Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə124/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   120   121   122   123   124   125   126   127   ...   138

372 

Təraz gözəli (məc. an.) – Qala gözəli adlanan rus qızı Təraz 

gözəlləri ilə müqayisə olunur. Təraz isə o dövrlərdə öz gözəlləri 

ilə xüsusilə məĢhur olmuĢdur. 

Təraz gözəlləri dərs almıĢ ondan, 

Oyuna baĢladı pərdə dalından (YG-204). 



Təraz müĢkü (növ.) – Tərazda hazırlanan müĢk növü. 

Tərazın müĢkü də ağız açırdı (Ġ-182). 

Tərazlı  (məc.  et.)  –  Təraz  vilayətində  (və  ya  Ģəhərində) 

yaĢayanlar. ġair toponimdən düzələn “tərazlı” etnonimini ağ və 

gözəl mənasında iĢlətmiĢdir. 

Tərazlıtək gözəldin, saçın həbəĢ saçıydı (SX-88). 

Tərəzi (məc. kos.) – Tərəzi bürcü. Bax: Mizan. 

Gecənin siqlətini ölçməkdəmi qərəzi? 

Zöhrə onu çəkirdi əllərində Tərəzi (SX-30). 

Tərfə (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biri. 

Tərfə də bir yanda dağıdırdı zər (LM-185). 

Təsdis (kos.) – Ərəb sözüdür: altıbucaq deməkdir. Görünür, 

Təsdislə digər ulduzların (Bax: Təslis) altıbucaq Ģəklində yerləĢ-

məsini bildirir. Bu da Xosrovun taxta çıxması ilə əlaqədar olaraq 

tərəfdarlarının onun ətrafında sıx birləĢməsinə iĢarədir. 

Sövr Zöhrə ilə, Xərçəng Bürcislə

Səadət yayırdı Təslis Təsdislə(Xġ-150). 



Təslis  (an.)  –  Ərəb  sözüdür:1)  üçə  çatdırma,  üçləĢdirmə;  2) 

üçə bölmə; 3) xristian dinində: üç üqnumaya (Ġsaya, Ruhulqüdsə 

və Məryəmə) etiqad etmə kimi mənaları vardır. 

Səadət yayırdı Təslis Təsdisə (Xġ-150). 



Tibet (top.) – Asiyanın ən yüksək ərazisi olub, Çinin cənub-

qərbində geniĢ bir ölkədir. Hazırda Çin Xalq Respublikasına da-

xildir. 

Tibetə tərpəndi tez Hindistandan

Oradan tez Çinə keçdi hökmüran (Ġ-271). 



Tibet dağı (or.) – Tibet ölkəsində olan dağın adı. 

Tibet dağlarına çatınca ordu 

Səbəbsiz sürəkli qəhqəhə vurdu (Ġ-271). 




373 

Tiflis (ast.) – Qafqazın ən qədim Ģəhərlərindən biri. Nizami-

nin  təsvirinə  görə,  Ġskəndər  Tiflisi  ilk  abad  edənlərdən  biri  ol-

muĢdur. Hazırda Gürcüstan R.- nın paytaxtıdır. 

Ən qoca bir dehqan vermiĢdir xəbər: 



Tiflisi ilk abad etmiĢ Ġskəndər (Ġ-202). 

Tir (kos.) – Merkuri planetinin fars dilində adı. 

Ay Surda, Cövzada Tir tutmuĢ qərar, 

Mərrix də Əsəddə oldu aĢikar (YG-56). 

Tir gecəsi (məc. xron.) – ġəmsi (GünəĢ) təqviminin dördün-

cü ayı, iyunun 22-dən iyulun 22-nə uyğun gəlir. Bu ayda gecələr 

çox  qısa  olur.  ġair  Dey  ayında(bax)  bir  günün  uzunluğunu  Tir 

gecəsinin uzunluğuna bənzədir. 

Dey ayında günlər gödəkdir, gödək, 

Bir gün çox qısaydı Tir gecəsitək (YG-191). 



Toğan (zo.) – QuĢ və s. ovlamaq üçün xüsusi təlim görmüĢ 

iticaynaqlı quĢ. Çin xaqanının Ġskəndərə bağıĢladığı ov quĢu. 

Toğruldur quĢların Ģahı bu Toğan

O da Toğrul kimi ölkəyə sultan (Ġ-307). 



Toğrul  (məc.  an.)  –  Apelyativ  mənası  Ağ  Toğan  (bax)  de-

məkdir. ġair eyni  zamanda Çin xaqanının  Ġskəndərə bağıĢladığı 

Toğanı  Toğrul  Ģaha  (bax)  bənzətmiĢdir.  Həm  Toğan,  həm  də 

Toğrul türk mənĢəli adlardır. Bax: Toğan. 



Toğrul Ģah (an.) – Səlcuq hökmdarı Sultan Məsudun (1135 – 

1152-ci  illər)  qardaĢı,  Arslan  Ģahın  (bax)  atası  II  Toğruldur.  O, 

1132-1135-ci illərdə (yəni Sultan Məsuda qədər) sultan olmuĢdur . 

ġahların Ģahıdır, vüqarlı, adil, 

Adi Toğrul Ģahıdır, özü rəhmdil (Xġ-33). 

Tuba  (mif.)  –  Dini  rəvayətə  görə,  BehiĢtdə  bitən  gözəl  və 

hündür  bir  ağacdır.  Klassik  ədəbiyyatda  gözəlin  boyu  Tubaya 

bənzədilir. 

Rəfrəfdən Tubaya vurdu ələmi, 

Ordan da Sidrəyə qoydu qədəmi (Xġ-358). 

Burada söhbət Məhəmməd peyğəmbərdən gedir. 



Tuba  (məc.  mif.)  –  Tuba  ġirinin  eyvanının  budağına  bən-

zədilir. 




374 

Xosrovu düĢürdü elə eyvana

Kiçik bir budaqdı Tuba da ona (Xġ-117). 

Tuğan  Ģah  (məc.  an.)  –  Səlcuqilərdən  Məlik  Müəyyədin 

oğludur.  MəĢhur  Ģair  Zəhir  Farabi  bir  müddət  Tuğan  Ģahın 

xidmətində və onun məddahlarından olmuĢdur. 

Sözün Tuğan Ģahı girib meydana... (Xġ-31). 

Yəni sözün qızılquĢu meydana girib. 

Tuğan Ģah, Qara xan (qoĢa məc. an.) – ġair sözlərini (Ģeiri-

ni) eyni zamanda Tuğan Ģaha, qələmini isə Qara xana (bax) bən-

zətmiĢdir. 

Sözün Tuğan Ģahı girib meydana, 

Qılınc verdi qələm Qaraxanına (Xġ-31). 

Turan (top.) – Qədim iranlılar tərəfindən Türküstan və Tata-

rıstana verilən addır. Bu yer guya qədimdən bəri türk qəbilələrinin 

məskəni olduğu üçün Turan (yəni türklər) adlandırılmıĢdır. 

Çin, Turan taxtını məndən istəsən

Boynumu çəkmərəm bu itaətdən (Ġ-292). 

Tur dağı (top.) – Ərəbistan yarımadası ilə Misir arasında yerlə-

Ģən Sina yarımadasında bir dağın adı. Dini əfsanələrə görə, Musa 

peyğəmbərlə Allah arasında ilk danıĢıq yeri həmin dağ olmuĢdur. 

Camı boĢdu həqiqət sorağında Musanın, 

Sındı ümid ĢüĢəsi Tur dağında Musanın (SX-39). 

Tus  (top.)  –  Xorasanda  MəĢhəd  Ģəhərinin  yaxınlığında  qə-

dim  bir  Ģəhər  olmuĢdur.  Ġndi  xarabalıqları  mövcuddur.  MəĢhur 

Ģair Firdovsinin və baĢqa görkəmli Ģəxslərin vətəni hesab olunur. 

Azərbaycanın məĢhur alimi və ictimai dövlət xadimi Nəsrəddin 

Tusi də bu Ģəhərdə parlamıĢdır. 

Bu tusi qədəhlə Mahmuda bildir 

“ġahnamə”nin qədri – qiyməti nədir (Ġ-428). 

ġair  “tusi  qədəh”  dedikdə  isə  Firdovsi  Tusinin  “ġahna-

mə”sini nəzərdə tutmuĢdur. 

TutiyanuĢ  (an.)  –  “Ġskəndərnamə”  əsərində  obraz  adı.  Qə-

dim türklərdə olduğu kimi bu ad Ģəxsin özü, peĢə və məĢğuliy-

yəti,  gözəl  natiqlik  bacarığı  ilə  əlaqədar  olub,  obrazı  düzgün 

xarakterizə  edir.  “TutiyanuĢ”  Azərbaycan  sözü  olan  tutuquĢu, 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə