Aydın Paşayev


Üqab (kos.) – Ulduz adıdır. Ərəbcə qaraquĢ, qartal deməkdir.  Fəzada uçarsa əgər üqabi



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə126/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   122   123   124   125   126   127   128   129   ...   138

378 

Üqab (kos.) – Ulduz adıdır. Ərəbcə qaraquĢ, qartal deməkdir. 

Fəzada uçarsa əgər üqabi

Ya Ayı ovlayar, ya afitabı (Ġ-426). 

Burada söhbət Məlik Nüsrətəddindən gedir. 



Ülkər (kos.) – Bax: Pərvin və Sürəyya. 

Müjdəylə qanadlandı Ģadlıq quĢu Ülkərə

Yeddi lələk saldırdı bu uçuĢu Ülkərə (SX-64). 

ġadlıq quĢu göylərə ucalıb Sürəyyanın yeddi lələyini sındırıb 

ondan  da  yüksəklərə  qalxdı.  Sürəyya  yeddi  xırda  ulduz  pleya-

dasıdır. Yeddi lələk həmin ulduzlara iĢarədir. Sur Zöhrənin mən-

zilidir. Zöhrə isə Ģadlıq, sevinc və musiqi ilahəsi sayılır. 

Ülkər (məc. kos.) – Ülkər nədimə (insana) bənzədilir. 

Həmsöhbət olmuĢdu ülkər nədimtək (Xġ-127). 



Ülkər, Ay (qoĢa müq. kos.) – ġirin eyni vaxtda Ülkər və Ay 

ilə müqayisə olunur. 

Çatınca Gülgünə ġirinin əli 

Ülkərdən və aydan düĢdü irəli (Xġ-109). 

Üluf”  (id.)  –  Əbu  MəĢərin  (bax)  Ġskəndər  haqqında  məlu-

mat verdiyi və Nizaminin istifadə etdiyi əsərinin adı. 

Dünya filosofu Əbu MəĢər də 

Üluf” ad qoyduğu məĢhur əsərdə... (Ġ-435). 

Ümman (top.) – Oman dənizi, Ərəb dənizi, Hind okeanının 

Ģimal-qərb  qismini  təĢkil  edib,  Ģimal-Ģərqdən  Hindistan,  Ģimal 

tərəfdən Bülucistan və Ġran, Ģimal-qərbdən isə Ərəbistan yarıma-

dası ilə əhatə olunur. Böyük dəniz mənasında da iĢlənir. Ərəbis-

tanda Ümman adlı yer adı da vardır ki, Ģair bunu nəzərdə tutur. 

     Misir, Məğrib, Ümman məhsulu – nə var (YG-123). 



Ümmi-Hani  (an.)  –  Faxtə  Əbu  Talib  qızı.  Xəlifə  və  imam 

Əlinin bacısı, Məhəmməd peyğəmbərin arvadı. Guya Məhəmməd 

peyğəmbər  Ümmi-Haninin  evindən  meraca  getmiĢdir.  Ümm  - 

ərəbcə ana, Ümmi – anadangəlmə avam, heç bir elmə yiyələnmə-

miĢ,  savadsız  deməkdir.  Məhəmməd  peyğəmbərin  düĢmənləri 

ona ümmi deyib təhqir edirdilər. Onun tərəfdarları isə ümmi sö-

zünün ümmət – xalq, kütlə kökündən olduğunu iddia edərək xalq 

arasından çıxmıĢ, xalqçı kimi izah etməyə çalıĢmıĢlar. 




379 

Gecə tərk eləyib fani dünyanı, 

Görməyə getmiĢdi Ümmi-Hanini (Xġ-356). 

Ünqa (mif.) – Ünqə və ya Ənqa adlanan bu əfsanəvi bir quĢ 

adıdır. Guya Qaf dağlarında yaĢayır. 

Çətir tərlanıyla tutsun ünqanı

Qızıl tacla tutsun o, sürəyyanı (Xġ-34). 



Ünqa  quĢu  (məc.  mif.)  –  Bax:  Ünqa.  ġirin  Ünqa  quĢuna 

bənzədilir. 

EĢitdim ki, atı yeltək qaçırmıĢ, 

Ünqa quĢu kimi onu qaçırmıĢ (Xġ-106). 

Ütarid (kos.) – Merkuri planeti. Ən kiçik planet sayılır. Bir 

tərəfi həmiĢə GünəĢə doğru çevrilmiĢ olduğundan həmin hissəsi 

daim Ģiddətli  isti,  bir tərəfi isə soyuqdur. Yunan  əsarətinə  görə 

tacirlərin məbududur – ticarət allahıdır. Yeni eradan əvvəl V əs-

rin  baĢlanğıcında  Romada  müqəddəs  Merkuri  məbədi  yara-

dılmıĢdır. May ayında  ənənəvi olaraq Merkuriyə və onun anası 

Maya qurbanlar kəsilərdi. 

Gülsün üzə səhərin, ey Ütarid, yenə də, 

Əldən düĢdüm qələmtək – sənsən varid yenə də (SX-

152). 


Ütarid ulduzu – köhnə astroloji təsəvvürə görə, göylərin ka-

tibi sayılır. Ümmi isə savadsız deməkdir. Yəni oxuyub-yazmaq 

bilməyən Məhəmməd peyğəmbər (bax) öz gəliĢi ilə Ütarid uldu-

zunu savadlandırdı, iĢıqlandırdı. 



Ütarid ulduza verdi qələmi, 

Əlinə qələmi alarmı ümmi? (Ġ-25). 

Qədim  astrologiyaya  əsaslanan  Ģair  təsvir  və  isbat  etmək 

istəyir ki, səyyarələrə rəngləri Məhəmməd peyğəmbər vermiĢdir. 

Parlaq Ütaridi o zərgər aldı, 

GümüĢ kürəsinin rənginə saldı (YG-27). 



Ütarid  (məc.  kos.)  –  Ütarid  metaforik  Ģəkildə  rəqqasəyə 

bənzədilir. 

Həmsöhbət olmuĢdu ülkər nədimtək

Ütarid üfüqdə rəqs edirdi tək (Xġ-127). 



380 

Ütarid,  MüĢtəri,  Zöhrə  (qrup  məc.  kos.)  –  ġair  metaforik 

Ģəkildə Ġskəndərin katibini Ütaridə, onun yazdığı məktubu MüĢ-

təriyə (bax), məktubun məzmununu isə Zöhrəyə (bax) bənzədir. 

Oturdu katibi bir Ütaridtək



MüĢtəriyə vursun Zöhrədən bəzək (Ġ-277). 

Ütarid,  Sünbül  (qoĢa  məc.  kos.)  –  ġair  metaforik  Ģəkildə 

Qızıl Arslanı(bax) Ütarid (Merkuri) və Sünbülə (bax) bürcü ilə 

müqayisə edir. Ütarid planeti Sünbülə bürcündə yerləĢdiyi üçün, 

çox zaman onların adı yanaĢı iĢlədilir. 

Ağlından Ütarid sünbül topladı, 

Odur Sünbül qaldı evinin adı (Xġ-43). 

Yəni  Ütarid  (Merkuri)  Qızıl  Arslanın  ağlından  o  qədər  sün-

bül topladı ki, özünün yerləĢdiyi bürc Sünbülə adlandı. 

Ütarid  GünəĢə  ən  yaxın  olan  və  onun  ətrafında  fırlanan, 

GünəĢdən ən çox (sünbül – qızılı) Ģüalar alan səyyarədir. Burada 

Qızıl Arslan da metaforik Ģəkildə GünəĢə bənzədilmiĢdir. 

Ütarid, Zöhrə (qoĢa məc. kos.) – ġair Xeyri (bax) Ütaridə, 

Kürd qızını (bax) isə Zöhrə (bax) planetinə bənzədir. 

Verdi Xeyrə qızı: -YaĢayın, -deyə 

QoĢdu Ütaridi parlaq Zöhrəyə (YG-246). 



Üveys ( məc. an.) – ġair özünü Üveysə bənzədir. Üveys isə 

Məhəmməd  peyğəmbərin  müasiri,  alim  bir  adam  olmuĢ,  bütün 

qəlbilə  islamiyyətə  bağlanıbmıĢ.  Bir  dəfə  Üveys  Məhəmmədin 

bir  diĢinin  düĢdüyünü  eĢidib,  -  o  hansı  diĢidir,  -  deyərək  öz 

diĢlərinin hamısını bir- bir çıxarıbmıĢ. 

Yarəb, mən ki Üveys adını aldım, 

Məhəmməd eĢqinə mən sadiq qaldım (LM-55). 

 

 



- V - 

Valis (an.) – “Ġqbalnamə” əsərində obraz adı. Ġskəndərlə xəl-

vətə çəkilən yeddi alimdən biri. 

Alim Valis dedi: “PadĢah hər zaman 

Bu qoca dünyada yaĢasın cavan... (Ġ-495). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə