Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə108/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   104   105   106   107   108   109   110   111   ...   138

324 

Səməntürk dedi ki: “Gecə nur səpən... (Xġ-130). 

Səmərqənd  (top.) –  Orta Asiyanın  ən qədim və  məĢhur Ģə-

hərlərindən  biridir.  Əsası  eramızdan  əvvəl  YI  əsrdə(bəzi  mə-

xəzlərdə  IY  əsrdə)  qoyulmuĢdur.  Onda  Ģəhərin  adı  Maraqanda 

idi.  Səmərqənd  müxtəlif  dövrlərdə  hakimiyyət  sürmüĢ  müxtəlif 

sülalələrin  paytaxtı  olmuĢdur.  XIY  əsrin  sonu,  XY  əsrin  əv-

vəllərində  Teymurləngin  böyük  imperiyasının  paytaxtı  idi.  Sə-

mərqənd tarixi abidələrlə zəngindir. 

Özbəkistan Respublikasının ZərəfĢan çayı vadisində yerləĢən 

Səmərqənd  Ģəhəri  eyni  vilayətin  mərkəzidir.  ”Səmərqənd”  adı-

nın  mənası  haqqında  müxtəlif  fikirlər  mövcuddur.  Əfsanəyə 

görə, Yəmən çarı ġəmar (Səmar) Ģəhəri zəbt edəndə onu öz adı 

ilə  adlandırıb.  ”Səmərqənd”in  özbək  dilində  “səliskənd”  sözün-

dən yaranıb “böyük kənd” mənasında olması fikri də söylənilir. 

Bəzi  tədqiqatçıların  fikrincə,  Ģəhər  ərəb  Ģahzadələri  Səmər  və 

Qəmərin  adını  daĢıyır.  Belə  fikir  də  irəli  sürülür  ki,  ”Səmər-

qənd”in  mənası  “meyvə  və  məhsullar  Ģəhəri”,  “bərəkət-

li”, ”yağlı”, ”iri Ģəhər” deməkdir. 

ġəbxunu Xarəzmdə, Səmərqənddədir (Xġ-38). 

Nizami bu Ģəhərin Ġskəndər tərəfindən abadlaĢdırılması haq-

qında  məlumat  verir.  Demək,  Ģəhərin  e.ə.  YI  əsrdən  mövcud 

olması fikri həqiqətə daha uyğundur. 

Səmərqənd Ģəhrinə o verdi zivər

Cəndi də tikdirmiĢ böyük Ġskəndər (Ġ-56). 



Səmərqənd  çubuqları  (məc.  fit.)  –  Taysız  gözəlin(bax)  bu 

vaxta  qədər  heç  kimin  öpə  bilmədiyi  dodaqlarının  Səmərqənd 

çubuqları ilə bağlı olduğunu göstərir. 

ÖpüĢün qapısı bununla belə, 

BağlanmıĢ Səmərqənd çubuqlarıyla (Ġ-369). 

Yəni dodaqlarım gözəl, öpüĢüm çox Ģirinsə də, lakin onların 

qapıları  Səmərqənd  ağacı  ilə  bərk  bağlanmıĢdır,  oradan  öpüĢ 

içəri girə bilməz. 



Səncab(top.) – Əfqanıstanın Ģimal-Ģərqində olan Herat Ģəhə-

rinin içindən axan çaydır. Həmçinin əski Türküstanda bir vilayət 




325 

adıdır. Dərisindən qiymətli xəz əldə edilən boz dələyə də səncab 

deyilir. 

“Səncab” ölkəsinin baĢında durum... (Ġ-228). 

Burada söhbət  Ġskəndərin arzularından gedir. Eyni zamanda 

“Səncab” ölkə adı olduğu üçün dırnaqda yazılmamalı idi. 

Səncər (an.) – “Qarı və Sultan Səncər dastanı”nda obraz adı. 

O,  məĢhur  Səlcuq  sultanı  Məlik  Ģahın  oğludur.  Sultan  Səncər 

1097-1157-ci illərdə ġərqi Ġranı idarə etmiĢ və 1118-ci ildən isə 

Səlcuqilərin baĢ sultanı olmuĢdur. 

Haqsızlığın odunda bir qarı yandı oda, 

Səncərin ətəyindən yapıĢdı bir gün o da... (SX-85). 

Səncər  (xat.  an.)  –  ġair  Sultan  Səncərin  öz  sikkəsini  yalnız 

qızıl  pul  üstünə  vurdurmasını  xatırladır.  O,  qüdrət  və  əzəmət 

rəmzi kimi tarixdə tanınmıĢdır. ġair də məhz buna iĢarə edir. 

Civə kimi getmədi kim ki, qızıla sarı, 

GümüĢ oldu, əzmədi Səncərin toxmaqları (SX-50). 

ġair  Sultan  Səncərin  zülmünün  nəticəsi  olaraq  zülmə  düçar 

olmasına da iĢarə edir. 

Xorasanda Səncərin zülmü elə car oldu

EĢitmədi bunları, bəlaya düçar oldu (SX-87). 

“Qarı və Sultan Səncərin dastanı”nda Ģair onun hansı bəlaya 

düçar  olması  haqqında  bir  fikir  söyləmir.  Lakin  tarixi  faktlar 

Ģairin bu fikrinin doğru olduğunu təsdiq edir. Çünki doğrudan da, 

Sultan  Səncər  eyĢ-iĢrətə  aludə  olduğundan  ölkənin  idarəsini  öz 

yaxın  qohumlarına  tapĢırmıĢdı.  Ona  vergi  verən  bir  tayfaya 

ədalətsizlik  edib,  onlardan  alınan  vergini  artırdığı  üçün,  Sultan 

Səncər  həmin  tayfa  tərəfindən  əsir  alınır.  Bunun  nəticəsində 

Ģahlıq  əlindən  çıxır.  Əsirlikdən  qaçdıqdan  sonra  isə  ölkənin 

qarət və talan edildiyini görərək bağrı çatlayıb ölür. 



Səncər  sarayı(məc.  er.)  –  “Səncər  sarayı”  dedikdə,  burada 

ümumiyyətlə,  Ģah  sarayları  nəzərdə  tutulmuĢdur.  Çünki  qızıl-

quĢlar, adətən Ģah saraylarında saxlanılır. 

Yerin – Səncər sarayı, peĢən – təklik olubdur, 

Sinəsini sökdüyün daim kəklik olubdur (SX-151). 



326 

Səndəl  rəngli  günbəd  (er.)  –  Qədim  astroloji  anlayıĢa  əsa-

sən  səndəl  rəngli  və  pəncĢənbə  gününü  ifadə  edən  MüĢ-

təri(Yupiter)  planetinin  adı  ilə  əlaqədar  olaraq  belə  adlandırıl-

mıĢdır. Burada altıncı iqlim padĢahının qızı yaĢayırdı. 

O ki MüĢtəriyə həmahəng idi, 

Bəzəyi, düzəyi səndəl rəng idi (YG-133). 



Səndərus  (fit.)  –  Ağacdan  sızan  sarı  qatı  maye.  “Səndərus” 

ərəb sözüdür və bəzi iynəyarpaqlı ağacların Ģirəsindən hazırlanır. 

Ondan kamança kiriĢinə sürtmək üçün istifadə olunur. 

Fəryada gəldikcə Ģeypur ilə kus, 

Açılır qırmızı güldən Səndərus (Ġ-337). 

Səngi-əzəm  (top.)  –  Qibtdə  (Qədim  Misirdə)  qaya  adı. 

“Səng”  farsca  “daĢ”,  “əzəm”  isə  ərəbcə  “ən  böyük”  deməkdir. 

“Nəhəng daĢ qaya” mənasındadır. 

Ölkədə bir guĢə Ģux laləzardı, 



“Səngi-əzəm” adlı bir qaya vardı (Ġ-451). 

Sərəndib  (top.)  –  Seylonun  keçmiĢ  adı.  Dini  rəvayətə  görə, 

Adəm BehiĢtdən Sərəndibə düĢmüĢdür. 

Həyat verdi həyatsız, növraqsız yer üzünə, 

Sərəndibdə Ģahanə çadır qurdu özünə. 

Günahkar üzüqara gəlib çatdı bu yurda, 

Bədnamlıq ləkəsini yuyub atdı bu yurda (SX-71). 

Biabırçılıqdan  Sərəndibə  qaçıb  orada  onun  günahından  sol-

muĢ ismət gülünü tövbə ilə suladı. Sərəndibə qaçarkən günahdan 

qaralmıĢ  üzünün  qarasını  orada  yerə  tökdü.  Dini  əsatirə  görə, 

hindli və seylonluların üzləri həmin səbəbdən qaradır. 

“Sərəndib” adını hindcə Seylon adasının adı kimi izah edir-

lər. Amma bizə elə gəlir ki, bu addakı “sərən” və ya “saran” sar, 

sarı adları ilə əlaqədar olub, qədim türk tayfaları olan sarların və 

ya sarıların yaĢadığı yer mınasında iĢlənmiĢdir. “Dib” isə Azər-

baycan sözü olub, ucqar mənasında iĢlənmiĢdir. Demək, Sərən-

dib və ya Sarandib – sarların və ya saranların yaĢadığı ucqar yer 

kimi baĢa düĢülə bilər. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə