Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə109/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   105   106   107   108   109   110   111   112   ...   138

327 

Sərəndib,  Adəm  (xat.  on.)  –  Ġskəndər  vəsiyyət  edərkən 

keçmiĢ  igidliklərini xatırlayanda  Sərəndib  və  Adəm  adlarını  da 

yada salır. 

Hətta Sərəndibə gedib çıxaraq, 



Adəmin izinə basdım mən ayaq (Ġ-584). 

Sərfə (kos.) – Ġyirmi səkkiz Ay mənzilindən biridir. 

Əzra kənar durmaz gözəl Sərfədən (LM-185). 



Sərhəng (an.) – “Yeddi gözəl” poemasında obraz adı. “Sər-

həng”  fars  sözüdür,  qoĢun  böyüyü  ,  polk  komandiri,  polkovnik 

deməkdir. 

Sərhəng öldürməyib keçdi qanından. 

Söylədi: - Amandır, bu sirri açma... (YG-105). 

Bir sərhəng vardı ki, nəsli çox ulu

ġir kimi acıqlı, qurdtək qorxulu (YG-104). 

Bu  acıqlı  və  qorxulu  sərkərdəni  Fitnə  öz  Ģirin  dili  ilə  yum-

Ģalda  bilir.  Bu  isə  Fitnə  obrazını  səciyyələndirən  əsas  xüsusiy-

yətlərdən biridir. Bax: Fitnə. 

Sərir (kos.) – Ulduz adı. 

Sərir üç ulduzla bir məclis qurmuĢ, 

Dördüncü fələyin altinda durmuĢ (LM-186). 



Sərir  (top.)  –  Dağıstanda  avarların  əcdadlarinin  yaĢadığı 

dağlıq  ölkənin  adı.  “Sərir”  adı  yerli  hökmdarın  titulu  olan 

“Sahib əs-sərir”(taxt sahibi) sözünün qısaldılmıĢ formasıdır. Gu-

ya  axırıncı  Sasani  Ģahı  Yəzdəgird  qızıl  taxtı  və  xəzinəni  ərəb-

lərin əlinə  keçməsin deyə, bunları  bir nəfərlə  Sərirə  yollamıĢdı. 

Sonralar  taxt  və  xəzinəyə  sahiblənən  həmin  Ģəxs  ölkədə  haki-

miyyəti  ələ  keçirmiĢdi.  QonĢu  alanlar  və  xəzərlərlə  gah  ittifaq 

bağlayan,  gah  da  müharibə  vəziyyətində  olan  Sərir  o  dövrdə 

Dağıstanda  ən  güclü  hakimlərdən  biri  idi.  Təqribən  851-ci  ildə 

ġirvanĢah  Sərirə  hücum  etdi.  968-ci  ildə  Dərbənd  əmirliyinin 

müttəfiqi olan sərirlilər sonralar. ġirvanĢahlar tərəfə keçib 971-ci 

ildə Dərbənd əmirini məğlubiyyətə uğratdılar (ASE.VIII). 

Nizaminin  təsvirində  isə  Sərir  bir  Ģəhərdir  və  guya  Key-

xosrovun qeyb olduğu mağara buradadır. 

 



328 

Ordunu Səririn Ģəhrinə çəkdi, 

Keyxosrov taxtını görmək istərdi (Ġ-241). 

Burada söhbət Ġskəndərdən gedir. ġair Ġskəndərlə bağlı rəva-

yətləri  zənginləĢdirmək  məqsədi  ilə  öz  dövrünə  yaxın  əsrlərdə 

baĢ  vermiĢ  hadisələri  Ġskəndərin  dövrü  ilə  səsləndirmiĢ,  Yəz-

dəgird  adını  Keyxosrovla,  Sasani  sülaləsini  Kəyan  sülaləsi  ilə 

əvəz etmiĢdir. 



Sərirli (et.) – Sərir ölkəsində (və ya Ģəhərində) yaĢayan xal-

qın adı (Xalqın yaĢadığı ölkə və ya Ģəhərin adı ilə adlanması). 



Sərirli eĢitdi Ġskəndər gəlir, 

Keyxosrov taxtını görmək istəyir (Ġ-241). 



Sərraf  (an.)  –  “Ġskəndərnamə”  əsərində  olan  “Hekayət”də 

epizodik obraz adı. “Sərraf” ərəb sözüdür və bir dövlətin pulunu 

müəyyən faizlə baĢqa bir dövlətin pulu ilə dəyiĢən adam; məcazi 

mənada  isə  baĢa  düĢən,  hər  Ģeyi  dərindən  bilən  deməkdir.  ġair 

isə  bu  sözü  qızıl  və  digər  qiymətli  daĢ-qaĢ  satan  mənasında 

iĢlətmiĢdir. Ad obrazı düzgün xarakterizə edir. 

Gülərək o sərraf, o azad insan

Söz açdı qızılın qarıĢmasından (Ġ-31). 



Sərvinaz  (an.)  –  Birinci  iqlim  padĢahının  qızı  tərəfindən 

söylənən  əfsanəvi  nağılda  obraz  adı.  “Sərv”(farsca  cənubda  bi-

tən  həmiĢəyaĢıl  ağacın  adı)  və  “naz”  sözlərinin  birləĢməsindən 

əmələ gəlmiĢ və “nazlı gözəl” mənasında iĢlənmiĢdir. 

BaĢını qaldırdı keçmədən bir az

Kənizə üz tutub dedi: - Sərvinaz... (YG-147). 

Sərvinaz xanımlar xanımı Türkütazın kənizidir. 

“Sərvi-səhi” (id.) – Orta əsr ġərq musiqi havalarından biri. 

“Sərvi-səhi” səsi gəlcək qulağa 

Bülbül sarmaĢırdı güldə budağa (Xġ-168). 

“Sərvi-səhi”  –  “sərv”(bax:  Sərvinaz)  və  “səhi”(farsca  düz, 

qədd-qamətli) sözlərindən düzəlmiĢ və həqiqi mənada “uzun yaĢıl 

ağac”, məcazi mənada isə “ucaboy gözəl” kimi baĢa düĢülə bilər. 

“Sərvistan” (id.) – Orta əsr ġərq musiqi havalarından biri. 

“Sərvistan” baĢlayıb ötəndə dil-dil 

Səba sərvistana girməzdi bir il (Xġ-168). 




329 

Səyamək (məc. an.) – Ġran mifologiyasında birinci adam və 

birinci Ģah olmuĢ Kəyumərsin oğlu, “ġahnamə”nin qəhrəmanla-

rından biridir. ġair Bəhram Guru Səyaməkin barına – meyvəsinə 

bənzədir. 

Varlıq aləminə bəzək salmısan, 

Səyaməkin təzə, tər bir barısan (YG-87). 

SəyavuĢ (məc. an.) – ġair torpağa axan qanı toxuma, həmin 

toxumdan göyərə biləcək məhsulu isə SəyavuĢa bənzətmiĢdir. 

Bu çöl torpağında çox qan axmıĢdır, 

Sanma bir SəyavuĢ yerdən qalxmıĢdır (Xġ-209). 

Beytin  mənası:  bu  çöl  torpağına  axan  qanlardan  dünyaya 

canlı adamın gələcəyinə ümid etmə. 

SəyavuĢ “ġahnamə”də Ġran Ģahlarından Keykavusun (bax) oğ-

ludur. Onu pəhləvan Rüstəm-Zal tərbiyə etmiĢdir. Atasının zövcə-

lərindən olan Südabə ona aĢiq olaraq məqsədinə çatmadıqda Səya-

vuĢa  böhtan  atmıĢ,  atası  qəzəblənərək  ona  günahkar  olmadığını 

sübut  etmək  üçün  atı  ilə  bərabər  atəĢdən  keçməyi  əmr  etmiĢdi. 

SəyavuĢ  oddan  salamat  keçib,  Turana  qaçmıĢ  və  Turan  padĢahı 

Əfrasiyab tərəfindən hörmətlə qarĢılanmıĢdı. Əfrasiyab qızı Firən-

gizi ona verib, onu özünə damad etmiĢdisə də, sonra saray fitnələri 

nəticəsində ondan bədgüman olmuĢ və baĢını kəsmiĢdi. 

“ġahnamə”də  SəyavuĢun  intiqamını  düĢməndən  almaq  uğ-

runda  uzun  müharibələr  təsvir  olunduğundan  “SəyavuĢ  qanı” 

istilahı sonrakı Ģairlər tərəfindən də qələmə alınmıĢdır. 

Qulağı çərtməkdir baĢın dərmanı, 

Dəmüləxəveyndir SəyavuĢ qanı (Xġ-359). 

Dəmüləxəveyn – qardaĢ qanı deməkdir. 

SəyavuĢ,  CəmĢid,  Dara  (qrup  xat.  an.)  –  ġair  Bəhram  Gu-

run(bax)  vəziri  olan  Rastü-RövĢənin(bax)  xainliyindən  bəhs 

edəndə  adları  çəkilən  bu  Ģəxsləri  də  xatırlayır.  Çünki  dini  əf-

sanələrə  görə,  müxtəlif  dövrlərdə  yaĢayan  bu  Ģəxslər  də  xə-

yanətin qurbanı olmuĢlar. SəyavuĢ saray ziddiyyətləri nəticəsin-

də  dayısı  və  qayınatası  Əfrasiyab  tərəfindən  baĢı  kəsilmiĢdi. 

CəmĢid  (bax)  xəyanət  nəticəsində  taxtdan  salınmıĢ,  taxta  Zöh-



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə