Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə104/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   100   101   102   103   104   105   106   107   ...   138

312 

tayfalar  haqqında  məhəbbətlə  söz  açan  Ģair  onlara  məhz  bu 

baxımdan yanaĢmıĢdır. 

Demək,  Ġskəndər  dövründə  rus  tayfalarının  heç  bir  siyasi 

ittifaqı  olmamıĢdır.  “Ġskəndərnamə”də  olduğu  kimi  onların  nə 

Ģahlığı,  nə də Qıntal adlı Ģahları  var idi. ġair rus Ģahı  və ruslar 

dedikdə  Qara  dənizin  Ģimalında  yaĢayan  müxtəlif  türk  tayfa-

larını nəzərdə tutmuĢdur. 

2.  Slavyanların  ilk  tayfa  ittifaqları  YI  əsrin  sonu,  YII  əsrin 

əvvəllərində  yaranmıĢ,  Kiyev  Rus  dövlətinin  əsası  isə  IX  əsrin 

ikinci  yarısında  qoyulmuĢdur.  Bu,  məĢhur  türk  imperiyasının 

süqutundan sonrakı dövrlərə təsadüf edir. Y əsrin birinci rübün-

də AĢino ġono (AĢina əsl ad, ġono isə totemdir və hər ikisi “Ģo-

no”  sözündən  olub,  qədim  türk  xalqlarının  totemi  olan  “qurd” 

deməkdir)  tərəfindən  əsası  qoyulan  və  müasir  Çinin  müəyyən 

hissəsini təçkil edən ġərqi Türküstandan baĢlayaraq Qara dənizə 

qədər olan bir ərazidə  yerləĢən Türk imperiyası  IX əsrin birinci 

rübündə  ərəb  və  Çin  ordularının  zərbələri  altında  darmadağın 

ediləndən  sonra  (L.N.Qumilev.  Drevnie  tyurki.  M.,1967)  slav-

yanların  qüdrətli  və  müstəqil  bir  dövlət  qurmaları  üçün  tarixi 

Ģərait  yaranmıĢdı.  Doğrudan  da,  IX  əsrin  ikinci  yarısında  bu 

dövlətin – Kiyev Rus dövlətinin əsası qoyuldu. 

Bəlkə  də,  Nizaminin  təsvir  etdiyi  Səqlab  (“Yeddi  gözəl”də) 

və Rus (“Ġskəndərnamə”də) dövlətləri elə Ģairin dövründə möv-

cud  olan  Rus  dövləti  olmuĢdur.  Lakin  Ģairin  dövründə  Kiyev 

Rus dövləti 10-a qədər müstəqil knyazlıqlardan ibarət idi. Bəlkə 

də,  Ģairin  yeddi(Bu  rəqəm  bütün  türk  xalqlarında,  o  cümlədən 

Azərbaycan  folklorunda  ən  çox  iĢlənən  uğurlu  rəqəmlərdən 

biridir)  rus  soyunu  təsvir  etməsi  də  bu  müstəqil  knyazlıqlarla 

bağlıdır. Həm də rus vilayətlərinin Alan, Xəzran, Bərtas, Qıpçaq 

və  s.  türk  xalqlarının  adı  ilə  adlandırılması  həmin  xalqlar  haq-

qında Ģairin geniĢ təsəvvürə malik olması ilə də əlaqələnə bilər.  

IX  əsrdən  XII  əsrə  qədər  Kiyev  Rus  dövlətinin  tarixi  inki-

Ģafının  gediĢi  Ģairə  imkan  verə  bilərdi  ki,  o,  böyük  uzaqgörən-

liklə  bu nəticəyə  gəlsin. Çünki  Çin kimi nəhəng  bir imperiyaya 

meydan  oxuyan,  slavyanları  daim  qorxu  altında  saxlayan  Türk 




313 

imperiyası  dağılmıĢdı.  Səlcuqilər  isə  öz  ərazilərini  ġərq  ölkə-

lərinin  hüdudlarında  yayırdılar.  IX  əsrin  ikinci  yarısından  türk 

tayfalarından olan peçenqlərin ərazisinin yarısı yenicə yaranmıĢ 

Kiyev Rus dövlətinin tərkibinə qatılmıĢdı. Volqaboyu və Dnep-

rdən  Ģərq  tərəfdə  yaĢayan  türk  tayfaları  müstəqil  əraziyə  malik 

olsalar  da,  faktik  Ģəkildə  daxilən    Kiyev  Rus  dövlətindən  asılı 

vəziyyətə düĢürdü. MəĢhur Xəzər xaqanlığı da Rus dövlətindən 

xərac  ala  bilmirdi.  Türk  xalqlarında  yaĢayan  ruslardan  yüksək 

vəzifədə  iĢləyənlər  və  yüksək  maaĢla  türk  ordularında  xidmət 

edənlərin sayı isə getdikcə çoxalırdı. 

YI-XII əsrlərdə rus ordusunun dəfələrlə Bizans imperiyasına 

çox  uğurlu  basqını  və  rusların  xeyrinə  bağlanan  müqavilələr, 

onların  böyük  donanma  ilə  Bakıya  hücumları,  müxtəlif  türk 

xalqlarının  nümayəndələrinin  rus  knyazlıqlarına  daxil  olmaları 

(Onlara “qara papaqlılar” – “qaraqalpaqlar” deyirdilər; qalpaq – 

papaq deməkdir. Onların ailələri Kiyev Rus dövlətinin Ģərqində 

elə  sərhəd  qəsəbə  və  Ģəhərlərində  yerləĢdirilirdi  ki,  digər  türk 

tayfalarının  basqını  zamanı  ilk  zərbəyə  onlar  məruz  qalsınlar. 

Rus  dövlətinin  sərhədləri  geniĢləndikcə  qaraqalpaqların  da  ya-

ĢayıĢ məskənləri sərhəd xətlərinə yaxınlaĢdırılırdı. Vaxtilə Qara 

dənizin  Ģimal  sahillərində  yerləçən  qaraqalpaqların  Xəzər  dəni-

zinin  Ģərqinə  qədər  irəliləməsi,  yəqin  ki,  bununla  əlaqədardır. 

Hazırda  onlar  Özbəkistan  Respublikasının  Qaraqalpaq  MR-də 

yaĢayırlar) və türk tayfalarının ələ keçirilməsində onlardan geniĢ 

istifadə  edilməsi  və  s.  Nizamiyə  tarixin  nəbzini  tutmağa,  ayrı-

ayrı  xalqların,  xüsusilə  rus  xalqının  gələcək  taleyi  haqqında 

müəyyən  nəticə  çıxarmağa  geniĢ  imkanlar  verirdi.  ġairin  döv-

ründə  Alan,  Qıpçaq,  Xəzəristan  və  b.  türk  xalqları  müstəqil 

olsalar da, Nizami baĢa düĢürdü ki, bu xalqlar sürətlə geniĢlənən 

Rus  dövlətinin  təsirı  altındadır,  onlar  gec-tez  öz  müstəqilliyini 

itirəcəkdir. Tarix Ģairin uzaqgörənliyini, gələcəyi peyğəmbəranə 

Ģəkildə duyma qabiliyyətini real faktlarla sübut etdi. 

Tarix,  dilçilik,  xüsusən  onomastikaya  aid  aparılan  son  tədqi-

qatlar bir daha sübut edir ki, türk xalqları müasir rus xalqının, onun 

dövlətinin,  dövlətçiliyinin,  mədəniyyətinin  formalaĢmasında  müs-




314 

təsna rol oynamıĢdır. Kiyev Rus dövlətini  yaradanlar da, onu 200 

ilə qədər idarə edən də və tədricən bu dövlətin idarəsini öz slavyan 

nəvə və nəticələrinə güzəĢtə gedən, I Pyotra qədər Rusiyanın daxili 

və  xarici  siyasətində  mühüm  rol  oynayan  da  məhz  türklər  ol-

muĢlar...  IX-X  əsrdən  baĢlanan  bu  proses,  görünür,  Nizami  Gən-

cəvinin  dövründə  tədricən  sürətlənmiĢ  və  diqqəti  daha  çox  cəlb 

etmiĢdir.  Elə  buna  görə  də  Ģair  müxtəlif  türk  əyalətlərini  mahiy-

yətcə türk olan qədim Rusun vilayətləri kimi göstərmiĢdir. 

Rus, Zənci (qoĢa məc. et.) – Rus Rusiya, zənci isə Afrika və 

b. ölkələrdə yaĢayan xalqların ümumi adıdır. 

Dünyada nə qədər rus var, zənci var, 

Bundan daha yaxĢı toy etməz onlar (Xġ-343). 

Beytdə  rus  –  ağlıq  əlaməti  kimi  gündüzə,  zənci  –  qaranlıq 

əlaməti  kimi  gecəyə  iĢarədir.  Beytin  mənası:  Dünya  durduqca 

bundan yaxĢı toy edilməz. 

Rus dənizi (xat. top.) – Ölüm ayağında olan Ġskəndər keçmiĢ 

qəhrəmanlıqlarını  xatırlarkən  Rus  dənizinin  də  adını  çəkir.  Yə-

qin ki, Ģair Rus dənizi dedikdə, Volqa çayını (Qədim adı Ġtildir) 

nəzərdə tutur. 

Yudum məcucluğu dünya üzündən

Rus dənizində də od qaladım mən (Ġ-584). 

Rus  eli  (top.)  –  Slavyan  və  türk  xalqlarının  yaĢadığı  yerlər 

nəzərdə tutulur. 

Dedi: - Rus elində vardı qabaqlar... (YG-192). 

Rus nəhri (məc. top.) – Volqa çayına iĢarədir. “Nəhr” ərəb-

cə çay, axar su deməkdir. 

Gül rəng qılıncıyla, istəsə, həmən 

Rus nəhri axıdar zəng çeĢməsindən (Xġ-42). 

Yəni  Qızıl  Arslan  qılıncıyla  Zəng  çeĢməsindən  (Bizə  elə 

gəlir  ki,  Zəng  çeĢməsi  dedikdə  Ģair  zəncilərin  çayı  olan  Nil 

çayını  nəzərdə  tutur)  Volqa  çayını  axıda  bilər  (Bu,  ən  qüvvətli 

mübaliğədir). 

Rus Ģahı, Rum Ģahı (ana. və ep. an.) – Bu antroponimik bir-

ləĢmələr ancaq tərkiblərindəki “s” və “m” hərflərinə görə bir-bi-

rindən fərqlənir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə