Müəllim: Prof. İramin İsayev Magistrant: İsmayılova Eminə Fənn



Yüklə 62,13 Kb.
səhifə1/4
tarix23.12.2023
ölçüsü62,13 Kb.
#155286
  1   2   3   4
Pedaqogika tarixi (İramin m)

    Bu səhifədəki naviqasiya:
  • Fənn

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universiteti





S Ə R B Ə S T İ Ş
Fakütlə: Magistratura və Doktorantura
İxtisas: Pedaqogikanın tarixi və nəzəriyyəsi
Müəllim:Prof. İramin İsayev
Magistrant: İsmayılova Eminə
Fənn: Pedaqogika tarixi
Mövzu: İ.H Pestalossi və A.Disterverqin pedaqoji fikirləri

Bakı-2023



  1. İohann Henrix Pestalossi

XIX əsrin klassik pedaqoqlarından biri (klassik – elm, incəsənət, ədəbiyyat sahəsində ən görkəmli, ən nümunəvi xadim) görkəmli pedaqoq-demokrat İohann Henrix Pestalossi 1746-cı ildə yanvarın 12-də İsveçrənin Sürix şəhərində anadan olmuşdur. İ.Pestalossi üçillik ibtidai təhsilini başa vurub, 1754-cü ildə yeddillik kursu olan latın məktəbinə daxil olur. Bu məktəbi bitirdikdən sonra, 1761-ci ildə humanitar kollegium adlanan aşağı tipli məktəbə, 1770-ci ildə universitet tipli ali kollegiuma daxil olur. Həmin illərdə gənclər Sürixdə “Gelvetik cəmiyyət” təşkil etmişdilər. Özlərini “gənc vətənpərvərlər” adlandıran dərnək üzvləri xalq kütlələrinin vəziyyətini yaxşılaşdırmaq məqsədini qarşiya qoymuşdu. İ.Pestalossi ali məktəbi buraxıb dərnəyin işində fəal iştirak edir. O, dərnəkdəki çıxışlarında həmişə yoxsulların tərbiyəsi və maariflənməsi haqqında danışır və özünün dəyərli fikirlərini irəli sürürdü. Çox keçmədən dərnək hökümət tərəfindən bağlanır (1776) və onun üzvləri həbs olunur. Həbsə alınan İ.Pestalossi üç gündən sonra azad olunur.


1769-cu ildə İ.Pestalossi çox böyük ümidlərlə Sürixə (İsveçrədə şəhər) yaxın bir yerdə “Neyqof” (“Yeni həyat”) adlandırdığı kiçik bir malikanə alır. O, öz malikanəsində “Yoxsullar üçün müəssisə”təşkil edir. Amansız bir surətdə istismar olunan 8-15 yaşlı kəndli uşaqlarını buraya toplayır. O, uşaqları kənd təsərrüfatı işlərində işlətməyi, həm də onlara elementar təhsil verməyi qarşısına məqsəd qoymuşdu. İ.Pestalossi öz əmək məktəbi ideyasını Neyqofda həyata keçirir, təhsilin əməklə birləşdirilməsini irəli sürürdü. Müəssisə maddi çətinlik ucbatından bağlandı. İ.Pestalossi birinci uşaq evinin təcrübəsi əsasında “Rahibin axşam saatları” və “Linqard və Gertruda” adlı əsərlərini yazdı. “Linqard və Gertruda” nəşr olunduqdan sonra o, böyük müvəffəqiyyət qazandı. Romanda kənd yoxsullarının həyatı, onların dilənçiliyinin, cəhalətdə qalmasının, köməksizliyinin, istismar olunmalarının səbəbləri, ailə-məişət məsələləri öz əksini tapmışdır.
Fransız burjua inqilabının(1789-1794) təsiri ilə 1798-ci ildə İsveçrədə inqilab baş verir və burjua respublikası yaranır. İ.Pestalossi inqilabın ən fəal rəhbərləri sırasında olduğundan ona məhsul vəzifə tutmağı təklif edirlər. Lakin o, təklifə “Mən müəllim olmaq istəyirəm” - deyə cavab verir.
Yetim və kimsəsiz uşaqlara məxsus yetimlər evi açıb onlara rəhbərlik etmək üçün İ.Pestalossi Stans şəhərinə (İsveçrədə şəhər) gedir. Orada 80 nəfərlik yetimlər evi təşkil edib ona rəhbərlik edir. İ.Pestalossi Stansda öz uşaq müəssisəsini ailə tərbiyəsi prinsipi əsasımda qurmuşdu. Burada onun fəaliyyəti uzun sürmür, haqqında daxili işlər nazirinə birtərəfli məlumat verildiyi üçün o, Stansdakı uşaq müəssisəsinə rəhbərlik etməkdən uzaqlaşdırılır.
O, 1799-cu ilin iyulunda Burqdorf (İsveşrədə şəhər) şəhərindəki ibtidai məktəbə təyinat alır. Burqdorfdaİ.Pestalossi gəlmə (şəhərdə vətəndaşlıq hüququ olmayan) əhali üçün açılmış məktəbdə müəllim köməkçisi olur. 1800-cü ilin payızında onun başçılığı ilə Burqdorf institutu – internatı olan orta məktəb təşkil olunur. Bu məktəb müəllim hazırlayırdı. Oısa müddətdə institut Avropada geniş şöhrət qazandı. Rusiyadan, Almaniyadan, Fransadan, İngiltərədən, İtaliyadan, İspaniyadan buraya tələbə göndərilir.İ.Pestalossi bu illərdə “Gertrudanın öz uşaqlarına təlim verməsi”, “Analara məxsus kitab”, “Müşahidələr əlifbası”, “Rəqəm haqqında əyani təlim” əsərlərini yazdı.
Burqdorfdakı institut binası hökümətə lazım olduğu üçün 1804-cü ildə boşaldıldı. Ona görə də İ.Pestalossi institutu Münxenbuxzeyə, sonra isə İfertona köçürür. 1825-ci ilə kimi İ.Pestalossi həmin instituta rəhbərlik edir. Ömrünün sonunda keçmiş dostları ona qarşı böhtanla dolu çıxışlar etməyə başlayırlar. Ona görə də İ.Pestalossi pedaqoji işdən əl çəkib Neyqofdakı nəvəsinin yanına köçür. Burada o son əsəri “Qu nəğməsi”ni yazır.
İ.Pestalossi 1827-ci il fevralın 17-də 81 yaşında vəfat etmişdir.
Onun qəbri üzərində qoyulmuş abidədə belə yazılmışdır:“Neyqofda yetimlər xilaskarı, “Linqard və Gertruda”da xalq carçısı, Stansda yetimlər atası, Burqdorf və Münxenbuxzedə yeni xalq məktəbinin yaradıcısı, İfertonda insanlıq tərbiyəçisi. İnsan, xristian, vətəndaş, başqaları üçün hər şey, özü üçün heç şey etməyə çalışan İohann Henrix Pestalossi”.
İ.Pestalossi demokratik maarifpərvər kimi, ictimai həyatı dəyişməkdə tərbiyə və maarifi əsas vasitə sayırdı. Xalqın cəhalətdə yaşamasının səbəbini iqtisadiyyatda deyil, əhalinin savadsızlığında görürdü. Bu məqsədlə uşağa elementar təhsil verilməsini vacib sayırdı. İ.Pestalossinin pedaqoji ideyalarının əsasını tərbiyənin təbiətəmüvafiqlik prinsipi təşkil edir. Uşaqda bütün qüvvə və qabiliyyətlər rüşeym vəziyyətində olur, təbii inkişaf təmrinlər yolu ilə həyata keçirilir. İ.Pestalossi elementar təhsil ideyasına irəli sürür. Yalnız əmək prosesində insanın mənəvi qüvvələrinin və qabiliyyətlərinin inkişafı mümkündür.
İ.Pestalossi deyirdi ki, təbiətəmüvafiq tərbiyə ailədən başlanır, əxlaq tərbiyəsinin əsası ailədə qoyulur. Əxlaqın sadə forması anaya məhəbbətdir. Uşaq kiçik yaşlarında ana nəvazişi görür və ona görə də ana ilk tərbiyəçi olur.İ.Pestalossi uşaqların analara olan məhəbbətini əxlaq tərbiyəsinin sadə ünsürü hesab edirdi. Müəllimin vəzifəsi isə bunu bütün adamları sevmək istiqamətində inkişaf etdirməkdir.
Ana kimi sevirsə, uşaq da onu sevir. Ana kimə etibar edirsə, uşaq da ona etibar edir. Hətta ana uşağın indiyədək heç zaman görmədiyi yad adam haqqında: “O səni sevir, sən ona etibar etməlisən, o yaxşı adamdır, ona əl ver” – dedikdə, uşaq həmin adama baxıb gülümsəyir və həvəslə öz məsum əlini ona tərəf uzadır. İ.Pestalossinin əxlaq tərbiyəsi onun dini görüşləri ilə sıx bağlıdır. Onun bütün insanları sevmək fikri Allahı sevmək və ona inanmaq ideyası ilə əlaqədar idi.
İ.Pestalossi deyirdi ki, ailədən başlanan təbiətəmüvafiq tərbiyə sonra məktəbdə davam edir. İ.Pestalossinin pedaqoji nəzəriyyəsində əqli təhsil məsələləri mühüm yer tutur. İnsanın əhəngdar inkişaf ideyasından çıxış edərək İ.Pestalossi əqli təhsili əxlaq tərbiyəsi ilə sıx əlaqələndirmişdir. O, təlimin vəzifəsini yalnız müəyyən bilik toplamaqda deyil, həm də uşağın düşünmək qabiliyyətini inkişaf etdirməkdə görürdü.
Onun elementar təlimi üç ünsürdən: say, söz və formadan ibarətdir. İ.Pestalossiyə görə, ilk təlim sözdən (danışıqdan), saydan, ölçüdən başlanır. Elementar təlim, hər şeydən əvvəl, ölçü, hesab və nitqin inkişafında birləşir. İ.Pestalossinin bu nəzəriyyəsi dövrün ibtidai məktəblərində təhsilin məzmununu dəyişdirdi, tədris planına oxu, yazı, hesab, rəsm, nəğmə, gimnastika, coğrafiya, tarix, həndəsə və təbiətdən ilk məlumat daxil edildi.
İ.Pestalossi əyaniliyə geniş yer verir və biliyin əsasına müşahidəni qoyurdu. Y.A.Komenskinin əyaniliklə bağlı fikirlərini inkişaf etdirən İ.Pestalossi deyirdi ki, bütün biliklərin mütləq əsası üçün əyaniliyi qəbul etməklə təlimin yüksək prinsipini müəyyənləşdirdim. O, təlimin sistematiklik, ardıcıllıq, tədricilik, biliklərin möhkəmləndirilməsi prinsiplərini fərqləndirirdi. Onun fikrincə, təlim asandan çətinə, sadədən mürəkkəbə doğru getməli, təlim materialı uşağın yaşına və gücünə uyğun olmalıdır.
Uşaq orqanizminin bütün hissələrinin möhkəmlənib inkişaf etməsində İ.Pestalossi fiziki tərbiyəni əsas vasitə hesab edirdi. İ.Pestalossi öz fəaliyyətində və əsərlərində əmək tərbiyəsinə böyük yer verirdi. O, əməyi əxlaq tərbiyəsi üçün mühüm vasitə hesab edirdi və uşağın əmək tərbiyəsinin də ailədən başlanmasını lazım bilirdi. İ.Pestalossi əməyin üç əsas səhəsini - əkinçilik, evdarlıq, sənayedə işləmək – fərqləndirir, onların məktəbdə əməli surətdə uşaqlara öyrədilməsini, məhsuldar əməklə sıx əlaqələndirilməsini vacib bilirdi. Göründüyü kimi İ.Pestalossi təlimin istehsalatla birləşdirilməsi ideyasını irəli sürmüşdür.
İ.Pestalossi ibtidai məktəbdə ana dilinin xüsusi metodikasını işləyən pedaqoqlardan biridir. İ.Pestalossi ana dilinin tədrisi metodikasının əsasına uşaq nitqinin düzgün inkişaf etdirilməsi prinsipini qoyurdu.Mənalı ömrünü yoxsul insanların həyatının yaxşılaşdırılmasına həsr edən İ.Pestalossi uşaqların inkişafında tərbiyəyə böyük yer vermiş, onu nəzəri və praktik cəhətdən səciyyələndirmiş; xalq məktəblərinin qarşısında insan qüvvəsinin və qabiliyyətlərinin ahəngdar inkişafı vəzifəsini qoymuş; təlimin əməklə birləşdirilməsi ideyasını irəli sürmüş; təlim prosesində uşaqların psixoloji xüsusiyyətlərini hesaba almağı və onların məntiqi təfəkkürünü inkişaf etdirməyi zəruri hesab etmiş; elementar təhsil nəzəriyyəsini, fənlərin xüsusi metodikasını işləyib hazırlamış, öz elmi-nəzəri və təcrübi fikirləri ilə Avropada və Rusiyada pedaqoji elmin inkişafına təsir göstərmişdir.
İohan Heinrix Pestalossinin tez-tez Pestalozzianizm olaraq adlandırılan təhsil nəzəriyyəsi təhsilə vahid və uşaq mərkəzli yanaşmanı vurğulayırdı. Onun təhsil nəzəriyyəsinin bəzi əsas cəhətləri bunlardır:




  1. Yüklə 62,13 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə