Məntiqi Təfəkkürə yönəlmiş üsullar



Yüklə 22,43 Kb.
səhifə2/2
tarix03.05.2023
ölçüsü22,43 Kb.
#108173
1   2
Məntiqi Təfəkkürə yönəlmiş üsullar

Analitik təhlil - analiz cismi, hadisəni fikrən hissələrə ayırmağa, yəni
tamın ayrı-ayrı əlamətlərinin, keyfiyyətlərinin, cəhətlərinin müəyyənləşdirilməsinə deyilir.
Şagird müəyyən bir cismi, hadisəni fikrən hissələrə ayırır, hissə ilə tam, həmçinin ayrı-ayrı hissələr arasında olan münasibəti araşdırır.
Sintez əks prosesdən - həmin hissələri birləşdirməkdən ibarətdir. Təhlil
və tərkib bir-birilə vəhdət təşkil edir.
Bu baxımdan F.Engels yazırdı ki,
təfəkkür bir-birilə əlaqədar olan ünsürləri bir vəhdət halında birləşdirməkdən
ibarət olduğu qədər də şüur obyektlərini onların ünsürlərinə parçalamaqdan
ibarətdir. Təhlilsiz sintez ola bilməz.
Bu təriflərə əsasən analiz və sintezin hər birinin iki növünü qeyd etmək
olduqca vacibdir. Təhlilin birinci növü - tamın fıkrən hissələrə ayrılmasıdır.
Məsələn, orta əsr gəmisi fıkrən göyərtə, dar ağacı, sükan və s. kimi hissələrə
ayrılır. Təhlilin ikinci növündə isə tamın mühüm xassə və əlamətləri müəyyən
edilir: gəmi ağacdan düzəldilib, yelkənli gəmidir, ticarət gəmisidir və s.
Analiz və sintez prosesini VI sinifdə "Qədim Yunanıstanda qul bazarı"
tədris şəkli üzərində aparılan iş nümunəsində nəzərdən keçirək:
Müəllimin göstərişilə şagirdlər şəkildə təsvir edilən adamları, onların
geyimlərini. əşyalarını, əlləri və ayaqlarındakı zəncirləri, sinələrindəki taxta
parçasını, həmçinin davranışlarını və onların digər adamlara münasibətlərini
nəzərdən keçirirlər. Tabloda təsvir edilən adamların üzlərindəki maraq, ümidsizlik, qəzəb, qorxu, taleyə boyun əymək kimi ifadələr uşaqlara güclü emosional təsir bağışlayır. Şagirdlər yuxarıda göstərilən əlamətlərə əsasən təsvir olunan adamların vəziyyətini və onların arasındakı münasibəti asanlıqla təyin edirlər. Bununla da, təhlil əsasən qurtarır və öz yerini sintezə verir. Şagirdlər şəkildəki adamları üç qrupda birləşdirərək - qullara, qul alverçilərinə və qul alanlara bölürlər. (Əgər onlar belə tapşırığı təhlilə qədər yerinə yetirsəydilər, onları kişilərə, qadınlara və uşaqlara bölə bilərdilər ki, bu da tarixin öyrənilməsi üçün heç bir şey verməzdi.) Sonra onlar sintezin sonrakı pillələrinə qalxırlar. VI-VII siniflərdə şagirdlərin tarixi materialları mənimsəmələri zamanı buraxdıqları tipik səhvlər öyrənilən hadisələrin səthi təhlili və tələsik sintezinin nəticəsidir. Belə səhvlərdən biri tarixi obyektlərin zahiri oxşarlığının arxasında onların fərqli xassələrini görə bilməmələrindən ibarətdir ki, bu da çox zaman oxşar hadisələrin eyniləşdirilməsinə gətirib çıxarır. Məsələn, şagirdlər "plebey" anlayışını tez-tez "qul" və ya "yoxsul" anlayışı ilə eyniləşdirirlər. Bu zaman şagirdin mühakiməsi belə olur: plebey də hüquqsuzdur. Deməli, plebey də quldur. Birinci müddəadan çıxarılmış düzgün olmayan ümumi nəticə (qul hüquqsuzdur) "plebey" anlayışına şamil edilir.
Müəllimin vəzifəsi budur ki, şagirdlərə tarixi hadisələrin mühüm və fərqli
əlamətlərini, xassələrini ayırmağı öyrətsin. Bu əsasda sintez daha tam olur,
çünki ümumiləşdirmənin düzgünlüyü, hər şeydən əvvəl, təhlilin düzgünlündən
və dolğunluğundan asılıdır. Beləliklə, orta əsrlər tarixinə dair dərsliyin təhkimli kəndlilərin vəziyyəti xarakterizə edilən mətni üzərində işin gedişində məktəblilər qarşısında "təhkimli" anlayışının mühüm əlamətlərini ayırmaq və onun aşağıdakı
əlamətləri arasındakı səbəb-nəticə əlaqələrini müəyyən etmək vəzifəsi qoylur :
1) feodalın torpağından istifadə edilməsi; 2) kəndlilərin feodaldan asılılığı; 3)
feodal mükəlləfiyyətlərinin daşınması. 


Tənqidi təfəkkür
Müasir dövrdə təlimin qarşısında duran əsas məqsəd elmi texnoloji inkişafın böyüməkdə olan nəslin mürəkkəb proseslərdən məharətlə baş çıxarmaq, hadisələrə müxtəlif aspektlərdən yanaşmaq, onların mahiyyətini aydın mənimsəmək kimi qabiliyyət və bacarıqlara yiyələnməsi, inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz, bu baxımdan təlim həyata keçirilməyə başladığı andan təfəkkürdə tənqidiliyi inkişaf etdirmək vacib şərt sayılır. Ona görə ki, tənqidi ağıla sahib olan şagirdlər özlərinə aid düşüncə tərzi ilə fərqlənir, baş verən hər bir prosesi, dərk edilməsi gərəkən hər obyektin müxtəlif cəhətlərinə diqqət yetirməyə çalışır, digər cisim və proseslərlə əlaqələndirir, münasibət sistemini müəyyənləşdirir, təkcə proseslərin zəruri hissələrini öyrənməklə kifayətlənməyib, mahiyyətinin dərkinə varırlar. Tənqidi təfəkkür keyfiyyətinə malik olan insanlar duyub qavradıqları proseslər arasındakı uyğunsuzluğu asanlqıla görə bilir və bununla bağlı olaraq öz fikirlərini əsaslandıra bilirlər.
Tənqidi təfəkkür öyrənənlərdə idrak obyektlərinə yanaşmaq tərzini, qarşıya qoyulmuş məsələnin həlli istiqamətində müxtəlif üsul və vasitələrin müəyyənləşdirilməsinə əsaslanır. Belə ki, tənqidi təfəkkür qarşıya çıxan məsələnin həlli istiqamətində müvafiq üsulu müəyyənləşdirmək və ona uyğun olaraq düzgün formada dəqiqləşdirilmiş surətdə həllinə nail olma bacarığında ifadə olunan əqli keyfiyyətdir. Tənqidi təfəkkür daha çox özünü məsələnin ilk başda fikri fəaliyyət zamanı başlanğıcda, yəni “əqli eksperiment” olaraq və məsələnin həllinin son mərhələsində, yəni nəticə yönümlü qərarın” prosesində təzahür edir. Belə ki, “əqli eksperiment” məsələnin həlli üçün lazım olan üsul və vasitələrin müəyyənləşdirilməsi, əsaslandırılması, fikri prosesdə sınaqdan keçirilməsi ilə özünü göstərir. Tənqidi təfəkkürdən istifadə etməklə şagirdlər təlim tapşırıqlarının daha məqsədə müvafiq və geniş şəkildə dərk edir, sahib olduqları fikirlərə tənqidi yanaşaraq şüurlarında özünə məxsus formada təhlil edir, saf-çürük edərək biliklərə yaradıcı yanaşma bacarıqlarına malik olurlar. Tənqidi təfəkkürü inkişaf etdirmək üçün eksperiment zamanı xüsusi məntiqi quruluşa və məzmuna uyğun olan mətn və şəkillər müəyyənləşdirilib, hazırlanır. Həmin tapşırıqlara vəziyyətə uyğun olaraq, qeyri-məntiqi əlaqələr, sahələr, uyğunsuzluqlar daxil edilir. Eyni zamanda müəyyənləşən tapşırıqlar şagirdlərə müxtəlif təlimatlar şəklində çatdırılır.Beləliklə, qeyd edə bilərik ki, tənqidi təfəkkürün inkişaf istiqamətlərini təyin etməklə şagirdlərdə təhlil etmə, müəyyənləşdirmə, əlaqələndirmə, qarşılaşdırma, uyğunlaşdırma kimi bacarıqların inkişafına nail olmaqla bərabər, həm də təlim tapşırıqlarına müxtəlif yanaşmanı, eyni zamanda yaradıcı yanaşmanı da formalaşdırmaq mümkündür.
Yüklə 22,43 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə