Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə135/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   130   131   132   133   134   135   136   137   138

405 

öyrənmiĢdir.  Onun  qələmə  almıĢ  olduğu  “Avesta”nı  guya  öz 

dövründə  heç  kəs  oxuya  bilməmiĢdir.  Hətta  o  dövrün  böyük 

alimi  Camasb  (Camat)  onun  əksər  sözlərini  baĢa  düĢməyərək 

“Avesta”nı  “tanrı  möcüzəsi  olan  peyğəmbər  kitabı”  adlandır-

mıĢdır.  ZərdüĢt_“Zənd_”i'>ZərdüĢt_,_“Zənd'>ZərdüĢt'>ZərdüĢt  öz  kitabına  iki  Ģərh  yazmıĢdır.  Birinci  Ģərhi 

“Zənd”, ikinci Ģərhi isə “Pazənd” adı ilə məĢhurdur. 

“Avesta” qızıl tozlu və lacivərd rəngli yağlı boya ilə 12 min 

inək  dərisinə  yazılaraq  Ġstəxr  qalasında  mühafizə  olunurmuĢ. 

Eramızdan  əvvəl  IV  əsrdə  Makedoniyalı  Ġskəndər  Ġranı  istila 

edərkən  “Avesta”nın  bir  hissəsini  yandırmıĢdır.  Bu  kitab  mü-

qəddəs  sayıldığına  görə  atəĢpərəst  kahinlər  yaddaĢlarında 

saxladıqları  ehkamları  yazıya  köçürmüĢlər.  Rəvayətə  görə,  bu 

kitab NuĢirəvanın hakimiyyəti zamanı qadağan olunmuĢdur. 

“Ġslam tarixçilərinin demək olar ki, hamısı – Bilazəri, Həmzə 

Ġsfəhani, Ġbn əl-Fəqih, Qəzvinli Yaqut Həməvi və baĢqaları (Ġbn 

Xordadbeh)  ZərdüĢtü  Muğanlı  sayırdı.  ZərdüĢtün  Təbriz  yaxın-

lığındakı ġizdə doğulduğunu tərəddüdsüz qəbul edirlər. Hamı bu 

fikirdədir ki, ZərdüĢtilik Günbatandan Gündoğana doğru yayılıb. 

Ġngilis  ĢərqĢünası  Sayks  da  ZərdüĢtü  azərbaycanlı  sayır...  Hər 

halda  oda  sitayiĢin,  od  inamının  Urmiyə  ətrafından  yayıldığı 

Ģübhə  doğurmur”  (Sabir  Rüstəmxanlı.  Ömür  kitabı.  “Azərbay-

can”, №8, 1986. səh.155). 

Bu  vaxta  qədər  “ZərdüĢt”  adının  etimologiyası  haqqında 

çoxlu fikirlər söylənmiĢ və söylənilməkdədir. Bu mülahizələrdə 

“ZərdüĢt”  adının  “zər”dən  (oddan)  əmələ  gəlməsi  və  bu  sözün 

Azərbaycan  sözü  olması  haqqında  olan  fikirlər  də  çox  inan-

dırıcıdır, lakin bu fikir sanki hələ tamamlanmamıĢdır. 

Ən  qədim  dövrlərdən  baĢlayaraq  ġərq  ədəbiyyatında  Sarı 

rəng  GünəĢin,  odun  rəmzi  kimi  iĢlənmiĢdir.  Bizə  elə  gəlir  ki, 

“ZərdüĢt” adındakı “zər” GünəĢ və od mənasında olan “Sarı” ilə 

bağlıdır. Çünki insanlar hələ odu kəĢf etməmiĢdən də qabaq sarı 

rəngdə olan bütün səma cisimləri və o cümlədən GünəĢ mövcud 

olmuĢdur.  ZərdüĢtilikdə  GünəĢin  müqəddəs  sayılması  da  məhz 

bununla əlaqədardır. 



406 

ZərdüĢt  və  “Zənd”  adlarının  GünəĢlə  bağlı  olması  haqqında 

“Ġskəndərnamə” əsərində iĢarələr də vardır. 

Zənd ilə ZərdüĢtü yaxan atəĢi 

YaxmıĢdır dünyanın böyük günəĢi (Ġ-224). 

    ZərdüĢtiliyin  dini  kitabı  olan  “Avesta”  e.ə.  VII-VI  əsər-

lərdə  yazıya  köçürülsə  də,  bu  dinin  tarixi  daha  qədimdir.  Belə 

bir nəhəng dini kitab heç də birdən-birə meydana gələ bilməzdi 

(“Quran”  da  birdən-birə  yox,  tədricən  yaranmıĢ  və  özündən 

əvvəlki  dinlərdə  mövcud  olan  bir  çox  rəvayətləri  özündə  əks 

etdirmiĢdir).  Mənbələrdə  tarixi  kökləri  e.ə.  III  minilliyə  gedib 

çıxan Sarlar (bax: Qeysər) ta qədim zamanlardan bu dinin ayrı-

ayrı  müddəalarını  Ģifahi  və  ya  yazılı  Ģəkildə  yaratmıĢlar.  Zər-

düĢtün isə ən böyük dahiliyi ondan ibarətdir ki,  o, özünə qədər 

mövcud olan bu Ģifahi və yazılı müddəaları bir yerə toplamıĢ və 

kitab halına salmıĢdır. 

Kömür – Hindistanlı bir atəĢpərəst, 

O da ZərdüĢt kimi oxuyur “Avəst” (Xġ-102). 

Burada  yanan  kömür  ZərdüĢtə,  onun  çıxardığı  səs  isə  Zər-

düĢtün “Avesta”nı oxumasına bənzədilmiĢdir. 

ZərdüĢt ocağı (məc. ap. və kos.) – Bəhram Gurun qıĢ məc-

lisində yanan ocaq ZərdüĢtün müqəddəs atəĢinə bənzədilir. 

Alovdur nəĢənin, keyfin dayağı, 

ZərdüĢtün qırmızı kükürd ocağı (YG-127). 

Bu  və  ya  bundan  sonrakı  beytlərdə  Ģair  səndəl  və  uddan 

qalanmıĢ ocağı zərdüĢtilərin atəĢinə, laxtalanan qana, qana batmıĢ 

al-qırmızı  ipəyə,  innaba;  qızarmıĢ  kömür  parçaları  qara  özəyi 

çıxarılmıĢ  və  onun  yerinə  nar  dənələri  doldurulmuĢ  almaya,  yarı 

yanmıĢ,  yarı  qaralmıĢ  səndəl  qırla  boyanmıĢ  kəhrəbaya,  müĢklə 

niqablanmıĢ  GünəĢə  bənzətmiĢdir.  Kömürün  alovlanmıĢ  qara 

hissəsi zülmətə, qızarmıĢ hissəsi isə nura, Ģəfəqə təĢbih edilmiĢdir. 



ZərdüĢt, “Zənd” (ana. müq. on.) – Nizami özü ilə ZərdüĢtü, 

“Ġqbalnamə” ilə “Zənd”i müqayisə edir. 

Sehirli nəğmədən ZərdüĢt xar oldu, 

Söndü çox “Zənd”lərin alovu, odu (Ġ-419). 




407 

Yəni  mənim  sehrə  -  qüvvətə  malik  sözlərimin  müqabilində 

ZərdüĢtün  (yəni  bir  çox  Ģairlərin)  sözləri  kölgədə  qaldı,  çox 

“Zənd”lər  (yəni  həmin  Ģairlərin  “Ġqbalnamə”yə  tay  olmayan 

əsərləri) rövnəqdən düĢdü. 

ZərdüĢt “Zənd(məc. id., on. birləĢmə) – Alovun çıxardığı 

çıqqıltılar  ZərdüĢtilərin  avazla  “Zənd”  oxumasına,  ocaqdan  ət-

rafa sıçrayan qığılcımlar isə pərvanəyə bənzədilən Muğlara ox-

Ģadılır. 



ZərdüĢt “Zəndi” ona nəğmələr saçar, 

Muğlar pərvanətək xirqələr açar (YG-128). 

ZərdüĢtilər – atəĢpərəstlər atəĢgahlarda öz müqəddəs “Zənd-

Avesta”  kitabından  atəĢ  ətrafında  dini  nəğmələr  oxuyardılar. 

Xirqə - ən kobud parçadan tikilmiĢ yamaqlı əba, sufılərin rəsmi 

geyimi  olmuĢdur.  Burada  müqəddəs  libas  simvolu  kimi  iĢlən-

miĢdir.  Muğ  isə  atəĢpərəstlərin  kahinidir.  Onlar  atəĢgahlarda 

atəĢ  ətrafında  oxuyub  ritual  rəqs  edərkən  bəzən  hala  (ekstaza) 

gəlib öz xirqələrini çıxarıb yandırarmıĢlar. 

ZərdüĢtilər  (qrup  an.)  –  ZərdüĢt  dininə  etiqad  bəsləyən 

xalqların ümumi adı. 



ZərdüĢtilərdə var baĢqa rəvayət (Ġ-63). 

ZərdüĢtün  “Zənd”i  (məc.  id.,  on.  birləĢmə)  –  ġair  ocağın 

(atəĢin)  çıxardığı  səsi  sazın  çıxardığı  zümzüməyə  və  ZərdüĢtün 

“Zənd”indən oxunan nəğməyə bənzədir. 

Sazının telləri edər zümzümə



ZərdüĢtün Zəndindən xoĢdur bu nəğmə (YG-224). 

Zər-xalxal  (top.)  –  Sərir  qalasindan  Gilan  və  Reyə  qayıdan 

Ġskəndərin ordusunun keçdiyi düzlərdən biri. 

Ay yeni doğmuĢdu gülpic Ģəklində, 

Getdikcə xalxaltək olunca girdə, 

Halqa pərgarından çıxdı Ġskəndər, 

O yerə indi “Zər-xalxal” deyirlər (Ġ-256). 



Zərivənd (an.) –  Ġskəndərin Mazandarandan (əsli Gilandan) 

olan  pəhləvanının  əsl  adı.  Bu  adın  etimologiyası  haqqında  bax: 

Zəravənd. 

Gilanlı Zərivənd Mazandarandan... (Ġ-324). 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə