Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə127/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   123   124   125   126   127   128   129   130   ...   138

381 

Valis  və  ya  Fales  Miletli  eramızdan  əvvəl  təxminən  624  – 

547-ci  illərdə  yaĢamıĢ  yunan  mütəfəkkiri,  filosofu  və  astrono-

mudur. Fales suyu mövcudatın birinci əsası hesab edirdi. Nizami 

də onu məhz bu cəhətdən göstərir. 

Vamiq'>Vamiq  (məc.  an.)  –  MəĢhur  “Vamiq  və  Əzra”  dastanının 

qəhrəmanıdır.  EĢqində  səbat  və  sədaqətə  görə  adı  Məcnun  və 

Fərhadla yanaĢı olaraq ġərq poeziyasında geniĢ yayılmıĢdır. 

Əzraçün Vamiqtək düĢmüĢdü dərdə, 

Gah dağda yaĢardı, gah da çöllərdə (LM-91). 

ġair metaforik Ģəkildə Məcnunu Vamiqə bənzədir. 

“Sirlər xəzinəsi” əsərində Nizami vaxtilə bir-birini sevən bu 

aĢiq  və  məĢuqu  xatırlamaqla  insanların  ölümə  məhkumluğuna 

iĢarə edir və onları haqq, ədalətə çağırır. 

Vamiq – toylu, büsatlı sadiq yardı cahanda, 

Əzra – nazlı gəlindi, bir nigardı cahanda (SX-79). 



Vamiq, Əzra (qoĢa xat. an.) – ġərq ədəbiyyatında bu aĢiq və 

məĢuqun adları həmiĢə Leyli və Məcnun, Fərhad və ġirin adları 

kimi yanaĢı iĢlədilir. ġair məqsəddən asılı olaraq bu sevgililərin 

məzarda olduqlarını xatırladır. 



VamiqƏzra hardadır? Məzardadır, məzarda (SX-79). 

Varisvaris (təkrar məc. ap.) – Birinci “varis” Atabəy Nüs-

trətəddin,  ikinci  “varis”  isə  Ģairin  özüdür.  Atabəy  Nüsrətəddin 

Sultan  Mahmud  Qəznəviyə,  Ģairin  özü  isə  Firdovsiyə  bənzə-

dilərək onların varisləri hesab edilmiĢdir. 

Borc əgər vaxtında ödənilməsə, 

Qaydadır, varisdən çatar varisə (Ġ-429). 

Rəvayətə  görə,  Sultan  Mahmud  Qəznəviyə  “ġahnamə”ni 

yazdırmıĢ, lakin vəd etdiyi  mükafatı verməmiĢdir. Nizami Ģaha 

deyir  ki,  Firdovsinin  (bax)  varisi  mənəm.  Mahmud  xəzinəsinin 

varisi  sən.  Qanun-qaydaya  görə,  ödənilməmiĢ  borcu  bu  varis  o 

varisə verməlidir. 

Vəlid (an.) – Ġskəndərin Yəməndən olan pəhləvanının adı. 

Dəbis Mədayindən, Vəlid Yəməndən... (Ġ-323). 

“Vəlid” ərəbcə oğlan deməkdir. 



382 

Vəzir  (an.)  –  “NuĢirəvanla  vəzir  və  bayquĢların  söhbəti” 

hekayəsində obraz adı. 



Vəzir cavab verdi ki, Zamana Ģahsan özün, 

Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün (SX-77). 

Vəzir  –  ərəb  sözüdür  və  hökmdarın  vəkili  olub  dövlət  iĢlə-

rinə baxan adam, nazir deməkdir. 

“Harun  ər-RəĢid  ilə  dəlləyin  hekayəti”ndə  də  Vəzir  obrazı 

vardır. 


Vəzir dedi: “Dili ki, belə atır dəlləyin, – 

Ayağının altında xəznə yatır dəlləyin... (SX-148). 



Visə  (məc.  an.)  –  XI  əsrdə  yaĢamıĢ  məĢhur  fars-tacik  Ģairi 

Fəxri Gürganinin təxminən 1040 – 1063-cü illərdə yazdığı “Vis 

və  Ramin”  poemasının  qəhrəmanının  adıdır.  Poema  1974-cü 

ildə Abbasəli Sarovlunun tərcüməsi ilə Bakıda nəĢr olunmuĢdur. 

Poema  ġərqdə  məĢhur  olan  “Vamiq  və  Əzra”,  “Leyli  və  Məc-

nun”, “Xosov və ġirin” kimi aĢiqanə poemalarla yanaĢı durur. 

Nizami ġəkəri Visəyə (Bu ad “Xosrov və ġirin” poemasında 

Visə  və  Viysə,  həmin  əsərin  “Ġzahlar”ında  isə  Veysə  kimi 

yazılmıĢdır), yağlı dilinə görə isə onun dayəsinə bənzətmiĢdir. 

ÖpüĢü Visətək dünya fitnəsi, 

Yağlı dil tökməkdə onun dayəsi (Xġ-226). 

ġirin də bədnam olan Viysə ilə özünü müqayisə edir. 

Tünlükdən əl çəkib, bir az yumĢalsam, 

Dünyada Viysətək olaram bədnam (Xġ-391). 

 

 

- Y - 



Yağmanaz (an.) – “Yeddi gözəl” poemasında Xəvərnəq sa-

rayında  Ģəkli  çəkilən  gözəllərdən  birinin  əsl  adı.  ġair  onu  Çin 

xaqanının  qızı  kimi  təqdim  etmiĢdir.  Lakin  Nizami  poeziya-

sındakı Çin müasir Çin demək deyildir. Çin deyərkən Ģair ġərqi 

Türküstanı  nəzərdə  tutur,  “türk”  sözü  isə  Nizami  lüğətində  gö-

zəllik,  ağlıq,  nəciblik  rəmzidir.  Təraz  (indi  Təlas),  Yağma,  Xü-

tən  (Xotən)  həmin  Türküstan  Çinində  yerləĢmiĢ  Ģəhərlərdir  və 

öz gözəlləri ilə məĢhur olublar. 




383 

Çin xaqanının qızı Yağmanaz

Gözəllər afəti, misli tapılmaz (YG-74). 

“Yağmanaz” türk sözü olub iki sözdən – Yağma və naz söz-

lərindən düzəlmiĢdir. 

Yanar  çıraq,  bağ  (qoĢa  məc.  ap.)  –  ġair  Ġskəndəri  yanar 

çırağa, onun sarayını isə bağa bənzədir. 

Pərvanə zülmətdə yanar çırağa 

Uçantək gəlmiĢəm mən də bu bağa (Ġ-484). 



YaĢıl günbəd (top.) – Qədim astroloji anlayıĢa əsasən yaĢıl 

rəng  və  düĢənbə  gününü  ifadə  edən  Ay  planetinin  adı  ilə  əla-

qədar  olaraq  belə  adlandırılmıĢdır.  Bu  günbəddə  üçüncü  iqlim 

padĢahının qızı yaĢayırdı. 

O günbəd ki, ona ay yol salardı, 

ġahın taleyindən yaĢıl çalardı (YG-133). 



Yavər  (ap.)  –  “CəmĢidlə  cavan  yavərinin  hekayəti”ndə 

obraz adı. 

Sarayında CəmĢidin vardı yaxın yavəri

Ay – GünəĢin yavəri, o da Ģahın yavəri (SX-141). 

“Yavər”  fars  sözüdür,  yardımçı,  köməkçi;  adyutant;  keçmiĢ 

Ġran ordusunda və polisində mayor kimi mənaları vardır. 



Yeddi  alim  (ap.,  kollektiv  an.)  Ġskəndərlə  xəlvətə  çəkilən 

alimlər nəzərdə tutulur. 

Yeddi filosofu seçdi bu zaman: 

Ərəstu – tədbirli bir vəzir idi

Bəlinas – cavanmərd, Sokrat – pir idi. 

Valislə Əflatun, bir də Fərfuryus – 

Heyrandı bunlara o rühulqüdüs. 

Yeddinci Hürmüzdü, bilir ki, hamı 

Yeddinci göydədir onun məqamı (Ġ-492). 



Yeddi  qardaĢ  (qrup  məc.  kos.)  –  ġair  “Yeddi  qardaĢ”  de-

dikdə  yeddi  planeti  nəzərdə  tutur:  Ay,  Mars  (Mərrix),  Merkuri 

(Ütarid), Yupiter (MüĢtəri), Venera (Zöhrə), Saturn (Zühəl), Gü-

nəĢ. Bunlara “göylərin məsləhətçiləri” də deyilir. Bundan əlavə, 

“yeddi  bacı”,  “yeddi  əjdaha”,  “yeddi  gözəl”,  “yeddi  məlikə”, 

“yeddi Ģam”, “göy türkləri” (“türk” sözü burada “gözəl” məna-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə