Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə131/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   127   128   129   130   131   132   133   134   ...   138

393 

Divlər  tərəfindən  susuz  səhrada  azdırılan  Mahan  GünəĢin 

istisindən  xilas  olmağa  çalıĢarkən  bir  quyuya  rast  gəlir.  Onun 

quyuya düĢməsi Yusif_,_Məhəmməd'>Yusif_,_Ġsa'>Yusifi'>Yusifin quyuya salınmasına bənzədilir. 

DüĢdü Yusif kimi quyuya dərhal, 

Üzüldü qalmayıb varlığında hal... (YG-218). 

ġair  Rastü-RövĢən  kimi  araqarıĢdıran,  satqın  və  xain  vəzir-

ləri daxildən canavara, üzdən isə Yusifə bənzədir. 

Pisdir həm zatları, həm də özləri 

Ġçləri canavar, Yusif üzləri (YG-276). 

Bəhram  Gur  ov  zamanı  gur  dalınca  girdiyi  mağarada  yoxa 

çıxandan  sonra  onun  anası  Bəhram  Guru  tapmaq  üçün  mağa-

ranın  içində  bir  quyu  qazdırır.  Lakin  oğlunu  tapa  bilmir.  ġair 

quyudan  tapılmayan  Bəhramı  Yusifə  bənzədir.  Bu  da  Yusifin 

quyuya salınmasına iĢarədir. 

Qazıtdı, üzünə xəznə gülmədi

Quyudan Yusifi tapa bilmədi (YG-301). 

Yusif  (xat.  ag.)  –  “Ovçu  ilə  tülkünün  hükayəti”ndə  (“Sirlər 

xəzinəsi”)  tülkü  ovçuya  yalandan  xəbər  verir  ki,  sənin  tazın  ov 

dalınca  gedəndə  həlak  olmuĢdur.  Bu  zaman  ovçunun  yadına 

Yusifin baĢına gətirilən hadisə düĢür. Bu zaman o, qardaĢlarının 

Yusifin  qurd  qanına  bulaĢdırılmıĢ  köynəyini  gətirib  atalarına 

göstərmələri  və  yalandan  Yusifin  qurd  tərəfindən  parçalandığı-

nın xəbər vermələrini xatırlayır və ruhdan düĢmür. 

Buna qurdla Yusifin macərası deyərəm, 

Qurd Yusifi yeyibsə, mən də onu yeyərəm (SX-95). 

 “Xosrov və ġirin”, “Leyli və Məcnun” poemalarında da Yu-

sifin qardaĢları tərəfindən quyuya salınmasına iĢarə olunur. 

Kim ki, ad qoymuĢdur qoca dünyada, 

Onu öz dostları vermiĢdir bada. 

Ay üzlü Yusifi yad edin barı, 

Ona quyu qazdı öz qardaĢları (LM-63). 

Quyuya düĢsən də, olma pəriĢan, 



Yusifi xatırla, təmkinlə dayan (Xġ-337). 

Sonuncu  beytdə  isə  Ģair  oxucuya  çətinliyə  düĢərkən  Yusif 

kimi ümidli olmaq fikrini təlqin edir. 



394 

Ġnsanın  hər  Ģeyə  qadir  olduğunu  tərənnüm  ütdiyi  vaxt  Ģair 

Yusifin qaranlıq zindanda da Ģan-Ģərəf tapmasını xatırlayır. 

Ġnsan oğlu qazanar zindanda da Ģan-Ģərəf, 

Gətiribdir Yusifə qaranlıq zindan Ģərəf (SX-98). 

Dini  rəvayətlərə  görə,  elə  ki,  Yusifi  karvançılar  quyudan 

çıxarıb  qul  kimi  Misir  Fironunun  vəzirinə  satdılar  və  vəzir  də 

onu  zindana  saldırdı,Yusif  heç  vaxt  ruhdan  düĢmədi,  həmiĢə 

ümidlə  yaĢadı.  Bir  gün  vəzir  yuxuda  gördü  ki,  Nil  çayından 

yeddi  kök  öküz  çıxdı;  sonradan  həmin  çaydan  yeddi  arıq  öküz 

çıxıb,  kök  öküzləri  yedi.  Bu  yuxunu  kahinlərdən  heç  biri  yoza 

bilmədi.  Yusif  yuxunu  belə  yozdu:  “Yeddi  kök  öküz  –  yeddi  il 

bolluqdur,  yeddi  arıq öküz  –  yeddi  il qəhətlikdir, buna  görə də 

yeddi  il  bolluq  zamanı  gələcək,  yeddi  qəhətlik  ili  üçün  ehtiyat 

toplamaq  lazımdır”.  Çox  macəralardan  sonra  Yusif  zindandan 

çıxdı və vəzir oldu. Vəzir öldüyü üçün Züleyxa ilə evləndi. 



Yusif ibn Zəki Müəyyid (an.) – Bu antroponimik birləĢmə-

də  “Yusif”  Nizami  Gəncəvinin  atasının,  “Zəki  Müəyyid”  isə 

babasının adıdır. 

Atam Yusif ibn-Zəki Müəyyid 

Babamtək dünyanı tərk edib getdi (LM-67). 

Yusif,  Ġsa  (qoĢa  məc.  ag.)  –  ġirin  Xosrovu  eyni  zamanda 

Yusif və Ġsaya bənzədir. 

Yüz Yusif yuxusu əzbərin olsa, 

Yenə də hamansan, eĢĢək və Ġsa (Xġ-274). 

“Yusif  və  Züleyxa”  dastanında  Yusif  həbsdə  olarkən  əvvəl 

məhbusların, sonra isə Əzizi-Misirin yuxusunu düzgün yozduğu 

üçün o, yuxu yozmaqda  Ģöhrət tapır. Ġsa peyğəmbər isə həmiĢə 

eĢĢək  minib  gəzərmiĢ.  Məlumdur  ki,  kimin  minməyindən  asılı 

olmayaraq eĢĢək yenə də eĢĢəkdir. Bu barədə Nizami kimi Sədi 

ġirazi  də demiĢdir:  Ġsanın  eĢĢəyini Məkkəyə də  aparsalar,  yenə 

də Hacı olmayıb, eĢĢəkliyində qalar. 

YusifMəhəmməd (müq. ag.)  –  ġair  Yusif və  Məhəmmədi 

müqayisə edərək üstünlüyü Məhəmməd peyğəmbərə vermiĢdir. 

Aytək çıxdı Yusif quyudan əgər, 

Nur saçdı quyudan o, Aya qədər (Ġ-414). 




395 

Yəni  Yusif  quyudan  Ay  kimi  bayıra  çıxmıĢsa,  Məhəmməd 

peyğəmbər merac gecəsi Yerdən Ayın üstünə, ƏrĢə çıxdı və hər 

yeri öz nuruna qərq etdi. 



Yusif,  Misir,  Nil  (qrup  məc.  on.)  –  ġair  metaforik  Ģəkildə 

zəlzələdən  viran  olan  Gəncəni  Yusifə  və  Misirə,  Gəncədə  baĢ 

verən zəlzələni isə Misir torpağını basıb xarabalığa çevirən Nilə 

bənzədir. 



Yusiflər gözünə sanki batdı mil, 

Sanki aĢıb- daĢdı Misri basdı Nil (Ġ-427). 

Yəni  Yusifin  gözünü mil  kor və  Misri Nil  viran  etdiyi  kimi 

zəlzələ də Gəncəni viran etmiĢdir. 

XII  əsrdə  Azərbaycanda  və  o  cümlədən  Gəncədə  bir  neçə 

zəlzələ olmuĢdur. Bunların ən böyüyü 1139-cu il zəlzələsidir ki, 

rəvayətə  görə,  bu  vaxt  Gəncədə  230  minə  qədər  adam  həlak 

olmuĢdur. Kəpəz dağı zirvəsinin çökməsi nəticəsində Göygölün 

əmələ  gəlməsinə  səbəb  olan  bu  dəhĢətli  zəlzələni  Nizami 

həyəcanla təsdiq edir. 



Yusif,  Yəqub  (qoĢa  məc.  ag.)  –  Yusif  Yəqubun  oğludur. 

Ata-oğul münasibətlərini, bir Ģeyin və ya Ģəxsin yoxa çıxmasını, 

hər hansı bir haqsızlığı təsvir edəndə Ģair bu adlardan geniĢ isti-

fadə edir. 

ġair haqq və ədaləti Yusifə, divanı isə Yəquba bənzədir. 

Ədalət Yusiftək qaçdı divandan, 

Ona çəkdi Yəqub dağını zaman (Xġ-111). 

Yəni  ədalət  qardaĢları  tərəfindən  quyuya  atılan  Yusif  kimi 

divanı tərk etdi. Zəmanə isə divana Yusif üçün ağlamaqdan göz-

ləri kor olan Yəquba çəkilən dağ kimi dağ vurdu. 

Bəhram  Çubin  Hürmüzün  gözlərini  çıxardandan  sonra,  belə 

bir fikir yayır ki, bunu Xosrov etmiĢdir. Bu zaman Ģair yenə də 

bu  hadisəni  xatırladır  və  Hürmüzü  metaforik  Ģəkildə  Yəquba, 

Xosrovu isə Yusifə bənzədir. 

“Hürmüzün gözünü kor edib” deyə 

Xosrova Ģər atıb saldı fitnəyə. 

Bilmirdi Yusifi düĢərsə kənar 

Yəqubun gözündən nuru aparar (Xġ-114). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə