Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə106/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   102   103   104   105   106   107   108   109   ...   138

318 

Saqi  (an.)  –  Ərəb  sözüdür,  su  verən,  su  paylayan  və  satan; 

içki  məclisində  Ģərab  paylayan  deməkdir.  Klassik  ədəbiyyatda 

isə “Saqi” ilham pərisi mənasında iĢlənmiĢdir. 

Saqi! ġərab ver ki, mənzil uzaqdır 

Xəyalım bu yolda yorulacaqdır (LM-67). 

Qara geyənlərin Ģahı səmadakı bağda olarkən Cənnət gözəl-

lərinin təĢkil etdiyi məclisdə Saqi Ģərab paylayan Ģəxsdir. 



Saqi Ģərab verdi, köpürdü, daĢdı, 

Həya keĢikçisi durmadı, qaçdı (YG-149). 



Saleh  (məc.  ag.)  –  Peyğəmbərlərdən  birinin  adı  və  ərəbcə 

xeyirxah  mənasındadır.  Əfsanələrə  görə,  Salehin  bir  dəvəsi  var 

imiĢ  ki,  peyğəmbərin bütün  gücü də onda imiĢ.  DüĢmənləri bu 

dəvəni  öldürdükdən sonra  Salehin  tərəfdarları  qara  geyinib ma-

təm  saxlamıĢlar.  ġair  qarğanı  xeyirxahlıqda  Salehə,  sakitlikdə 

onun  dəvəsinə  və  qaralıqda  matəm  libası  geymiĢ  salehilərə 

oxĢadır. 

Saleh bir quĢ idi o yazıq qarğa, 

Salehilər kimi geymiĢdi qara (LM-144). 

Sam  (an.)  –  MəĢhur  əfsanəvi  Ġran  pəhləvanı  Rüstəmin(bax) 

babası  hesab  olunur.  Zal  Samın(Sam  ərəbcə  zəhərli,  ağıllı  de-

məkdir) oğlu, Rüstəmin atasıdır. Rəvayətə görə, Zal anadan olanda 

saçı  ağappaq  imiĢ  və  atası  Sam  bunu  bədbəxtlik  əlaməti  hesab 

edərək,  uĢağı  bir  dağ  döĢünə  atdırmıĢdı.  Guya  əfsanəvi  Simurğ 

quĢu onu götürüb, Qaf dağına aparmıĢ və öz yuvasında bəsləmiĢdir. 

Saysız xəznə yığmıĢdı qılıncının zoruna, 

Ondan Samla Firidun nə apardı goruna? (SX-78). 

ġair dünyanı Sama bənzətmiĢdir. 

Dünya – Samdır, qocalmaz, Zaltək qocaldı bəĢər (SX-80). 



Sam, Firidun (qoĢa xat. an.) – Sam pəhləvanlığı, Firidun isə 

hökmdarlığı ilə zəngin xəzinələr toplasalar da, öləndə özləri ilə 

heç nə aparmadılar. NuĢirəvan bu Ģəxsləri xatırlamaqla dünyanın 

faniliyini, ölüm ayağında var-dövlətin gərəksizliyini baĢa düĢür. 

Saysız xəznə yığmıĢdı qılıncının zoruna, 

Ondan Samla Firidun nə apardı goruna? (SX-78). 




319 

Sam oğlu Simnar  (an.) – “Yeddi gözəl” poemasında obraz 

adı.  Nemanın  sifariĢi  ilə  Bəhram  üçün  Xəvərnəq  sarayını  tikən 

məĢhur Rum memarı. 

Sənin axtardığın qadir sənətkar 

Olsa, ola bilər Sam oğlu Simnar (YG-58). 

Sam oğlu Zal (məc. an.) – Birinci misrada bir Ģəxsə aid olan 

bu antroponimik birləĢmə ikinci misrada müstəqil adlar(Sam və 

Zal) kimi iĢlədilir. 

Zümrüd quĢu bəsləyən Sam oğlu Zaldı bəĢər, 

Dünya – Samdır, qocalmaz, Zaltək qocaldı bəĢər (SX-80). 

Birinci misrada bəĢər Sam oğlu Zala, ikinci misrada isə dünya 

Sama,  bəĢər isə  yenə  Zala  bənzədilir.  Zal  anadan  olanda  ağ tüklü 

idi. BəĢərin Zal kimi qocalması ifadəsində buna iĢarə olunur. 



Samani  (an.)  –  Samanilər  Orta  Asiyada,  Xopasanda  və  Ġra-

nın bir hissəsində hökmranlıq etmiĢ (874-999) hökmdarlar süla-

ləsidir. Onlarin saraylarındakı xalça və gəbələr öz naxıĢ və qey-

ri-adi  gözəllikləri  ilə  məĢhur  idi.  ġair  bağdakı  gülzarı  Sama-

nilərin həmin məĢhur xalçalarına bənzədir. 

Nazənin yeriĢli sərvi-xuraman 



Samani xalıda yasəməndi san (YG-266). 

Samiri (məc. an.) – Ġslam əsatirinə görə, Musa peyğəmbər za-

manında  yaĢamıĢ  məĢhur  bir  zərgər  olub,  qızıldan  qayırdığı  göv-

salə (biryaĢar dana) ilə Musanın ümmətini yoldan azdırmıĢ adamın 

adı. ġair Məcnunun dayısı Səlim Amirini Samiriyə bənzədir. 

Ona deyirdilər Səlim Amiri

Samiri kimiydi ağlı, tədbiri (LM-205). 

Sarı günbəd (er.) – Qədim astroloji anlayıĢa əsasən sarı rəng 

və yekĢənbə gününü ifadə edən GünəĢ planetinin adı ilə əlaqədar 

olaraq belə adlandırılmıĢdir. Bu günbəddə ikinci  iqlim padĢahı-

nın qızı yaĢayır. 

O bürc ki, günəĢdən verirdi xəbər, 

SaraltmıĢdı onu üstündəki zər (YG-133). 



“Sazi-novruz” (id.) – Orta əsr ġərq musiqi havalarından biri. 

“Sazi-novruz”unu çalanda tamam 

Tale də edərdi o günü bayram (Xġ-168). 




320 

Seçilən  (ag.)  –  Mustafa(bax)  sözünün  hərfi  tərcüməsidir. 

Mustafa isə Məhəmməd peyğəmbərin məĢhur adlarından biridir. 

Məhəmməd seçilən, Allah seçəndir (YG-24). 

Seçilən Məhəmməd – Məhəmməd əl-Müstəfa deməkdir. 



Seqseyn (top.) – ġairin dövründə məĢhur olan, indi isə ancaq 

tarixi  mənbələrdə  xatırlanan  yaĢayıĢ  məskəni.  Bizcə,  Seqseyn 

toponimi  mənbələrdə  adı  çəkilən  Sakasen  və  ya  Sekasen  ad-

larının  eynidir.  E.Əlibəyzadə,  K.Vəliyevin  “Kökümüz  haradan-

dır?” məqaləsində yazırlar: “Ġndiki Kür-Araz düzənliyinin qədim 

adı  kimi  xatırlanan  Sakasen  –  Sekasena  (Sən  saksan,  saka  tor-

pağısan) toponimləri bu ərazilərin qədim sakinləri türkdilli sak-

ların, bizim əcdadlarımızın dilinin və ruhunun canlı yadigarıdır” 

(“Azərbaycan kommunisti”, № 3, 1989. səh. 61-62). 

Ə. Fərzəli yazır: “Yadıma “tarixin atası” yunan alimi Hero-

dot və onun xəritəsi düĢür. 2500 il əvvəlki çağlardan xəbər verən 

həmin  xəritədə  Ağdamın  və  indiki  bütün  dağlıq  və  aran  Qara-

bağın  yerləĢdiyi  ərazi  həmin  xəritədə  “Sakasena”  adlandırılıb. 

Bu da saklar, yəni oğuzlar yaĢayan torpaq deməkdir. Sakasena – 

sakanadır” (“Azərbaycan gəncləri”, 14 avqust 1990). 

Strabona  görə,  ġaki  (indiki  ġəki)  Sakasenin  qısaldılmıĢ  for-

masıdır. Mirzə Bala “Azərbaycan tarixində türk Albaniya” əsərində 

bu  ad  haqqında  daha  ətraflı  məlumat  vermiĢdir:  “Son  zamanlar 

ġimali Azərbaycanda aparılan arxeoloji qazıntılar nəticəsində əldə 

edilmiĢ  dəlillər  Sakaların  tamamilə  adı  çəkilməyib,  bəlkə  də,  Al-

baniya  daxilində  böyük  kütlələr  halında  yerləĢmiĢ  olduqlarını 

göstərmiĢdir.  Belə  ki,  “Su”,  “Susakan”,  “Sukasen”,  “ġaki”  və  s. 

coğrafi  adlar  bu  yerləĢmənin  bir  əlaməti  idi.  Zəki  Vələdi  Toğana 

görə (Ümumi Türk tarixinə giriĢ. I. səh. 159-160), “Sakalar milad-

dan öncə 665-ci ildə Assur kitabələrində adı “Qoqu” və ya “Qoq” 

Ģəklində çəkilən hökmdarların rəhbərliyi altında, Kür çayını keçə-

rək  Gəncənin  qərbində  “Qoqaren”,  Ģərqində  isə  “Sakasen”  adını 

verdikləri yerdə yerləĢdilər. “Sakasen” adı “Saka” kəlməsinin Ģəhər 

və  türbə  mənasını  verən  türkcə  “sin”  sözü  ilə  birləĢdirilməsindən 

ibarət  olub  aĢağı  Ġdildəki  “Saksin”  Ģəhərinin  adı  ilə  birdir.  Uzaq 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə