Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə116/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   112   113   114   115   116   117   118   119   ...   138

348 

Burada  Ərzincan  hakimi  Məlik  Fəxrəddin  Süleyman  pey-

ğəmbərlə  müqayisə  olunur  və  onun  hökmdarlığı  Süleymanın 

Ģahlığına bərabər tutulur. 



Sünbülə (məc. kos.) – Astronomiyada on iki bürcdən birinin 

adı, Sünbülə bürcü. Ərəb sözüdür, mənası baĢaq deməkdir. 



Sünbül döndü ətirli, təravətli sünbülə, 

Əsədin pəncəsinə qolazlandı Sünbülə (SX-30). 

XuĢə  ġir  bürcündən  sonra  yerləĢən  bürcdür.  XuĢə  sözünün 

hərfi mənası baĢaq, kövĢən deməkdir. Burada Ģair xuĢə, sünbül, 

Sünbülə  sözlərinin  lüğəvi  və  omonimik  mənasından  geniĢ  isti-

fadə  edərək  çox  incə  Ģairanə  məcazlar  yaratmıĢdır.  Beytin  mə-

nası  budur:  XuĢə  -  baĢaq  bürcü  Məhəmmədin  gəliĢindən  feyz 

alıb  təzə-tər  sünbül  kimi  oldu  və  öz  qüdrətini  göstərmək  üçün 

Sünbülə bürcünü ġir bürcünə atdı. 

Sünbülə (om. kos.) – ġair bu adı iki mənada iĢlətmiĢdir. Bi-

rinci,  yazdığı  “Yeddi  gözəl”  əsərini  hünər  tarlasından  dərdiyi 

sünbülə bənzədir. Ġkincisi, Sünbülə bürcü nəzərdə tutulur. 

Qarğım hünərimin əkin yerindən 



Sünbülü qaldırıb Ütaridə tən. 

Nağılçı sevməsə nağıl deyəni, 



Sünbülə çox sevər bu sünbüləni (YG-309). 

Burada Körpə Arslan Ģah (bax) da metaforik Ģəkildə Ütaridə 

bənzədilir.  Yəni  Ütarid  (Körpə  Arslan)  mənim  sünbülümü 

(“Yeddi gözəl”imi) Sünbülə bürcünə çevirib Ģəxsi evi etdi. 



Sünbülə, Gün (qoĢa məc. kos.) – Məhəmməd peyğəmbərin 

sarı saçları gecə iĢıq saçan Sünbülə ulduzuna, həm də sarı sün-

bülə, Məhəmməd peyğəmbərin özü isə GünəĢə bənzədilir. Gün-

düzlər Sünbülənin Ģüası görünmədiyi üçün Məhəmməd peyğəm-

bərin saçı və üzü GünəĢ kimi kainatı iĢıqlandırır. 

Sünbül saçı – Sünbülə, Ģölə saçır gündüzə, 

Gövhəriylə dürr səpir, inci səpir Gün düzə (SX-33). 

Sürəyya (kos.) – Sürəyya bürcü. Bax: Ülkər və Pərvin. 

Həməlin sinəsində qurdu Sürəyya taxtı, 

Gül-çiçəyin ordusu düzə axdı, nə axdı (SX-30). 



349 

Sürəyya bürcünün üç hissəsi Sur (Öküz) bürcündə, bir hissəsi 

isə Həməl bürcündə olduğu üçün Ģair onu taxta bənzətmiĢdir. 

Çətir tərlanıyla tutsun ünqanı, 

Qızıl tacla tutsun o, Sürəyyanı (Xġ-34). 

Yasəmən gülü Sürəyyaya bənzədilir. 

Yasəmən – türk gözəli, çadır qurub düzəndə

Sürəyyanı andırır ay hüsnünü süzəndə (SX-59). 

Burada  yasəmən  türk  gözəlinə  və  metaforik  Ģəkildə  çadır 

quran  insana  da  bənzədilmiĢdir.  AĢağıda  isə  Türkütaz  (bax)  və 

Türkünazın (bax) yataq otağı səmada Sürəyyaya bənzədilir. 

Gecəylə, arzum da yerinə gəldi, 

Taxtın Sürəyyatək göyə yüksəldi (YG-156). 

ġair Leylini Sürəyyaya bənzədir. 

Leyli göy üzündə Sürəyya kimi 

Gözündən dənizə səpirdi inci (LM-247). 

Sürəyya  xaltası (məc. kos.)  – Sürəyya xaltası  köpək xalta-

sına bənzədilir. 

Bir üzük halqasıtək bu dünya dar deyilmi? 

BaĢın keçsə halqaya adına ar deyilmi? 

Köpək kimi Sürəyya xaltası salan olma, 

Ġsanın yükü altda eĢĢəktək qalan olma (SX-112). 

Bu  üzüyə  bənzər  dar  dünyada  nə  qədər  əyləncəli  bərbəzək 

varsa,  hamısı  sənə  köləlik  xaltası  olub,  əgər  belə  olmasaydı, 

Sürəyya pleyadası Böyük Köpək bürcünün xaltası olardımı? 

Qədim  münəccimlərin  təsəvvürünə  görə  Sürəyya  pleyadası 

Böyük Köpək bürcünün xaltasıdır. 

 

 



- ġ - 

ġadırvan mirvarid” (id.) – Orta əsr ġərq musiqi havaların-

dan biri. 

ġadırvan mirvarid” oxuyan zaman 

Mirvari saçırdı dodaqlarından (Xġ-167). 

ġah (an.) – “Zalım Ģahla düz danıĢan qocanın hekayəti”ndə 

obraz adı. 




350 

Xalqa yağı Ģah vardı, zülmkarın biriydi, 

Həccacdan da betərdi, lap qəddarın biriydi (SX-126). 

ġah (an.) – “Leyli və Məcnun” poemasındakı birinci “Heka-

yət”də obraz adı. 



ġah əmr eylədi ki: “Dayanmaq olmaz, 

O əldən getmiĢi tez edin xilas... (LM-182). 



ġah (an.) – “Kəniz satan padĢahın hekayəti”ndə obraz adı. 

ġah nə qədər həlim, mehriban oldu

Kənizlər o qədər qudurğan oldu (YG-165). 

“Yeddi  gözəl”  əsərinin  filoloji  tərcüməsində  bu  Ģahın  “kəniz 

satan” ləqəbi olması  da qeyd olunmuĢdur:  “ġah özündən  o qədər 

kəniz uzaqlaĢdırdı ki, (axırda) “kəniz satan” (ləqəbilə) məĢhur oldu. 

ġah (an.) – Slavyan Ģahına iĢarədir. 

ġah dedi: – Razıyam, mehriban balam (YG-204). 

ġah  (məc.  an.)  –  ġair  Ģah  dedikdə  Ģiələrin  on  ikinci  imamı 

Mehdini nəzərdə tutur və Körpə Arslan Ģahı dünyanın Ģahı hesab 

edilən Mehdi adlandırır. 

Sənsən bu dünyanın qüdrətli Ģahı 

Dünyamız gözləməz özgə pənahı (YG-307). 

Orijinalda Ģah yerinə, qaim getmiĢdir. Qaim (sabit, möhkəm) 

–  Mehdinin  ləqəbidir.  Dünya  fəsad,  günah,  hərc-mərclikdə  bo-

ğulan zaman Qiyamət gününün ərəfəsində Ġmami-Qaim (Mehdi) 

ağ  atın  üstündə  zühur  edib  dünyanı  təmizləyib,  ədalətli,  din  və 

imanı, rifah və xoĢbəxtliyi bərpa edəcəkdir. ġair Körpə Arslanı 

həmin  Ġmami-Qaimlə  müqayisə  edib  deyir:  “Sən  zəmanənin 

Qaimisən,  odur  ki,  fitnə-fəsadı,  zülmü  aradan  götürdüyün  üçün 

əsl Qaim imam Mehdi səndən çəkinib zühur etmir”. 

ġah  (məc.  an.)  –  Taysız  gözəl  “Ģah”  dedikdə  Ġskəndəri  nə-

zərdə  tutur.  O,  eyni  zamanda  burada  Ġskəndəri  divləri  kəməndə 

salan Süleymana, özünü isə metaforik Ģəkildə çox Məcnunu çöl-

lərə salan Leyliyə bənzədir. 



ġah Süleyman kimi div salsa bəndə

Çox Məcnun çöllərə salmıĢam mən də (Ġ-368). 



ġah Arslan (xat. an.) – Nizami Qızıl Arslanı nəzərdə tutur. 

Qızıl Arslan Səlcuqilər dövləti zamanında Azərbaycanda hökm-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə