Aydın Paşayev


tanrının adı ki var,  Hikmət xəzinəsini açan açardır, açar.  Hər sözün, düĢüncənin odur əvvəli, sonu,  Nə söyləsən, tanrının



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə123/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   119   120   121   122   123   124   125   126   ...   138

369 

ġəfqətli, ədalətli tanrının adı ki var, 

Hikmət xəzinəsini açan açardır, açar. 

Hər sözün, düĢüncənin odur əvvəli, sonu, 

Nə söyləsən, tanrının adıyla qurtar onu (SX-21). 

M.KaĢğari  “tanrı”  sözünü  izah  edərək  yazır:  tengri  yenə 

bunlar (Söhbət müsəlman olmayan türklərdən gedir) bilici kim-

səyə “tengriqan” deyirlər. 

“Tengriqan” və ya “tenqriqan” “tanqrı” və “qan” sözlərindən 

ibarət mürəkkəb sözdür. “Tanqrı” – göy, allah, “qan” – xaqan mə-

nasındadır (“Nun səqir”in “n”-ya çevrilməsi türk dillərində xarak-

terik  haldır).  “Tanqriqan”  –  “ata  tanrı”,  “xan  tanqrı”  deməkdir. 

Deməli,  “tengri”  sözündən  olan  “tengrixan”  bilicilərə,  ağsaqqal-

lara, xaqanlara deyilirmiĢ (O zaman hər bir xaqan öz qəbiləsinin 

həm dünyəvi, həm də ruhani böyüyü, rəhbəri idi (47-17-18). 

Tanrının  Ģiri (məc. zo.) – ġair metaforik  Ģəkildə dördüncü 

ərəb xəlifəsi Əli ibn Əbu Talibi Allahın Ģirinə(Ərəbcə Əsədullah 

sözünün tərcüməsidir) bənzədir. 

O allahdan qorxan həyalı qoca 



Tanrının Ģiriylə həmdərs olunca... (LM-35). 

Burada “qoca” dedikdə üçüncü xəlifə Osman nəzərdə tutulur. 



Tartus (an.) – Rus-türk pəhləvanlarından birinin adı. Tartus 

həm də vilayət adıdır. Əsərdə Bərtasdan olan pəhləvanın Bərtas 

adlandığını  nəzərə  alsaq,  Tartus  Ģəhərinin  adı  ilə  adlandığını 

güman etmək olar. 

Vardı bir pəhləvan, adı da Tartus

Mərdlikdə tanırdı onu hər bir rus (Ġ-337). 



Tatar  (məc.  et.)  –  Türk  xalqının  müəyyən  hissəsini  təĢkil 

edən tayfaların ümumi adı. ġair metaforik Ģəkildə Fitnənin (bax) 

gözünü  tatar  gözünə  bənzədir.  “Tatar”  burada  qara  mənasında 

iĢlənmiĢdir. 

ġah dedi: “Söylə bir,tatar gözlü, sən, 

Almayırsan ovu gözünə nədən? (YG-103). 



Taysız gözəl (an.) – Obraz adı. Çin xaqanının Ġskəndərə ba-

ğıĢladığı gözəlin əsl adı. 

 



370 

Elə bil ağız yox, yaranmıĢ yoxdan, 

Ona “Taysız gözəl” demiĢ ad qoyan (Ġ-308). 

Tazı (zo.)– “Ovçu ilə tülkünün hekayəti”ndə alleqorik obraz adı. 

Ovçu belə deyəndə hər yan toza büründü

Toz tazının dalınca pərdə kimi süründü... 

Dedi ki, pusqudayam, gərək qəsdə girəm mən

Tülkü yaxĢı bilir ki, Ģikar vaxtı Ģirəm mən (SX-95). 

Təbəri (an.) – Əbu Cəfər ibn Cərir (855-947) məĢhur tarixçi 

alim,  fəqih,  hədisçi,  Nizami  Təbərinin  “Tarixi-Təbəri”  adı  ilə 

məĢhurlaĢmıĢ  “Tarix  ar-Rüsul  və-mülk”(“Peyğəmbərlərin  və 

Ģahların tarixi”) əsərinə iĢarə edir. Alim Təbəristanda doğulduğu 

üçün Təbəri nisbəsi  ilə məĢhur olmuĢdur. Demək, nisbə alimin 

əsl adı kimi iĢlənmiĢ və onu əvəz etmiĢdir. 

Dünyada nə qədər kitab var belə

ÇalıĢıb, əlləĢib gətirdim ələ. 

Ərəbcə, dəricə, yeri düĢərkən, 

Buxari, Təbəri əsərlərindən (YG-31). 



Təbəristan  (top.)  –  Hazırda  həmin  vilayətin  qərb  hissəsi 

Mazandarana, Ģərq hissəsi Xorasana daxildir. 



Təbəristan qızıdı, bir innabdı dodağı, 

Ġnnab nabat əzməyə hardan tapdı dodağı? (SX-62). 

Ġranın  Ģimalında  yerləĢən  bu  vilayətin  hüdudları  haqqında 

coğrafiyaĢünasların  fikirləri  arasında  ziddiyyətlər  mövcuddur. 

Bir  çox  coğrafiyaĢünaslar  bu  yerin  Mazandaran  olduğunu  söy-

ləsə də, Təbəristan Mazandaran ilə Ġraqi-Əcəm, Xorasan və Gür-

gan arasında yerləĢən bir sahəni əhatə edir. Bəzilərinin fikrincə, 

Xəzər  dənizinin  cənub  və  Gilanın  qərb  hissələrinə  daxil  olan 

yerləri  Təbəristana  aid  edirlər.  Tehranın  qərbindən  Bistamın 

qərbinə qədər Elbrus dağının cənub və Ģərq ətəklərində yerləĢən 

Təbəristan sayılır. Semnan və Damğan qəsəbələri də buraya da-

xildir.  Sasanilər  zamanında  Təbəristan  Mazandaran  adlanırdı. 

Firdovsi “ġahnamə” əsərində bu fikri təsdiq edir... Ġranın indiki 

ərazi bölgüsündə Təbəristan adı iĢlədilmir. 



Təbilçi (məc. ap. an.) – ġair metaforik Ģəkildə GünəĢi təbil-

çiyə bənzədir. 




371 

Təblini çaldıqca təbilçi yeyin 

QızıĢdı havası soyuq gecənin (Ġ-466). 

“Təxti-Taqidis”  (id.)  –  Orta  əsr  ġərq  musiqi  havalarından 

biri. 


“Təxti-Taqidis”ə gələndə növbət 

Göydə qapısını açırdı cənnət (Xġ-167). 



Təkavər (zo.) – At cinsi adı. 

Atlardan “ərəbi”, “bəxti”, “təkavər”... (LM-151). 

Bütün zoonimlər böyük hərflə yazılır, lakin göründüyü kimi 

burada isə onlar kiçik hərflərlə yazılmiĢdır. 



TəngülüĢa  (məc.  id.)  –  “LuĢanın  kitabı”  deməkdir.  Babil 

münəccimi Tevkr Babilini (I ə.) farsca LuĢa adlandırıblar. LuĢa 

GünəĢin  (ekliptika)  və  ulduzların  (zodiak)  hərəkəti  haqqında 

məĢhur kitabın müəllifidir. Nadir miniatür, nəqĢ, ulduz və bürc-

lərin  Ģəkilləri  ilə  bəzədilmiĢ  həmin  kitab  ġərqdə  böyük  Ģöhrət 

qazanmıĢ,  əsrlər  boyu  gözəllik  xəzinəsi  sayılmıĢdır.  Təsadüfi 

deyildir ki, Ģair memar Simnarın tikdiyi Xəvərnəq sarayını Tən-

gülüĢaya bənzətmiĢdir. 

Gözəllik qütbüydü cənub-Ģimalın, 

TəngülüĢasıydı yüz min xəyalın (YG-60). 

Təraz  (top.)  –  Qədim  Türküstanda  öz  gözəlləriylə  məĢhur 

olan bir Ģəhər və vilayət olmuĢdur. ġirin özünü öyərkən deyir: 



Tərazda mən kimi gözəl tapılmaz, 

Kiçik kənizimdir qürur ilə naz (Xġ-254). 

Ġskəndər səfərə hazırlaĢarkən Təraza da gedəcəyini bildirir. 

Oradan gedərəm Təraza, Çaça, 

Dünyanı gəzərəm at çapa-çapa (Ġ-260). 

Tarixi mənbələrdə Talas, Taraz, Təraz və s. adlanan bu Ģəhər 

hazırda  Qırğızıstan  Respublikasının  ərazisindən  axan  eyni  adlı 

çayın üzərində yerləĢir. 



Təraz,  Çin,  Rum  (qrup top.) – Bu toponimlər Bəhram  Gu-

run tabeliyində olan dövlət ərazisinin geniĢliyini bildirir. 

Ey Tərazın, Rumun, Çinin padĢahı, 

Soltanlar ümidi, Ģahlar pənahı (YG-164). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə