Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə112/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   108   109   110   111   112   113   114   115   ...   138

336 

Sur  (mif.  ktem.)  –  Ərəb  sözüdür  və  böyük  buynuzdan  qay-

rılmıĢ boru və  ya Ģeypur deməkdir. “Suri-Ġsrafil” (bax) – “Ġsra-

filin  Ģeypuru”  mənasında  iĢlənir.  Dini  etiqada  görə,  Qiyamət 

günündə ölüləri oyatmaq və haqq-hesab ayağına çağırmaq üçün 

Ġsrafil (bax) adlı mələk bu Ģeypuru çalacaqdır. Bu, Sur adlı bürc-

lə omonimdir. 

Ġsrafildən, Surdan bir bəhs açaraq

Demədim məqsəddən düĢməyim uzaq (Ġ-385). 



Sur, Ay (qoĢa məc. kos.) – ġair Fitnəni Aya, onun boynunda 

qaldırdığı buzovu isə Sura bənzədir. 

GünəĢ Surda olar bahar zamanı, 

Suru dolandıran ay varmı, hanı? (YG-106). 

Bahar fəslində GünəĢ Öküz və Buzov bürcündə mənzil salır. 

Məcazi  mənada:  GünəĢ  Buzovu  öz  çiynində  aparır.  ġair  çox 

gözəl obraz yaradıb. Beytin mənası: Bahar fəslində çiynində Bu-

zov gəzdirən GünəĢ görmüĢdük, amma buzov gəzdirən Ay gör-

məmiĢdik, eləsi varmı?  



Sur, Zöhrə (qoĢa məc. kos.) – ġair Bəhram Gur zamanında 

ölkənin firavanlığını planetlərin vəziyyəti ilə müqayisə edir. 



Sur bəxti tapmıĢdı onda zamana; 

Zöhrə sahib idi onda dövrana (YG-101). 

Zöhrə (Venera) – çalğı, rəqs və Ģənliyin hamisidir və o, Sur 

(Öküz)  bürcündə  qərar  tutanda  Yer  üzündə  həm  sabitlik,  fira-

vanlıq, həm də çalıb oynamaq, Ģənlik, ziyafət məclisləri, eyĢ-iĢ-

rət bərqərar olur. 

Suri-Ġsrafil (məc. mif.) – Ġskəndər və Zəngibar Ģahın qoĢunları 

vuruĢa hazırlaĢarkən çalınan nayları Ģair Suri-Ġsrafilə bənzədir. 

Uzağa səs salır naylar elə bil 

MəhĢərdir, çalınır suri-Ġsrafil (Ġ-89). 

Ġslam  rəvayətlərinə  görə,  merac  zamanı,  Məhəmməd  pey-

ğəmbər Suri-Ġsrafilin yerləĢdiyi yerdən də yüksəyə qalxmıĢdır. 



Suri-Ġsrafilin rəsədgahından 

Ötdü daha əngin yüsəkliklərə (YG-27). 



Sübhün  ĢahənĢahı  (məc.  an.)  –  GünəĢ  metaforik  Ģəkildə 

Sübhün ĢahənĢahına bənzədilir. 




337 

Sübhün ĢahənĢahı təxtinə çıxdı, 

Zənci qoĢununu rumlular yıxdı (Xġ-162). 

Yəni:  GünəĢ  çıxdı,  iĢıq  (gündüz)  gecəyə  qalib  gəldi,  hava 

iĢıqlandı. 



Süheyl  (kos.)  –  Cənubda  görünən  çox  parlaq  bir  ulduzdur. 

Kanon  adlanan  bu  ulduz  Yəməndə  çox  yaxĢı  göründüyü  üçün 

Süheyli-Yəmən də adlanır. Deyilənə görə, Süheyl çıxanda dərini 

onun  iĢığında  dabbaqlayırlar;  əqiq  də  guya  rəngi  ondan  alır. 

Klassik  ədəbiyyatda  parlaqlığın,  gözəlliyin  rəmzi  və  Yəmənin 

hamisi kimi iĢlənmiĢdir. 

Üzünə nur çiləyən könlümün Süheylidir (SX-55). 

Burada Süheyl könülün parlaqlığına bənzədilmiĢdir. 

Səbanın zərif gülləri hərəkətə gətirməsi Süheyl ulduzu altın-

da dəri aĢılanmasına bənzədilir. 



Süheyl dabbaqlığına baĢladı bağda səba, 

Zərif güllü dərilər aĢladı bağda səba (SX-60). 

Paltarını  çıxaran  ġirinin  bədəni  metaforik  Ģəkildə  Süheylə 

bənzədilir. 

ġəkər paltarını Süheyl çıxartdı (Xġ-87). 

Süheyl  ulduzu  metaforik  Ģəkildə  Yəmən  ölkəsində  taxta  çı-

xan hökmdara bənzədilir. 

O zaman Süheyl ulduzu durdu 

Yəmən ölkəsində taxtını qurdu (YG-57). 

Bəhram Gurun üzü Süheylə bənzədilir: 

Onda ki, Bəhramın üzü nur saldı, 

Yəmən dərisindən xamlığı aldı. 

Könüldən Ģad etdi bu iĢ Münziri, 

Necə ki, Süheyldən parlayar dəri (YG-66). 

Əsatirə görə, Yəmən ulduzu Süheyl (Kanonus) o ərazinin ne-

mət  mənbəyidir. Dünyada Ģöhrət  tapmıĢ  ən incə  dəri olan  ədim 

guya  Süheylin  Ģüaları  sayəsində  xamlığını  itirib  qırmızı  Ģəffaf 

rəng  alır.  Beytin  mənası:  Bəhramın  Süheylə  bənzər  parlaq  üzü 

Yəmən  torpağında  iĢıq  saçanda  Münzirin  üzü  ədim  kimi 

sevincdən qızarırdı. 




338 

Bəhram Gurun taxta-taca sahib olmaq üçün Yəməndən ordu ilə 

çıxması Yəmən səmasında Süheyl ulduzunun çıxmasına bənzədilir. 

Göy yerə enməyə göstərməkdə meyl, 

BaĢını qaldırmıĢ Yəməndən Süheyl (YG-81). 

Burada  Göy  –  Bəhram,  yer  –  Ġran,  Süheyl  –  Bəhram  Gura 

iĢarədir.  Beytin  mənası:  Yəməndə  yaĢayıb  Yəmən  ulduzu  Sü-

heylə bənzəyən və göylərə ucalan Bəhram Ġrana yürüĢ edib onu 

cəzalandırmaq istəyir. 

ġair Məhəmməd peyğəmbərin meraca  gedərkən mindiyi  əf-

sanəvi at olan Büraqı Süheyl ulduzuna bənzədir. 

Ərəb səmasinda bir Süheyl çapdı, 

Yəmən gönü ondan yeni rəng tapdı (Ġ-25). 

Yəni Məhəmməd peyğəmbərin Büraqı Ərəb torpağının göy-

lərində Süheyl ulduzu kimi parladı, onun nurundan Yəmənin tu-

macı rəng və qoxu aldı. 



Süheyl (məc. kos.) – ġair Süheyl (bax) ulduzunu metaforık 

Ģəkildə GünəĢə, GünəĢ və Ayı isə insana bənzədir. 

Yəmənə Süheyl saçarkən atəĢ 

Heyran qaldı buna həm ay, həm günəĢ (YG-62). 

Ġskəndər  metaforik  Ģəkildə  özünü  Süheylə,  vətənini  isə  Yə-

mənə bənzədir. 

Öz mülkümdən mənə iqta göstərmə, 

Süheylə baratı Yəməndən vermə (Ġ-138). 

Burada  Ġskəndər  Daraya  cavab  verir  ki,  öz  ölkəmdən  mənə 

pay vermə. Süheyl ulduzu özü Yəməndədir, yəni Yəmənə məx-

susdur, ona Yəməndən barat verilməz. 



Süheyl  ulduzu  (məc.  kos.)  –  Ġskəndərin  ordusunun  Yə-

məndə qaldırdığı tozu Ģair Süheyl ulduzuna bənzədir.  

Parlatdı Yəməni ordunun tozu

Gönü parladantək Süheyl ulduzu (Ġ-200). 



Süleyman  (an.)  –  Süleyman  ibn  Qılıc  Arslana  iĢarədir. 

“Yeddi  gözəl”  poemasının  ithaf  olunduğu  güman  edilən  Kiçik 

Asiyanın hökmdarı. 

Bu yolda cəhd elə, bu yolda səy et, 

Divlərin əlindən, gəl, onu gizlət. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə