Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə105/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   101   102   103   104   105   106   107   108   ...   138

315 

Rus Ģahı Qıntal bir yumĢaq mum oldu

Rum Ģahı Ġskəndər nəĢəyə doldu (Ġ-349). 

Burada  “Rus Ģahı” adı  “Rum Ģahı” ilə, Qıntal adı isə Ġskən-

dər adı ilə antonim qütblər təĢkil edir. 

Rusların Rüstəmi (məc. an.) – Rus pəhləvanı Tartusun kö-

məkçi adı . 

Mənə Tartus adı vermiĢdir anam, 

Rusların Rüstəmi sayilir bu nam (Ġ-338). 

Ruyin  qələsi  (top.)  –  Körpə  Arslanın  Ruyindiz  (bax) 

qalasina iĢarədir. 



Ruyin qələsinin varı boldur, bol (YG-310). 

Ruyindiz  (məc.  top.)  –  Ġran  Azərbaycanında  Marağa  Ģəhəri 

yaxınlığında  bir  qalanın  adıdır.  Lüğəti  mənası  “möhkəm  qala” 

deməkdir. Ġndi Rəvəndüz adlanır. Həmin qədim və alınmaz qala 

Marağa hakimi Körpə Arslanın qərargahı idi. ġair “Yeddi gözəl” 

poemasında  Qala  gözəlinin  (bax)  qalasının  hər  bir  daĢını 

Ruyindizə bənzədir. 

Orda iĢləməzdi oğrunun baĢı, 

Çünki Ruyindizdi onun hər daĢı (YG-194). 

 Nizami Ruyindiz dedikdə Körpə Arslan Ģahı nəzərdə tutur. 

BəxĢiĢ qızılını vermiĢdi, yenə 

Yaman borclu qaldı Ruyindiz mənə (YG-309). 

ġair eyni zamanda metaforik Ģəkildə Ruyindiz qalasını Yerin 

mərkəzinə, qızıl məhvərə bənzədir. 

Yerin mərkəzidir, qızıl məhvərdir, 



Ruyindizdir, demək, çox mötəbərdir (YG-310). 

Ruyintən  Ġsfəndiyar  (məc.  an.)  –  “Ruyintən”  Ġsfəndiyarın 

ləqəbidir  və  farsca  iki  sözdən  düzəlmiĢdir.  “Ruyin”  –  sinkdən, 

tuncdan düzəldilmiĢ, “tən” isə bədən deməkdir. “Tuncdan tökül-

müĢ bədən” mənasında iĢlənir. 

Bir babam Ruyintən Ġsfəndiyardır, 

Bu taxt ondan mənə bir yadigardır (Ġ-127). 

Burada  söhbət  Daradan  gedir.  Dara  metaforik  Ģəkildə  Ru-

yintən Ġsfəndiyara bənzədilmiĢdir. 




316 

Rühulqüdüs (məc. mif.) – Ərəbcə “ruhülqüds” – “müqəddəs 

ruh”  deməkdir  və  iki  mənası  vardır:  1.  Ġsa  peyğəmbərin  lə-

qəblərindən  biri;  2.  Cəbrayılın(bax)  ləqəblərindən  biri.  ġair 

“Rühulqüdüs” dedikdə Ġskəndəri nəzərdə tutur. 

Valislə Əflatun, bir də Fərfuryus 

Heyrandı bunlara o rühulqüdüs (Ġ-492). 

Əslində bu, “Ruhülqüds” Ģəklində yazılsa, daha düzgün olar. 

Eyni  zamanda  bu  söz  Ġsanın  və  ya  Cəbrayılın  ləqəbləri  olduğu 

üçün böyük fərflə yazılmalı idi. 

Rüstəm  (məc.  an.)  –  Ġranlıların  ən  məĢhur  əfsanəvi  pəh-

ləvanıdır.  Bir  sıra  xariqüladə  hünərlər  göstərmiĢ,  Keyqubad, 

Keykavus,  Keyxosrov  zamanlarında  bir  çox  müharıbələrdə  iĢ-

tirak etmiĢ və qələbələr qazanmıĢdır. Sistan və Zabilistan hökm-

darı  olan  Zalın  oğludur.  Herakl  yunanların  əsatiri  qəhrəmanı 

olduğu kimi, Rüstəm də iranlıların əfsanəvi qəhrəmanıdır. Atası 

Zalın  adı  ilə  əlaqədar  olaraq  ġərq  ədəbiyyatında  Rüstəm-Zal 

kimi  də  poetik  obraza  çevrilmiĢdir.  “ġahnamə”də  Rüstəmin  bir 

çox  qəhrəmanlıqları  geniĢ  təsvir  olunmuĢdur.  Klassik  ədəbiy-

yatda Rüstəm adı qəhrəmanlıq, pəhləvanlıq və yenilməzlik sim-

volu kimi iĢlədilmiĢdir. 

Xosrov Pərviz Rüstəmə bənzədilir. 

Atı yəhərlədi – Rüstəm kimidir (Xġ-80). 

Nizami  ġirvanĢah  Axsitanı  yenilməz  pəhləvan  olan  Rüs-

təmin yüzünə bərabər tutur. 

Onun rikabında yüz Rüstəm durar, 

Yenər qarĢısında böyük ordular (LM-54). 

Rüstəm,  Ġsfəndiyar  (qoĢa  müq.  an.)  –  ġair  eyni  vaxtda 

Nüsrətəddin  Əbubəkri  (bax)  həm  Rüstəm,  həm  də  Ġsfəndiyar-

la(bax) müqayisə edir.  

Meydanda açdığı hünərlər ki, var, 

Nə Rüstəm göstərmiĢ, nə Ġsfəndiyar (Ġ-49). 

Rüstəm, Keyxosrov (qoĢa xat. an.) – Ġskəndər vəsiyyət edər-

kən öz keçmiĢ igidliklərini xatırlayanda bu adları da yada salır. 



Rüstəmin bəxtindən mən soraq verdim

Keyxosrov təxtindən xəbər gətirdim (Ġ-584). 


317 

Rüstəm, Keyqubad (qoĢa məc. an.) – Rüstəm ən güclü pəh-

ləvan,  Keyqubad  isə  ən  qüdrətli  hökmdar  rəmzidir.  Xosrovun 

Rüstəm və Keyqubad ilə müqayisə olunması onun daha da güclü 

və qüdrətli hökmdar olmasını nəzərə çarpdırmaq məqsədi güdür. 

Atı yəhərlədi – Rüstəm kimidir, 

Ġçərkən görənlər Keyqubad bilir (Xġ80). 



Rüstəm,  RəxĢ  (qoĢa  məc.  on.)  –  Körpə  Arslan  Ģah  (bax) 

əfsanəvi Rüstəm  pəhləvana, həm  də onun atı metaforik  Ģəkildə 

Rüstəmin atı olan RəxĢə(bax), Fələk isə bu ata bənzədilir. 

Rüstəmdir, mindiyi RəxĢi fələkdir 

Böyükdür, böyüklük verməkdə təkdir(YG-34). 



Rüstəmi-Zal (an.) – Bax: Rüstəm. 

Hanı Rüstəmi-Zal, Simürğ ilə Sam...(Ġ-168). 



Rüstəmi-Zal,  Simürğ,  Sam,  Firiduni-Fərhəng,  CəmĢid 

(qrup  xat.  on.)  –  Fəribərz(bax)  pəhləvan  Ġskəndərin  suallarına 

cavab verərkən bu adları xatırlayır. Ağıllı qoca bu fikirlə Ġskən-

dərə baĢa salmaq istəyir ki, bütün canlılar ölümə məhkumdurlar. 

Odur ki, Ģahlar ədalətli olmalı nahaq qan tökməməlidirlər. 

Hanı Rüstəmi-Zal, Simürğ ilə Sam, 



Firiduni-Fərhəng, o CəmĢid və cam? 

Yer yedi, keçmədi çox zaman belə

Yeməkdən qarnı, bax, doymamıĢ hələ (Ġ-168). 

Rüstəmlər (məc. an.) – ġair Nüsrətəddin Əbubəkrin(bax) gücü-

nü,  qüdrət  və  əzəmətini  göstərmək  üçün  sinekdoxadan  istifadə  et-

miĢdir.  Məlumdur  ki,  “Rüstəm”  adı  ġərq  ədəbiyyatında  ecazkar 

qüvvəyə malik olan pəhləvan kimi simvolik məna daĢıyır. “Rüstəm-

lər” ifadəsi isə bu simvolik mənanın təsir qüvvəsini qat-qat artırır. 

Atını Rüstəmlər üstünə sürər, 

Hər taxtı bəzəyər, həm də tac verər (Ġ-48). 

 

 



- S - 

Sacayaq (kos.) – Ulduz adı. 

Sacayaq adlanan ulduz da bu an 

Göyün qazanına pay verir haman (LM-185). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə