Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə129/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   125   126   127   128   129   130   131   132   ...   138

387 

deyildir. “Yəxn” farsca ət, “yəxni” isə qovurma deməkdir. “Də-

də  Qorqud”  dastanlarında  da  “yəxni”  sözü  qovurma  mənasında 

iĢlənmiĢdir:  “Oğlu  olanı  ağ  otağa,  qızı  olanı  qızıl  otağa  qon-

durun. Kimin ki, oğlu-qızı yox, qara otağa qondurun, qara keçə 

altına  döĢəyin,  qara  qoyun  yəxnisindən  önünə  gətirin,  yeyərsə 

yesin, yeməsə dursun, getsin demiĢdi” (səh.16). 

Ziyanın yox, fayda almasan da sən

Dadmayıb ki, hələ sənin Yəxnindən (Xġ-155). 

Məhin Banu ġirinə təsəlli verir ki, Xosrov sənə (sənin bədə-

ninə) toxunmadığı halda, hədər yerə narahat olursan. 

Yəqub  (məc.  ag.)  –  Yəhudi  peyğəmbərlərindən  Ġbrahimin 

(bax)  nəvəsi,  Ġshaqın  (bax)  oğludur.  Əfsanəvi  bir  gözəl  kimi 

Ģöhrət  tapmıĢ  Yusifin  (bax)  atasıdır.  QardaĢları  Yusifi  quyuya 

saldıqdan  sonra  oğlunun  fərağında  ağlamaqdan  gözləri  kor  ol-

muĢdur.  Bu  əfsanə  ġərq  ədəbiyyatında  geniĢ  yayılmıĢ,  Ģairlər 

oğul fərağı görmüĢ ataları Yəquba oxĢatmıĢlar. Təsadüfi deyildir 

ki,  Nizami  də  metaforik  Ģəkildə  Məcnunun  atasını  Yəquba, 

Məcnunu isə Yusifə bənzətmiĢdir. 

Oğlunu itirmiĢ o Yəqub qoca 

Gözəl Yusifindən ayrı qalınca... (LM-162). 



Yəmən (top.) – Ərəbistan yarimadasının cənub-qərbində bir 

ölkədir.  Hazırda  Yəmən  Ərəb  Respublikasıdır.  Paytaxtı  Səna 

Ģəhəridir.  Əhalisi  5  milyondan  artıqdır.  ġərq  ədəbiyyatında  iri, 

qiymətli dürrü (dürri-Yəmən) ilə çox tanınmıĢdır. 



Yəməndə meyvəsatan kiĢi vardı deyirlər

Meyvəsini bir tülkü qoruyardı deyirlər (SX-103). 



YəmənƏdən (ep. top.) – Çin xaqanına qalib gələndən sonra 

Bəhram Gurun Nemana bağıĢladığı yerlər. 

Baxdı bu sovqata sevindi Neman

YəmənƏdən oldu ona ərməğan (YG-124). 

DüĢmənlik alıĢdı coĢdu sərasər 



Yəməndən baĢlamıĢ Ədənə qədər (YG-80). 

Yəmən  ayı  (məc.  kos.)  –  Məhəmməd  peyğəmbərin  çöhrəsi 

Yəmən ayına bənzədilir. 

  Çöhrən – Yəmən ayına, saçın – gecəyə dönsün (SX-37). 



388 

Yəmən  Ayına  bənzəyən  alnına  öz  gecəyə  oxĢar  zülfünü  sal. 

Beytdə  Yəmən  ayı  deyərkən  Məkkəyə  də  iĢarə  olunur,  çünki 

peyğəmbərin zamanında (VII əsrdə) Məkkə Yəmənin tərkibində idi. 



Yəmən  cübbəsi  (növ  adı)  –  Məhəmməd  peyğəmbərin  Yə-

məndə tikdirdiyi cübbəsi. 

BaĢın Aytək qoy Yəmən cübbəsindən görünsün (SX-37). 

...Gecə Ay kimi baĢını öz qara Yəmən cübbəndən çıxar. Rə-

vayətə görə, peyğəmbər cümə və bayram günlərində bu cübbəni 

geyər və tellərini isə alnına tökərmiĢ. 



Yəmən gönü (növ adı) – Yəməndə hazırlanan xüsusi gön növü. 

Tövaf iĢlərindən azad olaraq, 

Basaraq Yəmənin gönünə ayaq... (Ġ-200). 

Yəni  Ġskəndər  Kəbəni  (bütxanəni)  ziyarət  Ģərtlərini  yerinə 

yetirdikdən sonra Yəmənin məĢhur qiymətli dərisini ayağı altına 

saldı, onlara sahib oldu. 



Yəmən incisi (məc. növ.) – Burada parlaq cənub ulduzu olan 

Süheyl ulduzu nəzərdə tutulur. 

Lalənin qara xalı, Ģux yasəmən incisi, - 

Qara ərəb qarğası, parlaq Yəmən incisi (SX-59). 

Yəni  lalənin  bağrındakı  hindliyə  bənzər  qara  qarğaya  oxĢa-

yan ərəb və türkə bənzər ağ yasəmən isə Yəmənin parlaq Süheyl 

ulduzu idi. 

Yəmən Süheyli (məc. kos.) – Bu ərəb yəmənli olub çox qara 

idi. Yəməndən birinci olaraq Məhəmməd peyğəmbərə iman gə-

tirən Ģəxsdir. 

ġair  bütün  elmlərə  dərindən  yiyələnən,  ovçuluqla  xüsusi 

igidliklər göstərən Bəhram Guru Yəmən Süheylinə bənzətmiĢdir. 

O bəzən pələngə hücum edərdi, 

YarıĢıb Ģir üstə bəzən gedərdi. 

Deyib danıĢanda Yəmənin əhli 

Ona ad verirdi: Yəmən Süheyli (YG-66). 

Nizaminin təsvirindəki “Yəmən Süheyli” adı Bəhram Gurun 

ləqəbi kimi də səslənir. 

Məlumdur  ki,  ġərq  ədəbiyyatında  Süheyl  ulduzu  “Yəmən 

Süheyli”  də  adlanır.  Çünki  Süheyl  ulduzu  (bax)  Yəməndə  çox 



389 

parlaq  görünür.  Bunu  nəzərə  alaraq  demək  olar  ki,  “Yəmən 

Süheyli” adı  Yəməndən  birinci  olaraq Məhəmməd peyğəmbərə 

iman  gətirən  əsl  adı  yox,  o  Ģəxsin  metaforik  Ģəkildə  Süheyl  ul-

duzuna bənzədildiyi ləqəbidir. Yəni Süheyl ulduzu Yəməndə ən 

parlaq ulduz olduğu kimi, Məhəmməd peyğəmbərə iman gətirən 

həmin Ģəxs də Yəmənin ilk parlayan müsəlmanı oldu. 

Yəmən Ģahı (an.) – Yəmən hakimi Münzir ibn Nemana iĢa-

rədir. 


Sevərdi Yəmənin Ģahı Bəhramı (YG-77). 

Yəzdan (teon.) – Allah, Tanrı; zərdüĢtilərdə xeyir allahı. 

Mənə pak Ģərabı vəd etmiĢ yəzdan (Ġ-36). 



YəzdanTanrı (sin. teon.) – Eyni teonim bildirən adın təkrar 

olunmaması üçün Ģair müxtəlif teonimlərdən istifadə etmiĢdir. 

Mənə də köməkdir o böyük yəzdan

Tanrının köməyi mənə təsəlli, 

Ordumsa həmrəydir, hər kəsə bəlli (Ġ-106). 

Bu  fikir  Ġskəndərin  dilindən  söylənmiĢdir.  Lakin  Ġskəndər 

ZərdüĢtlə,  atəĢpərəstlərin  dini  və  onların  xeyir  allahı  Yəzdanla 

düĢmən idi. Daraya yazdığı məktubundan da bu, məlumdur: 

Silərəm ZərdüĢtün dinini yerdən 

Nə atəĢ qoyaram, nə atəĢkədə, 

Odlar da Ģölədən yanar bu dərdə (Ġ-137). 

Ġranı fəth etdikdən sonra Ġskəndər, doğrudan da, bütün atəĢ-

kədələri və onların içərisində olan ZərdüĢtilərin min illik (bəlkə 

də,  2-3  min  illik)  tarixə  malik  olan  ən  qədim  və  mədəni  abidə-

lərini də yandırıb məhv etdi. 

Demək, Ġskəndər ZərdüĢtilərin xeyir allahı Yəzdana inana bil-

məzdi. Bu addan Ģair təkrara yol verməmək üçün istifadə etmiĢdir. 



Yəzdigird  (an.)  –  Sasani hökmdarı  Bəhram  Gurun atası.  O, 

339  –  420-ci  illərdə  Ģah  olmuĢ,  tarixçilərin  əsərlərində  dindar 

xaçpərəst kimi göstərilsə də, zərdüĢt ruhanilərinin təsir dairəsini 

və  imtiyazlarını  məhdudlaĢdırdığı  üçün  ona  “Günahkar”  ləqəbi 

verilmiĢdir. O, xalq arasında qəddarlığı və müstəbidliyi ilə tanı-

nırdı. Elə buna görə də Nizami “Yeddi gözəl” poemasında Yəz-

digirdi ədalətsiz, qaniçən bir obraz kimi təsvir etmiĢdir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə