Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə133/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   130   131   132   133   134   135   136   137   138

399 

kimi  çöllərə  düĢən  və  sonralar  dostlarının  köməyi  ilə  sevgilisinə 

qovuĢan bu gənc Məcnun ilə Leyli arasında qasidlik edir. 

Öz adı Zeyd idi sevda gəzərdi (LM-233). 



Zeyd  (adaĢ  məc.  an.)  –  ġair  Zeydi  “Zeyd  ilə  Əmr  əfsanə-

si”nin (bax) qəhrəmanlarından biri olan Zeydə bənzədir. 

Öz adı Zeyd idi, sevda gəzərdi

Xisləti Əmr ilə Zeydə bənzərdi (LM-233). 

Zeyd  ilə  Əmr  əfsanəsi” (id.) – Əsərdə Əmr və Zeyd haq-

qında  əlavə  məlumat  verilməsə  də,  məlum  olur  ki,  Ģairin  döv-

ründə bu gənclərin adı ilə əlaqədar olan əfsanə mövcud olmuĢ-

dur. Məcnun Zeydi məzəmmət edəndə bu əfsanənin adını çəkir. 

Uzun danıĢanın pis olur səsi

DanıĢma Zeyd ilə Əmr əfsanəsi (LM-236). 



Zeyd,  Zeynəb  (ana.  an.)  –  Bu  aĢiq  və  məĢuqənin  adlarının 

ilk səsləri də fonetik cəhətcə eynidir. 



Zeynəb adlanırdı o gözəl nigar... 

Zeyd axtarırdı bu dərdə dərman (LM-234). 

Zeynəb  (an.)  –  “Leyli  və  Məcnun”  poemasında  obraz  adı. 

Zeydin əmisi qızı və sevgilisi. 

Hüsnünün Ģövqüylə əsirdi rüzgar, 

Zeynəb adlanırdı o gözəl nigar (LM-234). 

Zəbur”  (məc.  id.)  –  Davud  peyğəmbərin  nəğmələrindən 

ibarət kitabdır. Yəhudi dinində müqəddəs hesab olunur . 

Qalxsın Zəburumun Ģöhrəti haman (Xġ-21). 

ġair  burada  “Xosrov  və  ġirin”  poemasını  metaforik  Ģəkildə 

“Zəbur”a bənzətmiĢdir. 



Zəmzəm  (məc.  top.)  –  Məkkədə  bir  su  quyusuna  verilən 

addır. Əfsanələrə görə, Ġbrahimxəlil peyğəmbər zamanında, yəni 

eramızdan  təqribən  2800  il  qabaq  qazılmıĢdır.  Burada  Məcnu-

nun atası özünü Zəmzəmə bənzədir. 

Qulağım titrədi zəmzəməsindən, 

Mən də Zəmzəm kimi coĢdum səsindən (LM-98). 

Məcnunun  göz  yaĢları  Zəmzəm  quyusunun  suyuna  bənzə-

dilir. 


 


400 

Axan göz yaĢları olduqca Zəmzəm

VəhĢilər qurmuĢdu ona bir hərəm (LM-272). 

Zənci'>Zənci (et.) – Bir sıra ölkələrdə yaĢayan xalqların ümumi adı. 

Zənci  adı  klassik  ġərq  ədəbiyyatında  eyni  zamanda  “qara”  rən-

gin rəmzidir. 

Zənci dedi: “Ay ata, niyə belə gülürsən

Qapqaradır üz-gözün, ağla, hələ gülürsən? (SX-137). 

Gecənin qaranlığı zənciyə bənzədilmiĢdir. 

Gündüz kimi ağappaq, gecə kimi qapqara, 

Ağ rumlu, qara zənci olmaq hara, sən hara? (SX-89). 

Zənci  (məc.  et.)  –  Zəngibar  ölkəsinin  Ģahı  Zənci  Ģah  (bax) 

nəzərdə tutulmuĢdur. 

Bildi ki, Zəncidə hədsiz qoĢun var... 

O coĢğun ordunu görüncə zənci (Ġ-74). 



Zənci (məc. et.) – Zənci dedikdə Zəngibar və ya Zəng ölkəsi 

nəzərdə tutulur. 

Misir də, Zənci də olur sənə ram (Ġ-74). 

Zənci,  Xötən  (qoĢa  məc.  on.)  –  ġair  gecəni  zənciyə, 

gündüzü isə Xötənə bənzədir. 



Zəncilər Xötənə qoĢun çəkmədən 

ġənlik meydanını Ģah etmiĢdi gen (YG-254). 

Zənciyə  bənzər  qara  gecə  Xütənin  (bax)  ağ,  gözəl  türk  qız-

larına  bənzəyən  gündüzə  hücum  etməyincə,  yəni  bütün  günü 

gecəyə qədər Ģah Ģənlik meydanını geniĢləndirib Ģənləndi. 

Zəncirumlu (ant. məc. et.) – Metaforik Ģəkildə gecə Zənci 

qoĢununa, gündüz isə rumlulara bənzədilir. 

Sübhün ĢahənĢahı təxtinə çıxdı, 

Zənci qoĢununu rumlular yıxdı (Xġ-162). 

“Ġskəndərnamə” əsərində də Ģair zənciləri gecəyə, rumluları 

isə çırağa bənzədir. 

Zəncilər gecəydi, rumlular çıraq, 

Rumlular qarğanın gözüydü ancaq (Ġ-93). 

Yəni  zəncilərin  qoĢunu  gecə  kimi  qara,  rumluların  qoĢunu 

isə  çıraq  kimi  ağ  idi;  yaxud  zəncilər  qarğa  kimi  qara,  rumlular 




401 

qarğanın  gözü  kimi  ağ  idilər.  Burada  həmçinin  zənci  qoĢun-

larının çoxluğu və rumlu qoĢunlarının azlığı da ifadə edilmiĢdir. 

Zənci  Ģah  (an.)  –  Zəngibar  ölkəsinin  Ģahı  nəzərdə  tutulur. 

“Ġskəndərnamə” əsərində obraz adı kimi iĢlənmiĢdir. Bu, əsl ad 

yox, Ģahın köməkçi adıdır. 

Qızıl teĢt qan ilə dolduğu zaman 



Zənci Ģah su kimi içdi o qandan (Ġ-78). 

Zənd” (id.) – AtəĢpərəstliyin banisi olan ZərdüĢtün yazdığı 

“Avesta” adlı kitabın tərcüməsi və Ģərhi. Bu kitab atəĢpərəstlərin 

müqəddəs  kitabı  və  həyati  düsturların  məcmuəsidir.  “Zənd-

Avesta” adı ilə də məĢhurdur. Kitabın yazıldığı dilə də zənd və 

ya avəstə dili deyilir. 



Zənd oxuyan səni bilsə də diri

Ölü deyər dünya söz bilənləri (Xġ-51). 

Zənd-Avəst” (məc. id.) – ġair yazmaq istədiyi “Yeddi gö-

zəl” əsərini “Zənd-Avəst”ə bənzədir. 

Mən onun deyrini “Zənd-Avəst” kimi 

Bəzədim yeddicə dilbər gəlini (YG-31). 

Deyr – monastır, məsihilərin və atəĢpərəstlərin məbədi, dər-

viĢ  və  abidlərin,  sufi  və  cahillərin  hücrəsi,  “Zənd-Avəst”  isə 

“Avesta”ya iĢarədir. 

ġair  deyr  –  monastır  dedikdə,  Bəhram  Gur  haqqında  tarix 

kitablarında mövcud olan məlumatları nəzərdə tutur. Yeddi dil-

bər  dedikdə  isə  yeddi  səyyarə,  yeddi  günbəz,  yeddi  gün,  yeddi 

gözəl, yeddi nağıl və s. ilə əlaqədar olan hadisələrin bədii təsviri 

nəzərdə tutulur. 



ZəndZərdüĢt (ana. on.) – Bax: Zənd və ZərdüĢt. 

Zənd ilə ZərdüĢtü yaxan atəĢi 

YaxmıĢdır dünyanın böyük günəĢi (Ġ-224). 



Zəndibaf  (an.)  –  AtəĢpərəstlərin  dini  kitabı  olan  “Aves-

ta”nın birinci Ģərhi “Zənd”i avazla oxuyan muğlar. Zəndibaf adı 

“Zənd” adından yaranmıĢ, onunla anaforik Ģəkildədir. 

Zəndibaf, behiĢtin “Zənd” kitabından 

Gecə bir neçə hərf oxudu pünhan (YG-274). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə