.) – Hadisələrin gediĢindən və Ģairin təsvirlərinə əsa-

sən  güman  etmək  olar  ki,  bu,  “bismillah”  sözünün  ixtisar  for-

masıdır. Yəni   o  gün  Ġskəndər  “bismillah” deyib,  yola  çıxdı  və 

Çinə  gəldi.  Yaxud  da  ola  bilsin  ki,  “Sin”  –  Sind  adının  canlı 

dildə  iĢlənmiĢ  formasıdır.  Sind  isə  Hindistanın  Ģimal-Ģərq  his-

səsində  yerləĢən  bir  vilayətin  adıdır.  Paytaxtı  əvvəllər  Hey-

dərabad, sonralar isə Kəraçi olmuĢdur. Əhalisi əvvəllər sanskrit 

və  hind  dillərində  danıĢırdı.  Əhali  arasında  xaçpərəstlər,  brəh-

mənlər,  zərdüĢtilər,  müsəlmanlar  və  s.  vardır.  Müsəlman  mək-



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə