Məntiqi Təfəkkürə yönəlmiş üsullar



Yüklə 22,43 Kb.
səhifə1/2
tarix03.05.2023
ölçüsü22,43 Kb.
#108173
  1   2
Məntiqi Təfəkkürə yönəlmiş üsullar


Məntiqi Təfəkkürə yönəlmiş üsullar
Bu gün orta məktəbdə təhsilə yanaşma dəyişir. Bugünkü təhsil şagirdlərə təkcə bilik verməyi deyil, onlarda müəyyən bacarıq və vərdişlərin inkişaf etdirilməsini də tələb edir. Şagirdi müstəqil həyata hazırlamaq şəxsiyyətyönümlü təhsilin əsas məqsədidir.
Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Fəal təlimin əsas üstünlüyü ondan ibarətdir ki, şagirdlərin idrak fəallığını artırır, onları düşündürür, müstəqil qərarlar çıxarmağa yönəldir.
İdrak insana xas olan mühüm keyfiyyətdir. O, ilk növbədə şəxsiyyətin bütün parametrlərini əhatə edir, onun fəaliyyətini tənzimləyir. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir.Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir.
Məntiq – hər bir insanın düzgün düşünə bilməsidir. Düşünmək öz-özünə mübahisə etmək deməkdir. Seçilən cavabın niyə məhz həmin cavab olmasını yəqinləşdirən fikirlərin hamısı məntiqin özüdür. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliy-yətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir.
Şagirddə idrak fəallığı yaradacaq motivasiya, mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları, fəal dərsin mərhələlərinə uyğun qurulmuş məqsədli strategiyanın özü də məntiqin, təfəkkürün inkişafına xidmət edir.
Son zamanlar məntiqlə düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə xüsusi fikir verilir. Bu, ən çox özünü riyaziyyat fənnində təzahür etdirir. Məntiqi düşünməyə həsr olunan kitablarda da bu fənnə daha çox üstünlük verilib. Ancaq artıq orta məktəblərdə də, hətta ali məktəblərə qəbulda da Azərbaycan dilindən olan məntiqi testlərə və tapşırıqlara təsadüf edilir.
Təlimə maraq aşılamaq, həm də məntiqi təfəkkürü inkişaf etdirmək məqsədilə dərslərdə bəzi nümunələrdən istifadə etmək olar. İdrak fəaliyyətinin gedişində şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü inkişaf edir. Məntiqi təfəkkür həyatın bütün sahələrində insana lazım olan vərdişdir. Məntiq şagirdlərin təfəkkürünü inkişaf etdirməyə, onların düşünmə qabiliy-yətlərini və intellektual səviyyələrini yüksəltməyə, bilik, bacarıq və vərdişlərinin daha məzmunlu və ətraflı formalaşmasına xidmət edir
Məntiqi əməliyyatlar: təhlil, sintez, müqayisə, ümumiləşdirmə, təsnifat təkcə zehni hərəkətlər kimi deyil, həm də hər hansı bir anlayışın mənimsənilməsi yolunu müəyyən edən üsullar kimi çıxış edir.Təfəkkür proseslərinə daxil olan məntiqi əməliyyatlar arasında analiz və sintezin (təhlil və tərkibin) özünəməxsus yeri var.

Yüklə 22,43 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə