Müəllim: Prof. İramin İsayev Magistrant: İsmayılova Eminə Fənn


Fridrix Adolf Vilhelm Disterveq



Yüklə 62,13 Kb.
səhifə3/4
tarix23.12.2023
ölçüsü62,13 Kb.
#155286
1   2   3   4
Pedaqogika tarixi (İramin m)

2.Fridrix Adolf Vilhelm Disterveq

Görkəmli alman pedaqoqu Fridrix Adolf Vilhelm Disterveq 1790-cı ildə Zigen şəhərində məhkəmə məmuru ailəsində anadan olmuşdur. O, əvvəlcə xalq məktəbində, sonra isə latın məktəbində oxumuşdur.1808-ci ildə A.Disterveq bir vaxtlar Y.A.Komenskinin oxuduğu Herborn universitetinə daxil olmuş, bir ildən sonra Tyubingen universitetinə keçmişdir. 1811-ci ildə universitet təhsilini başa vuran A.Disterveq altı il sonra “Dünyanın sonu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.


A.Disterveq hələ universitetdə oxuduğu zaman fəlsəfə, riyaziyyat və tarix elmləri ilə ciddi maraqlanmışdır. O, müstəqil olaraq çalışmağa üstünlük verir, J.J.Russonun, İ.Pestalossinin pedaqoji görüşləri ilə tanış olur.
Universiteti bitirdikdən sonra A.Disterveqbir müddət ev müəllimi olur, gimnaziyada müəllim işləyir. Daha sonra Manheymdə, Frankfurtda (1813-1818, Elberfelddə (1818-1820) çalışır.
A.Disterveqinəsərləri və redaktorluğu ilə nəşr olunan jurnal xalq məktəblərinin müəllimlərinə ünvanlanmışdır. O, otuz ildən çox müəllimlər seminariyasının direktoru olmuşdur. 1820-ci ildən 1832-ci ilə qədər Merseldə, 1832-1847-ci ildə isə Berlində müəllimlər seminariyasının direktoru olmuş, həm də pedaqogika, riyaziyyat və alman dilindən dərs demişdir. Bu illərdə o, Almaniya xalq məktəblərində istifadə olunan riyaziyyat, astronomiya, təbiətşunaslıq, coğrafiya və alman dilinə aid 20-dən çox dərslik və metodik rəhbərlik hazırlamışdır.
Merseldə seminariya direktoru olarkən ibtidai məktəblər üçün 200-dən artıq müəllim hazırlamışdır. A.Disterveq seminariyada və onun nəzdindəki təcrübə üçün təşkil olunmuş ibtidai məktəbdə böyük pedaqoji iş aparmışdı.1827-ci ildəA.Disterveq“Tərbiyə və təlim üçün Reyn vərəqəsi” adlı pedaqoji jurnal nəşr edir. O, ömrünün sonuna kimi bu jurnalın redaktoru olmuş, burada təlim-tərbiyənin müxtəlif problemləri ilə bağlı 400-dən artıq məqalə çap etdirmişdir. 1903-cü ildə bu jurnalın nəşri dayandırılmışdır.
A.Disterveq Berlin müəllimlər seminaryasında direktor işləyərkən həm onun nəzdindəki təcrübə məktəbində, böyük işlər görmüşdür. O, 1832-ci ildə Berlində ilk dəfə müəllimlər cəmiyyəti təşkil etmişdir. Elə ona görə də mütərəqqi alman müəllimləri hələ sağlığında ikən ona “alman müəllimlərinin müəllimi” kimi şərəfli bir ad vermişlər.
A.Disterveq 1835-ci ildə “Alman müəllimlərinin təhsilinə rəhbərlik” adlıməşhur əsərini nəşr etdirir. Bu əsər müxtəlif dillərə, o cümlədən, rus dilinə tərcümə edilərək nəşr (1837-1875-ci illərdə) olunmuşdur
Məktəblər üzərində nəzarəti ruhanilərə deyil, mütəxəssis pedaqoqlara tapşırmaq barədə A.Disterveqin fikirləri hakim dairələri qorxuya salmışdı. O, 1847-ci ildə Berlin seminariyasının direktoru vəzifəsindən çıxarıldı. 1848-ci ilin yayında A.DisterveqÜmumalman müəllimlər ittifaqının sədri seçildi. Elə həmin il o, millətin bütün uşaqları üçün vahid xalq məktəblərinin təşkilini tələb edən sənədə imza atdı. Burjua inqilabının məğlubiyyətindən sonra isə o, həmişəlik istefaya (1850) çıxdı.
İstefaya göndərildikdən sonra da Ümumalman müəllimlər ittifaqının sədri olan A.Disterveqi müəllimlər Prussiya deputatlar palatasına nümayəndə seçdilər. A.Disterveq 1851-ci ildə “Pedaqoji məcmuə” nəşr edir, Prussiyanın 1854-cü il məktəb qanununa etiraz edir. Bu qanunda məktəb kilsəyə tabe edilir, real təhsil məhdudlaşdırılır, dini məzmunlu materialların tədrisinə üstünlük verilir.A.Disterveq 1857-ci ildə bütün fəaliyyətini yekunlaşdırıb avtobioqrafik “Pedaqoji ideyalar və imkanlar” adlı kitabını nəşr etdirir. 1866-ci il iyulun 7-dəA.Disterveq76 yaşında vəba xəstəliyindən vəfat etmişdir.
A.Disterveqin pedaqoji irsində tərbiyənin mahiyyəti, məqsədi və əsas prinsipləri mühüm yer tutur. A.Disterveq tərbiyənin məqsədini insan fəaliyyətinə, həqiqətə, gözəlliyə, xeyirxahlığa xidmət etməsində göstərirdi.A.Disterveq Almaniya məktəblərində təbliğ edilən şovinizmi, kosmopolitlər yetişdirilməsini tənqid edirdi.A.Disterveq“Alman müəllimlərinin təhsilinə rəhbərlik” (1835) adlı məşhur əsərində təlim və tərbiyənin qarşılıqlı əlaqədə olan iki prinsipini – təbiətəmüvafiqlik və mədəniyyətəmüvafiqlik – fərqləndirirdi.
A.Disterveq tərbiyənintəbiətəmüvafiqliyini, yəni uşaq təbiətinintəbii inkişafına uyğun olması fikrini müdafiə edirdi. O da Y.A.Komenski, İ.Pestalossi və b. kimi uşağın təbii imkanlarla doğulduğunu, həm də bunların Allah tərəfindən əbədi müəyyən olunduğunu bildirirdi. İrsiyyətə üstünlük verən A.Disterveq deyirdi ki, palıd toxumundan müvafiq şəraitə düşdükdə başqa bir şey deyil, ancaq palıd ağacı bitə bilər.Tərbiyə etmək uşaqdakı təbii imkanları oyatmaq deməkdir. Onun tərbiyə nəzəriyyəsi oyatma nəzəriyyəsidir.A.Disterveq tərbiyənintəbiətəmüvafiqlik prinsipindən əlavə,həm dəmədəniyyətə müvafiqlik prinsipini irəli sürmüş, onun məzmununu şərh etmişdir. Bu prinsip tələb edir ki, tədris-tərbiyə prosesi xarici, daxili və ictimai mədəniyyət əsasında təşkil edilsin. A.Disterveq uşağın inkişafının həm də ictimai şəraitdən asılı olduğunu qəbul edir, tərbiyəni əbədi və tarixi kateqoriya kimi səciyyələndirirdi. Əbədilik təbiətəmüvafikliyə, tarixilik isə mədəniyyətəmüvafikliyəaiddir.
Uşağın mənəvi inkişaf qanunlarını öyrənməkdəA.Disterveq də Herbart kimi psixologiyanın rolunu yüksək dəyərləndirmiş, onu “tərbiyə haqqında elmin əsasi” hesab etmişdir. Psixologiya elminin o dövrdəki nailiyyətlərinə əsaslanaraq A.Disterveq məktəb yaşlı uşaqların inkişafının üç mərhələsini müəyyənləşdirmişdir:
1) duyğuların üstünlük kəsb etdiyi dövr (1-9 yaş). Bu yaş dövrü əyaniliyə, nağıllara, oyun fəaliyyətinə geniş yer verilməlidir.
2) hafizənin inkişafı və təsəvvürlərin toplanması dövrü (9-14 yaş). Bu yaş dövrüəyani təfəkkürlə mücərrəd təfəkkür arasında keçid təşkil edir. Tərbiyəçinin vəzifəsi planlı və ardıcıl surətdə maraqlı ideyalarla uşaq ruhunu oyatmaqdır.
3) ağıl və mühakimənin təşəkkül tapması dövrü (14 yaşdan sonra). Bu dövrdə əxlaqi görüşlər əqidəyə çevrilir, əqidə isə xarakterin qüvvəsini təşkil edir.
Uşağın inkişafinin psixoloji bölgüsünü verən A.Disterveq təbiətəmüvafik tərbiyəni bu əsas üzərində qurmağı təklif edirdi.
A.Disterveqin ümumpedaqoji ideyaları sırasında inkişafetdirici təlimməsələsi geniş yer tutur. O deyirdi ki, həqiqi təlim tərbiyəedici olmalıdır. Təlim şagirdin bütün qabiliyyətlərini inkişaf etdirməli, onun mənəvi aləminizənginləşdirməli, onun insan kimi formalaşmasına kömək etməlidir. A.Disterveq məktəbdə intizam tərbiyəsini də təlimlə bağlayır, uşağın təfəkkürünün inkişaf xüsusiyyəti ilə hesablaşmağa, onların məntiqi təfəkkürünün inkişafına xüsusi yer verirdi.
Sələfləri kimi A.Disterveq də təbiətəmüvafiq təlimin əsasını əyanilikdə görürdü.“Məktəbdə uşağın təliminin başlanğıcı” adlı kitabında A.Disterveq əyani dərslərin vəzifəsini yalnız bilik vermək də deyil, həm də uşaqları müşahidə etməyə, danışmağa və düşünməyə alışdırmaqda görürdü.
A.Disterveq təlimdə sistematikliyi, ardıcıllığı, müvafiqliyi tələb edirdi. O, təlimdə uşağın yalnız ümumi təbii xüsusiyyətlərini deyil, həm də fərdi xüsusiyyətlərini hesaba almağı zəruri sayırdı. Erkən ixtisaslaşmanı A.Disterveq uşaq təbiətinə qarşı cinayər hesab edirdi. O, ümumtəhsil ideyasından danışarkən, üstünluyu real məktəblərə verirdi, çünki real təhsil inkişaf etməkdə olan sənayenin tələblərinə cavab verirdi
A.Disterveqə görə, günəş kainat üçün nə isə, müəllim də məktəb üçün elədir, o bütün maşını hərəkətə gətirən qüvvənin mənbəyidir. A.Disterveq müəllim qarşısında yüksək tələblər qoymuşdur.


Disterverqin təhsil nəzəriyyələrinin bəzi əsas cəhətləri bunlardır:




  1. Yüklə 62,13 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə