Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə128/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   124   125   126   127   128   129   130   131   ...   138

384 

sında  iĢlənmiĢdir),  “yeddi  rəng”  qara  –  Zühəl,  xaki  –  MüĢtəri, 

qırmızı – Mərrix, sarı – GünəĢ, ağ – Zöhrə, göy – Ütarid, gümü-

Ģü  –  Ay)  və  s.  adlarla  ġərq  poeziyasında  ənənəvi  poetik  obraz 

kimi də iĢlədilmiĢdir. 

Qeyd etmək lazımdır ki, “Xəmsə”də ən çox adları çəkilən və 

məcazi kosmonim kimi iĢlənən planet adları da məhz bunlardır. 

Belə hökm eyləmiĢ o Yeddi qardaĢ

Bu dünya fatehi qaldıranda baĢ... (YG-55). 

Yeddi iqlim gəzib bitirəcəkdir

Özüylə yeddi qız gətirəcəkdir (YG-75). 

Burada  “dünya  fatehi”  dedikdə  Ģair  Bəhram  Guru  nəzərdə 

tutur. 

Yeddi  peykər (qrup məc. kos.) – ġair bu ifadəni üç – yeddi 

planet (bax: Yeddi qardaĢ), yeddi günbəd və yeddi gözəl məna-

larında iĢlətmiĢdir. 

Ədlin heykəlini Bəhram ki, gördü, 

Ağdan və qaradan ibrət götürdü. 

PadĢah ədalətli süzəndən bəri 

Qurban verdi ona yeddi peykəri (YG-298). 

ġair  orijinalda  üç  dəfə  peykər  sözünü  iĢlətmiĢdir.  Yəni  Ģah 

ədalətin peykərini – simasını müĢahidə edib onun mahiyyətinin 

gözəlliyini  dərk  etdikdən  sonra  yeddi  peykəri  –  yeddi  planeti, 

onların Ģəninə tikilmiĢ yeddi qəsri və orada yaĢayan yeddi gözəli 

ədalətin peykərinə - vücuduna qurban etdi (YG-351). 



Yeddinci  məzlum  (ap.)  –  “Yeddi  gözəl”  poemasında  obraz 

adı. Əvvəllər Allaha ibadətlə məĢğul olan, var-yoxunu yoxsul və 

dullara paylayan bu Ģəxs ona görə zindana salınmıĢdır ki, Rastü-

RövĢən onun bəd dualarından qorxmuĢdur. 



Yeddinci məzlumun növbəti yetdi, 

Ürəkdən o Ģaha dualar etdi (YG-293). 



Yer (kos.) – Yer planeti. 

Kərəm beldən gəlməsə, görsə köməksizdi yer

Çoxdan qarnı cırıqdı, çoxdan köməksizdi yer (SX-25). 



385 

Yəni  Kürreyi-ərz  sənin  (Allahın)  səxavət  və  kəramətindən 

vücuda gəlməsəydi, insanların və baĢqa canlıların ağırlığından o, 

ürək-göbəkdən düĢərdi. 

Ġki balıq əzəldən Yerə, göyə Ģərəfdir, 

Qulağı qılıncının gövhərinə sədəfdir (SX-42). 

Ġki balıq – göydəki Hüt (balina) bürcü və əsatirə görə, Yeri 

öz  belində  saxlayan  balina,  yəni  Yerin  altından  tutmuĢ  fələyə 

qədər yerləĢən bütün dürr və gövhərlər sənin qılıncının hökmün-

dədir. 


Göy qübbənin altında – Yerdə yerin var sənin? 

Varlığına gensə də, düĢüncənə dar sənin (SX-134). 

Burada söhbət insandan və onun fərasətindən gedir. 

Arpa, buğda sayağı sığındı Yer qoynuna, 

Həqiqəti gizlədi, günah düĢdü boynuna (SX-70). 

Burada Cənnətdən qovulandan sonra, Adəm metaforik Ģəkil-

də Yer qoynuna sığınan arpa və buğdaya bənzədilmiĢdir. 

Yetim süfrəsi (qrup məc. kos.) – Ulduzlar qrupudur ki, onda 

altı  ulduz  vardır.  Bu  ulduzlar  metaforik  Ģəkildə  yetim  (insan) 

süfrəsinə bənzədilmiĢdir. 

Yetim süfrəsində” xeyirxahlartək 

Qüfr tullamıĢdı altı pay çörək (LM-185). 

ġair bu ulduzları kökəyə (qoğala) da bənzətmiĢdir. 



Yəcuc  (mif.)  –  Bax:  Məcuc.  Yəcuc-Məcuc  iki  mifik  xalqın 

adıdır.  “Guya  bu  iki  tayfa  Asiyanın  Ģimalında  Çin  sərhəddində 

yaĢamıĢdır. Boyları çox kiçik, özləri qarət və talançılıqla məĢğul 

olub, baĢqa xalqlara çoxlu ziyan vurarmıĢlar” (10-87). Rəvayətə 

görə, Nuhun oğlu  Yafəsin nəslindəndirlər. Onlar  çox döyüĢkən 

olmuĢlar.  Bəzi  tarixçilər  onların  Monqol  və  Sibir  tatarları  ol-

duqlarını iddia edirlər. 

Əfsanəyə görə, Ġskəndər Zülqərneyn bunların hücumuna ma-

ne  olmaq  üçün  böyük  bir  sədd  tikməyi  əmr  etmiĢdir.  Səddi-

Ġskəndər və ya Səddi-Yəcuc buna iĢarədir. 

Bağlayıb dağları biri-birinə, 

Yəcuc hasarını o çəkdi yenə (Ġ-56). 



386 

Yəcuc,  Məcuc (ep. mif.)  –  Ġlk  hərflərindən baĢqa,  eyni  səs-

lənən  mifonimlər.  Ġskəndər  Çin  xaqanının  böyük  bir  ordu  ilə 

onun görüĢünə gəlməsini hiylə sanır və qəzəblənərək ona deyir: 

Poladdan bir dağa dönsə vücudun



YəcucdanMəcucdan olsa da ordun, 

Ġskəndər, Ġskəndər sədditək, inan, 

Tərpənməz o polad əzən Yəcucdan (Ġ-296). 

Yəcuclar  səddi  (mif.,  xat.  mifotoponim)  –  Ölüm  ayağında 

olan  Ġskəndər  keçmiĢ  igidliklərini  xatırlayarkən  Yəcuclar  səd-

dinin də adını çəkir. 

MəĢriqdən Məğribə at səyirdərək 



Yəcuclar səddini ucaltdım dağtək (Ġ-584). 

Yəğma (top.) – ġərq ədəbiyyatında gözəlləri ilə məĢhur olan 

ġərqi Türküstan Ģəhərlərindən biri idi. Bax: Yağmanaz. 



Yəğma qulamları olmuĢdu munis (Xġ-100). 

Nizami bu addan məcazi  ad kimi  geniĢ  istifadə etmiĢdir. O, 

səhərin açılmasını və GünəĢin çıxmasını Yəğma (və Xüllək) Ģə-

hərinə bənzətmiĢdir. 

Dünya hindu kimi tüstü yayardı, 

Yəğma və Xülləktək cahan ağardı (Ġ-273). 

Yəğma  gözəli  (məc.  an.)  –  ġirin  yaraĢıqlığına  görə  Yəğma 

gözəlinə bənzədilmiĢdir. 

Atlandı, bahartək məzəliydi o, 

YaraĢıqda Yəğma gözəliydi o (Xġ-204). 

Türkünaz  (bax)  metaforik  Ģəkildə  Yəğma  gözəlinə  bənzə-

dilmiĢdir. 

Gəldi içlərinə meyli-məzəli, 

AĢiqə zülm edən Yəğma gözəli (YG-153). 



Yəhudi (et.) – Qədim yəhudi mənĢəli xalqların ümumi etnik adı. 

Ən qədim tarixi əsərlərdən mən



Yəhudi, nəsrani, pəhləvilərdən 

Ən incə sözləri qələmə aldım (Ġ-54). 



Yəxn  (ap.)  –  “Xosrovun  fəraqından  ġirinin  ah-zar  etməsi” 

(“Xosrov  və  ġirin”)  hissəsində  Məhin  Banunun  dilindən  ġirinə 

deyilmiĢ  bu  beytdəki  “Yəxn”  sözü,  bizə  elə  gəlir  ki,  xüsusi  ad 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə