Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə130/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   126   127   128   129   130   131   132   133   ...   138

390 

Gövhərlə daĢdakı nisbətə misal 

OlmuĢ Yəzdigirdlə Bəhramdakı hal (YG-56). 

Burada Ģair eyni vaxtda Yəzdigirdi daĢa, onun oğlu Bəhramı 

isə  gövhərə  bənzətmiĢdir.  Yəni  qiymətli  gövhər  göy  daĢdan  çı-

xan kimi, bəzən pis adamdan da dünyaya gözəl oğul gəlir. 

Münəccimlər düĢdü dərin heyrətə 

Baxdıqca göyləri ölçən alətə. 

Qəlp gümüĢ yerinə qızıl gördülər, 

Dənizdən dürr çıxdı, daĢdan da gövhər (YG-327). 

Bəhram  anadan  olan  sübh  çağı  qaranlıq  gecəyə  bənzəyən 

Yəzdigirddən bədnamlığı apardı. Münəccimlər tez üstürlablarını 

götürüb  ulduzları  təftiĢ  edərək  Bəhramın  taleyini  axtarmağa 

baĢladılar. Onlar elə bilirdilər ki, onun taleyi yarı qızıl, yarı mis, 

aĢağı əyarlı Yəzdigird kimi bir adamın taleyinə rast gələcəklər. 

Lakin  gördülər  ki,  Bəhramın  taleyi  yüzdə-yüz  qızıldır  və  gə-

ləcəyi də saf qızıl kimi parlaqdır. 

Yəzdigird  nəsli (et.) –  Yəzdigirdin mənsub olduğu və Yəz-

digirdə mənsub olan nəsil nəzərdə tutulur. 

Qulluq etməməyi aldı qərara 

Yəzdigird nəslinə, qara Ģahmara (YG-77). 

ġair burada Yəzdigird nəslini qara Ģahmara bənzətmiĢdir. 



Yoxsul  (ap.)  –  “Ġskəndərnamə”  əsərində  olan  “Hekayət”də 

iĢlənən epizodik obraz adı. Ad obrazı düzgün xarakterizə edir. 

EĢitdim, bir yoxsul ciyər qaniylə 

Köhnə bir əĢrəfi keçirdi ələ (Ġ-30). 



Yunan  (et.)  –  Yunan  xalqlarının  ümumi  etnik  adı.  Həqiqi 

mənada olan bu sözü Ģair toponim mənasında iĢlətmiĢdir. 

Dünyada ilk dəfə o zinət qurdu

Yunanda sikkəni qızıldan vurdu (Ġ-59). 

Yunanıstan  (top.)  –  Feyləqusun  (bax)  padĢah  olduğu  ölkə-

nin adı. 



Yunanıstan idi onun məskəni (Ġ-61). 

Yunanıstan  yunanların adını daĢıyır və mənası  “qədim” de-

məkdir (19-102). 



391 

Yunis  (ag.)  –  Dini  rəvayətə  görə,  qədim  yəhudilərin  pey-

ğəmbərlərindəndir.  Uydurduğu  möcüzə  yalan  çıxdığı  üçün  qaçıb 

Dəclə  kənarına  gəlmiĢ,  gəmiyə  minmiĢ,  günahkar  olduğundan 

gəmi onu aparmamıĢdır. Yunisi suya atmıĢlar. Bir böyük balıq onu 

udmuĢ,  o  da  balığın  qarnında  tövbə  və  dua  etmiĢ,  Allah  onun 

duasını qəbul etmiĢ, bir müddət sonra balıq onu kənara buraxmıĢdır. 



Yunisi uddusa balıq bir zaman

Ona səcdə etdi balıqla ilan (Ġ-414). 

Burada  Yunis  və  Məhəmməd  peyğəmbər  müqayisə  olunur 

və  üstünlük  Məhəmməd  peyğəmbərə  verilir.  Sonuncu  misrada 

Nizami  Məhəmmədin  möcüzələrindən  birinə  iĢarə  edir.  Dini 

əfsanəyə görə, Məhəmmədin möcüzələrindən biri də guya hey-

vanları dilə gətirməsi olmuĢdur. Guya balıq və ilan da ona ram 

olub dilə gəlmiĢ, onun peyğəmbərliyini təsdiq etmiĢlər. 



Yunisin  məĢəli  (mif.)  –  Əfsanəyə  görə,  Yunis  peyğəmbər 

dəryada naqqanın qarnında olduğu vaxt əlindəki çırağın iĢığı ilə 

dəryanı görərmiĢ. 

Yunisin məĢəli, kəlim çırağı, 

Ġsanın bəzmidir, Ġbrahim bağı (YG-127). 

Nizami Bəhram Gurun kef məclisində yanan ocağı metaforik 

Ģəkildə Yunisin məĢəli, Kəlim çırağı (bax), Ġnsanın bəzmi (bax), 

Ġbrahim bağına (bax) bənzətmiĢdir. 

Yusif (ag.) – Kənanlı Yəqub peyğəmbərin oğludur. Atası Yu-

sifi baĢqa oğlanlarından çox istədiyi üçün qardaĢları paxıllıq edib, 

onu quyuya atmıĢlar. Tacirlər tərəfindən xilas edilən Yusif Misirə 

aparılmıĢ  və  bazarda  hökmdarın  vəziri  Əziz  tərəfindən  bir  qul 

kimi satın alınmıĢdır. Əzizin arvadı Züleyxa (bax) Yusifin gözəl-

liyinə vurulmuĢ, lakin Yusif onun təkliflərini rədd etmiĢdir. Buna 

görə də  Züleyxa böhtan  atmıĢ və onu 7 il həbsə  almıĢlar. ġahın 

yuxusunu düzgün yozduğu üçün həbsdən qurtarmıĢ və vəzir təyin 

edilmiĢdir. Sonra isə o, Misirin hakimi olmuĢ, Züleyxanın zəlalətə 

düĢməsinə baxmayaraq,  alicənablıq  göstərib  onunla evlənmiĢdir. 

ġərq  ədəbiyyatında  Yusif  gözəllik  rəmzi  kimi  iĢlənir  və  onun 

Züleyxa ilə olan macərası haqda çoxlu əsərlər yazılmıĢdır . 




392 

Yusif  məĢhur  “Yusif  və  Züleyxa”  dastanının  baĢ  qəhrəma-

nıdır. Bədii ədəbiyyatda Yusif və Züleyxa əhvalatına, “Yusif ca-

malı”, “Yusif yuxusu”, “Yusif köynəyi” və s. kimi bədii ifadələ-

rə tez-tez təsadüf edilir. 

O quyudan qisməti, ah, nə oldu Yusifin?! 

Nəsibi bir kəndirdi, bir də doldu Yusifin (SX-39). 

Yusif  (“Quran”,  XII  surə)  qəbul  quyusuna  düĢsə  də,  orada 

kəndir  və  su  dolçasından  baĢqa  bir  Ģey  görə  bilməzdi  və  pey-

ğəmbərlik topunu uda bilmədi. Lakin peyğəmbərlik topunu Mə-

həmməd peyğəmbər uddu. 

Yusif (məc. ag.) – GünəĢ metaforik Ģəkildə Yusifin camalına 

bənzədilir. 



Yusifin camalıyla nura boyandı aləm (SX-57). 

Yasəmənin çöhrəsi Yusif kimi gözəl səhərə bənzədilir. 

Səhərin Yusifiydi yasəmənin çöhrəsi (SX-60). 

Lirik  qəhrəman müxtəlif müsibətlərə  düçar olunan günahsız 

Yusifə  bənzədilir. Eyni  zamanda qardaĢları tərəfindən  yalandan 

xəbər  verildiyi  kimi,  Yusifin  qurdlar  tərəfindən  parçalanmasına 

iĢarə olunur. 

Qoca qurdlar can atır – mən sızlayım, göynəyim, 

Bir günahsız Yusifəm, parçalanıb köynəyim (SX-129). 

Xosrov özünü Yusifə bənzədir. 



Yusifəm, sanma ki, yeyib yalquzaq, 

Günahım böyükdür, uĢağam, uĢaq (Xġ-60). 

Burada  Yusifin  guya  yalquzaq  tərəfindən  yeyilməsinə  iĢarə 

olunur. 


Gecənin yolçusu yetiĢdi haman, 

Bir Yusif camalı aldı quyudan (LM-42). 

Beytdə ulduzlar yolçuya, Ay Yusifə, qaranlıq üfüq isə quyu-

ya təĢbih olunur. AĢağıdakı beytdə isə Ģair gözəllik simvolu olan 

Yusifi canavara bənzədir. 

Bir yerdə ki, düĢə hörmətdən dindar, 

Zahid sərxoĢ olur, Yusif canavar (YG-46). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə