Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə118/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   114   115   116   117   118   119   120   121   ...   138

354 

dur.  Yəqin  elə  buna  görə  də,  Nizami  onu  hökmdar  kimi  yox, 

rəssam kimi tərənnüm etmiĢ və onun yadda qalan obrazını yarat-

mıĢdır. “ġapur” fars sözüdür, Ģah və pur (oğul) sözlərindən əmə-

lə gəlmiĢ, Ģahzadə, Ģah oğlu deməkdir. 

Bizə elə gəlir ki, fars sözü hesab edilən “pur” sözü qədim türk 

dillərində iĢlənən və hal-hazırda Azərbaycan dilində geniĢ istifadə 

olunan parlaq, parıltı və  s.  sözlərinin kökü  “par”dan  yaranmıĢdır. 

Par – GünəĢin Ģüası, pur – atanın “Ģüası”dır. Bax: Fəğfur. 

ġapur adlı ona yaxın bir adam 

Məğribdən Lahura gəzmiĢdi tamam (Xġ-62). 



ġapur (məc. an.) – ġapur xəzinədara bənzədilir. 

Taxt önündə ġapur dayanmıĢdı tək, 

“Gənci – badavərd”in xəznədarıtək (Xġ-128). 

ġeytan (mif.) – Cin (bax) mifoniminin sinonimi. Bax: Ömər. 

     Ya da Ģeytan üstünə cəsur Öməri göndər (SX-37). 



ġeytan  (məc.  mif.)  –  Ġslam  dininə  görə,  guya  ġeytan 

“Quran”ın  ayələrini  eĢitdikdə  orada  dura  bilməz,  qaçıb  gedər. 

Nizami bu beytində demək istəyir ki, sən (yəni Allah) mənə ayə-

lərini öyrət, yəni mənə yardım et, mən də ġeytanın gözünü bağ-

layım, günah iĢlər görməyim. 

Kəsərli ayəni öyrətmək səndən



ġeytanın gözünü tikməksə məndən (Ġ-18). 

ġair  burada  ġeytan  dedikdə  özünün  əleyhidarları  olan  Ģər 

qüvvələri nəzərdə tutmuĢdur. 

ġəbdiz  (zo.)  –  Xosrov  Pərvizin  qara  atının  adı.  Bu  köhləni 

Xosrova  ġirin  bağıĢlamıĢdır.  Rənginə  görə  ġəbdiz  (Ģəb  –  gecə 

deməkdir, burada isə qara mənasında iĢlənmiĢdir) adlandırmıĢlar, 

yəni qara at. 



ġəbdiz adlı qara atın olacaq, 

YeriĢi sərsərtək iti və qıvraq (Xġ-61). 

ġəbdiz adi at deyildir. “Koroğlu” dastanında Qırat və Dürat 

əfsanəvi  dərya  atından  törəmiĢlərsə,  ġəbdiz  də  Ġnhiraq  (bax) 

dağının  ətəyində  qart  daĢlardan  tikilmiĢ  kilsənin  altındakı  ma-

ğarada yerləĢən bir qara daĢdan əmələ gəlmiĢdir. 

 



355 

O döldən törəyən hər yeni daylaq 

Vaxtdan yüyrək olur, yeldən qaçaraq. 

O ağıllı keĢiĢ söylədi: -Hətta 

O daĢın dölüdür bu ġəbdiz at da (Xġ-69). 

ġəbdiz (məc. zo.) –  Ġskəndər qurtarmaqda olan ömrünü ça-

yın o tayına sıçrayan ġəbdizə bənzədir. 



ġəbdizim sıçradı çaydan o taya, 

Məndən salam olsun dosta, aĢnaya! (Ġ-592). 

Yəni ömrüm bitdi, dostlara əlvida! 

ġəbdiz” (id.) – Orta əsr ġərq musiqi havalarından biri. 

ġəbdiz” nəğməsini baĢlayanda, bax, 

Bütün gecə dünya qalardı oyaq (Xġ-168). 

Rəvayətə  görə,  ġəbdiz  öləndən  sonra  Xosrov  onu  dəfn 

edərək  son  dərəcə  kədərlənmiĢ  və  Ģəklini  Bisütuna  həkk  et-

dirmiĢdir.  Hər  dəfə  daĢ  üzərində  surətini  gördükdə  ağlayarmıĢ. 

Ehtimal etmək olar ki, bu nəğmə də ġəbdizin tərənnümü ilə əla-

qədar olaraq yaradılmıĢdır. 

ġair aĢağıdakı beytdə ġəbdizin Bisütun dağına həkk olunmuĢ 

həmin Ģəklinə iĢarə etmiĢdir. 

ġəbdiz atın Ģəkli, Bisütun dağı, 

Pərviz sarayının eyvanı, tağı (Xġ-48). 



ġəbdiz,  Gülgün  (qoĢa  zo.)  –  Birinci  Xosrovun,  ikincisi  isə 

ġirinin atıdır. Onların çox yerdə qoĢa iĢlənməsi müxtəlif səciyyə 

daĢıyır. 

Harın ġəbdiz əgər çox qaçağandır, 

Elə bilmə Gülgün geri qalandır (Xġ-177). 

Zoonimlər  burada  məcazi  mənada  iĢlənmiĢdir.  ġirin  ġəbdiz 

dedikdə Xosrovu, Gülgün dedikdə isə özünü nəzərdə tutur. 

Çox  vaxt  ġəbdiz  Xosrovun,  Gülgün  ġirinin  adı  ilə  yanaĢı 

iĢləndiyi kimi, Ģair bəzən onların hamısını da bir beytdə iĢlədir, 

lakin onlardan ikisi (ġəbdiz və Pərviz) məcazi xarakter daĢıyır. 



Gülgünü ġəbdiztək tövləyə saldı, 

ġirini Pərviztək eyvana aldı (Xġ-283). 

Xosrov  və  ġirinin  ölümündən  sonra  Ģair  yenə  bu  iki  atın 

adını yanaĢı iĢlətmiĢdir. 



356 

Qaynar səmum yeli hər yeri aldı, 

Axırda nə Gülgün, nə ġəbdiz qaldı (Xġ-356). 

ġəbdiz, Gülgün (qoĢa xat. zo.) – Eyni vaxtda ġəbdiz gecəyə, 

Gülgün isə gündüzə bənzədilir. 

Gecə-gündüz kimi ġəbdizlə Gülgün 

Hərlənib meydanı dolandı bütün (Xġ-121). 



ġəbdizin  nalı  (məc.  ktem.)  –  ġair  Qara  geyənlərin  Ģahının 

ehtirasını metaforik Ģəkildə ġəbdizin nalına bənzədir. 

Qız dedi: - Bu gecə qayğın azalsın, 

ġəbdizin nalı qoy alovda qalsın (YG-154). 

Nalı atəĢdə (kürədə) qoymaq – qədimdə bir növ cadu olub ki, 

onun  vasitəsi  ilə  məĢuqu  əfsunlamaq  və  ram  etməyə  çalıĢar-

mıĢlar. 


ġəbi-fərrux” (id.) – Orta əsr ġərq musiqi havalarından biri. 

ġəbi-fərrux” səsi gəlsə xəfifcə 

Olmazdı heç bundan uğurlu gecə (Xġ-168). 

ġəddad (xat. an.) – Mifologiyaya görə, Yəməndə Ad hökmdar-

larından biri olmuĢdur. Dördüncü babası Nuh imiĢ. Bir çox böyük 

binalar, Ģəhərlər,  su  yolları, xüsusilə də  Ġrəm  (bax) adı ilə məĢhur 

olan  Cənnət  kimi  gözəl  bir  bağça  və  ev  tikdirmiĢdir.  Hud  pey-

ğəmbərə iman gətirmədiyindən qovmu ilə bərabər məhv olmuĢdur. 

Qızıldan bir saray tikdirdi ġəddad

Ölərkən almadı qəsrindən murad (Ġ-111). 

Dara  ilə  Ġskəndər  arasında  münaqiĢələr  kəskinləĢdiyi  bir 

vaxtda Ģair ġəddadı xatırlayır. 

ġəhər  (məc.  ap.  top.)  –  ġair  “Ġqbalnamə”  əsərini  Ģəhərə 

bənzədir. 

Bir Ģəhər yaratsam, baxtım olsa yar, 

Kim olsun bəs ona sonra Ģəhriyar (Ġ-423). 

Yəni: “Ġqbalnamə” əsərini müvəffəqiyyətlə yazıb qurtarsam, 

ona kim sahib çıxa bilər. 



ġəhrud (top.) – Bax: ġahrud. 

O gündən Ģadlığı məndən yox etdin 

Ki, məni ġəhrudda tərk edib getdin (Xġ-268). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə